MÜASİR SƏLƏF ALİMLƏRİNİN KƏSİLMİŞ HEYVANIN HÖKMÜ BARƏSİNDƏ FƏTVALARI 1. Sual:Hörmətli Şeyx, sizə məlumdur ki, bu gün Kitab Əhli olan dövlətlərdə müxtəlif dinlərə məxsus olan bir çöx millətlər bir-birinə qarışmışlar və bu səbəbdən də onların kəsdiyi heyvanlar barəsində olan şübhələr bu ölkələrdə daha çoxdur. Şəriətin onların kəsdiyi heyvanların əti barəsində hökmü nədir? Bu məsələdə (sualda) təfsilata varmağa və dəqiqləşdirməyə ehtiyac varmı? Xahiş edirik sizdən bu suala bir aydınlıq gətirəsiniz, çünki bu məsələ bizi çox çaşqınlığa salıb.