Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə7/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   2   3   4   5   6   7   8   9   10   ...   218

TƏKFIR VƏ HICRƏT CƏMAATI



Ötən əsrdə meydana gəlmiş müasir zəlalət firqələrindən biri də, özünü Müsəlman camaatı adlandıran «Təkfir və hicrət cəmaatıdır». Böyük günah sahiblərini kafir hesab etməklə Xəvariclərin minhəcinə (yəni üslubuna, metoduna) əsaslanmış bu hizb, Misirin həbsxanalarından birində yatan məhbuslar tərəfindən təsis edilmişdir. 1965-ci ildə Misirdə keçirilən kütləvi həbslərdən bir müddət sonra hizbin azadlığa buraxılmış bəzi üzvləri öz çirkin fikirlərini müsəlmanlar arasında yaymağa başladı. Təkfir və hicrət cəmaatının Misir torpağında artan tərəfdarları arasında universitet tələbələri xüsusilə nəzərə çarpırdı. 1967-ci ildə Əli İsmayılın rəhbərliyi altında həbsxanadakı gənclərdən ibarət kiçik bir dəstə, Misirin dövlət başçısı Camal AbdunNasiri, onun idarəçiliyini və eləcə də hizblə razılaşmayan bütün ölkə vətəndaşlarını kafir elan etdi. əl-Əzhər universitetinin keçmiş məzunu Əli İsmayıl, Seyyid Qutubla birgə edam edilmiş altı nəfərdən birinin, AbdulFəttah İsmayılın doğma qardaşı idi. O, hizbin təsisi zamanı təkfir və hicrət məsələləri ilə əlaqədar Qurana, Hədislərə və Peyğəmbərin Məkkə və Mədinə dövründəki həyat yoluna əsaslandığını iddia edərək, təsirləndiyi Xəvaric fikirlərini gizlətməyə çalışırdı. Lakin bir müddət sonra onun bu saxta əməllərinin üstü açılmış və o öz səhvlərini etiraf edərək doğru yola qayıtdığını bəyan etmişdir. Təkfir və hicrət cəmaatı fəallarından biri də, 1965-ci ildə «İxvan əl-Muslimin» hizbinin üzvü kimi həbs olunmuş iyirmi üç yaşlı Əbu Səəd Şükri Əhməd Mustafa idi. Əli İsmayılın öz yanlış fikirlərindən dönməsindən sonra Şükri Əhməd hizbə rəhbərliyi həbsxana daxilindən öz üzərinə götürdü. O, 1971-ci ildən başlayaraq hizbin qarşısına məqsəd qoyduğu planları tətbiqi şəkildə həyata keçirməyə başladı. Birinci mərhələdə ona Əmir əl-Möminin və Təkfir və hicrət cəmaatının rəhbəri kimi beyət edildi. Bunun ardınca tərəfdarları arasında vəzifə bölgüsü apararaq, onları müxtəlif ərazilərə təyin etdi. 1973-cü ilin Sentyabrında isə hizbin üzvlərinə özləri ilə ərzaq və silah götürərək dağlara çəkilmək və mağaralarda sığınacaq tapmaq əmrini verdi. 1973-cü il Oktyabr ayının 26-sında onların bu işindən xəbər tutan Misir dövləti hizbin üzvlərini cinayət məsuliyyətinə cəlb etdi. 1974-cü il aprelin 21-də, ötən ilin Oktyabrında baş vermiş toqquşmalarda iştirak edən Şükri Əhməd Mustafa və onun camaatı hökümət tərəfindən əfv edildi. Lakin o, tutduğu bu işdən əl çəkməyərək hizbin fəaliyyətini yenidən bərpa etmək qərarına gəldi. Ötən hadisələrdən sonra öz çirkin işlərində müəyyən qədər təcrübə əldə etmiş Şükri bu dəfə daha ehtiyatlı addımlar atdı. O, hizbin nizamnaməsində bəzi dəyişiklər apararaq yeni üzvlərdən ibarət heyət topladı. Qonşu dövlətlərdə təbliğat aparmaq üçün müəyyən şəxslərin seçilib göndərilməsi isə Təkfir və hicrət cəmatının yanlış fikirlərinin Misir hüdudları kənarlarında yayılmasına səbəb oldu. Artıq bir müddət sonra öz azğın niyyətlərini nəzərə çarpacaq dərəcədə həyata keçirən Təkfir və hicrət cəmaatı ölkə daxilində çox saylı iğtişaş və qarşıdurmalar törətməsi nəticəsində onun yüzlərlə üzvü həbs edildi. 1977-ci ildə Şükri Mustafaya və eləcədə hizbin beş fəal üzvünə edam hökmü oxundu. 1978-ci ilin mart ayında isə əmrin icrasına fərman verildi.

Əqidə və fikirlərində təkfir məsələsinə əsas önəm verən Təkfir və hicrət cəmaatı davamlı olaraq böyük günah edən və tövbə etmədən ölən hər bir kəsi, Allahın nazil etdiyi ilə hökm etməyən hakimləri və onların tabeçiliyində olan rəiyyəti heç bir təfsilata varmadan bir mənalı şəkildə kafir hesab edirlər. Alimlərə gəlincə, onları da yuxarıda qeyd olunan insanları təkfir etmədikləri üçün kafir adlandırırlar. Həmçinin hizbi qəbul etməyən və ya qəbul edərək ona qoşulmayan və başçısına beyət etməyən şəxslər də kafirlikdə ittiham edilirdi.



Həmçinin elmi dərəcəsi ilə tanınmış alimlərin sözlərinin, mötəbər və təfsir və əqidə kitablarının heç bir faydası yoxdur. Çünkü hizbə görə İslam ümmətinin qədim və müasir zəmanədə yaşayan böyük alimlərinin hamısı dindən dönmüş mürtədlərdir. Hizbin fikrinə görə 4 məscid - Haram, Nəvəvi, Quba və əl-Aqsa məscidlərindən başqa məscidlərdə qılınan cümə və cəmaat namazları onların Zərər Məscidi kimi olduğu üçün tərk olunmalıdır. Lakin bu 4 məscidin özündə belə imamın hizbin üzvlərindən biri olması şərtilə namaz qılına bilər. Həmçinin onlar insanları kütləvi savadsızlığa çağırırlar. Elm almaq olmaz, elm tələbələrindən dərs alınmaz və s. Bu təkfirçilər Şükri Mustafanı ümmətin gözlədiyi Mehdi olmasına da inanırlar. Bu haqda hada geniş Təkfir və hicrət cəmaatının keçmiş üzvü AbdurRahman Əbul Xeyrin yazdığı «Ziyarəti məə Cəmaa əl-Muslimin» kitabına baxa bilər. Məəni b. Həmməd əl-Cuhəni «Məvsua əl-Muyəssira fil Ədyən vəl Məzəhib vəl Əhzəb əl-Muasira».

Hizbut Təhrir – cəmaatının banisi Təqyiddin Nəbhanidir. 1909-cu ildə İczim (Fələstin) doğulmuşdur. Yusuf İbn İsmail ən-Nəbhəninin nəvəsidir. əl-Əzhar universitetini bitirmiş, bundan sonra Livana, sonra da İordaniyaya gedərək İslam kollecində oxumuşdur. Bir müddətdən sonra Hizbut Təhrir cəmaatını qurur. 1977-ci ildə isə dünyasını dəyişir. Kitablarından: “Risalatul Arab”. Əqidəsi Mətrudi və Əşari olub. İxvanul Muslimin banisi: Həsən əl-Bənna. Liderləri: Seyyid Qutb, Muhəmməd Qutb, əl-Mavdudi, Yusuf Qardavi, ət-Turabi. Cəmaat əl-Cihad banisi: Abd əs-Sələm Fərac. Cəmaat ət-Təkfir Vəl Hicra banisi: Şükri Mustafa, tələbəsi: Seyyid Qutb. əl-Vai №75, 1993-cü il səh: 23 jurnalında qeyd edilir ki: “Hənəfilər ilə Şəfiilər arasında heç bir fərq yoxdur, necə ki Cəfərilər ilə Zeydilər kimi”. əl-Xilafət qəzetində çıxan məqalədə “Hizb ət-Təhrir vəl İmam Xomeyni” №18, 1410-cu il 2 Yanvar buraxılışında deyirlər ki: “İrana getdik ki, İmam Xomeynini müsəlman ümməti üçün imam seçək və deyirlər ki: Ən yaxşı kitab siyasət barəsində yazılmış Xomeyninin “əl-Hukumat əl-İsləmiyyə”.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin