Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə95/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   91   92   93   94   95   96   97   98   ...   218

TAĞUT KİMLƏRDİR?



Tüğyan sözündəndir. Həddi aşmaq deməkdir. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Tağut bəndənin ibadətdə, itaətdə və tabeçilikdə (ardınca) getdiyi hər bir şeydə ifrata vararaq həddi aşmasıdır». «Şübhəsiz ki, (tufanda) su həddiniz aşdığı (tuğyan etdiyi) zaman sizləri gəmidə Biz daşıdıq». (əl-Haqqa 11) buyurduğunda da bu kökdən gəlməkdədir. «(Ya Muhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan bir zəlalətə sürükləmək istər. Onlara: Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin! deyildiyi zaman münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən». (ən-Nisa 60-61). əş-Şabi – rahmətullahi aleyhi – deyir ki: «Münafiqlərdən biri bir Yəhudi ilə mübahisə edərkən Yəhudi Muhəmmədin rüşvət almayacağını bildiyinə görə demişdir: «Mühakimə üçün gedək Muhəmmədin yanına» demişdir. Münafiq isə yəhudilərin rüşvət alacağını bildiyi üçün: «Yaxşı olar ki, yəhudi hakimə müraciət edək» dedi. Beləliklə də hər ikisi mühakimə üçün Cuheynədəki bir kahinin yanına gedib ona müraciət etmək barədə razılığa gəldilər. Belə olduqda: «(Ya Muhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər». Ayəsi nazil oldu. Bu ayənin nazil olma səbəblərindən digərində isə: İki nəfər öz aralarında mübahisə edirlər və təklif edirlər ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə müraciət etsinlər ki, aralarında hökm versin. Onlardan bir: «Kəb b. Əşrəfə müraciət etsək yaxşı olar» deyir. Nəhayət, Ömər- radıyallahu anhu – ya müraciət edirlər. onlardan biri hadisəni Ömərə danışır. Ömər - radıyallahu anhu – Allahın Rəsuluna müraciət etməyə razı olmayan kimsədən soruşur ki, onun Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə müraciət etmək istəməməsi doğrudurmu? O, kimsə: «Bəli, bu belədir» deyir. Ömər - radıyallahu anhu – qılıncı ilə vurub onu öldürür»1094. «O, halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən sənə tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökməlrdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğurdan da insanların çoxu fasiqlərdir». (əl-Maidə 49). «Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyə peyğəmbər göndərdik». (ən-Nəhl 36). Hər bir millətin Tağutu onun Allahı və Rəsulunu buraxaraq onların əvəzində müraciət etmiş olduğu, ibadət etdiyi və Allahın bəsirətinə xilaf olaraq ardınca getdiyi və ya itaətin yalnız Allaha və Peyğəmbərinə deyil onlara da məxsus olduğunu deyən kimsələrdir. Allahdan qeyrisinə ibadət etməklə onun ibadət etdiyi şey tağutdur. Həmçinin ardınca getdiyi şey – ona deyiləndə ki, Allah və Rəsulu bizə belə deyib, onlar bizim şeyximizin ardınca gedirik. Bunlar tağutdur. Həmçinin itaət etdiyi. Bura daxildir hər bir şəxs valideyn, rəhbər və s. onlara tabe olmaqda Allahın qoyduğu həddi aşarsansa, sən onu tağut etmiş olursan. «Amma xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).

Onda belə bir sual ortaya çıxır ki, Yəhudi və Nəsranilər İsa və Uzeyr – əleyhimussəlam – a ibadət edirlər və bu ibadətdə həddi aşırlar. Onda İsa və Uzeyr – əleyhimussəlam – tağutdur? Xeyr, onlar ardıcıllarına əmr etməyiblər ki, onlara ibadət etsinlər. Əksinə Qiyamət günü onların bu ibadətlərini danacaqlar. «Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: Ya Məryəm oğlu İsa! Sənmi insanlara: Allahla yanaşı məni və anamı da özünüzə tanrı bilin demişdin? (İsa cavabında) deyəcək: Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz, əgər bunu mən demiş olsaydım, sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybi bilən ancaq Sənsən!». (əl-Maidə 116-117). Buna görə də Tağut məsələsində dördüncü şərt odur ki, ona ibadət etməkdə, itaət etməkdə və ardınca getməkdə özləri razı olsunlar. «Sonra insanlar Allahın özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Allahındır və O, ən tez haqq-hesab çəkəndir». (əl-Ənam 62). «Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur». (əl-Əraf 54). «(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər? Məgər düşünüb ibrət almırsınız?». (əl-Casiyə 23). Ömər - radıyallahu anhu – rəvayət edir ki: "Cibt sehirdir, Tağut - şeytandır".1095 Cabir - radıyallahu anhu – rəvayət edir ki: "Tağutlar - şeytanların səmadan enib xəbərlər gətirdikləri kahinlərdir ki, onların hər birində bir şeytan vardır".1096 İmam Məlik – rahmətullahi aleyhi – deyir: "Tağut - Allahdan qeyri ibadət edilən hər bir şeydir". İbn Abbas - radıyallahu anhu – rəvayət edir: "Cibt - bütlərdir". əş-Şabi – rahmətullahi aleyhi – deyir: "Cibt - münəccimlərdir".




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin