Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ƏMİRİ RƏHBƏR QƏBUL ETMƏDƏN BİR GECƏ KEÇİRMƏK BELƏ HARAMDIR



Yüklə 5,74 Mb.
səhifə148/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   144   145   146   147   148   149   150   151   ...   218
ƏMİRİ RƏHBƏR QƏBUL ETMƏDƏN BİR GECƏ KEÇİRMƏK BELƏ HARAMDIR
Bunu da bilin ki, hər kim xəlifəlik vəzifəsinə gəlir, insanlar da ətrafında toplanırlarsa, onun xəlifəliyinə razı olurlarsa ona itaət fərz olur, ona qarşı çıxmaq isə haram olur. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Digər əmirlərə xəlifə olana qədər qılıncı ilə qalib gələn və əmirul-muminin deyə adlandırılan bir kimsəyə qarşı Allaha və axirət gününə iman edən bir kimsənin istər yaxşı, istər pis bir kimsə olsun onun imam görməyib bir gecəni keçirməsi o, kimsəyə halal olmaz» Abdus b. Məlikin deyir ki: Mən Əhmədin belə dediyini eşitdim: «Müsəlmanların ittifaq edib seçdiyi, yaxud güclə və ya razılıqla hakimiyyəti ələ almış rəhbərə qarşı üsyan edən kimsə müsəlmanların vahid kəlməsini parçalayar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən rəvayət edilmiş hədislərə müxalif olar. Əgər o, üsyankar belə halda ölərsə cahiliyyət ölümü ilə ölər. Rəhbərə qarşı döyüşmək, üsyan etmək halal deyil. Kim bunu edərsə o, doğru yoldan və hədislərdən uzaqlaşmış bidətçidir» 1375. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Güc işlədərək idarə başına gələn bir kimsəyə itaətin və onunla birlikdə cihad etməyin vacib olduğuna, ona itaət etmənin ona qarşı çıxmaqdan xeyirli olduğunu icma ilə qəbul etmişlər. Çünki bu yolla qanların tökülməsinin qarşısı alınır»1376. Yəni bir kimsənin: Mən ona yalnız Allaha itaət olan məsələlərdə itaət edəcəyəm – deməsi düzgün deyildir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – yalnız Allaha asiliyi əmr edən rəhbərlərə itaət etməməyi buyurmuşdur.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin