Daimi Fətvalar Komitəsində (22/ 398) deyilir:“Müsəlman bir kimsəyə Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hazırladıqları yeməkləri yeməsi və bayramları münasibətilə onlardan hədiyyə alması qadağandır. Bayramları münasibətilə onlardan yemək və hədiyyə almaq onların bu adətlərinə hörmət, etimad və onlarla bu bayramda iştirak etməyə dəlalət edir. Bu da dinə fitnələrin və bidətin salınmasına aiddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə, o, rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”.1182 Həmçinin, onların əməlinə qarşılıq olaraq bayramları münasibətilə onlara da hədiyyə vermək olmaz”.1183
22. Sual: Hörmətli Şeyx, Böyük Britaniyada yaşayan bəzi müsəlmanlar var-dövlətlərini haram və halal yolla qazanırlar. Onlar içki və donuz əti ilə ticarət edirlər. Onların içərisində elələri var ki, onun mülkünün çox hissəsi haram ilə əldə edilmişdir. Bizə onlarla ünsiyyətdə olmaq, onların yeməklərini yemək və onların dəvətlərini qəbul etmək icazə verilirmi? Onların məscidin təmiri üçün verdikləri sədəqəni də qəbul etmək olarmı?