İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Usamə Bin Laden – yer üzündə fitnə yayan kimsələrdəndir”187. Şeyx Fovzandan – hafizahullah - soruşurlar: “Hörmətli Şeyx! Allah sizi xeyirlə mükafatlandırsın. Sual verən deyir: “Mən sizdən xahiş edirəm ki, mənim sualımı sizə ünvanladığım kimi oxuyasınız. Əksi təqdirdə Allaha and olsun ki, Qiyamət günü haqqımı tələb edəcəyəm. əl-Masari, əl-Faqihi və Usamə Bin Laden müsəlman cəmaatdan uzaqlaşmış sayılırlarmı? İbn Bazz – rahmətullahi aleyhi – Usamə Bin Laden barəsində neqatif bir fikirdə idi, onun verdiyi fətva isə adından uydurulmuş – yalandır?” deyən kimsələr barəsində sözünüz nədir? Çünki onlar bu sözləri dəlil olaraq gətirirlər”. Cavab: “əl-Faqih, əl-Masari və Bin Laden barəsində onların sözləri və əməllərinə görə mühakimə edin. Onlar barəsində yalan danışmayın, lakin etdiklərindən bir nəticə çıxarın. O, ki qaldı iddia edənlər ki, İbn Bazzın – rahmətullahi aleyhi – fətvası yalandır – onun özü yalançıdır. Bu fətva uydurulmuş deyildir. Biz özümüz bu fətvanı Şeyxdən eşitmişik. Sağ olduğu zaman Onun fətvaları içərisində bu fətva yer almışdır. Ona görə də kim deyərsə ki, bu fətva yalandır onun özü yalançıdır”188.
Bəzi zəlalət əhli İnternet saytlarında Usame Ben Laden barəsində olan Şeyx Useyminin – rahmətullahi aleyhi – gözəl sözlərini yerləşdirərək insanları çaşqınlığa salmaq istəyirlər. Buna cavabımız: Şeyx Useymin – rahmətullahi aleyhi – bu sözləri Ben Laden barəsində Birinci Əfqan Rus müharibəsi zamanı demişdir. Şeyx Useyminin – rahmətullahi aleyhi – ölümündən sonra bir çox şeylər dəyişmişdir, eləcə də Ben Ladendə. Şeyx Useymin – rahmətullahi aleyhi – heç vaxt bu cür partlayışlar və müsəlmanların qanlarının axıdılması ilə razı olmazdı. Çünki onun bu barədə bir çox fətvaları vardır.
Baxın, görün Şeyx Useymin – rahmətullahi aleyhi – İbn Bazın – rahmətullahi aleyhi – fətvası barəsində nə deyir: “Son zamanlar ölkəmizdən kənarlarda (əl-Masari, əl-Fəqihi və s. Kimilərinin əmirlərin pislənməsi barəsində payladıqları vərəqlər mövcuddur), bəlkə də bu vərəqlər bizim ölkəmizdə yazılmışdır, dövlət rəhbərlərinin pislənməsi ilə bağlı bir çox vərəqlər (məqalələr) yayılmışdır. Bu kağızlarda rəhbərlərin etdikləri yaxşı işlərdən heç nə qeyd olunmayıb. Deməli, bu qeybətdir və oxunması da haramdır. Heç kəsə icazəli deyil ki, bu kimi kağızları insanlar arasında yaysın, lakin kim bunu görərsə cırmalı və ya yandırmalıdır. Çünki bu kimi kağızların paylanması bir çox fitnələrin, zülmün yayılmasına səbəbdir. Bundan isə ölkəmizin Muftisi İbn Bazz – rahmətullahi aleyhi – çəkindirmişdir. O, bundan çəkindirərək söyləmişdir ki, bu kimi vərəqlərin paylanması fitnə-fəsadı, rəhbər ilə xalqın parçalanma-sına səbəbdir. Mən də bundan çəkindirirəm və bizim digər qardaşlarımız da bundan çəkindirirlər. Alimlər də öz ölkələrini bu kimi vərəqlərin paylanmasın-dan çəkindirirlər”. “11-ci dəqiqə, 20-ci saniyədən başlayır danışmağa”.
Şeyx Fovzandan – hafizahullah - soruşurlar: “Hörmətli şeyx, Allah sizi qorusun! Sizə də gizli deyildir ki, Usamə Bin Laden yer üzündə fitnə yayan və insanları da buna dəvət edən bir kimsədir? Sualım belədir: Biz bu insanı Xəvaric adlandıra bilrərikmi? Çünki o bir çox partlayışları həm bizim ölkəmizdə, həm də digər ölkələrdə təsdiqləyir”. Cavab: “Hər bir kəs özündə bu etiqadı daşıyarsa, Xəvaricdir. Hərmçinin insanları bu etiqada (mənhəcə) dəvət edən, yönəldən də şəxsiyyətindən və yaşadığı yerdən aslı olmayaraq Xəvaricdir. Bu qayda: Kim insanları əmirlərə qarşı çıxmağa, müsəlmanları təkfir etməyə, müsəlmanları öldürməyə çağırarsa o, kimsə Xəvaricdir”189.
Şeyx Fovzandan – hafizahullah - soruşdular: “Hörmətli şeyx! Sual verən soruşur: Nə üçün fətvalar komitəsinin böyük alimləri xəvariclərin liderləri olan Usamə Bin Laden, Zarkavi, əl-Fəqihi haqqında, insanları onlardan çəkindirən fətvalar vermirlər?”. Cavab: “Böyük Alimlərin komitəsi belə kimsələr barəsində və onların əməlləri barəsində dəfələrlə fətvalar vermişlər. Bu barədə neçə dəfə qərar da verilmişdir, onların liderləri barəsində də”190.
Şeyx Əhməd ən-Nəcmidən – hafizahullah - soruşurlar: “Bəzi insanlar deyirlər ki, Bin Laden gözlənilən Mehdidir və onu möminlərin Əmiri adlandırırlar. Buna açıqlamanız nədir?”. Cavab: “Bu insanlar Şeytandırlar! Bin Laden isə Şeytan və Xəvaricdir. Heç kəsə olmaz onu tərif etmək. Tərif edənlər isə görünür onlar da onun kimi Xəvaricdirlər”.
Şeyx AbdulMuhsin əl-Abbaddan – hafizahullah - soruşurlar: “Bəzi insanlar günümüzdə deyirlər ki: əl-Qaidə quruplaşması Xəvaricdirlər, digərləri isə deyirlər ki: Onlar Mucahiddirlər”. Sizin fikriniz nədir?”. Cavab: “Qısa və dolğun cavab: “Bəli onlar Mucahiddirlər – şeytanın yolunda”.
Şeyx Saleh Luheydandan – hafizahullah - soruşurlar: “Müsəlmanların Bin Ladenin rəhbərlik etdiyi əl-Qaidə qruplaşmasına qarşı münasibəti necə olmalıdır?”. Cavab: “Bu qruplaşmada xeyir yoxdur! Onlar müsəlmanları parçaladılar, zülm və fitnəni yaydılar və nahaq qanlar axıtdılar”.
Şeyx AbdulƏziz Əli Şeyxdən – hafizahullah - soruşurlar: “Ben Laden üçün azmış birisidir demək olarmı? Elmdə zəif olan müsəlmanlara internet saytlarında yerləşdirilən Ben Ladenin moizələrinə qulaq asmaq olarmı?”. Cavab: “Ey mənim qardaşım! Onlar şər və fitnənin səbəbkarlarıdırlar. Heç şübhə yoxdur ki, onlar tutduqları yoldan azmışlar. İlk gündən indiyə qədər mən düşünürəm ki, onlar İslam düşmənlərinin törəmələridir. İslam düşmənləri onları yetişdirmişlər. Onlar İslam düşmənlərinin kölgələri altında yaşayan və nə qədər gizlənməyə çalışsalar da onlar İslam düşmənləri və digər İslam düşmənlərinə yardım edən kimsələrdir”.
Şeyx Saleh Əli Şeyx – hafizahullah - deyir ki: “Siz eşidə bilərsiniz, necə bəzi müəllimlər Ben Ladeni tərif edirlər, lakin bu İslamı başa düşməkdə xətadır”191.
Şeyx Muqbil İbn Hədi – hafizahullah - deyir ki: “Mən Ben Ladenin etdiklərindən Allaha sığınıram. Ümmət üçün xəstəlik və fitnədir. Əməlləri isə şərdir”. Ondan: “Avropa ölkələrində olan müsəlmanları bu törədilən partlayışlara görə sıxışdırıb (əziyyət verirlər)”. Şeyx: “Mənim bu haqda məlumatım vardır. Mənə İngiltərədən qardaşlar zəng edərək onlara verilən əziyyətlər barəsində xəbər vermişlər. Onlar soruşdular ki: “Bizlər Ben Ladenin etdiklərindən uzaq olduğumuzu açıq-aydın söyləyə bilərikmi?”. Mən: “Bizlər onun özündən və əməlidən çoxdan uzaq olduğunu bəyan etmişik. Şahidik ki, Avropa ölkələrində olan müsəlmanlar sıxışdırılır müxtəlif partiyaların “İxvanul Muflisin” və onlara oxşarların törətdiklərinə görə”192.
Salaman Avde özü Ben Ladenin əməllərindən xoşlanmayaraq ona müraciət edərək demişdir: “Ey mənim qardaşım Usama! Nə qədər qanlar axıdılmışdır!? Nə qədər günahsız insanlar, uşaqlar, qocalar və qadınlar öldürlülmüşdür “əl-Qaidə” bayrağı altında?! Sənin halın necə olacaq bu qədər 100 min, milyon insanın qanı ilə yüklənmiş halda Allahın qarşısına (hüzüruna) çıxdığın zaman”.
Şeyx Saleh əs-Suheymidən – hafizahullah - soruşurlar: “Biz əz-Zərkavini sevmirik, lakin onu təhqir də etmirik. Çünki o, elm əhlidir” deyənlər barəsində sözünüz nədir? Cavab: “Bü dəvətçilərin səbəbilə bir çox ölkələrdə onların sözləri yayılmış, bir çox insanlar aldadılmiş və öldürülmüşlər. Nə qədər müsəlmanlar haqsız olaraq, düşməncəsinə öldürülmüşlər, hələ mən müsəlmanlarla müqavilələri olan kafirlərin öldürülməsindən danışmıram. Qoy sizləri bu kimi cahillərin sözləri aldatmasın. Mən sizdən soruşuram: Kimdir (Zərkavinin) müəllimi? Müsəlmanlar üçün ölüm və dağıntılardan başqa nə qoyub? Heç nə? Nə o, nə də Ben Laden və s. Onlar kimi dəvətçilər. Allaha and olsun! 11 Sentyabr baş verməmişdən öncə İslam dəvəti güclənmişdir. Mən özüm bu hadisədən iki həftə öncə Amerikada Filadelfiyada dəvət seminarlarında olmuşdum. İnsanlar Allahın dininə dəstələrlə girirdilər. Bu Amerika, İngiltərə, Hindistan, Çin və s. ölkələrdə dini məktəblər açılırdı. Bunlar haradadır indi? Bu məktəblər haradadır? Qərb ölkələrində müsəlmanlar başı yuxarı gəzirdilərsə, indi artıq başları aşağı, hicablar çıxardılıb. Qoy sizi bu dəvətçiləri sözləri: 11 Sentyabr İslamın yayılmasına və insanların bu dini qəbul etmələrinə görə baş vermişdir. Allaha and olsun ki, bu yalandır. Bu saat Amerikadan olan 150 dəvətçi qardaşımız var. Bir həftə Mədinədə şeyxlərdən dərs aldılar, bir həftə də Məkkədə. Ümrə etməyə gəlmişdilər. Onlardan soruşa bilərsini nə baş verib. Hamısı elm tələb edən tələbələrdir. Məkkədədirlər bu an. Filadelfiyada hicablı qadınlar çoxlu idi. Bəs indi hicablar çıxarılmış adi bir şəhərdir. Səbəbi isə Xavariclərdir. Elmi isə onun əhlindən almaq lazımdır. O ki, qaldı bu kimi kimsələrə, bizim onlara ehtiyacımız yoxdur. Onlardan bir çoxları artıq həyatda yoxdurlar və biz bilmirik onların halları Allah qatında necədir. Lakin biz bilirik ki, heç bir müsəlman onlardan fayda əldə etməyib, əksinə onlar İslama və müsəlmanlara zərərdən başqa bir şey gətirməyiblər və onların zərər vurmaqları hələ də davam edir. Əsl elm tələbələrinin ardınca gedin, Elm - hisslər deyildir. Elm – nəşidlər də deyildir. Elm – teatr səhnələri də deyildir. Elm – diskə yazılmış səslərdən də ibarət deyildir. Elm – bir başa alimlərdən elmi almaqdır. Allah buyurdu: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız”. (ən-Nisa 83).
İBN TEYMİYYƏ – Rahmətullahi Aleyhi – XƏVARİCLƏRİN VƏSFİ HAQQINDA
Müsəlmanları təkfir etmək bidətdir. İlk olaraq onlar Hz. Əli – radıyallahu anhu - nun dövründə çıxmışlar. Onların namazları, orucları və ibadətləri vardır. Elə bir əməllər ki, ümumi səhabələrdə yox idi. Lakin buna baxmayaraq onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsindən, müsəlmanların cəmaatından uzaq idilər. Xəvariclərin bidəti İslamda ilk çıxan bidətlərdəndir. Sünnədə və əsərlərdə ən çox məzəmmət olunan bidətdir. Çünki Xəvariclərin birincisi Peyğəmbər –sallallahu aleyhi və səlləm – in üzünə demişdir ki: «Ey Muhəmməd adil ol!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları öldürməyi və onlara qarşı vuruşmağı əmr etmiş, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri Əli – radıyallahu anhu - ilə bərabər onlara qarşı vuruşmuşlar. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər barəsində hədislər on yoldan sabit olmuşdur». Xəvariclər Dəccəlin çıxma dövrnə qədər davam edəcəklər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onların əlamətləri başlarını qırxmaq olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı Dəccəllə bərabər çıxacaqdır. Onlar məxluqatın ən şərlisi və ya məxluqatın ən şər təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»193. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Hədislərdə xəbər verilmiş dir ki, onlar Dəccəlin çıxdığı dövürə qədər çıxmaqda davam edəcəklər»194. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Onların çoxlu namazlarına, oruclarına, qiraətlərinə, zahidliyinə baxmayaraq Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların öldürülməsini əmr etmişdir H. Əli – radıyallahu anhu - ilə birlikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri onları öldürmüşlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriətindən çıxdıqlarına görə»195.
Onların vəsflərindən biri də odur ki: Onlar öz bidətlərini məcburən qəbul etdirmək üçün tədricən əməl edirlər. 1. Bidətin müqəddiməsini gətirilər. 2. Bunun üçün qiyaslar, dəlillər gətirirlər. 3. Bu fikri həyata keçirmək üçün səbəblər gətirirlər. 4. Bu bidəti vəziyyətə məcburən yerləşdirmək istəyirlər. Onların bidətlərinin əsası Allah kitabının muradını, qəsd olunanı, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsini düzgün başa düşməməkdir. Niyyətləri Qurana zidd olmaq deyildir, lakin fəhmləri səhv olduğu üçün belə ediblər. Onlar Qurandan Quranın dəlalət etmədiyi fəhmi başa düşüblər. Onlar elə zənn edirlər ki, Quran böyük günah sahiblərinin təkfir olunmasını tələb edir. İslamda ilk çıxan bidətdir196. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclərin zəlalətinin əsası odur ki, onlar hidayət imamları və müsəlmanların cəmaatlarının böyükləri barəsində etiqad edirlər ki, onlar dindən çıxıblar və zəlalət içindədirlər. Bu da sünnədən kənar olan Rafizilərin qınanıldığı yerdir. Zülm gördükləri hər bir şeyi küfr sayır, sonra da bu küfr üzərində əhkamlar tərtib edirlər. Bu da sünnədən çıxanların Rafizi, Xəvaric və bidət əhlinin üç məqamıdır ki, onlar İslamın əsaslarından bəzilərini tərk etmiş və ox ovdan çıxdığı kimi İslamdan çıxmışlar»197. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclərin onlara xas iki əməlləri var. Onlar bu iki xislətlə müsəlman cəmaatını, imamlarını tərk etmişlər. 1. Onların sünnədən çıxması, günah olmayan bir şeyi günah saymaları, savab olmayan bir əməli yaxşı əməl saymalarıdır. Bu sifət də onların babalarından sayılan Zul Xuveysrənin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzünə dediyi də bu olmuşdur: «Ya Muhəmməd! Adil ol». 2. Onlar günahlara görə təkfir edirlər. Bu təkfir üzərində müsəlmanların mallarının və qanlarının halallaşması, İslam diyarının hərb diyarına çevrilməsi və öz diyarlarının isə iman diyarı olmasıdır. Hər bir insana vacibdir ki, bu iki xəbis əsasdan çəkinsin. Bunun üzərində yaranan müsəlmanlara nifrətdən, məzəmmət etməkdən, lənət etməkdən və müsəlmanların mallarını və qanlarını halal görməkdən çəkinməlidirlər. Bu iki əsas da Sünnəyə müxalifdir. Kim Sünnədə gələn bir şeyə müxalif olarsa o, sünndən çıxar və bidətçi olar. Əgər bir kimsə müsəlmanları etdiyi bir günaha görə təkfir edərsə və onunla kafir müamiləsi edərsə o, cəmaatdan ayrılan bir kimsədir. Ümumən bidət və bidət əhlinin çoxu bu iki əsasdan yaranır»198.
Onların dəlilləri nədir? Xəvariclər dəlili haradan götürürlər və Xəvariclərin dəlil çıxartmaqda üslubu necədir? Xəvariclər öz əsaslarını əsalandırmaq üçün Quranın zahiri açıq dəlillərinə etimad edirlər. Sünnədən öz iddialarına görə Qurana zidd olanları qəbul etmirlər. Hətta onlar Mütəvatir hədislərdən uzaq olurlar, əgər Qurana ziddirsə. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Onlar yalnız Qurana tabe olmağı üstün görürlər. Hətta Sünnədən gələn dəlil Mütəvatir olsa da belə. Onlar özlərinə müxalif olanları təkfir edirlər. Özlərinə görə kim mürtəd olubsa, onun malını, qanını halal sayırlar hansı ki, belə bir halallığı onlar əsli kafirdə görmürlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar İslam əhlini öldürəcək, bütpərstləri isə tərk edəcəklər»199. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bidət əhlinin günahlarından Sünnədə əmr olunan əmrləri tərk etmələridir. Onların da bidətlərinin əsası Peyğəmbər – sallallahu aleyhi və səlləm – itaəti sünnə görmürlər. Özlərinə görə o, sünnə Qurana müxalifdir. Bu da vacibi tərk etməkdir»200. Onlar iki təhlükəli məsələyə düşmüşlər: Sünnəni, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə tabeçiliyi tərk etmələri və Quranı öz ağılları ilə təfsir etmələri (Öz rəyləri və nəfsi istəklərilə). İbn Teymiyyə – rahmətullahi aleyhi – Xəvariclərin və Rafizilərin bidəti barəsində və onlar arasında fərqə diqqəti yönəltdiyi zaman deyir ki: «Xəvariclər Qurana öz rəylərinin tələb etdiyi şəkildə tabe olurlar. Rafizilər isə məsum imama tabe olurlar»201. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Sünnənin Quranın zahirinə müxalif olduğunu iddia edirlər»202. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər Sünnədən yalnız Quranın ümumiliyini təfsir edən hədislərə tabe olurlar. Quranın zahirinə müxalif olana isə tabe olmurlar»203. Zinakarı daşqalaq etmirlər, çünkü Quranda yoxdur, oğurluq üçün müəyyən bir hədd görmürlər, çünkü Quranda yoxdur. Ona görə də deyirlər ki, Quranda mürtədin öldürülməsi yoxdur. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «…Onlar zülmdən və zülm etiqad etdikləri məsələlərdən çəkindilər, lakin bu onları böyük vacibləri tərk etməyə gətirib çıxartdı. Cüməni, cəmaat namazını, həcci, cihadı, müsəlmanlara nəsihəti, müsəlmanlara rəhmli olmağı tərk etdilər»204.
Digər vəsfləri və xətaları təhdid ayələrində üzə çıxmışdır. Ayələri düzgün başa düşməmişlər. Xəvariclər bir rəy etiqad edirlər, sonra Quranın ayələrini etiqad etdikləri şeyə tərəf çevirirlər. Onlar bu məsələdə iki yol tutublar. Ya Quranın dəlalət etdiyi mənanı soyub çıxarırlar, ya da Quranı dəlalət etmədiyi bir mənaya yönəldirlər. Onların dəlil çıxartma və gətirmə üslubu da batildir. Onların törətdikləri fəsad, islahdan daha böyük olmuşdur. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Hər bir bidət əhli bir rəy ortaya çıxardırlar və bu rəydə kim onlara müxalif olarsa kafir sayırlar. Əhli Sünnə vəl Cəmaat Rəbbi tərəfdən gələn haqqa tabe olurlar. Çünki onu Peyğəmbər – sallallahu aleyhi və səlləm – gətirmişdir. Lakin Əhli Sünnə vəl Cəmaat özlərinə müxalif olanları təkfir etmirlər. Çünki onlar haqqı hamıdan yaxşı bilən və insanlara qarşı ən rəhmli olanlardırlar»205. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “İlk bidət, məhz Xəvariclərin bidəti Qurani Kərimi doğru başa düşməməkdən baş vermişdir”206. İmam əl-Əcurri – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər - Onların Orucları, namazları, həvəslə etdikləri ibadətləri onlara fayda verməyəcəkdir. Hətta onların açıq-aydın yaxşılığı əmr edib, pislikdən çəkindirməsi onlara fayda verməyəcəkdir. Çünki bu toplum Quranı öz nəfsi istəyinə uyğun olaraq təfsir edir. Bizləri onlardan Allah və Rəsulu çəkindirmişdir, Rəşidi xəlifələri və səhabələr və onların ardınca gedənlər çəkindirmişlər”207. Əbu Umamə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurdu: “Üç şey vardır ki, ölümdür: itaət olunan simiclik (acgözlük), ardınca gedilən nəfsi istək, insanın özü-özülə öyünməsi”208. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Elmin ardıyca getməyən hər bir kəs, nəfsinin ardınca getmişdir”209.
Həmçinin onların vəsflərindən Sələfə mənsub olanların xətalarını izləməkdir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Onlar Sələfə mənsub olan alimləri naqisləşdirirlər, hətta içtihadi məsələrdə də hansı ki, bununla da müxalif olan üçün bir fitnə yaranır və xətaya düşür. Çünki alimlər onların öz hədəflərini yerinə yetirməkdə bir maneədirlər»210. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Sən elə bir bidətçi görməzsən ki, özünə müxalif olan dəlilləri gizlətməsin. Özünə müxalif olan dəlilləri danışmaqdan xoşlanmır və kim də bu dəlilləri danışırsa onlara da nifrət edirlər» 211. Sələflər deyir ki: «Hər hansı bir şəxs bir bidət ortaya çıxardarsa hədisin şirinliyi onun qəlbindən çıxardılar».
Hakimlərin xətalarını izləmək, avam cəmaatı onlara qarşı qaldırmaq, onlara tənə edib kafir saymaq onların vəsflərindəndir. Onlar qiyam üçün müəyyən zaman və şərait axtarırlar. Çıxmaları üçün müəyyən bir səbəb tapmalıdırlar. Ümumi olaraq onlar böyük fitnələrin ardınca çıxırlar. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Nəhrəvan günü çatanda insanlar dedilər: «Onların kökünü möminlərin əmiri kəsdi, Allaha həmd olsun!» Əli: «Allaha and olsun ki, elə deyil! Onlar hələ də kişilərin belində, qadınların bətnində qalırlar. Onlar şər insanlardan törəndikdə bir-iki nəfər adam tapan kimi qiyam etmək üçün qüvvələrini birləşdirərlər». Yaxşı əməlləri günah, günahları isə küfr sayırlar. Onlar öz cəmaatlarına görə və bidətlərinə görə dost tutur və düşmənçilik edirlər. Xəvariclər və Rafizilərin bidəti xilafət və imamət məsələsində birləşir. Rafizilərdə din Əhli Beytdən ibarət olduğu kimi bunlarda da din yalnız hakimiyyət və təkfirdən ibarətdir. Onların Rafizilərlə bir çox oxşarlıqları vardır.
Dostları ilə paylaş: |