YUSUF QARDAVİNİN XƏTALARINA RƏDDİYƏ
Yusuf Qardavi 1926-cı ildə Misirin əl-Ğarbiyyə vilayətinin Sift kəndində dünyaya gəlmiş, kiçik yaşlarında atasını itirmişdir. Tərbiyəsi ilə anası məşğul olmuşdur. 10 yaşında ikən Quranı əzbərləmiş, əl-Əzhar Universitetinin məzunu olmuşdur. Həsən əl-Bənnanın rəhbərlik etdiyi “İxvanul Muslimin” cəmaatının fəal üzvlərindən olmuşdur. Bir neçə dəfə həbsdə olmuşdur. Misir kralı Camal AbdunNasrin hakimiyətində həbs olunmuşdur. 1961-ci ildə Qatrara köç etmiş və oranın Universitetinə daxil olaraq orada çalışmışdır. 1977-ci ildə Qatar Universitetinin “Şəriət və İslam araşdırmaları” bölümünü (fakultəsini) quraraq Dekan olmuşdur. Həmçinin orada “Sünnət və Peyğəmbərin həyatını araşdırma” mərkəzinin müdiri olmuşdur. Həmçinin əl-Cəzirə kanalı ilə yayımlanan “Şəriət və Həyat” adlı proqramda çıxışları olmuşdur.
Bir kimsənin səhvlərini və xətalarını bəyan etmək elm əhlinin işidir. Hər bir kəs bunu edə bilməz. Yusuf Qardaviyə rədd edən alimlər içərsində Şeyx əl-Albani, Şeyx Saleh əl-Fovzan, Şeyx Muqbil, Suleyman əl-Xaraşi – Allah onlardan razı olsun - və s. alimlər olmuşlar. Şeyx Muqbil, Yusuf Qardavi barəsində yazdığı kitabının adını: “Hürən it olan Yusuf Qardavinin ağzının bağlanması”. Bunu isə Allahın ayəsinə əsaslanaraq söyləmişdir: “Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr”. (əl-Əraf 175-176). AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi - bu ayənin təfsirində deyir ki: “Allahın elm bəxş etdiyi bir alimdən söhbət gedir, hansıki buna uyğun yaşamırdı”127. İbn Əbu Aufə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəvariclər - Cəhənnəmin köpəkləridir»128.
Şeyx əl-Albani – rahmətullahi aleyhi - isə Yusuf Qardaviyə gözəl xasiyyətnamə verərək demişdir: “Yusuf Qardavinin təhsili əl-Əzhar təhsilidir və o da Quran və Sünnə mənhəci üzərində deyildir. O, insanlara elə bir fəvalar verir ki, şəriətə ziddir. Bir çox fəlsəfi görüşləri də vardır. Şəriətdən hər hansı bir qadağa gəldiyi zaman sözləriylə bu qadağanı zəiflədərək: “Burada qadağan olunası qəti bir şey yoxdur” deyər. Bu əsasla da Musiqini halal görmüşdür. Bu isə icmanın rəyinə ziddir. Həmçinin Qardavi deyir ki: “Dəlil Quran, Sünnə, İcma və Qiyasdır”. Lakin Qiyas dəlil ola bilməz, çünki İctihadidir. Bu əsasla da o, bir çox şeyləri icazəli bilmiş və şəriət hökmlərini yüngülləşdirmişdir”129. Şeyx Cibrindən – rahmətullahi aleyhi - şəriətə zidd olan Yusuf Qardavinin fətvaları barəsində soruşurlar o: “Heç şübhə yoxdur ki, Yusuf Qardavi Allahın dinində (hökmləri) yüngülləşdirir. Bunun səbəbi isə insanların sevimlisi olmaqdır. Buna görə də şəriəti onlar üçün yüngülləşdirir. Məs: “Çox İnsanların musiqini dinlədiyini gördüyü zaman o dedi: “Musiqi qadağan deyildir”. Biz deyirik: “Onun fətvalarına qulaq asmayın, insanları da bu kimi kimsələrdən çəkindirin”130. İnsanlar üçün asanlaşdırmağı (yüngülləşdirməyi) Qardavi özü də inkar etmir. O, deyir: “Mənim qayəm – insanlar üçün asanlaşdırmaqdır”131. Əsl olan isə Allahn dininin insanlar üçün asan olmasıdır. Şəriətimizdə çətin olası heç nə yoxdur. Allahın əmr və qadağaları insanın güc və qüvvəsinə görədir. Şəriəti yüngülləşdirməyə ehtiyac yoxdur. “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir”. (əl-Bəqərə 185). “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”. (əl-Bəqərə 285).
Dostları ilə paylaş: |