Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İSLAMDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÜSƏLMANAM» DEMƏK



Yüklə 5,74 Mb.
səhifə71/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   67   68   69   70   71   72   73   74   ...   218
İSLAMDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÜSƏLMANAM» DEMƏK
İslamda istisna etmək bir kimsənin İnşəallah Mən Müsəlmanam deməsidir. Əhli Sünnə vəl Cəmaat istisnanı imanda caiz705 görürlər. İslamda isə caiz görməzlər. Çünki bildiyimiz kimi İslam iman deyildir. İmanın dərəcələri vardır. İnsanlar iman mərtəbəsində dərəcə-dərəcədirlər. Onlardan bir qrupu ehsan dərəcəsindədir, bir qrupu mömindirlər, bir qrupu da müsəlmandırlar. Bu da dərəcənin ən aşağısıdır. Ondan aşağı küfürdən başqa bir şey deyildir. Bir kimsə müsəlman deyilsə kafirdir. Lakin müsəlman olmayan kimsə müsəlman ola bilir. Çünki şəhadət kəlməsini söyləyən kimsə müsəlman olur və digər kafirlərdən fərqlənir. Beləcə onun haqqında İslamın hökümləri işlədilir.

Şəri dəlillər İslamda istisna etmədən – Mən müsəlmanam – deməyə dəlalət edir. «Allaha tərəf çağıran, yaxşı iş görən və mən müsəlmanlardanam deyən kəsdən daha gözəl danışan kim ola bilər» (əl-Fussilət 33). «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin. Hələ iman qəlblərinizə daxil olmamışdır. Əgər Allah və Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi əskiltməz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bu ayə İmam Əhməd – rahmətullahi aleyhi – və s. İslamda deyil, imanda istisna edilməsinin və böyük günah edənlərin iman mərtəbəsindən çıxıb islam mərtəbəsinə girdiklərinə dair sürdükləri dəlillərdəndir». əl-Meymuni dedi ki: «İmam Əhməddən - Mən İnşəallah Möminəm sözü haqqında fikrin nədir». O: «İnşəallah möminəm deyirəm. Müsəlman deyərkən istisna etmərəm. Mən: «Sən, islam və iman arasında ayrım edirsən?» dedim. O: «Bəli» dedi. Mən: «Hansı dəlilə əsasən» dedim. O: «Bədəvilər biz iman etdik» dedilər. De ki: «Siz iman etmədiniz, müsəlman olduz deyin»706.



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin