əl-Albani “Dini – Peyğəmbəri – Quranı” Təhqir Edənlər Barəsində - Onlar söyləyirlər ki, Şeyx Albani – rahmətullahi aleyhi – dinlə istehza edəni, söyəni, Quranı təhqir edəni kafir saymır. Şeyx Albani – rahmətullahi aleyhi – deyir ki: “İnsanı yalnız etiqadı kafir edir, əməlləri yox”. Bütün bunlar bu gözəl insana qarşı atılmış böyük bir ədalətsizlikdir. Çünki Şeyx dəfələrlər söyləmişdir ki: Bu cür əməl sahibi o, zaman kafir olur ki, əgər o bütün bunların küfr olduğunu və ya Allahın dini ilə istehza olduğunu bilərsə. Əgər o, bütün bunları bilməzsə bu zaman kafir olmur. Bu da müsəlman alimlərinin rəyidir. Biz artıq qeyd etmişik ki, Şeyx Albani – rahmətullahi aleyhi – bu kimi əməlləri böyük küfr sayardı. Bu da heç bir şübhə oyatmır. Şeyx Albani – rahmətullahi aleyhi – tez-tez qeyd edərdi ki, bir kimsəni böyük küfrə yalnız onun etiqadı apara bilər. Lakin bu o, demək deyil ki, bir kimsə şəriətlə küfr olan əməl etsə kafir olmur. Şeyx Albani – rahmətullahi aleyhi – deyir ki: “Əməllər içərisində elə əməllər var ki, sahibini etiqadi küfrə aparır. Çünki bu əməllər onun batini küfrünə dəlalət edir. Məs: Qarşısında olan kitabın Quran olduğunu bilərək onu ayaqlayan kimsə kimi”. “Xaşiyətut Təhzir Fitnəti Təkfir” s. 72. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – i təhqir edən (incidən) və ona toxunan hər hansısa bir əməli və ya sözü söyləyərsə, bunu bilmədiyi və niyyət etmədiyi halda bu zaman ona bu cür deməkdən (təkfir etməkdən) qadağan edilir. Çünki onun əməli Allaha qarşı asilikdir. Misal olaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanında səsini qaldıran kimsə ola bilər. Əgər o, kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – i sözü və əməli ilə təhqir etdiyini qəsdli şəkildə və bilərək edərsə bu zaman o, kimsə kafir olur və əməlləri puç olar”. Sariul Məslul 2/120. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsə söz söylədiyi zaman sözü qəsd etdiyi mənadan başqa bir məna verərsə və ya qəsdli olmadan söyləyərsə və ya nə məna daşıdığını bilmədən söyləyərsə bu zaman belə bir kimsəni can atmadığı və istəmədiyi şeylərə görə ittiham etmək olmaz. Bu Peyğəmbərlər vasitəsilə Allahın insanlara göndərdiyi dinidir”. “İləmun Muvakkin” 4/403. Şeyx Albani – rahmətullahi aleyhi – bu şeydə ittiham edənlər deyirlər ki: Moizələrinin birində o, deyir: “Əgər bir kimsə cahillikdən, pis tərbiyədən və ya huşsuzluqdan dini və ya Peyğəmbəri təhqir edərsə belə kimsə kafir olmur. O, zaman kafir olar əgər bunu bilərəkdən və qəsdli şəkildə edərsə. Bu şübhə edilməyən dinsizlikdir. Şeyxi ittiham edənlərə qarşı cavab: 1) Şeyx açıq-aydın deyir ki: Dini (Allahı) və Peyğəmbəri bildiyi və qəsdli şəkildə təhqir edərsə kafirdir. 2) Şeyx qeyd edir ki: Cahillikdən Dini və Peyğəmbəri təhqir edərsə kafir olmur. Həmçinin bu rəydə digər sələf alimləri də olmuşlar. Bu təkcə Şeyx Albani – rahmətullahi aleyhi – ın rəyi deyildir. Şeyx AbdurRazzaq Afifi – hafizahullah – dan: Dini (Allahı), Peyğəmbəri və Quranı cahillikdən təhqir edənin kafir olması barəsində soruşurlar”. Şeyx: “Digər hallarda olduğu kimi belə bir kimsəni cahildirsə əməllərinin nə ilə nəticələndiyi barəsində onu maarifləndirirlər. Əgər o, bundan sonra da bu cür etməyə davam edərsə bu zaman kafir olur. Bəzən eşidirk ki: “Cahillik üzr deyildir” deyirlər. Bu belədir – o, mənada ki, belə bir kimsə öyrədilib, başa salınır və tərbiyələndirilərsə. Belə bir kimsə başlı-başına buraxılaraq kafir olur mənasında deyildir”. “Fətava Rəsail” 1/173. 3) Əgər bir kimsə huşsuzluqdan belə bir söz işlədərsə o, kimsə üzürlüdür. Şiddətli sevincdən: “Ey Rəbbim! Sən mənim qulum, mən isə sənin Rəbbinəm” deyən kimsəni xatırlayın. Əgər insan bilərəkdən küfr edərsə, inadkarcasına və qəsdli şəkildə belə bir kimsə kafirdir. 4) Şeyx Albani – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsə pis tərbiyədən bunu edərsə kafir deyildir”. Bütün bu sözlərin deyilməsinin nəticəsi pis tərbiyədən doğur. Bu cür sözləri çox eşitmək olar. Məs: Nəcd şəhərində insanlar arasında belə bir söz gəzir: Allahda güc yoxdur”. Bu küfr deyildir, lakin: “Allahdan başqa güc, qüvvət yoxdur” cümləsinin qısaldılmış formasıdır. Bunun deyilməsinə də səbəb pis (Dini) tərbiyənin olmasıdır. Lakin heç kəs bu insanları küfrdə ittiham etməmişdir. Şeyx Albani – rahmətullahi aleyhi – ın qəsd etdiyi də budur. Sual: Bir nəfər şiddətli qəzəb halda İslamı söymüşdür. Bu barədə hökm nədir? Bu əməldən tövbə etmək üçün qoyulan şərtlər nədir? Nəticə etibarilə onun nikahı fəsh (etibarsız) edilirmi?