Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Şəfaət Hədisi Üzərində Yaranan Bəzi Şübhələr Və Onlara Cavab



Yüklə 5,74 Mb.
səhifə84/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   80   81   82   83   84   85   86   87   ...   218
Şəfaət Hədisi Üzərində Yaranan Bəzi Şübhələr Və Onlara Cavab: 1) Namaz qılmayanı təkfir edən alimlər “Şəfaət hədisinin” şərhində deyirlər: “Birinci ehtimal odur ki, heç bir xeyir əməl etməyib, Cəhənnəmdən çıxanlar əməl etməyə imkanları olmadan ölüb”. “İkinci ehtimal odur ki, bu ümumidir, lakin burada istisna vardır, o da namazdır. Hansı ki, Quran və Sünnə dəlalət edir ki, namaz qılmayan kafirdir”. Cavab: İnsanlar Cəhənnəmə əməlləri ucbatından düşəcəkdir. Demək ki, onların iman gətirdikdən sonra əməl etməyə imkanları olmuşdur. Eləcə də Allahın rəhmətindəndir ki, iman gətirdikdən sonra əməl etməyə vaxt etməyənləri Cəhənnəmə salmasın. Bu da ədalətsizlik olardı910. Çünki insan İslama daxil olduqda, onun keçmiş günahları bağışlanır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədisdə yalnız Tövhidi istisna edərək buyurdu, “İllə Tovhid”. Əgər lazım olsa idi, namazı da istisna edərdi. Demək namaz istisna deyildir. Həmçinin, namaz qılanlar, oruc tutanlar, həcc edənlər hədisin əvvəlində zikr olunmuşdur. Sonra isə deyilir ki, Cəhənnəmdən elə insanlar çıxacaq ki, onlarda yalnız sadiq qəlb ilə deyilən tövhid kəlməsi olacaqdır. Şeyx Ğuneyman – hafizahullah - deyir ki: Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurdu: “Heç vaxt xeyir əməl etməyib” sözündəki məqsəd zahiri əməllərdir. Yəni, heç vaxt zahiri əməlləri etməyib, lakin onun qəlbində imanın əsli var idi. Həmçinin o kişinin “Bunu sənin qorxundan etdim” deməsi dəlalət edir ki, o insan Allaha və Haqq-hesab gününə inanırdı911. İbn Teymiyyə – rahmətullahi aleyhi – bu hədis haqqında deyir: “O kişi Allaha, Axirət gününə, insanın öldükdən sonra Allah tərəfindən mükafat və ya cəza aldığına inandığına görə, artıq bununla saleh əməl etmişdir”. Hansı saleh əməl? Axı Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur ki “Heç bir xeyir əməl etməyib?!”. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: “O qorxurdu ki, Allah onu gunahına görə cəzalandırar”912. 2) Bəziləri də şübhə gətirərək deyir ki: “Bəzi hədislərdə gəlib ki, Cəhənnəmdən səcdə və namaz əhli çıxacaq” yəni mütləq alında səcdə izi olmalıdır! Bu iddia batildir! Bir insan sübh namazından sonra Şəhadət kəliməsini deyərək hər şeydən tövbə etdi və İslama daxil oldu! Lakin zöhr namazına qədər olan vaxtda içki içib, zina etdi və öldü! Bu insan müsəlmandır yoxsa kafir? Cavab: O insan müsəlman kimi öldü və Cəhənnəmdə yanarsa belə, onun son mənzili Cənnətdir. 3) Hədisdə buyrulur ki: Allah əmr edəcəkdir möminlərə ki: Tanıdığınız kimsələri atəşdən çıxarın. Sonra qəlbində dinar, sonra yarım dinar, sonra zərrə qədər iman (xeyir) varsa onları Cəhənnəm atəşindən çıxarın. Sual: Mümkündürmü möminlər tanıdıqları qadaşlarını, onlarla namaz qılıb, oruc tutan qardaşlarını Cəhənnəm atəşində buraxıb getsinlər? Və ya qəlbində zərrə qədər iman olan kimsəni orada tərk edib getsinlər? Əsla. 4) Hədisdə heç bir xeyir əməlləri olmadığı halda – söhbət əməlin tərkindən gedir, sözün tərk edilməsindən deyil. İbn Həcər – rahmətullahi aleyhi – bu suala cavab verərək deyir ki: “Bu cür deyənlərin (Yəni, sözün tərk edilməsi) bəyanatı rədd edilir. Çünki hədisdə sözü gedən xeyir əməlləri olmadığı halda iki şəhadətdən savayı əməllərin olmamasıdır. Çünki buna hədisin digər rəvayətləri də sübutdur. İzzətimə, Cəlalıma, Kibriyəyə və Əzəmətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən kimsəni Cəhənnəmdən çıxardacağam!»913. Heç şübhəsiz ki, belə kimsələrin İqrarı vardır914. Etiqada gəldikdə isə: Qəlbində bir dinar ağırlığında iman olan hər kəsi oradan çıxarın! – sözləri dəlildir ki, onların təsdiqləri və iqrarları vardır. Ona görə də imamlar demişlər ki: heç bir xeyir əməlləri olmadığı halda – sözündən qəsd – bədən üzvlərinin əməlləridir”. Baxaq görək Sələflər bu hədis barəsində nə söyləmişlər?

İmam İbn əl-Vəzir – rahmətullahi aleyhi – deyir ki: “Şəfaət hədisləri Cəhənnəm atəşindən üç sinif insanın çıxmasına dəlalət edir. Bundan sonra dördüncü dəfə Uca və böyük olan Allah, şəfaət səbəbilə deyil, Öz rəhmətilə Cəhənnəm atəşindən bir qrup insanları çıxaracaqdır. Bu o kəslərdir ki, heç bir xeyir əməlləri olmadığı halda – yalnız Lə İləhə İlləllah dedikləri üçün (Allah onları atəşdən) çıxaracaqdır. Cənnət əhli onları: Bunlar Rəhmanın Cəhənnəm atəşindən azad etdiyi kimsələrdir!”915. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Kim bütün əməlləri tərk edərsə zəif imanlı asi mömindir, lakin kafir deyildir”916. Sonra da Şəfaət hədisini zikr edir. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Əməlləri tərk edən kafir olmaz! Kafir Şəhadəti İqrar etməyən olar. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – şəhadəti İqrar etməkdən boyun qaçıranların küfründən söz açmışdır, hətta qəlbi ilə təsdiq etsə də belə. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: “Cəhənnəm atəşindən qəlbi ilə təsdiq edib, dili ilə İqrar edən kimsələr çıxacaqdır, hətta əməl etməsə də belə”917. İmam Qutubi – rahmətullahi aleyhi – deyir ki: “Sonra Allah Cəhənnəm atəşindən Tövhiddən başqa heç bir xeyir əməlləri olmayan kimsələri çıxaracaqdır”918. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Heç şübhəsiz ki, Allah Cənnətə bir çox məxluqları daxil edəcəkdir. Allah Cənnəti heç kəs üçün sıxıntlı etməyəcəkdir. Hətta elə kəslər olacaqdır ki, Allah onları Cənnətə heç bir xeyir əməlləri olmadığı halda – daxil edəcəkdir”919. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Allahın Cəhənnəm barədə: Kafirlər üçün hazırlanmış və Cənnət barədə: Müttəqilərdən ötrü hazırlanmış – istisna etmir ki, kafirlərdən ötrü hazırlanmış atəşə günahkar və asi müsəlmanlar da daxil olacaqlar. Həmçinin istisna etmir ki, müttəqilərdən ötrü hazırlanmış Cənnətə də qəlbində zərrə qədər iman olan kəslər də daxil olacaqlar. Hətta heç vaxt heç bir xeyir etməmiş olsa da belə”920. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kəslərdən başqa siz orada əbədi qalacaqsınız". (əl-Ənam 128) Müfəssirlər bu istinadan kimlərin qəsd olunduğu barədə ixtilaf etmişlər. Bu haqda Şeyx İbnul Covzi – rahmətullahi aleyhi – “Zadul Məsir” kitabında və s. alimlər qeyd emişlər. İmam Təbəri – rahmətullahi aleyhi – isə bu rəyi rəvayət etmiş və özü də bu rəyi dəstəkləmişdir ki: Xalid İbn Midana, əd-Dahhaq, Qatadə, İbn Sinan, İbn Abbas və Həsənul Bəsri – rahmətullahi aleyhi – deyirlər ki, bu ayədə söhbət günahkar Muvahhidlərdir. Allah onları atəşdən mələklərin, Peyğəmbərlərin və möminlərin şəfaətindən sonra atəşdən çıxaracaqdır. Sonra Ərhamur Rahimin gələcəkdir və Cəhənnəm atəşindən heç bir xeyir əməlləri olmadığı halda – nə vaxtsa Lə İləhə İləllah kəliməsini söyləyən kimsələri çıxaracaqdır. Necə ki, bu barədə Peyğəmbərimizdən – sallallahu aleyhi və səlləm – bir çox hədislər varid olmuşdur”921. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq. İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik. (Məryəm 70-72). Bütün məxluqat Cəhənnəmin üzərindən keçdikləri zaman kafirlər və günahkarlar oda düşəcəklər. Sonra Uca Allah atəşdən təqvalı möminləri əməllərinin müqabilində xilas edəcəkdir. Onlardan hər biri Sıratın üzərindən bu dünyada etdikləri əməllərinin müqabilində müəyyən sürətlə keçəcəklər. Sonra Şəfaət böyük günah sahibi olan müsəlmanlar üçün olacaqdır. Onlara görə şəfaəti Mələklər, Peyğəmbərlər və Möminlər edəcəklər – Allah bizi də o möminlərdən etsin – Cəhənnəm atəşindən bir çox insanlar çıxacaqdır. Atəş onların üz və namaz qıldıqları səcdə yerlərindən başqa bədənlərinin müxtəlif yerlərini yandıracaqdır. Böyük günah sahibi möminlərin Atəşdən çıxmaları onların qəlblərində olan imanlarına görə olacaqdır. İlk öncə qəlbində dinar ağırlığında iman olan kəslər çıxacaqdır, ta ki, zərrə qədər iman olana qədər hamı çıxacaqdır. Sonra Cəhənnəm atəşindən ömründə: Lə İləhə İlləllah deyib heç bir xeyir əməl etməyən kəslər çıxacaqdır. Atəşdə isə yalnız əbədi qalanlardan başqa heç kəs olmayacaqdıır - Allah qorusun922. Bəlkə deyəsiniz İbn Kəsir – rahmətullahi aleyhi – də Murciyə olub?


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin