«Sizdən təkcə zalimlərə toxunmayacaq (pis əməllərin müqabilində üz verə biləcək) bəladan qorxun». (əl-Ənfal 25). Deməli, baş verən fitnələrin təsirinə yalnız zülmkarlar deyil, eyni zamanda ətrafdakı bütün insanlar da məruz qalır. Buna görə də hər birimizə vacibdir ki, fitnə baş verməmiş-dən qabaq özümüzü ondan və ona aparan yollardan çox ciddi şəkildə qoruyaq. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin (Başqa rəvayətdə: Dəvəsi olan dəvəsinin yanına, qoyunu olan qoyunlarının yanına, ərazisi olan ərazisinə, bu kimi malları olmayan qılıncını alıb kəskin tərəfini daşa vurub (yaylarınızı qırın) sonra bacardığı qədər sağ qalmağa çalışsın. Ya Rəsulullah! Müharibə edən iki sinifə qatışmayaraq çəkilib bir tərəfdə durduqda biri gəlib məni qılıncı ilə vurub və ya ox atıb məni öldürürsə nə buyurursan? Beləsi həm öz günahı ilə, həm də sənin günahınla yüklənərək Cəhənnəm sahibindən olur)»1501. Bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə dedi: «Fitnələr zamanı evimə girib məni öldürmək üçün əlini mənə uzadana nə edim. Peyğəmbər: «Adəm – əleyhissəlam – kimi ol! «Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram». (əl-Maidə 28). Miqdad b. əl-Əsvəd - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən də xoşbəxt insan o, kəsdir ki, fitnələrdən uzaqlaşdırılıb, bəlaya məruz qaldığı vaxt səbr edəndir. Nə qədər gözəl, nə qədər xoş bir şeydir»1502.
Həmçinin İmam Əhməd – rahmətullahi aleyhi – başçıya qarşı çıxmaq hədislərini danışmağı xoşlamayıb onları öz «Musnəd» əsərindən çıxarmağı əmr etmiş və bu haqda belə demişdir: «Fitnədə və başçıya qarşı çıxmaqda heç bir xeyir yoxdur». Hənbəl b. İshaq rəvayət etmişdir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (İmam Əhməd – rahmətullahi aleyhi – nin) yanına gələrək: «Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır» dedilər. O: «Nə etmək istəyirsiniz?» deyə soruşdu. Həmin adamlar: «Biz, öz başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə gəlmişik» deyə cavab verdilər. İmam Əhməd onlarla bir saata yaxın söhbət etdikdən sonra: «Sizə qəlbinizlə etiraz etmənizi tövsiyə edirəm. Əlinizi ona itaətdən üzərək müsəlmanların əsasını sındırmayın (İmam Əhməd başçını Əsaya, fitnələrə məruz qalmış müsəlmanları isə əsaya ehtiyacı olan taqətsiz bir insana oxşadır). Bu işin nə ilə nəticələnəcəyini nəzərə alaraq, özünüzün və müsəlmanların qanını axıtmayın. Yaxşı biri gələnə və ya pis gedənə kimi səbr edin» dedi. Onlar getdikdən sonra mən atamla birgə Əbu Abdullahın yanına gəldim. Atam ona dedi: «Allahdan özümüzə və Muhəmməd ümmətinə əmin-amanlıq diləyirik. Belə bir iş heç kimin xoşuna gəlməzdi. Ey Əbu Abdullah, sən bunu (itaətsizliyi) düzgün hesab edirsənmi?» O: «Xeyr, belə bir iş bizə səbr etməyi əmr edən rəvayətlərə ziddir» dedi1503. Əbu Həris əs-Saiq demişdir: «Mən Əbu Abdullahdan Bağdadda baş vermiş hadisə haqqında, yəni, bir dəstə insanın qiyama qalxmaq istəməsi barədə soruşaraq: «Ey Əbu Abdullah, bunlara qoşularaq qiyam etmək barədə sən nə deyirsən?». O, qiyamçıların bu işinə öz etirazını bildirərək dedi: «Subhənallah...! (Nahaq yerə axıdılan) qanlar. Mən bunu nə dəstəkləyir, nə də əmr edirəm. Bizim hal-hazırda səbr etməmizi, nahaq qanlar axıdılmasından, mal-dövlətin talan edilərək halal sayılmasından və haramların baş alıb getməsi ilə nəticələnən bir fitnə törətməkdən daha xeyirli sayıram. Məgər sən bilmirsən ki, insanların fitnə-fəsad törətdikləri vaxtlarda nələr edilib?». Mən ona dedim: «Ey Əbu Abdullah, bu gün insanlar fitnə içində deyillərmi?» O: «Olsalar da belə, bu fərdi fitnədir. Əgər qılınc qaldırılsa, o ümumi bir fitnəyə çevriləcək və bütün yollar bağlanacaq. Lakin səbr etməklə dinini qorumuş olarsan ki, bu da sənin xeyrinədir». Mən onu rəhbərlərə qarşı çıxmağı inkar edən gördüm. O deyirdi: «(Nahaq yerə axıdılan) qanlar, mən bunu nə dəstəkləyir, nə də tövsiyə edirəm»1504. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bəzi müsəlman rəhbərləri Cəhmilərin dediklərini: Quranın məxluq olmasını, Qiyamət günü Allahı görməməyimizi söyləmişlər. Onlar bu fitnəni insanlar arasında yayır, onların bu sözlərinə cavab verməyənləri cəzalandırır və küfrdə ittiham edirdilər. Bir kəsi əsir etdikləri zaman Quran məxluqdur etiqadını qəbul edənə qədər işkəncələrə məruz qoyardılar. Onlar yalnız canişin olaraq öz tərəfdarlarını təyin edir və belələrinə kömklik edirdilər. Buna baxmayaraq İmam Əhməd onlar üçün Allahdan hidayət diləyir və onların bağışlanmasını istəyirdi. O hesab edirdi ki, onların Peyğəmbərə – sallallahu aleyhi və səlləm – müxalif olmaları bilməməz-likdir. Onlar bir başa Peyğəmbərin – sallallahu aleyhi və səlləm – gətirdiyini inkar etmirdilər. Lakin Quran ayələrini səhv təvil edir və kor-koranə onları öyrədənləri təqlid edirdilər”1505. Görəsən, günümüzdə olan təkfirçilər İmam Əhməd üçünmü hökümət adamıdır deyirlər? Nəfi – rahmətullahi aleyhi – rəvayət edir ki: «Nə vaxt ki, Mədinə əhli Yəzid b. Muaviyəni hakimiy-yətdən devirmək istədikdə İbn Ömər - radıyallahu anhu – öz yaxınlarını və uşaqlarını ətrafına toplayaraq Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyi hədisi rəvayət etdi: «Qiyamət günü hər bir xəyanətkarın yanında bir bayraq dikiləcəkdir1506 sözünə davam edərək dedi: «Bizim hər birimiz Allahın və Rəsulunun əmrinə əsasən bu insana beyət etmişik. Vallahi mən bundan böyük xəyanət görmürəm nə vaxt ki, insan Allahın və Rəsulunun əmrinə əsasən birinə beyət edə və sonra da ona qarşı vuruşa. Nə vaxtsa bizlər ona qarşı sadiqlikdə beyət etmişdik. Sizlərdən kimsə ona qarşı çıxmaq istəyirsə bilin ki, mən bu işdən uzağam»1507. Allah şəriəti qəti olaraq seçilmiş əmrlərə qarşı çıxmağı qadağan edir. Hər hansı bir kimsə çalışsa ki, müsəlman bir kimsənin əlində olan hakimiyyəti devirsin, hətta onu hörmətdən salmaq istəsə də belə Allah və onun Rəsulunun istəyinə qarşı çıxmış sayılır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahın yer üzündə təyin etdiyi əmirə hörmət edərsə Allah da ona hörmət edər, kim də Allahın yer üzündə təyin etdiyi əmiri alçaldarsa Allah da onu alçaldar»1508. Cəlil b. Abdullah ət-Tustari – rahmətullahi aleyhi – deyir ki: «İnsanlar xeyir içərisində olarlar o, vaxta qədər ki, onlar öz əmirlərinə və alimlərinə hörmət etsələr. Onlara hörmət etdikcə Allah da onların dünya və axirətlərini də xeyirli edər. Yox əgər onları gözdən salmağa çalışarlarsa Allah da onların dünyalarını və axirətlərini də məhv edər»1509.
Həmçinin fitnələr zamanı hər bir söz və əməl müdrikliklə edilməlidir. Müdrikliklə görülən iş isə həmişə tərifə layiqdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əşəs Abdul Qeysə xitabən buyurdu: «Səndə Allah və Onun Rəsulunun sevdiyi iki xislət vardır. Müdriklik və səbirlilik»1510. «İnsan (özünə) xeyir dua etdiyi kimi, bəd dua da edər. İnsan (hər şeydə) tələsgəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz)». (əl-İsra 11). Müdrikliklə görülən iş tərifə layiqdir. Çünki adillik nişanəsi olan bu sifət sahibi, fitnələr vaxtı məhz öz müdrikliyi, əzmkarlığı və mehribanlığı ilə digərlərindən fərqlənir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mehribanlıqla edilən hər bir iş gözəlləşər, onsuz isə xarab olar»1511. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən də, Allah mehribanlıqla görülən bütün işləri sevir»1512. Osman - radıyallahu anhu – (özünü müsafir hesab etməyərək) namazı tamamlayırdı. Belə ki, o Minada ikən namazı dörd rükət qılırdı. Lakin sünnəyə görə Minada hər dörd rükətli namaz qısaldılaraq iki rükət şəkilində qılınmalı idi. Məsələyə şərri bir yozum verən Osmanın fikrinə görə isə namaz dörd rükət qılınmalı idi. Bütün bunlara baxmayaraq İbn Məsud Muhəmməd Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Sünnəsinə görə dörd rükətli namazlar Minada iki rükət qılınmalıdır. Bu başqa cür ola da bilməz. Deyə təkid etdi. (Onun bu sözlərini eşidənlər) dedilər: «Ey İbn Məsud! Sən bu sözləri deyir, sonra da gedib Osmanın - radıyallahu anhu – arxasında dörd rükət namaz qılırsan! Bəs bu nə deməkdir!». O: «Ey filankəs! Müxaliflik şərdir! Müxaliflik şərdir! Müxaliflik şərdir…»1513.
Son olaraq fitnə törədən fitnəkarlara demək istəyirik ki: «Bəs səni fitnələr zamanı hər məclisdə və ya toplantıda haqq saydığın məsələlər barəsində danışmağa vadar edən nədir? Axı haqqı Əhli Sünnə və Cəmaat alimləri açıq-layırlar. Əgər sənin hər hansı bir fikrin və ya təklifin varsa onlara ərz et. Qəbul etsələr (deməli haqq) odur, yox əgər etiraz etsələr (deməli) artıq özünü bütün müsəlmanların sənin (səhv) rəyindən xəbərdar tutmasından qorumusan».
XƏLİFƏLİK QUREYŞDƏNDİR
Əbu Burza - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəlifəlik Qureyşdən olmalıdır. Onlardan rəhm istənildikdə onlar mərhəmətli olmalıdırlar. Vəd verdikləri zaman vədlərini yerinə yetirməlidirlər. Hökm oxuduqda ədalətli olmalıdırlar. Əgər kimsə bu cür hərəkət etməzsə onun üzərinə Allahın, mələklərin və bütün insanların lənəti yağar»1514. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İmamlar Qureyşdəndir. Qureyşin yaxşıları (digər insanların) yaxşılarının əmirləri, pisləri də pislərinin əmirləridir. Hər birinin haqqı vardır, hər haqq sahibinə haqqını verin. Əgər Qureyş sizin aranızda əzaları kəsik Həbəşili bir qulu əmir təyin edərsə onu dinləyib, ona itaət edin»1515. Belə bir şərəfin onlara verilməsinə səbəb isə nəsəb və cins baxımından onların seçilmiş olmalarıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah İsmail oğullarını seçmişdir, İsmail oğullarından da Kinanəni, Kinanədən də Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni seçmişdir»1516. Qureyşli olmayan bir kimsə gəlib imamətə sahib olacaqsa bu Nübuvət üsuluna uyğun bir xəlifəlik olmaz. Əksinə bu bir hökmüdarlıq olur. Qadi İyaz – rahmətullahi aleyhi – deyir ki: «İmamın Qureyşli olmasının şərt olması bütün elm adamlarının qəbul etdiyi görüşdür. Hətta bu icmanın qətiləşdirdiyi məsələlər arasında sayılmışdır. Bu xüsusda Sələfdən hər hansı bir kimsənin buna fərqli bir fikir söylədiyi nəql edilməmişdir»1517. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar bu iş xüsusunda Qureyşə tabedirlər. Ərəblərin möminləri, Qureyşin möminlərinə, müşrikləri də Qureyşin müşriklərinə tabedirlər (Başqa rəvayətdə: İnsanlar xeyirdə də, şərdə də Qureyşə tabedirlər)»1518. Əmr, İmarə – buyurmaq mənasındadır. Əmir vermək səlahiyyəti olan bütün idarə və rütbələrin ən böyüyündən, ən kiçiyinə qədər olan hər bir şeyi özündə əhatə edir. Yəni dövlət başçısı, vəlilik, əmirlik, məmur və s. mənaları ifadə edir. Abdullah b. Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlardan iki nəfər qalmış olsa da belə bu iş Qureyş arasında qalmağa davam edər»1519. Cabir b. Səmura – radıyallahu anhu – rəvayət edir ki, mən atam Səmura ilə birlikdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına daxil olduqda eşitdik ki: «İçərilərindən on iki xəlifə olmadıqca bu iş son olmayacaqdır (Başqa rəvayətdə: Qiyamət qopana qədər və ya hamısı Qureyşdən olan on iki xəlifə olduğu müddətdə İslam dini əziz olmaqda və qorunmaqda davam edəcəkdir)» buyurdu. Cabir – radıyallahu anhu – deyir ki: Sonra bir söz söylədi ki, onu eşitmədim və atamdan: «Rəsulullah - sallallahu aleyhi və səlləm – nə söylədi?» deyə soruşdum. O: «Bunların hamısı Qureyşdəndir» dedi1520. Muvaviyə – radıyallahu anhu – ya xəbər verdilər ki, Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – deyir ki: «Əmir Kahtan qəbiləsindən olacaqdır». Bunu eşidən Muaviyə bərk qəzəbləndi və ayağa qalxaraq Allaha həmd-sənalar etdikdən sonra dedi: «Həqiqətən də mənə xəbər verilir ki, sizlərdən bir qism kimsələr Allahın kitabında olmayan və Peyğəmbər - sallallahu aleyhi və səlləm – tərəfindən rəvayət edilməyən bəzi sözlər söyləyirlər. Bu kimi kimsələr cahil kimsələrdirlər. Sahibini sapıqlığa götürən fikirlərdən çəkinin. Həqiqətən, mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «Şübhəsiz ki, bu idarə işi Qureyşə aiddir. Dinə bağlı qaldıqları müddətdə hər kim onlarla (düşməncə) mübarizə apararsa, Allah mütləq onu üzüstə süründürür»1521. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qureyş, Ənsar, Cuheynə, Muzeynə, Əsləm, Əşca, Ğifar qəbilələri mənim dost və yardım-çılarımdır. Onların Allah və Rəsulundan başqa dost və yardımçıları yoxdur»1522.
Dostları ilə paylaş: |