Fayda: Bir qrup alimlər qeyd edirlər ki: Ayə və hədislərdə keçən küfr, şirk, zülm ləfzləri “Əl” müəyyənlik artiklı ilə gəldiyi üçün böyük şrk, küfr və zülmə dəlalət edir. Lakin bu qayda mütləq olaraq bütün ayə və hədislərə dəlalət etmir. Məs: “Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa özlərinə zülm edənlərdən olarsınız". (əl-Əraf 19).“Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!". (əl-Ənbiya 87). Bu ayədə Zülm kəliməs əz-Zalimun – mərifə olaraq gəlmişdir. Lakin heç bir müsəlman bu ağaca yaxınlaşan Adəm ilə Həvvanı, Yunusu kafir olaraq adlandırmamışdır. “Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar