Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Həmd Allaha məxsusdur. Kim islamı söyərsə barəsində hökm onun kafir olmasıdır. Çünki islamı söymək və yaxud buna istehza etmək İslamda irtidat (mürtədlik), Allah və Onun dininə qarşı küfr etmək sayılır. Allah bizə İslama istehza edən və sonra da: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” söyləyən bəzi kəslər barədə söz açır. Lakin Allah bizə bildirir ki, onların etdiyi bu cür zarafat faktiki olaraq Allaha, Onun ayələrinə və Onun Rəsuluna lağ, istehza etməkdir və bunu etməklə də onlar küfr işləmişdirlər. Allah buyurur: “Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: 'Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!' De: 'Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz'. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik