Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Allahdan Qeyrisinə Qurban Kəsilən Yerdə Allaha Qurban Kəsilməz



Yüklə 5,74 Mb.
səhifə99/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   95   96   97   98   99   100   101   102   ...   218
Allahdan Qeyrisinə Qurban Kəsilən Yerdə Allaha Qurban Kəsilməz - “Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik"– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. (ət-Tövbə 108). İbn Kəsir – rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir: "Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Mədinəyə gəlməzdən əvvəl orada cahillik dövründə xristianlığı qəbul etmiş Əbu Amir ər-Rahib adlı bir nəfər yaşayırdı. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldikdən, Bədrdə İslamın zəfərindən və müsəlmanların sayı artdıqdan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu İslama dəvət etdi. Lakin o, qəbul etməyib Məkkəyə, sonra isə Heraklın yanına qaçdı və oranın sakinlərini müsəlmanlara qarşı müharibəyə çağırdı. Sakinlər köməklik üçün ona söz və sığınacaq verdilər. Sonra tayfasından bir dəstə adama yazaraq bildirdi ki, ordu ilə gəlib Muhəmmədi – sallallahu aleyhi və səlləm – öz işindən döndərcəkdir. O, onlara özü üçün müşahidə məntəqəsi olan qala tikməyi əmr etdi. Bu məqsədlə Quba məscidinin yanında məscid tikilməyə başladı. (Müsəlmanlar oranı aldıqda) səhabələr Allah Rəsulundan – sallallahu aleyhi və səlləm – orada namaz qılmağı xahiş etdilər. Peyğəmbər: "Əgər Allah istəsə qayıdanda orada namaz qılarıq, axı biz səfərə çıxırıq". Tabukdan qayıdarkən Mədinəyə yarım günlük məsafədə onun yanına Cəbrail - əleyhissəlam - gələrək, küfr və müsəlmanlar arasında bölgü salmaq niyyətilə tikilmiş "Məscidud-Dirar - Zərər Məscidi" haqda xəbər gətirdi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Mədinəyə çatmazdan əvvəl oranı yerlə-yeksan etmək üçün adamlar göndərdi. Allah bu cür məscidlərdə namaz qılmağı qadağan etdi. Günahlar və asiliklər itaətin yer üzünə təsir etdiyi kimi təsir edir. Sonra Peyğəmbərə – sallallahu aleyhi və səlləm – ilk günlərindən Allah xofuna əsaslanan İslam və onun tərafdarları üçün olan Quba məscidində namaz qılmağı buyurdu: "Quba məscidində (iki rükət) namaz ümrəyə bərabərdir".1102 İbn Abbas, Urva, Adiyy, əş-Şabi, əl-Həsən – radıyallahu anhum - və başqaları bu ayədə Quba məscidi haqda söhbət getdiyini deyirdilər. Lakin səhih hədisdən söhbətin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məscidindən getdiyi bilinir. AbdurRahman ibn Əbu Səid əl-Xudri atasından rəvayət edir ki: "Bir gün ilk gündən Allah qorxusuna əsaslanaraq (tikilən) məscid haqda mübahisə edirdik". Biri: "Bu Quba məscididir"- dedi. Digəri: "Bu Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – məscididir"- dedi. Onların mübahisəsini eşidən Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: "Bu mənim məscidimdir (Başqa rəvayətdə: Əlinə bir ovuc çınqıl daşları alaraq onları yerə vurdu və: Bu mənim məscidimdir)".1103 Bu ayədən aydın olur ki, Allaha itaətsizliyə əsaslanan məscidlərdə namaz qılmaq və ya başqa ibadətləri keçirmək olmaz.

Sabit ibn Dəhhaq – radıyallahu anhu - rəvayət edir ki, bir nəfər Buvanə adlanan yerdə dəvəni qurban kəsməyi nəzir etmişdi və Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bu haqda fikirini soruşduqda o buyurdu: "Orada cahiliyyə dövründə insanların ibadət etdiyi büt olubmu?" O kimsə: "Yox, olmayıb”- dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dedi: "Orada müşriklərin hansısa bayramı keçrilibmi?". Adam: "Yox, keçrilməyib". Bu zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Əhdinə əməl et. Allaha asiliklə əlaqəsi olsa, həmçinin Adəm övladının malik olmadığı halda əhdini yerinə yetirmək olmaz".1104 Öncəki babdan sonra bu babın qeyd edilməsi olduqca uyğundur. Bir öncəki babın məqsədi böyük şirkdən bəhs etməkdirsə, bu babda şirkə aparan vasitələri zikr edir. Allahdan qeyrisinə (ibadət olunan) qurbanlar kəsilən yerdə və ya o ətrafda Allaha qurban kəsmək qadağandır. Belə yerdə Allaha qurban kəsmək olmaz, hətta Allah üçün kəsilsə də belə. Bir kimsə belə etdikdə həmin yeri əzəmətləndirmiş, (müqəddəs) hesab etmiş, şirkin yayılmasına vəsilə olmuş və Allahdan qeyrisinə qurban kəsən müşriklərə bənzəmiş olur. Allah Peyğəmbərə – sallallahu aleyhi və səlləm – münafiqlərin tikdiyi məsciddə namaz qılmağı qadağan etmişdir. Çünki Məscidud-Dirar Allahın dininə, Rəsuluna – sallallahu aleyhi və səlləm – və müsəlmanlara qarşı mübarizə aparılsın, onlar arasında təfriqə salınsın deyə tikilmişdi. Bu məsciddə namaz qılmaq qadağan edilmişdir. Çünki sən orada namaz qılmaqla onların əməllərini və sözlərini təsdiqləmiş olursan. Bu eynilə özünə Sələf deyib sonra da Bidət, Təkfir əhli ilə oturub-duran kimsəyə də aiddir. Çünki sən onlarla oturduqda insanları fitnəyə məruz qoymuş olacaqsan. İnsanlar onların da doğru yolda olduqlarını zənn edəcəklər. Məscid, Allahın evi, zahirən çox gözəl bir əməl, lakin hansı məqsədlə tikilmişdir? İslama qarşı döyüşmək, müsəlmanlar arasında ayrılıq salmaq və s. Adı da Məscidud-Dirar – Zərər Məscidi. Hətta Peyğəmbər – sallallahu aleyhi və səlləm – oranın yandırılmasını əmr edir. Qurban kəsən kimsə də belədir. Orada qurban kəsməklə o yeri ucaltmış, gözəl göstərmişdir və müşriklərin əməlinə bənzəmişdir. Cünki, əsasən müşriklər Allahdan qeyrisinə ibadət olunan yerlərdə qurbanlar kəsirlər. Lakin kimsə sual verə bilər ki: Mənim bunu etdikdə müşriklərə oxşamaq niyyətim yoxdur? Cavab: Hətta sənin niyyətin olmasa da belə, oxşamış olursan. Cünki, qurbanlıq zahirən oxşar olan bir ibadətdir. Həm Kitab Əhli, həm müsəlmanlar, həm də Allahdan qeyrisinə ibadət edənlər qurban kəsirlər. Zahirən onların kəsmək prosesi eynidir. Lakin kənardan onlara baxan kimsə kimin Allah üçün, kimin də Allahdan qeyrisi üçün qurban kəsdiyini bilməz. Fərq yalnız niyyətdədir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Kim bir qövmə bənzəmək istəyərsə, o da onlardandır".1105 Həmçinin müşriklərə bənzəmək olduğu üçün Allahdan başqasına səcdə edib ibadət etdikləri vaxtlarda nafilə namaz qılınmasını belə qadağan etmişdir. Həmçinin müşriklər bunu gördükləri zaman əməllərinin doğru olduğunu zənn edərlər. Doğru ilə batil bir əməl arasında fərq qoymaya bilərlər.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin