Şeyx İbn Bəzz – rahmətullahi aleyhi – deyir ki: “Əgər bu yeməkxanalar müsəlmanların, Kitab Əhlinin yaşadığı şəhərlərdə olarsa və ya bu yeməkxanaların sahibləri müsəlmanlar və Əhli Kitab olarsa - hansı ki, özləri bu heyvanların kəsilməsi ilə məşğul olurlar (və ya kəsilməsinə cavabdehdirlər) - bu cür ətlərin yeyilməsi kəsilən zaman Allahın adının zikr edilib-edilməməsi bizə məlum olmasa da belə halaldır. Çünki, onların kəsdikləri heyvanların əsli (təməli) halaldır. Aişə – radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.1172
Lakin əgər bu yeməkxanaları müsəlmanlar və Kitab Əhli deyil, müşriklər, kafirlər və ateistlər idarə edərsə, bu zaman orada verilən heyvanların ətindən yemək olmaz. Bil ki, müsəlmanların və Kitab Əhlinin şəriətə uyğun olaraq kəsdiyi heyvanların ətləri bizə onların kəsilmə üsulu bəlli olmasa da belə halaldır. O ki qaldı bizə məlum olan və şəriətə uyğun olmayan yollarla kəsilən heyvanlara, məs: Boğularaq, elektrik cərəyanı ilə vurularaq öldürülən (qanı axıdılmayan) və s. ölü (kəsilmədən ölüb murdar olmuş) leş heyvan sayılır və bu cür ətlərin yeyilməsi haramdır. Bu cür halda bunu müsəlmanın, yoxsa kafirin kəsməsində heç bir fərq yoxdur; “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3).
“Fətava İsləmiyyə” 3/ 414.
Dostları ilə paylaş: |