Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Bu Barədə Sələflərdən Varid Olan Rəvayətlər



Yüklə 5,74 Mb.
səhifə92/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   88   89   90   91   92   93   94   95   ...   218
Bu Barədə Sələflərdən Varid Olan Rəvayətlər: Sufyan əs-Sovridən – rahmətullahi aleyhi –: “İman sadəcə sözdür, əməl deyildir – deyən bir kimsənin arxasında namaz qılımmı?” deyə soruşdular. İmam: “Xeyr, bu kimsənin heç bir dəyəri yoxdur”1015. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: “Rafizinin, Qədəriyyə və Murciyədən olan kimsələrin arxasında namaz qılma”1016. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: “Cəhmiyyənin (Allahın İsim və Sifətlrini inkar edən azğın tayfa) arxasında namaz qılmaram, Rafizilərə gəlincə hədisləri inkar etdikləri üçün onların da arxasında namaz qılmaram”1017. Əli İbn Abdullah İbn Abbas – rahmətullahi aleyhi – deyir ki: “Əgər imam hava (bidət) əhlidirsə arxasında namaz qılmaram”1018. İbn Uyeynə – rahmətullahi aleyhi – deyir ki: “Rafizi, Qədəri və Murciyə olan kimsənin arxasında namaz qılmaram”1019. Muaz İbn Muaz – rahmətullahi aleyhi – deyir ki: “Sad oğullarından birinin arxasında namaz qıldım. Bir müddətdən sonra o adamın Qədəri olduğunu öyrəndilər. Bundan sonra otuz, yoxsa qırx il keçməsinə baxmayaraq da namazımı yenidən qıldım”1020. Əbu Suleyman əd-Darani, AbdulVahhab İbn əl-Haffafın qədəri inkar edən bir söz söyləndiyi məlum oldu. Əbu Suleyman onun məscidində namaz qılmağı tərk edərək başqa bir məscidə getdi”1021. İmam Buxari – rahmətullahi aleyhi – deyir ki: “Cəhmi və Rafizinin arxasında namaz qıldım, yoxsa Yəhudi və Xaçpərəstin mənim üçün fərq etməz”1022. Abdullah İbn Əhməd – rahmətullahi aleyhi – atasından rəvayət edir ki: “Quran məxluqdur – deyən kimsə üçün nə deyirsən?”. Atam: “Belə deyənin arxasında nə Cümə, nə də başqa bir namaz qılınmaz. Lakin cəmaata getmək tərk edilməz. Onlarla namaz qıldınsa qaytar”1023. Qadi Əbu Yusuf – rahmətullahi aleyhi – deyir ki: «Mən Cəhmiyənin, Rafizinin və Qədəriyəçi olan bir kimsənin arxasında namaz qılmaram»1024. Abdullah İbn İdrisdən – rahmətullahi aleyhi – bidət əhlnin arxasında qılınacaq namaz barəsində soruşdular. O: “İnsanlar razı olduqları və adil kimsələrin arxasında namaz qılmışlar”. Ondan: “Bəs Cəhmiyyə?”. O: “Xeyr, bunlar ancaq döyüşüləcək insanlardır. Nə namaz qılınır, nə də nigahlanılır. Onlara ancaq tövbə etmək düşər”1025. Küfrünə hökm edilən bidət əhlinin arxasında namaz batildir. Sələflər, Qadəriyyə, Rafizi, Cəhmiyyə və s. batil fiqələrin təkfir edərkən bu mutləq (ümumi) təkfir babındandır. Bu firqələrə mənsub olan hər kəsin təkfir edilməsi deyildir. Müəyyən şəxslər üçün hüccət bəyan olmadıqca küfrünə hökm edilməz. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “İmam Əhməd – rahmətullahi aleyhi – Cəhmiyyə firqəsinə mənsub müəyyən şəxsəli təkfir etmədiyi kimi Cəhmi olduğunu söyləyən və bidətlərinə Cəhmilərə müvafiq olan hər kəsin də küfrünə hökm etməmişdir. Bidətlərinə dəvət edən, insanları imtahan edən, onlara uymayanları cəzalandıran cəhmilərin arxasında namaz qılmış, onları təkfir etməmişdir”1026. Şeyx Saleh əl-Fovzan – Allah onu qorusun – sual verirlər: «Dövrümüzdə Xəvaric ideyasının daşıyıcıları mövcuddurmu?». Cavab: «Subhənəllah! Hal-hazırda Xəvariclər mövcuddur. Müsəlmanlara kafir damğası vurmaq, müsəlmanları qətl etmək Xəvariclərin əməlləri deyilmi? Bu Xəvariclərin məzhəbidir». Sual: «Xəvariclər qiblə əhlindən sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?». Cavab: «Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxındır. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Xəvariclərin arxasında namaz qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz»1027. Əbu Səid əl-Xudri – radıyallahu anhu - namazdan öncə xütbə oxuyaraq bidət çıxaran Mərvan İbn Həkəmin arxasında namaz qılmışdı1028. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Səhabələr Xəvaricləri təkfir etməmişlər. Çünki onların arxasında namaz qılmışlar. İbn Ömər və başqa səhabələr Nəcdət İbn Hərurinin arxasında namaz qılmışlar”1029. Həsəsnul Bəsridən – rahmətullahi aleyhi –: “Bizə Xəvariclərdən biri namaz qıldırır. Onun arxasında namaz qılımmı?” deyə soruşdular. O: “Bəli, insanlara onlardan da şərliləri imamlıq etmişlər” dedi1030. İmam Əhməddən – rahmətullahi aleyhi – soruşdular: “Saleh və Facir imamlar Cümə və Bayram namazlarını iqamə etdikləri müddətdə arxalarında namaz caizdirmi?”. İmam: “Bəli” deyə cavab verdi1031. Əbul Həsən əl-Əşari – rahmətullahi aleyhi – deyir ki: “Cümə, Bayram və digər namazları Saleh və Facir imamın arxasında qılmaq dinimizdəndir. Çünki İbn Ömər, Həccacın arxasında namaz qılmışdır”1032. Cümə və Bayram namazları bir və ya iki məsciddə qılındığı üçün onları bidət əhlinin arxasında qılmaq caizdir. Lakin beş vaxt namaza gəldikdə Saleh məscid və saleh imam varsa orada qılmaq daha məqsədə uyğundur. Əgər belə məscid olmazsa Cümə və bayram namazlarının hökmü kimidir. Bidətçinin arxasında namaz qılınır və cəmaat tərk edilməz. Əgər Cümə və digər namazlar saleh bir kimsənin arxasında qılınma imkanı olduğu təqdirdə facir və ya bidtçinin arxasında qılınmaqdan daha məqsədə uyğundur. Bu zaman belə bir namaz qılınarsa facirin və ya bidətçinin belə namazı qaytarmalıdır, yoxsa yox alimlər arasında ixtilafdır. Daha doğru olanı bu namazı qaytarma (yenidən qılması) lazım deyildir1033. İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: “Cümə və bayram namazları hər Saleh və facirin arxasında qılınır. İmam Əhməd – rahmətullahi aleyhi – Mutəzilənin arxasında namaz qılmışdır. Onun əsrində olan alimlər də belə hərəkət etmişlər”1034. Cəmaatı tərk etmələri heç kəsdən eşidilməmişdir. Belə bir kimsənin arxasında namazı yalnız Səhabəyə müxalif olan bidətçi tərk edər. Belə bir kimsə Cümə və digər namazları tərk etdiyi üçün Əhli Sünnət alimlərinə görə bidətçidir. Əməş – rahmətullahi aleyhi – deyir ki: “Məşhur Səhabə olan İbn Məsud – radıyallahu anhu - Cümə namazını Muxtarnan bir yerdə qılırdı”1035. Muxtar isə özünə Cəbrail - əeyhissəlam - vasitəsilə vəhy olunduğunu, Nəsibi olduğunu (Əlini – radıyallahu anhu - sevmədiyini) etiaf edirdi1036. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Bizlər səhabələr arasında elə bir kimsəni tanımırıq ki, bu üç nəfərin arxasında namaz qılmağı qadağan etsin: Muxtar, Ubeydullah İbn Zeyd və Həccəc. Baxmayaraq ki, bu üçü fasiqlərin fasiqi idilər”1037. Həmçinin əmirlər qıldırırlarsa onların arxasında namaz qılmaq daha fəzilətlidir. Az fəsadı daha böyük fəsad ilə dəf etmək caiz deyildir. İki zərərdən daha xəfif olanı böyük zərərlə dəf edilməz1038. Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyxdən – hafizahullah - soruşurlar: “Özlərini sünnətə nisbət edib, Cümə və digər namazları facir imamların arxasında qılmayan kimsələr haqqında sözünüz nədir?”. Şeyx: “Onlar Cümə və digər namazlara qatılmamaqları düzgün deyildir və İslama uyğun deyildir. Onlar bu əməlləriylə ümmətin Sələfinə müxalif olmuşlar. Əgər Facir imam varsa, Cümə və digər namazları başqa imamın arxasında qılmaq imkanı yoxdursa, imam İslamdan çıxmadıqca Əhli Sünnət hava əhlinin arxasında namaz qılar”1039. 1040

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin