Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə86/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   82   83   84   85   86   87   88   89   ...   218
NAMAZI TƏRK EDƏNİN HÖKMÜ




NAMAZI TƏRK EDƏN KAFİRDİRMİ?


Ümumiyyətlə, namazı tərk edən kafirdirmi, kafir deyilmi? Bu məsələ Əhli Sünnə vəl Cəmaat, Sələfi imamlarının arasında ixtilaflı bir məsələdir. Bir qrup namazı tərk edəni kafir, digər qrup isə fərziyyətini inkar etmədən, tənbəllik səbəbilə namazı tərk edərsə, küfr etmişdir. Lakin bu küfr əməli küfr olub onu İslam dairəsindən çıxartmır. İkinci qrupun rəyi daha səhih və bu məsələdə alimlərin icması vardır. Hər iki tərəfində dəlili: «Kişi (qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur…»935. Bəziləri bu hədisdə kiçik küfr qəsd edildiyini, bəziləri isə böyük küfr qəsd edildiyini deyirlər. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Namazı tərk edənin kafir olması barəsində olan hədislər xüsusi (Xas), şəfaət barəsində olan hədislər isə ümumidir (Amm)”. Lakin Şeyx əl-Albani – rahmətullahi aleyhi – bu deyilənləri inkar edərək deyir ki: “Bu cür söyləmək xətadır. Həqiqət isə əksidir. Namazı tərk edənin kafir olması barəsində varid olan hədislər ümumi (Amm), çünki bu hədislərdə namazı tərk edən barədə hədə və təhdid vardır, lakin Şəfaət barəsində olan hədislər isə xüsusidir və bu əməli tərk edənləri Qiyamət günü başlarına nə gələcəyini bizlərə açıqlayır. Yəni, bədən üzvlərinin (zahiri əməlləri tərk) edən müsəlmanlar Cəhənnəmdə əbədi qalmaqdan qurtulacaqlar”. Tərk etmək lüğəti mənada qılıb sonra tərk etmək deməkdir, bir daha o əmələ qayıtmamaq denəkdir. Namazı qılıb sonra da onu inkar edərək tərk edibsə mürtəd olur. Əgər bir kimsə onu qılmayıbsa və inkar da etmirsə o, kimsə Tərk etmiş sayılmır936.

Dörd məzhəb və Sələf alimlərinin icmasına görə namazın fərziyyətini inkar edən kimsə kafirdir. Namazda olan ixtilaf səhlənkarlığa, tənbəlliyə qayıdır. İmam Əbu Hənifə, İmam Məlik, İmam Şəfii – Allah onlara rəhmət etsin - və s Sələf alimlərinin rəyinə görə belə kimsə kafir sayılmır. İmam Əhməd – rahmətullahi aleyhi – nin bu məsələ ilə bağlı beş rəyi vardır. Bu beş rəydən yalnız birində kafir olaraq görür. Bu beş rəydən yalnız birində kafir olaraq görür. Onda belə çıxır ki, onlar da Murciyədir? Allahdan qorx! Alimlərin ətləri zəhərlidir. Eyni ilə qarşı tərəf də: Əgər bir kimsə namaz qılmayanı kafir görürsə, digər tərəf onu Xəvaric, İxvan və təkfirçi deyərək adlandırmamalıdır. Çünki bu fikirdə olan alimlər də vardır. Onda sən onları da ittiham etmiş olacaqsan.



Qayda - Əgər Əhli Sünnə vəl Cəmaat arasında bir məsələdə ixtilaf varsa sənin ixtiyarın yoxdur digər tərəfi ittiham etməyə. Məs: İmamın arxasında Fatihə surəsinin oxunub-oxunulmaması, səcdəyə getdikdə ilk öncə dizlər getməlidir, yoxsa əllə səcdə etmək lazımdır və s. Hər iki tərəfində səhih dəlilləri vardır. Buna görə də əgər sən imamın arxasında Fatihə surəsini oxuyursansa, oxumayanı ittiham etməyə ixtiyarın yoxdur. Çünki onun da səhih dəlili vardır. Həmçinin əgər bir kimsə namaz qılmayanı kafir görmürsə yenə də sənin ixtiyarın yoxdur ki, ona Murciyə və s. adlar vermək. Çünki bu fikirdə olan bir çox Sələf alimləri vardır.

Günümüzdə olan təkfir cəmaatının azmasına səbəb məsh bu məsələ olmuşdur. Dəfələrlə onlara olunan nəsihətlərimizə baxmayaraq bu məsələdən əl çəkməmiş, hər oturub-durduqda bu məsələdən danışmış, bu məsələni həddən artıq şişirtmişlər. Onlara deyiləndə ki: «Çəkinin bu məsələdən, çünki alimlər bu məsələdən daima çəkinməyi tövsiyə ediblər». Onlar: «Bu məsələdə ixtilaf vardır. Biz də ixtilaf edən tərəfin rəyini götürürük» deyərdilər. Subhənəllah! Sən alim deyilsən ki, bu məsələni onların başa düşdükləri səviyyədə başa düşəsən. Sən sıravi müsəlmansan. Sıravi müsəlman olduğun üçün də öyrəniləsi və oxunulası nə qədər məsələr vardır ki, onları tərk edərək sənə lazım olmayan məsələlərə girişmisən. Allah sənə hidayət versin! Zamanında sənə desəydik ki: «Vaxt gələcək ki, sən insanları sağa-sola təkfir edəcəksən, cümə namazlarını və cəmaat namazlarını tərk edəcəksən, bizi böhtançı və yalançı sayaraq üstümüzə qışqırar və ya ən azından bizi tərk edərdin. Lakin bu gün bu fakt olaraq danılmazdır ki, sən və sənin kimilər cümə və cəmaat namazlarını tərk etmiş, məscid imamını və cəmaatını təkfir edir, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bir çox Sünnətlərini tərk etmiş və s. çirkin əməllərə yol vermisiniz. Allah xatirinə düzünü de: «Məgər sənin bu məsələdə rəyini götürdüyün alimlər sənin kimidirlər? Nə üçün onlara heç kəs təkfirçi, Xəvaric demir? Suhnələllah! Çünki onlar alimdirlər və sənin başa düşdüyün tərzdə bu məsələni başa düşməyiblər. Allah sənə hidayət versin».



Təkfirçilər insanlara şübhə salmaq üçün deyirlər ki: «Namazı tərk edəni kafir saymayan yalnız əl-Albani – rahmətullahi aleyhi – dir. Bu əsla belə deyildir. Tərk etməklə sahibini - İslam millətindən çıxaran - təkfirə səbəb olan namaz qılmamaq ilə, sahibini Allahın istəyinə (diləməsinə) tərk edən namaz qılmamağı bir-birindən ayırd etmək lazımdır. Namazı tərk etmək mütləq bir ifadədir. Bu ifadədən namazın bir vaxtını tərk etmək və ya bəzən qılıb, bəzən də qılmamaq başa düşüldüyü kimi, heç namaz qılmamaq və ya təmamən tərk edib onda israr etmək də başa düşülür. Həyatı boyu heç vaxt namaz qılmayan və bu hal üzərində ölən və ya namaz, oruc və başqa ibadətlər haqqında söhbət olunduqda bunu ikrah hissi ilə qarşılayan və hər tərəfdən köksünü küfrə açdığı bəlli olan və ya öldürülməyi namaz qılmaqdan üstün tutacaq qədər namaza kin bəsləyən kimsələrə aid edilən nasları (Quran və Sünnə), namazın dindəki həqiqi yerini bilməyən, nəfsinə və cəmiyyətin ənənəvi din anlayışına məruz qalmış cahil bir xalqa uyğunlaşdırmaq səhv fikirdir. Çünki belələrinə dindən, imandan, namazdan və s. ibadətlərdən söhbət etdikdə qəlbləri yumşalar, hətta gözləri yaşla dolar və ağlayarlar. Sonra dərhal namaza başlayarlar. Cümə namazlarını qaçırmadıqları kimi Ramazan ayında da məscidlərdən çıxmazlar. Bunlarla həyatında Rəhmana bir dəfə də belə olsun səcdə etməyən, üzündə küfrün izlərini daşıyan zalımları bir tutmaq heç də doğru deyildir. Bu eyni zamanda təkfir edən naslarla, Allahın istəyinə buraxan nasları mümkün qədər cəm etməməkdir. Necə olursa olsun Quran və Sünnətdə gələn təkfir nasları birinci qrup namazı tərk edənlərə, Allahın istəyinə buraxan nasları isə ikinci qrup namazı tərk edənlərə aid etmək məcburiyyətindəyik.

İmam Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Heç bir müsəlmanı hər hansı bir günahdan ötrü onu halal görmədikcə böyük günah belə olsa təkfir etmərik»937. İmam Buxari – rahmətullahi aleyhi – Səhihində: «Günahlar cahiliyyə işi olduğu və şirk istisna olmaqla, bunları edən kimsənin təkfir edilməyəcəyi babı»938. İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Biz Əhli Qiblədən heç kimsəni hər hansı bir günahdan ötrü – onu halal görmədikcə – təkfir etmərik». İmam Əbul Həsən Əşari – rahmətullahi aleyhi – deyir ki: «Biz zina, oğurluq və şərab içmək kimi hər hansı bir günahı edən Əhli Qiblədən heç kimsəni təkfir etmərik. Fəqət xaricilər bu cür günahları edənlərin təkfir ediləcəyi inancındadırlar və onların kafir olduqlarını iddia edirlər. Biz deyirik ki, bu günahları halal olduğunu iddia edən kimsə kafir olur»939. İbn Batta əl-Ukbəri – rahmətullahi aleyhi – deyir ki: «Alimlər Əhli Qiblədən heç kimsənin hər hansı bir günah səbəbiylə təkfir edilməyəcəyində görüş birliyi içindədirlər. Bu mövzuda aralarında ixtilaf yoxdur. Biz onları günahlardan ötrü İslamdan çıxarmırıq. Yaxşıların aqibətindən ümidliyik, pislərin aqibətindən qorxuruq». Şeyx Abdullah əl-Buxari bu məsələyə geniş bir şəkildə toxunaraq demişdir: “Namazı tərk edənlər dörd qismdir: 1) Namazın fərziyyətini inkar edərək onu tərk edirlər. 2) Unutqanlıqdan onu tərk edən. 3) Fərziyyətini təsdiq edərək tərk edir, Allaha və Onun Rəsuluna olan nifrətə görə. 4) Fərziyyətini təsdiq etməklə namazı tənbəllikdən və ya dünya mənfəətinə görə tərk edənlər. Birinci qism insanlar – kafirdilər. Quran, Sünnə və alimlərin icmasıyla İslam dairəsindən çıxmışdır. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Quran, Sünnə və alimlərin icmasıyla namazın fərziyyətini özü üçün inkar edən kimsə kafirdir”. İbn Covzi əl-Məliki – rahmətullahi aleyhi - deyir ki: “Əgər insan namazın fərziyyətini inkar edərək tərk edərsə alimlərin icmasıyla kafirdir”. Vazir İbn Xabira – rahmətullahi aleyhi - deyir ki: “Əgər bir kisənin üzərinə namazın fərziyyəti düşürsə və o inkar edərək qılmazsa belə bir kimsə kafirdir və onu mürtəd kimi öldürmək lazımdır”. İstisna – bu hökm yalnız müsəlmanlar içərisində yaşayan kimsəyə aiddir. Lakin müsəlmanlardan kənarda yaşayan bir kimsədirsə və İslama daxil olduqdan sonra bu əməl barəsində bilməyibsə onu öyrənənə qədər üzürlüdür. Lakin bildikdən sonra ki, fərzdir lakin tərk edir fərziyyətini inkar etnəklə kafirdir”. İkinci qism – insanlar Xattabi – rahmətullahi aleyhi - deyir ki: “Alimlərin ittifaqı ilə kafir olmur”. Üçüncü qism – insanlar İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Fərziyyətini təsdiq etməklə yanaşı Allaha və Rəsuluna olan nifrətə görə onu tərk edirsə (qılmaqdan imtina edirsə): Bəli mən bilirəm ki, Allah namazı müsəlmanlara fərz edib və Peyğəmbər - sallallahu aleyhi va səlləm - Quranı insanlara çatdırmaqda haqlıdır, lakin təkəbbürlükdən və Rəsuluna olan paxıllıqdan, Onun gətirdiklərinə qarşı nifrətdən namaz qılmağı tərk edirsə alimlərin yekdil rəyi ilə belə bir kimsə kafirdir. İblis kimi? Səcdə etməyin vacib olduğunu bildiyi halda səcdə etmək əmr olunduqda təkəbbürlük və inadkarlıq göstərərək səcdə etməkdən imtina edərək kafir oldu. Necə Əbu Talib, Peyğəmbərin - sallallahu aleyhi va səlləm - Allahın Rəsulu olduğuna və gətirdiklərinin haqq olduğuna inandığı halda Onun ardınca getmədi və öz dininin tərəfini saxladı, qövmünün qınağından qorxdu. Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər. (əl-Ənam 33). Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!. (ən-Nəml 14). Dördüncü qism – bax böyük ixtilaf da elə bunda baş vermişdir necə bu barədə İbn Teymiyyə – rahmətullahi aleyhi - danışır”.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin