Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə69/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   65   66   67   68   69   70   71   72   ...   218
3. Zalimunlar Zalimunlar özləri də üç yerə bölünürlər. 1) Muxtasidlərə yaxın olanlar, 2) Ortada olanlar, 3) Küfrə yaxın olanlar. Bunlarda imanın əsli vardır. Lakin nəfslərinə zülm edərlər. Bəzi haramları (böyük günahları) etməklə bərabər, imanlarını qorumaqla bərabər, bəzi fərzləri yerinə yetirməkdə də qüsurlara yol verərlər. İcmali iman sahibləri. Onlar imtahana çəkiləndə bəziləri ayılaraq elm əhlinə yaxınlaşır və bununla da nicat tapırlar. İmtahandan salamat çıxaraq Muxtasidlər dərəcəsinə yaxınlaşırlar. «De ki: «Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir! Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə başa düşsünlər!». (əl-Ənam 65). Baxmayaraq ki, onlar müsəlmandırlar, onlarda iman vardır, onların Lə İləhə İlləllah vardır, Tövhidi vardır bununla yanaşı onları dünyada da, axirətdə də təhlükələr gözləyir. Allah onların etdiyi günahlar üçün müvafiq cəzalar hazırlamışdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə yuxusunda göstərilən qəbr əzabı696, böyük günah sahibləri üçün (içki içən, zinakar, oğru, təkəbbürlü, özünü öldürən, nəmmamlıq, çəkidə aldatmaq, yetimin malını yemək, haram yemək və haram ilə məşğul olmaq, sələmçilik, qumar, ismətli qadınlara böhtan atmaq, insan öldürmək və s.) günalarına görə onlar üçün qorxu, narahatçılıq, əzab vardır. Qəlbləri yerindən qopardan bir qorxu. Bəziləri bu günahlardan qəbrdə təmizlənəcəklər. Qəbr əzabı vasitəsilə qiyamət günü gəldikləri zaman onlar artıq günahlarından təmizlənmiş halda olacaqlar. Bunlardan təmizləndiklərinə görə tərəziyə qoyulacaq bir şey olmayacaqdır. Çünki qoyulacaq günahları qalmamışdır. Lakin bunlar sağ tərəf sahiblərindən aşağıdırlar.

Onların cəzası bununla da qurtarmayacaqdır. Onlar üçün Qiyamət günü xüsusi tərtib vardır. Nə üçün? Çünkü onlar Allahın haram buyurduqlarına qarşı cürətlənmiş, Allaha asi olmuşlar. Baxmayaraq ki, onlar Allahı tanıyırdılar, Allahı təkləşdirirdilər. Lakin onlar bu Tövhidi, bu iqrarı qorumadılar. Allah ilə insan arasında olan əhdi, sözü Lə İləhə İlləllah kəliməsini qorumadılar. Əksinə bu kəliməyə xələl gətirdilər. Qiyamət günü onlar həşr olunacaq yerə toplanılacaqlar. Günəş onlara yaxınlaşdırılacaqdır. Günahlarının çoxluğuna görə tər içərisində olacaqlar. Sonra onları susuzluq bürüyəcəkdir. Onlara deyəcəklər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hövuzuna gəlmirsinizmi? Onlara hövuzun sahəsinə girməyə maneçilik törədiləcəkdir. Sonra onlara su ilə dolu kasalar uzadılacaqdır. Bu sudan Muxtasidlər, Sabiqunlar içicəklər və bir daha əbədiyyən susamayacaqlar. Orada olan özlərinə zülm edənlər, bidət əhli, böyük günah sahibləri bu şiddətli istidə əllərini o, kasalara uzadacaqlar. Onlar ilə kasa arasında az bir məsafə qalmışkən kasa onlardan uzaqlaşdırılacaqdır və onlara mane olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim tanıdıqlarım, onların da məni tanıdıqları bir qism insanlar gələcəklər. Mənimlə onların arasında əngəl qoyulacaqdır». Başqa rəvayətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların səndən sonra nələr uydurub ortaya çıxartığını bilmirsən». Bu dəfə mən də: «Məndən sonra dəyişiliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar»697 Onların yaxşı əməlləri ilə pis əməlləri tərəziyə qoyulacaqdır. Bunlar da üç qismə bölünür. 1) Zalimunlar içərisində yaxşı əməlləri ilə pis əməllərindən üstün olanlarda vardır. Bunların axırı Cənnətə daxil olmaqdır. 2) Yaxşı əməlləri ilə pis əməlləri bərabər olanlardır. Onlar Cənnətlə, Cəhənnəm arasında bir yerdə duracaqlar. Bu yerin adı Əraf - adlanır. Bu onlar üçün əzabdır. Necə ki, onlar dünyada ikən küfr və iman arasında idilər. Onlar Cənnəti gördükləri zaman tamahları artar, Cəhənnəmi gördükləri zaman isə onların qəlbləri qorxudan yerindən qopar. Onların orada qalmaqları Allahın istəyi qədər olacaqdır. Bundan sonra onlar Sırata yönəldiləcəklər. Onların orada yerişi yaxşı əməlləri pis əməllərindən üstün olanların yerişindən aşağı olacaqdır. 3) Pis əməlləri yaxşı əməllərindən üstün olanlar. Bunlar Cəhənnəmə girməyə layiqdirlər (istisna şəfaətdir).

Bütün bunlardan sonra Sırat gətiriləcəkdir. Sabiqunlar onun üzərindən ildırım sürəti ilə keçəcəklər. Həmçinin Muxtasidlərdə küləyin sürəti kimi onun üzərindən keçəcəklər. Bunlardan sonra zalimunlar gətiriləcəklər. Onlar da dərəcələrinə görə kimisi sürünə-sürünə, kimisi də iməkləyərək onun üzərindən keçəcəklər. Bunlar da pis əməlləri yaxşı əməllərindən çox olanlardır. Cəhənnəmin istisi onlara toxunacaqdır və onları Cəhənnəmdən çıxan qırmaqlar yaxalayacaqlar. Onların o, körpünün üzərindən keçmələri uzun müddət davam edəcəkdir. Bu da onların etdikləri günahların müqabilindədir. Abdullah b. Abbas – radıyallahu anhu – dedi ki: «Xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada gedənlər Allahın rəhmətiylə Cənnətə girəcəklər. Özlərinə zülm edənlər Muhəmmədin şəfaəti ilə Cənnətə girəcəklər698.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin