Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İman Bədən Üzvülərinin Əməlidir



Yüklə 5,74 Mb.
səhifə61/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   57   58   59   60   61   62   63   64   ...   218
İman Bədən Üzvülərinin Əməlidirdeyildikdə Sələflərin qəsdi bədən ilə olan bütün zahiri əməlləri yerinə yetirməkdir ki, bu da iman adlanır və imanı artırır. Əhli Sünnə vəl Cəmaat alimləri deyirlər ki, imanın əsli vardır ki, bu da qəlbdə olur. Qəlbdə olan əsli iman isə insandan zahiri əməlləri tələb edir. Zahiri əməllər də qəlbdəki imanı təsdiqləyir. Hər bir insan nəyisə iddia edirsə onu təsdiqləməlidir. Həkim iddia edirsə ki, mən həkiməm onu təsdiq etməlidir. Əks halda nə qədər: «Mən həkiməm, Mən həkiməm…» olduğunu söyləyirsə faydası olmaz. Həmçinin mömin də, mömin olduğunu təsdiq etmək üçün zahiri əməlləri olmalıdır. Çünki onun möminliyini sübut edən zahiri əməllərdir. Zahiri iman isə həqiqi imanı bildirir. Kim əzaların əməli olmadan qəlbində əməlin var olduğunu idda edərsə onun üçün iman ismi sabit olmaz. Çünki zahiri sözlər və fellər imanın ayrılmaz hissəsidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Qulun qəlbi düzgün olmadıqca imanı düzgün olmaz. Dili düzgün olmadıqca qəlbi düzgün olmaz. Qonşusu onun pisliyindən əmin olmayan bir kimsə Cənnətə girməz»648. İbn Teymiyyə - rahmətullahi aleyhi - deyir ki: «Vücud sağlıqlı olmadığı zaman bu durum qəlbin də sağlam olmadığına dəlalət edir. İman kəlimələrini söyləyən lakin əməl etməyən kimsənin qəlbinin mömin olmadığı bilinir. Çünki vücud qəlbə tabedir. Qəlbdə hər hansı bir şey yerləşdiyi zaman nə olursa olsun onun əlamətləri bədəndə də ortaya çıxacaqdır»649. Bədən ilə olan əməllərə: Məs: Namaz, oruc, zəkat, həcc, cihad və s. aid etmək olar. Əhli Sünnədən heç kəs ixtilaf etməyib ki, imanın əsası qəlbdədir. Hətta Əhli Sünnəyə müxalif olanlar da imanın dil və qəlb ilə olmasında müxalif olmayıblar. Yalnız Kərramilər650 firqəsindən başqa. Lakin əməlin imandan olmasına gəlincə isə müxalif olublar.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin