Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə56/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   52   53   54   55   56   57   58   59   ...   218
İMAN YOXSA İRCA?





İMANIN TƏRİFİ VƏ TƏFSİRİ


İman məfhumu olduqca çox mühüm bir məsələdir. Əgər iman məfhumu düzgün başa düşülərsə onun üzərində qurulan ibadətlər də düzgün olar. Yox əgər səhv başa düşülərsə bunun üzərində yaranan ibadətlərə də xələl gələr və bu da Sıratal mustəqimdən çıxmaqdır. Batiniyyə firqələrin yaranmasına səbəb də onların iman məfhumunu yaxşı başa düşmədiklərinə görədir. Şeyx Albani – rahmətullahi aleyhi – deyir ki: «Xəta üzərində bina edilmiş hər bir şey xətadır».

Əşyanın tərifi və onu bəyan edən təfsir həmişə əhkamlardan əvvəl gəlir. Əşyalara hökm vermək onun təsəvvüründən yaranan bir hissədir. Əgər bir kəs hökm verəcəyi bir şeyin təfsirini bilmədən, dəqiqliklə təsəvvür etmədən ona hökm verərsə o, böyük bir səhv etmiş olar. İnsan bir şeyə hökm verməsi üçün əvvəlcə onu tamamilə təsəvvür etməlidir. Fətva verən, tərif verən o, tərif verdiyi şeyin həqiqətini bilməlidir. Əgər o, şeyi təsəvvür etməsə ona tərif verə bilməz. Tərifləri isə əsasən elm əhli verir. O, kəslər ki, bu tərif verdikləri şeylər barəsində elmi kamilləşib. Hər bir şeydə o, şeyin həqiqətini, təsəvvürünü bilməlisən. Nə qədər güclü təsəvvür edərsə ona verilən tərif də bir o, qədər güclü olar. İnsanın məsələni yaxşı başa düşməsi, təsəvvür etməsi ona verdiyi tərifi daha da yaxşı edir. Bu təriflər də ictihadidir. Müəyyən bir formada Quran və Sünnədə gəlməyib. O, şey ki, onun barəsind tərif gəlməyib elm əhli o, haqda tərifi ictihad edirlər. Buna görə də onların tərifləri ləfz tərəfdən fərqlənirlər. Lakin məna tərəfdən isə onların tərifləri birləşir. Bu da yalnız Əhli Sünnədə olur. Onlar da tərif verməkdə Quran və Sünnəyə əsaslanırlar. Tərifləri bidət əhlinin təriflərindən fərqlənir. Buna görə də Əhli Sünnə ilə müxaliflər arasında iman məfhumu barəsində ixtilaf yaranmışdır. Çünki onların tərif verməkdə dəstəkləndikləri tək yer lüğət tərəfdəndir. Onlar imana tərif verməkdə dil tərəfi (lüğəti mənanı) götürərək istilahi (şərri) tərəfdən də tərifi ona əsaslandırmışlar. Demişlər ki, dil tərəfdən (lüğəti məna) necədirsə şərri mənası da o, cürdür. Buna görə iddia edirlər ki, imanın lüğəti mənası tək təsdiqdir. Təsdiq və iman sinonim sözlərdir. Aralarında heç bir fərq yoxdur. Onlar bununla böyük bir xətaya yol vermişlər. Xətaları isə istilahi (şərri) tərifi təyin etmək üçün dil tərəfə (lüğəti mənaya) yönəlmişlər. İbn Teymiyyə - rahmətullahi aleyhi – «İman» kitabında bu məsələyə diqqət yönəltmiş və demişdir ki, imana tərif verməkdə tək lüğəti tərəfə etimad edənlər xətaya düşmüşlər. Onlar lüğəti tərəfə etimad edib, şərri təriflər verirlər. Onların bu şübhələrinə rədd qaytarmışdır.

Əhli Sünnə alimləri deyirlər ki, tərif – Cəmiyən toplayan və Məniyən qoymayan olmalıdır. Tərif o, sözləri əhatə etməli və artıq sözlərin ora daxil olmasını qoymamalıdır. Tərif də nə qədər qısa və əhatəli olarsa dəyəri də bir o, qədər çox olar və ən güclü tərif sayılar. Nə qədər ki, sözlər çox olarsa tərifin dəyəri də bir o, qədər aşağı düşər. Bir şey haqqında tərif verilərsə o, cümlədə işlədilən hər söz nəyəsə dəlalət edir. Yəni bu sözlərin heç biri əbəs yerə orada işlədilməmişdir. Məs: Səhabə sözünün tərifi belədir: «Kim Peyğəmbər – sallallahu aleyhi və səlləm – i iman etdiyi halda görərsə və iman üzərə (müsəlman olaraq) ölərsə o, səhabədir. Ərəbcədən tərcümə etdikdə belədir. Hər bir sözü açıqladıqda – Kim kimə deyilir? Ağıllı insana, insan olmalıdır. Heyvan görərsə səhabə sayılmır. Görərsə əgər eşitsə səhabə deyildir. Iman Gətirdiyi Halda əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – i görəndə kafir idi isə öləndə İslamı qəbul edirsə səhabə sayılır. Iman Üzərində Olaraq Ölərsə əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – i iman üzərində görübsə, lakin öləndə dindən çıxıbsa səhabə sayılmır.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin