Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


NAMAZI TƏRK EDƏNİN BÖYÜK KÜFR ETDİYİNİ SÖYLƏYƏNLƏRİN DƏLİLLƏRİ VƏ ONLARA CAVAB



Yüklə 5,74 Mb.
səhifə90/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   86   87   88   89   90   91   92   93   ...   218
NAMAZI TƏRK EDƏNİN BÖYÜK KÜFR ETDİYİNİ SÖYLƏYƏNLƏRİN DƏLİLLƏRİ VƏ ONLARA CAVAB
Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi (bir rəvayətdə: qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul onu buraxdığı zaman heç şübhəsiz ki, şirkə (bir rəvayətdə: küfrə) düşmüş olur»980. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Küfr ilə iman arasında namazı buraxmaq vardır»981. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizim ilə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə (şirkə) düşmüş olar (İmam Şəfii – rahmətullahi aleyhi – və s. Alimlər bu hədisləri: “Yəni, fərziyyətini inkar edərək” – deyə şərh etmişlər)»982. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim namazı bilə-bilə tərk edərsə Allahın himayəsi (rəhməti) onun üzərindən uzaq olar»983. İmam Darimi – rahmətullahi aleyhi - deyir ki: “Əgər Allahın qulu səbəb olmadan namazı tərk edərsə bu əməlin küfr olduğunu söyləmək vacibdir, lakin (əməli edəni) kafir saymaq olmaz”984. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkiləcək əməlləri namazlarıdır. Rəbbimiz olan Allah hər bir şeyi gözəl bildiyi halda mələklərə: «Qulumun namazına baxın onu tammı yoxsa əskikmi qılmışdır?» deyə buyurar. Əgər namazı tam isə ona tam olaraq yazılır. Yox əgər ondan bir şey əskiksə: «Qulumun hər hansı bir nafilə namazının olub olmadığına baxın» deyə buyurar. Əgər nafilə namazları varsa: «Qulumun fərz namazlarını nafilələrlə tamamlayınız» deyə buyurar. Daha sonra digər əməlləri də bu şəkildə hesaba alınır»985. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əsr namazını tərk edərsə (buraxarsa) əməlləri boşa gedər»986. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əsr namazını qılmayan kimsə ailəsini və malını itirmiş kimidir»987. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim namazı qəsdən (istəyərək) tərk edərsə ondan Allahın zimməti qalxar»988. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim namazını qoruyarsa Qiyamət günü (namaz) onun üçün bir nur, bir dəlil və bir qurtuluş olar. Hər kim də namazını qorumazsa onun üçün nə bir nur, nə bir dəlil, nə də bir qurtuluş olur. Qiyamət günü isə Qarun, Firon, Haman və Ubey İbn Xələf ilə bərabər həşr olunar»989. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Bütün müsəlmanlar ittifaq ediblər ki, bilə-bilə namazı qılmağı tərk etmək böyük günahlardandır. Elə bir böyük günah ki, Allah onun böyüklüyünü zinadan, adam öldürməkdən, başqasının malını qəsb etməkdən, oğurluq və içki içməkdən də böyükdür. Onlar hesab edirlər ki, bu günah Allahın qəzəbini, əzabını həm bu dünyada həm də axirətdə gətirir. Lakin onlar belə bir kimsənin öldürülməsində, necə öldürülməsində və kafir olub olmamasında ixtilaf ediblər....”990. Bəziləri də şübhə olaraq qeyd edirlər ki: “Belə bir kimsə kafirdir, kafir olmasaydı belə bir insanlarla həşr olmazdı”. O, zaman belə bir sual çıxır: “Peyğəmbər - salləllahu aleyhi va səlləm - buyurdu: “Kim içki içərək ölərsə Allahla bütə ibadət edən kimi qarşılaşar”991. Bu hədis digər hədisdən daha açıq-aydındır. Lakin heç bir alim içki içənin küfründən belə söz etməmişdir. Ona görə də belə hədislər qorxutmaq kimi nəzərdə tutulur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bilə-bilə namazını tərk edərsə Allahdan bir şey istəməyə haqqı yoxdur»992. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Kim namazı tərk edibsə onun dinlə heç bir əlaqəsi yoxdur»993. Əli - radıyallahu anhu– deyir ki: «Namaz qılmayan (tərk edən) – kafirdir»994. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Kim bilə-bilə bir namazı belə tərk edərsə (qılmazsa) Allahı qəzəbli halda qarşılayacaqdır»995. İbn Ömər -radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Namazı olmayanın dini yoxdur»996. Əbu Darda - radıyallahu anhu – deyir ki: «Namazı olmayanın imanı yoxdur»997. Ömər - radıyallahu anhu – deyir ki: «Namazı tərk edənin İslamdan nəsibi yoxdur (İbn AbdulBərr – rahmətullahi aleyhi - bu hədisləri alimlər bu cür açıqlamışlar: Belə bir kimsənin İslamdan payı kamil deyildir, Bu cür izah İbn Məsudun - radıyallahu anhu – sözləri üçün də deyilmişdir 998999. Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – bir dənə də səhih hədis yoxdur ki: “Namaz qılmayanı kafir sayımışdır”. Səhih hədislərdə varid olmuşdur ki: “Küfrə düşmüşdür”. O, ki qaldı hədisə: “İslamın bağları və üzərində dayandığı dayaqları üçdür. Kim bunlardan birini tərk edərsə kafirdir, qanı da halaldır: “Şəhadət, namaz və Orucdur”1000. əl-Albani – rahmətullahi aleyhi - deyir ki: “Mən düşünmürəm ki, alimlərdən kimsə Orucu halal görmədən tərk etdiyi üçün kafir sayıb.....”1001. Ubadə İbn Samit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha şərik qoşmayın, namazı da bilərəkdən tərk etməyin. Hər kim bilərək, qəsdən namazı tərk edərsə İslam millətindən çıxmışdır»1002. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir fərz namazını qəsdən tərk edərsə Allahın zimməti ondan uzaq olmuşdur. Kimdən də Allahın zimməti uzaq olarsa o kimsə kafirdir»1003. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya bir qrup insanlar cümə namazını tərk etməkdən əl çəkəcəklər, ya da Allah onların qəlblərinə elə bir möhür vuracaqdır ki, qafillərdən olarlar»1004. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əhəmiyyət verməyərək (səbəbsiz) üç Cümə namazını tərk edərsə Allah o kimsənin qəlbini möhürləyər»1005. Yaqub bin İbrahim vasitəsi ilə rəvayət edirlər: Atam (İbrahim İbn Sad) bizə Muhamməd İbn İshaqdan belə dediyini rəvayət etdi: Əbən İbn Saleh bizə Mücahid Əbul-Həccəc'dən, o isə Cabir İbn Abdullahdan - radıyallahu anhu – rəvayət etdi: "Ona dedim: "Allahın Elçisinin - sallallahu aleyhi və səlləm - zamanında sizə görə küfr ilə imanın arasını əməllərdən hansı əməl ayırırdı?". Cabir: "Namaz”1006. Həsən əl-Bəsri – rahmətullahi aleyhi - deyir: "Mənə çatıb ki, Peyğəmbərin - sallallahu aleyhi va səlləm - səhabələri belə deyərdilər: "Qul ilə onun müşrik və ya kafir olması arasında üzr olmadan namazını tərk etməsi durur"1007. Muhamməd İbn Nəsr əl-Mərvazi, Muhamməd İbn Yəhya (əz-Zuhli) bizə rəvayət etdi: Əbu Numən (Muhamməd İbn əl-Fədl əs-Sədusi) bizə rəvayət etdi: Hamməd İbn Zeyd, bizə Əyyub əs-Səxtiyəni – rahmətullahi aleyhi – rəvayət etdi: "Namazı tərk etmək küfrdür, bunda ixtilaf edilməyib"1008.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin