6 – Kafirlərin Dini Mərasimləriylə, (Yeni İl) Bayramlarını Göstərən Miladi Təqvimi Kimi Tarixləri İstifadə Etmək
Miladi təqvimi İsa – əleyhissəlam – ın doğum gününü xatırladan bir təqvimdir. Bunu Xristianlar özləri uydurmuşlar. İsa – əleyhissəlam – ın dinində belə bir şey yoxdur. Miladi tarixini (say hesabı olaraq) istifadə etmək onların simvol və bayramlarında iştirak etmək deməkdir.
Səhabələr – Allah onlardan razı olsun – bundan çəkinmək üçün bir tarix qoyulmasını istədikdə ikinci xəlifə Ömər – radıyallahu anhu – nun zamanında kafirlərin tarixini istifadə etməkdən çəkinmiş və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Məkkədən Mədinəyə hicrət etdiyi vaxtı tarix olaraq qoymuşlar. Bu və buna bənzər şeylərdə kafirlərə müxalif olmaq (hər bir müsəlmana) vacibdir.
7 - Kafirlərin Bayramlarında İştirak Etmək, Bu Bayramların Keçrilməsində İştirak Etmək, Bu Bayramların Qurulmasında Yardımçı Olmaq Və Onları Bu Münasibətlə Təbrik Etmək