Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə77/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   73   74   75   76   77   78   79   80   ...   218
Fayda: Namaz qıl - deyə söyənilərsə və o heç bir maneə, heç bir çətinlik olmadan bundan imtina edərsə və öz inadkarlığını ölüm qorxusu olsa da belə davam etdirərsə belə bir kimsə kafirdir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Əgər insan namaz qılmaqdan ölüm hədəsi olduqda belə imtina edirsə, bu ona sübutdur ki, belə kimsə qəlbinin dərinliklərində namazın fərziyyətini qəbul etmir və onun qılınmasını da zəruri görmür. Müsəlman alimlərinin icmasıyla belə bir kimsə kafirdir səhabələrdən gələn əsərlərə əsasən”792. Bax belə bir kimsəni kafir görməyəni İrcalıqda şübhələndirmək olar. Məhz İbn Teymiyyə – rahmətullahi aleyhi – belə bir kimsə üçün kafirdir deyərdi. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Əhli Sünnətdən olan bir nəfərə “Allah Əbu Bəkr və Ömərdən razı olsun” – deməyi xahiş edirlər. Heç bir maneələrin olmasına baxmayaraq, Əbu Bəkr və Öməri – radıyallahu anhum - həqiqi mömin saymasına baxmayaraq bu sözləri öldürülənə qədər demir... Həqiqətdə isə bu mümkün deyildir. Və ya bir nəfər dili və qəlbi ilə Şəhadət edir ki, Muhəmməd Allahın Rəsuludur. Lakin ondan bunu açıq sözyləməyini istədikdə, heç bir maneələrin, qorxunun olmasına baxmayaraq öldürülənə kimi bu şəhadəti söyləməkdən imtina edir. Aydındır ki, belə bir kimsə Muhəmmədən Rəsulullahı qəbul etmirdi”793.

Bu şeyləri qeyd etməkdə məqsədim üzərinə İrcalıq böhtanı atılmış tələbə qardaşlarımın İrcalıqdan uzaq olmasını sübuta yetirmək üçündür. Hər bir müsəlmanın üzərinə düşən də öz qardaşının haqqını qorumasdır və həmçinin də bu məsələnin həqiqətini bəyan etməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir müsəlman digər müsəlman qardaşının haqqı tapdalandığı, şərəf və ləyaqəti alçaldığı zaman köməksiz tərk edib gedərsə Allah onu köməyinə ehtiyacı olduğu zaman köməksiz qoyar. Bir müsəlman digər müsəlman qardaşına haqqı tapdalandığı, şərəf və ləyaqəti alçaldığı zaman kömək edərsə Allah da ona köməyinə ehtiyacı olduğu zaman köməklik edər”794. İmam İbn Quteybə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən də yalan özünə yer tapar, əgər onun barəsində susurlarsa”795. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Məlumdur ki, yalan söz söylənildikdə və haqq susduqda – həqiqətin gizlənməsinə və insanların azmasına səbəb olur”796. İmam Şatibi – rahmətullahi aleyhi – həqiqəti demişdir: “Elmdə bir qarış addım ataraq özünü boğan kəs elə zənn edir ki, hər şeyi bilir, iki qarış addımdan sonra düşünür ki, ondan aciz və savadsız heç kəs yoxdur”797. Onlar elə zənn edirlər ki, nə isə bilirlər. Həqiqətdə isə heç nə bilmirlər. İmam Şatibi – rahmətullahi aleyhi – deyir ki: “İnsana məlum olan hər bir şey haqq ola bilməz və onun yayılmasına da lüzum yoxdur. Hətta şəriət elmlərindən olsa da belə. Şəriət elmləri iki qismdir: Şəriət məsələləri içərisində elələri vardır ki, onların yayılması mühümdür (vacibdir), bu da şəriətin əsasları ilə bağlı olan məsələlərdir. Şəriətin elə məsələləri də vardır ki, onları ümumiyyətlə yaymaq olmaz – məkana və insanların – halına görə”798. Sələflər deyirlər ki: “Əgər elmi olmayan sussaydı onda ixtilaflar da olmazdı”799.



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin