Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə135/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   131   132   133   134   135   136   137   138   ...   218
Şübhə Və Cavab: Müsəlmanların hakimiyyətində olmasa da belə İslam diyarı sayılır deyən alimlərə gəldikdə: Şəfii imamlarından olan ər-Ramli hesab edirdi ki, müsəlmanların məskunlaşdıqları, İslamı (yaşadıqları) torpaqlar kafirlərin hakimiyyətində olsa da belə İslam diyarı adlanır. Ondan: “Əndəlusun Arqun şəhərində Xristian rəhəbərin hakimiyyəti altında yaşayan müsəlmanların vəziyəti (halı) nədir? Bununla bərabər onlara əziyyət verilmir, sıxışdırılmırlar, özlərinə məxsus məscidləri vardır, Ramazanda oruc tuturlar, sədəqə verir və Hədd tətbiq edirlər, necə ki əmr edilib. Bu Xristian da onlara heç bir İslam ayinlərini həyata keçirməkdə maneçilik törətmir”. İmam dedi: “Bu müsəlmanlara öz şəhərlərində hicrət etmək vacib deyildir.. Çünki onlar açıq-aydın öz dinlərini yaşaya bilirlər. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyə sülhü zamanı Məkkəyə Osmanı - radıyallahu anhu – göndərir. Çünki o, açıq-aydın dinini orada yaşaya bilirdi. Onların oradan hicrət etməsi icazəli deyildir. Çünki bu torpalarda yaşamaqla İslamı yayır və dəvət edirlər. Bu da Darul İslamdır. Lakin oradan hicrət etsələr bu torpaqlar Darul Küfr olacaqdır”1206. əl-Məvardi deyir ki: "Əgər küfr ölkələrindən birində öz dinini açıq şəkildə yaşaya bilirsə, o zaman bu ölkə bununla Dar əl-İslam olur və orada yaşamaq hicrət etməkdən fəzilətlidir, çünki başqalarının İslama daxil olması ümid edilir"1207.

Təkfirçilər deyirlər ki: Əmir kafirdirsə deməli Darul küfrdür? Hətta müsəlmanlar üstünlük təşkil etsələr də? Allahu Əkbər! Bütün bunlar batil fikirlərdir? Şeyx Useymin – rahmətullahi aleyhi – “Təfsir” barəsində keçdiyi dərsin 13-cü kassetin 26-cı dəqiqəsində: “İslam torpaqları ilə kafirlərin torpaqlarının ayrılma nöqtəsi, sərhədləri hardandır?” sualına belə cavab verir: “İslam torpaqları – o torpaqlardır ki, orada İslamın əhkamları yerinə yetrilir, onu rəhbərinə baxılmadan!”. Hətta onun rəhbəri kafir olsa da belə. Çünki belə torpaqlarda İslamın əhkamları həyata keçrilirsə, bu İslam diyarıdır. Məs: “Azanın verilməsi, cəmaat namazları, cümə və bayram namazları, orucun tutulması, həccə getmələri və s. Bu islam torpaqlarıdır hətta rəhbər kafir olsa da belə. Cunadətu İbn Əbi Umeyyə deyir ki, bizlər Ubadətu İbn Samit - radıyallahu anhu – nun yanına gəldik. Xəstə idi. Allah sənin halını yaxşılığa yönəltsin! Sən bizə Rəsulullah – sallallahu aleyhi və səlləm – dən eşitdiyin və Allahın da o, səbəblə mənfəət verəcəyi bir hədisi söylə» dedik. O: «Rəsulullah – sallallahu aleyhi və səlləm –– Əqabə gecəsi biz ənsarı beyət etmək üçün yanına dəvət etdi. Biz də onunla birlikdə beyət etdik. Sevincinizdə, kədərinizdə, çətinlikdə, asanlıqda, hətta (əmir sizə məxsus olan bir şeyi özünə aid etdiyi) durumda da əmirlərinizi dinləyib onlara itaət emək, əmarət sahibi olan kimsələrə əmirlik xüsusunda çəkişməmək. Ancaq əmir sahibində açıq bir küfr görməniz müstəsnadır ki, bu halda onun küfrü haqqında yanınızda Allah kitabından qüvvətli bir dəliliniz olmalıdır» deyə buyurdu1208. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm –– bizlərə rəhbərdən açıq-aydın küfr gördüyümüz zaman onunla döyüşməyi əmr etmişdir. Bunun da mənası odur ki, torpaqlar İslam diyarı olaraq qalır, lakin hakimlə vuruşulur və devrilir. Amma bəzi camaatlar deyir ki, küfr olan diyarlarda da, müsəlmanlar hökm verməlidir ki, yəni hakimlər müsəlmanlar olmalıdır ki, ora İslam diyarından sayılsın. Bu isə düzgün fikir deyil! Əgər biz bu gün onların dediklərini tətbiq etsək neçə islam ölkəsi olacaq? Yalnız bir-iki ölkə İslam ölkəsi olacaqdır. Doğrusunu Allah bilir. Hər bir halda bu düzgün fikir deyil. Əgər bir ölkədə İslamın şüarları izhar olunursa, ora İslam diyarıdır. Ora İslam diyarıdır. O ki, qaldı o ölkədə həm İslamın, həm də küfrün şüarları izhar olur, necə ki, orada azan eşidilir, namaz qılınır və həmçinin bununla yanaşı eyni vaxtda orada yəhudilərə və nəsranilərə adi dini ayinlər də icra olunur, bu zaman biz nə edirik, oranı nə adlandırırıq? Belə halda hakimlərə və çoxluğa qayıdırıq. Çünki hakim orada küfrün şüarlarını aradan qaldırmaqda aciz ola bilər. Əgər həmin diyarın əhalisinin əksəriyyəti müsəlman və hakimləri də müsəlmandırsa, onda biz ora müsəlman ölkəsi deyirik, hətta orada küfrün şüarlarından hər hansı biri izhar olunsa belə. Niyə görə? Çünki orada kəmiyyət və rəhbərlik baxımından əksəriyyət müsəlmanlar təşkil edir. Lakin bunlar asiliklərdir və onlar bu asilikləri aradan qaldırmağa acizdirlər. Ancaq asilikləri aradan qaldırmaq və qadağan etmək vacibdir. Müsəlman ölkələrində açıq-aşkarda xaç gəzdirmək qadağandır. İslam ölkələrində kilsələrin üzərində və ya yol kənarlarında xaç yerləşdirmək qadağandır”. Şeyx Muqbilə – rahmətullahi aleyhi – sual verirlər: "Əlcəzair" (hansı ki, orada dünyavi qanunla hökm edilir!) Darul İslamdır, yoxsa Darul Küfr?”. Şeyx Muqbil deyir ki: “Oranın Darul İslam olduğu qeyd olunub. Çünki orada xalqın, millətin əsli müsəlmandır və İslamı sevirlər. Onların xeyir əməllərə həris olmaları onların İslama olan məhəbbətlərinə dəlildir. Allahul Mustəan!”. Şeyx Saleh Əli Şeyx – hafizahullah – deyir ki: “Önəmli olan budur ki, bir ölkənin hökmü hakimin kimliyindən asılı deyil. Ola bilər ki, hakim müsəlman olsun, ölkə isə küfr diyarı olsun. Yaxud hakim kafir, ölkə isə İslam diyarı olsun! Ola bilər ki, məsələ qaranlıq (muştəbih) olsun. Bu kimi hökmlər çox dəqiq hökmlərdir. Mən daim gənclərə, elm tələbələrinə tövsiyyə edirəm ki, bu kimi məsələlərə baş qoşmasınlar. Çünki gənc, yaxud elmdə yeni olanlar bu kimi məsələlərə müdaxilə etdikdən buna təəssübkeşlik yönündən yanaşa bilər. Nəticədə onun təəssübkeşliyi verdiyi hökmə təsir edəcəkdir. Bu isə layiq olmayan bir işdir, bundan əl çəkmək lazımdır. Müəyyən bir islam ölkəsinə (darul küfr) hökmünü vermək üçün, orada küfr və ya islam hökmlərinin üstünlük təşkil etməsinin müəyyənləşdirilməsi halında, alimlər ixtilaf edə bilərlər. Müəyyən bir ölkənin darul küfr olması qərarı alimlərə məxsusdur: Yəni, bu ölkədə küfr hökmü çoxdur, yoxsa yox? Şeyxul İslam İbn Teymiyyədən – rahmətullahi aleyhi – soruşurlar ki, bir ölkədə hər ikisindən (həm küfr, həm də islam) varsa onun hökmü nədir? Ona görə də bu kimi məsələlərin hökmünü yalnız alimlərə, mürtədlərin əhkamları barədə fətva verən alimlərə həvalə etmək lazımdır. Fətva da buna uyğun verilməlidir”.

Təkfirçilər deyirlər ki: Əgər orada Allahın hökmü ilə hökm olunmazsa Darul Küfrdür, hətta müsəlmanlar üstünlük təşkil etsələrdə belə, yox əgər Allahın hökmü ilə hökm olunarsa Darul İslamdır hətta əksər əhali kafirlər olsa da belə? Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən günümüzdə İslam torpqları əvvəllər olduğu kimi deyildir. Lakin yenədə necə olursa olsun, bu torpaqlar kafirlərin torpaqları deyil İslam diyarlarıdır”. əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Şeyxulİslamın fətvalarından bizə aydın olur ki, torpaqlar barəsində mühakimə orada olanlar barəsində deyil əhali ilə mühakimə edilir. Əgər şəhərin çox hissəsi müsəlmanlardırsa bu Darul İslam, hətta hakimiyyət şəriətə uyğun olmasa da belə”. Şeyx əl-Albanidən – rahmətullahi aleyhi – soruşurlar: “Sual: Bəzi kəslər deyir ki, bir ölkə o vaxt Darul İslam olur ki, orada İslam əhkamları, yəni Allahın şəriəti tətbiq olunsun, hətta bu ölkənin əhalisinin əksəriyyəti kafir olsa da, ora Darul İslam adlanır! Və bir ölkə o vaxt Darul Küfr hesab olunur ki, orada Allahın nazil etdiyi şəriətlə hökm edilmir, hətta orada əhalinin çoxu müsəlman olsa belə. Bu deyilənlər doğrudurmu?”. Şeyx əl-Albani: “Xeyr! Doğru deyil! Bu nə deməkdir ki? Bu söz nəyə gətirib çıxarır?! Məs: Bu ölkə və ya Suriya, yaxud başqa hər hansısa bir ölkə, haradakı - təəssüflər olsun - rəhbərlər dünyavi qanunla hökm edirlər, əl-Cəzairi də misal çəkmək olar. Bunlar hansı ölkə qisminə daxildirlər?! Darul Hərb (Darul küfr) sayılır?”. Sual verən: “Xeyr! Xeyr! Darul Hərb (Darul-küfr) sayılmır!”. Şeyx onun sözünü kəsərək: “Üzr istəyirəm, mən cavab verirəm! İndi gəl, bu deyilən sözün, yəni Allahın endirdiyi şəriət ilə hökm olunmayan ölkənin Darul İslam sayılmaması fikrinin batil olmasını isbat edək! Çünki bu kimi ölkələr Allahın hökmü ilə hökm etməyən rəhbərlərlə mübtəla olmuşlar. Öncə bilməliyik ki, hakimlər iki qismdir: Birinci qism etiraf edir ki, şəriətlə hökm etmək vacibdir, lakin nəfsinə uyaraq, bəzi şəxsi maraqlarına görə bunu etmir! İkinci qism isə deyir ki, İslam geridə qalmışdır, indi onun zamanı deyildir! Bu sözü deyən (yəni, öz qanununu halal görən) hakim kafirdir!”. Sual verən: “Bu ayənin birbaşa mənası ilə?! “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!”. (Maidə 44). Şeyx Albani: “Bəli, lakin ayənin təfsiri var. Necə ki, Quranın təfsirçisi İbn Abbas demişdir: "Ayə heç də onların düşündükləri mənada deyildir, həmin ayədə İslamdan çıxarmayan, kiçik küfr qəsd edilmişdir!". Ona görə deyirəm ki, bu gün İslam ölkələrində hökm edən rəhbərlər iki qismdir: Birinci qism etiraf edir ki, şəriətlə hökm etmək vacibdir. Necə ki, rüşvət alanlar, oğrular, zinakarlar, qeybət edənlər və s. kimi bu cür dinə müxalif əməl sahibləri asidirlər, əgər bu əməllərdən birini halal görərlərsə, o zaman kafir sayılarlar! Lakin desələr ki, biz halal görmürük, güc və qüdrət sahibi yalnız Allahdır, biz Allahdan bağışlanma diləyirik və s. bu kəslərin etiqadları düzgündür, lakin əməlləri etiqadlarına ziddir. Bu kimi hakimlərə (dünyavi qanunla hökm etsə də) biz kafir demirik! İkinci qism hakimlər isə, bayaq qeyd etdiyim kimi, onlar deyir ki, İslam hökmləri indiki zaman üçün deyil və o hakimlər mürtəd (İslam dinindən çıxmış) sayılırlar. İndi hamısını demirəm, əksər islam ölkələri dünyəvi qanunlarla idarə olunur, lakin nisbətlər fərqlidir. Yəni bəzi ölkələrdə qanunların çoxu dinə müxalifdir, bəzilərində isə çoxu dinə uyğundur. Bu baxımdan nisbət fərqi vardır. Bu bizim müzakirə mövzumuz deyil. Çünki biz indi elə bir zaman da yaşayırıq ki, burada prinsip bundan ibarətdir: "Öz qeydinizə qalın! Siz doğru yolda olsanız (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər". (əl-Maidə 105). Bizlər kafir hakimə qarşı vuruşmalıyıq? İslam bizə dərhal kafir hakimə qarşı vuruşmağı əmr etmir. O dəvət edilməlidir. Necə ki, Allah Rəsulu Kisranı, Qeysari, Mukavkis və s. dəvət etdi. Kim dəvətə icabət edərsə, Əlhəmdulilləh. İcabət etməyənlərə qarşı isə, dərhal vuruşdu? Yoxsa hazırlıq gördü? Əlbəttə ki hazırlıq gördü. İndi biz mübtəla olduğumuz vəziyyətdə: Ən yaxın nümunə kimi əl-Cəzairdəki vəziyyəti göstərmək olar - biz avropa düşüncəli, əsrdən çoxdur müstəmləkəsi olmuş Fransız qayda-qanunu ilə idarəçilik edən rəhbərlərlə mübtəla olmuşuq. İndi biz öz nəfsimizin şəhvətlərinə qarşı müharibə etmədiyimiz, nəfsimizi Quran və Sünnə ilə tərbiyə etməyimiz, əvvəldə dediyim kimi birləşmədiyimiz halda durub onlara qarşı müharibə edəcəyik? Xeyr! İndi bu prinsipin vaxtıdır: "Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər". (əl-Maidə 105) Dediyimiz kütlə hasil olduqdan sonra biz hakimə deyə bilərik ki, ey rəhbər sən ya Allahın hökmü ilə hökm etməli, yaxud buna görə döyüşməli olacaqsan. Bax İslamda belədir. İslamda üsyan və heç bir fayda olmadan nahaq qan axıtmaq prinsipi yoxdur. Allahdan diləyirik ki, bizə Quran və Sünnə ilə əməl etməyə müvəffəq etsin və bizi bununla tərbiyələndirsin” 1209. Şeyx Əhməd Nəcmidən – rahmətullahi aleyhi – Fransadan, Əlcəzair, Məqrib barəsində soruşurlar. Bunlar İslam diyarları sayılırmı, baxmayaraq ki, orada Allahın hömü ilə hökm olunmur?”. Şeyx deyir ki: “Əgər ölkə açıq-aydın şəhadəti söyləyirsə, açıq-aydın Azan verilirsə, cəmaat namazları məscidlərdə qılınırsa və .s. deyilir ki, bura İslam diyarıdır”. Şeyx Cibrin – rahmətullahi aleyhi – deyir ki: “Ölkənin hökmü: əgər orada İslam zahirdisə və orada yaşayanlar ibadətləri, azanı, orucu, bayram namazlarını və bənzərlərini açıq şəkildə etmə imkanına sahibdirsə, hətta orada şirk və küfr olsa belə, İslam ölkəsidir. Lakin əgər dinini açıq şəkildə yaşamağa qadir deyilsə, əhalisinin çoxu müsəlmanlara qarşı düşmənçilik edirsə, onlara zülm və basqı edirsə, Quranı öyrənməyi qadağan edir və müsəlmanların uşaqlarına küfr etiqadlar öyrədirlərsə, bura küfr ölkəsidir. Orada qalmaq caiz deyildir. Doğrusunu Allah bilir!"1210.

Yeri gəlmişkən demək lazımdır ki, bəzi müsəlmanlar şübhə olaraq (şübhə salmaq üçün) bəzi imamların sözlərini gətirilər ki: O, diyarda ki, Allahın hökmü ilə hökm verilmir (Allahın şəriətilə) və ya rəhbər kafirdirsə (mürtədirsə) İslam diyarı saylmaz hətta orada müsəlman yaşayıb və açıq-aydın dinlərini İslamı yaşasalar da belə. Bu dəlillərdən Qadi Əbu Yəla Hənbəli – rahmətullahi aleyhi – deyir ki: “İstənilən diyar hansı ki küfr qanunlarla deyil Allahın şəriəti ilə hökm edilir İslam diyarı adlanır və istənilən diyar hansı ki orada küfr qanunları hökm sürür, İslam qanunları deyil küfr diyarı adlanır”1211. İmam AlaudDin əl-Qasani Hənəfi – rahmətullahi aleyhi – deyir ki: “Hər bir ərazi (torpaqlar) ya İslama aid edilir, ya da küfrə. İslama aid edilir əgər orada şəriət qanunları hökm sürürsə. Küfr diyarına aid edilir əgər orada küfr qanunları həyata keçirsə”1212. Bu sözlərə bir neçə şərh (haşiyə) vardır:

1. İmamın bu sözləri düzgün tərcümə edilməmişdir. Originala qayıtdığımız zaman görürük ki, onlar: “Şəriət qanunları” deyil “İslamın əhkamlarını” deyirlər.

3. İslamın əhkamları deyildiyi zaman isə bunu məzhəbin imamları belə açıqlayırlar: İmam əl-Qassani – rahmətullahi aleyhi – özü deyir: “Hənəfilər arasında heç bir ixtilaf yoxdur ki, Darul Küfr nə zaman Darul İslam olur? Əgər orada İslamın əhkmları açıq-aydın olur və ya yerinə yetirilir”1213. İslam əhkamları deyildiyi zaman burada yalnız Şəriət qanunları ilə hökm verməkdən söhbət getmir. Bura aiddir: azan, cümə və bayram namazlarının qılınması və s. Bu termini alimlər bu cür başa düşmüşlər. həmçinin Hənəfi imamları da. Darul Küfr nə zaman Darul İslam olur əgər orada İslam əhkamları bərqərar olarsa. Necə ki, cümə və bayram namazlarının qılınması kimi”1214. Əbu Yəlanın – rahmətullahi aleyhi – sözləri də belədir. Hənbəli məzhəbinin fiqhi kitablarında deyilir: “Darul küfr Darul İslam olur, müsəlmanların Orada əhkamları yerinə yetirməsindən sonra. Cümə və bayram namazları kimi”1215.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin