Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə104/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   100   101   102   103   104   105   106   107   ...   218
5. Ağlı Başında Olmalıdır Heyvanı kəsən kimsə ağıllı-başlı olmalı, dəli və içkili olmamalıdır. Kəsən kimsə kimin üçün qurbanı kəsdiyini və kimin adı ilə bunu etdiyini bilməlidir.1123

6. Kəsilən Heyvan Yalnız Allah Rizası Üçün Kəsilməlidir - De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam! (əl-Ənam 162-163). Amir ibn Vəsilə deyir: “Bir dəfə Əli ibn Əbu Talibin – radıyallahu anhu - yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir şey deyibmi?” Əli – radıyallahu anhu - qəzəbli halda dedi: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa”. Kişi: “Ey Əmirəlmöminin, onlar nədir?”- deyə soruşdu. Əli: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin...”.1124 Həmçinin: Qurbanlıq heyvanını müşriklərin bütlərinin olduğu və bayramlarının kerildiyi yerlərdə kəsmək olmaz. Sabit ibn Dahhaq – radıyallahu anhu - rəvayət edir ki, bir nəfər Buvanə adlanan yerdə dəvə qurban kəsməyi nəzir etmişdi və Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bu haqda fikrini soruşduqda, o dedi: “Orada cahiliyyə dövründə insanların ibadət etdiyi büt olubmu?” O, kimsə: “Xeyr” olmayıb. Peyğəmbər: “Orada müşriklərin hansısa bayramı keçirilibmi?”- soruşdu. Adam: “buyurdu: “Yox, keçirilməyib”. Bu zaman Peyğəmbər: “Əhdinə əməl et”.1125




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin