3. Mürtəd, Kafir, Zındıq, DinsizVə MüşriklərinKəsdikləriHeyvanların ƏtlərininYeyilməsiQadağandır - İbn Abbas – radıyallahu anhu - deyir: “Əgər heyvanı Məcusi (atəşpərəst) kəsərsə, hətta Allahın adını zikr etsədə belə - o ətdən yeməyin”.1120 İmam Qurtubi – rahmətullahi aleyhi – deyir: “O, ki qaldı Məcusilər tərəfindən kəsilmiş heyvanlara, bütün alimlər ittifaq ediblər ki, (yalnız müxalif olanlardan başqa) onların kəsdikləri heyvanların ətlərini yemək və qadınlarına evlənmək qadağandır. Çünki, onlar Kitab Əhli deyillər”.1121
4. Nə ÜçündigərDinSahiblərininKəsdiyiHeyvanların ƏtləriniYeməkHalaldır? - Kitab Əhli olan kimsələr (yəhudi və xaçpərəstlər) digər kafirlərdən fərqlənirlər. Çünki, onlara Peyğəmbərlər gəlmiş, onlara Səmavi kitablar nazil olmuş (Zəbur, Tövrat, İncil), bu Peyğəmbərlərə iman gətirmişlər. Lakin sonradan onlar bu kitabları təhrif edib doğru yoldan azmışlar. Buna görə də Allah onların qadınları ilə evlənməyə icazə vermiş və kəsdikləri heyvanların ətlərini yemyi də müsəlmanlara halal etmişdir.1122 Lakin müsəlman qadına Kitab Əhli olan bir kimsəyə ərə getmək haramdır. Bu cur nigah doğru deyildir.