Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə114/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   110   111   112   113   114   115   116   117   ...   218
Şeyx Useymin rahmətullahi aleyhi – deyir ki: “Başı kəsildikdən sonra qanı axırsa bu onu göstərir ki, elektrik cərəyanı heyvanı yalnız zəiflətmək (keyləşdirmək) üçün istifadə edilir. Bu halda bu cür üsulla kəsilmiş heyvanın ətini yemək halaldır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin”.1171 Əgər elektrik cərəyanı ilə heyvan öldürülmüş olsaydı, ondan qan heç vaxt çıxmazdı. Çünki heyvan öldükdə artıq qanın forması dəyişir və laxtalanma baş verir ki, bu da qanın çıxmasının qarşısını alır. Lakin məsələ nə olursa-olsun, qardaşımızın dediyi kimi əgər elektrik cərəyanı ilə vurulmuş heyvanı canı çıxmamışdan qabaq kəsib qanını axıdıb­larsa bu şəriətə uyğundur”. Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. (əl-Maidə 3). Ayədə sadalananların hər biri haram edilmişdir, yalnız canı çıxmadan kəsdiyimiz heyvanlar müstəsnadır. Elektirik cərəyanı ilə öldürülmüş heyvan boğularaq öldürülmüş heyvanın misalındadır. Allah boğularaq öldürülmüş heyvanların ətlərini yeməyi bizə haram edib. Lakin Allah canı çıxmadan kəsdiyimiz heyvanları istisna edib. Buna görə də elektrik cərəyanı heyvanı yalnız zəiflədir və onu canı çıxmamışdan öncə kəssək halal hesab olunur. Lakin, əgər elektrik cərəyanı heyvanı öldürərsə, baxmayaraq bu sual verənin sözlərinə ziddir, çünki o, qeyd etmişdir ki, qanı axıdılır, bu zaman bu cür kəsilən əti yemək olmaz.

Fətava Nuru ad-Darb”.



3. Sual: Hörmətli Şeyx, günümüzdə xaçpərəstlər tərəfindən kəsilmiş heyvanların ətləri barəsində nə deyə bilərsiniz? Biz bilirik ki, onlar heyvanları müxtəlif üsullar aparatlar və yuxugətirici vasitələrdən istifadə edərək kəsirlər.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin