Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ALİMLƏRİN CƏSƏDLƏRİ ZƏHƏRLİDİR



Yüklə 5,74 Mb.
səhifə8/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   4   5   6   7   8   9   10   11   ...   218
ALİMLƏRİN CƏSƏDLƏRİ ZƏHƏRLİDİR
İmam Məlik rahmətullahi aleyhi - deyir ki: “Şəhərdə insanlar gördüm ki, onların nöqsanlıqları yox idi. Onlar başqlarının naqislikləri barəsində danışmağa başladılar özlərində naqisliklər əmələ gəldi. Sonra naqisliklərlə insanlar gördüm onlar başqalarının nöqsanları barəsində susdular. Hamı onların nöqsanlarını unutdu”. Çox qədim zamanlardan İslam düşmənləri bidət, zəlalət əhli müsəlmanların alimlərini pisləmək, onları nüfuzdan salmaq üçün çalışmışlar. O alimlər ki, bu ümmətin Peyğəmbərlərinin - sallallahu aleyhi və səlləm – varisləri və doğru yolu göstərən Mayakdırlar. Valideynlər bizim dünyamız üçün çalışırlar, lakin alimlər isə axirətimiz üçün çalışan kimsələrdir. Heç bir şübhə yoxdur ki, alimlərin qeybətini etmək adi müsəlmanların qeybətini etməkdən daha təhlükəlidir. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən alimlərin ətləri zəhərlidir! Kim onun iyisini hiss edərsə xəstələnər, kim də dad etsə - ölər”60. İbn Əsakir – rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən də alimlərin bədənləri zəhərlidir, onların pisləyənləri nə gözləyirsə bu aydındır. Allah o, kimsənin qəlbini özü ölməmişdən öncə öldürər kim ki, alimlər barəsində pis danışırsa”61. Yəni: adi müsəlmanın qeybətini edən ölmüş qardaşının ətini yemək deməkdir: Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (əl-Hucurat 12). Alimlərə qarşı bunu edən isə tək ət yemir, zəhərli əti yeyir ki, bu da ölümdür. İmam əs-Safarani – rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən də, alimlərin xidmətləri və onların fəzilətləri böyükdür. Kim onların hörmətini salmağa çalışarsa, o kimsə ən alçaq (rəzil) insandır, onlara nifrət edən isə Şeytanın partiyasındandır”62. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman alimlərini küfrdə ittiham etmək ən pis qınanınan əməllərdən biridir. Bunun başlanğıcını isə Xəvaric və Rafizilər qoymuşlar. Öz ideyalarına əsaslanaraq zənn edirlər ki, mbütün müsəlman imamları kafirdilər dində səhv buraxdıqları üçün”63. Beləliklə də bu Sitat: “Alimlərin cəzədləri zəhərlidir” Sələflər arasında məşhurlaşdı. Ubeyd əl-Cabiri “Alilərin Cəsədləri Zəhərlidir” məqaləsində deyir ki: “Rahmən və Rahim olan Allahın adı ilə! O, ki qaldı bidət və zəlalət əhlinin qeybətini etmək: İmam Əbu Zamani – rahmətullahi aleyhi - deir ki: “Sünnə əhli, hava və bidət əhlini məzəmmət etməkdən (pisləməkdən) heç bir zaman əl çəkməmişlər. Onlarla oturmağı qadağan edər, onların fitnəsindən çəkindirər, hallarını açıqlayar və bunu nə qeybətə, nə də böhtan saymazdılar”64. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Son zamanlardan mənim ümmətimdən elə bir kimsələr çıxacaqdır ki, sizlərə nə atalarınızın nə də sizlərin eşitmədiyiniz şeyləri danışacalar. Onlardan qorunun!”65. Peyğəmbər - sallallahu aleyhi və səlləm – həmçinin bu ümmətdə çıxan Qədərilərdən çəkindirib, bu ümmətdə çıxan Xəvariclərdən çəkindirib. Peyğəmbərin - sallallahu aleyhi və səlləm – ölümündən sonra bu işi onun səhabələri v ardıcılları davam etdirdi! İbn Abbas - radıyallahu anhu - deyir ki: “Allaha and olsun ki, yer üzündə elə bir insan yoxdur ki, Şeytan onun ölümünü mənim ölümümdən daha çox arzulasın”. Ondan: “Nə üçün?”. O: “Nə zaman ki, şərqdə, qərbdə bidət ortaya çıxdığı zaman və onlardan kimsə bidəti ilə mənim yanıma gəldiyi zaman mən onu Sünnə ilə dağıdıram”66. Musab İbn Sad deyir ki: “Öz nəfsi istəkləri ilə azmış kimsələrlə oturub durma. Yoxsa mütləq səni iki bəladan biri tutar: Ya o səni azdırar və sən onun ardınca gedərsən, ya da onu tərk edənə qədər sənə zərər verər”. İbn Teymiyyə – rahmətullahi aleyhi - Həsənul Bəsrinin – rahmətullahi aleyhi - sözlərini zikr edərək deyir ki: “Məgər sizlər fasiq bir kimsə haqqında danışmaq istəmirsiniz? Onların səhvlərini söyləyin ki, insanlar onlardan uzaq olsunlar. Bir kimsənin fasiqliyini və bidətlərini əgər insan bunları açıq aydın edirsə söyləməkdə qeybətə aid edilməz, necə bunu İmam Həsənul Basri – rahmətullahi aleyhi - və digərləri söyləmişlər. Belə bir insan cəzaya layiqdir. Ən azından isə tənbehə. İnsanlar ondan uzaq olsunlar, Əgər onun bidət və fasiqliyi deyilməzsə, bəyan edilməzsə insanlar onun ardınca gedə bilərlər”67. Asim İbn Əhval – rahmətullahi aleyhi - deyir ki: “Bir gün Qatadə ilə oturmuşduq. Onun yanında Umara İbn Ubeyd (Qədəri, Mötəzilə) əqidəsində olan biri barəsində söz etdilər. O, onun barəsində pis səsləndi. Mən: “Mən bilməzdim ki, elm əhli rədd edər bir-birini”. Qatadə: “Ey Əhvəl! Məgər sən bilmirsən əgər insan bidət ortaya atarsa digərləri bilsin deyə bu barədə demək vacibdir”68. Yəhyə İbn Yəhyə – rahmətullahi aleyhi - deyir ki: “Sünnəti müdafiə etmək Allah yolunda Cihad etməkdən daha yaxşıdır”69. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Bidət əhlinə qarşı mücadilə aparan mucahiddir”70. İbn Bazz – rahmətullahi aleyhi - deyir ki: “Əgər Sünnə əhli susarsa Quran və Sünnətə müxalif olanlara cavab verməsə bu zaman onlar qəzəbə və əzaba düçar olmuş Kitab əhlinə oxşarlar”71. AbdurRahman İbn Həsən – rahmətullahi aleyhi - deyir ki: “Quran və Sünnətə müxalif olanı rədd etmək vacibdir necə ki bunu İbn Abbas, İmam Şəfii, İmam Məlik, İmam Əhməd söyləmişlər. Bu məsələdə onlar həmfikir idilər”72. Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “İnsanlar Peyğəmbərlərə də zərər vurmuşlar. Lakin onlar səbr edirdilər. Hətta bizim Peyğəmbərimiz Muhəmmədədə - sallallahu aleyhi və səlləm – deyilmişdir ki, o qəniməti ədalətsiz və Allahın rızası olmadan bölmüşdür. Bu sözlər onun barəsində hirətin 8-ci ilində, Peyğəmbərliyinin ilk günlərində deyilməmişdir. Bu sözlər Peyğəmbərimizə Allah onu doğruluğunu təsdiq etdikdən, onun möcüzələrini hamıya bəyan etdikdən sonra deyilmişdir. Bu sözlər Peyğəmbərimizə - sallallahu aleyhi və səlləm – səhabələrdən olan bir nəfər tərəfindən deyilmişdirsə onda sən bu günlərdə alimlər barəsində: Filan alim belədir və ya onda belə-belə şeylər vardır” sözlərinə təəccüblənmə. Bu şeytandır, belə bir kimsələri bu addımı atmağa yönəldir, yönəldir ki, alimləri təhqir etsinlər. Çünki onlar alimləri gözdən salsalar, onların sözlərinin insanlar arasında dəyəri olmayacaqdı və insanların Allahın kitabına dəvət edən qalmayacaqdır. Kim onda insanları Allahın kitabına dəvət edəcəkdir əgər onların sözlərini dəyəri qalmayacaqsa? İnsanlar şeytan və onun partiyasının dedikləri ilə mariflənəcəklər. Buna görə də alimlərin qeybətini etmək digər insanların qeybətini etməkdən qorxuludur, şiddətlidir. Fərdi bir insanın qeybətini etmək – şəxsidir. Bu qeybət zərər gətirdiyi zaman yalnız qeybət edən və edilənə olur. Lakin alimlərin qeybəti İslama zərərdir, çünki alimlər islamın bayrağının daşıcısıdırlar. Onların nüfuz və hörmətləri düşərsə İslamın bayrağı da düşər bu da bütün İslam ümmətinə zərər gətirər”73. Şeyx Saleh əl-Fovzandan soruşurlar: “Hörmətli Şeyx! Biz kafirlərin diyarında yaşayırıq, bizdə qeybət çoxalmışdır. Açıq-aydın eşidirik necə Səudiyyə Ərəbistanı alimlərini pisləyirlər. Biz eşidirik necə onlar böyük alimlər barəsində: “Bunlar Kibərul Uləma deyil – Kibərul Umala muzdla tutulmuş işçidirlər. Onları yaltaqlıqda ittiham edirlər. Bəziləri həddi aşaraq deyirlər ki, onlar küfr etmişlər çünki Tiranları himayə edirlər. Biz belə kimsələri necə düzəldək, onlara necə rədd edək”. Cavab: “Bu cür kəlimələr bu ölkənin alimlərinə heç bir zərər vermir. Bunlar yalnız bu kəliməni söyləyən kəslərə zərərdir. Onların günah və böhtanları özlərinə qarşıdır. Onlara görə pis olmayın, Allahın Rəsulu - sallallahu aleyhi və səlləm – barəsində bundan da pis sözlər deyilmişdir. Deyirdilər ki: O, sehrbazdır, Məcnundur, yalançıdır və s. Ona görə də belə sözlər qəribə deyildir, heç vaxt da bu ölkənin alimlərinə zərər verməyəcəkdir. Əlhəmdulilləh! Bu sözlər sahiblərinə günah və zərər olaraq qayıdacaqlar, sizlər isə buna görə qəmgin olmayın”.

Tələsmə, elmsiz, cahilcəsinə, emosiyalara qapanaraq hərəkət etmə. Məsləhət al, elm əhlindən soruş. Elm tələb edən də olsan səndən də elmlilərdən soruş. Tələsmə qərar verməyə. Fitnələr baş verdikdə həmişə qaranlıq və bilinməz olar. Gedişatı zamanı hamıya aydın olur kim düzdür, kim də səhv. Fitnə varsa hər kəsə aydın deyildir. Aydındır Alimlərə. Allahın açıqladığı kimsələrə aydındır. Fitnədən qabaq alim olan elə fitnə vaxtı da alimdir. Onlara müraciət et. Fitnə zamanı belə natiqlər çox çıxır. Daha yaxşıdır sən sıravi kiminsə ardına gedən müsəlmanlardan olasan, nə inki zəlalətdə, fitnə zamanı başçı olasan. Vallahi ki, bu nəsihətlərdə böyük faydalar vardır. Düşünən çoxlu faydalar çıxarar buradan.



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin