Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə20/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   16   17   18   19   20   21   22   23   ...   218
Nifaq Küfrü 2 Qismdir: Onlardan biri böyük, digəri isə kiçikdir. Böyük nifaq: İslamdan çıxaran küfrdür. İmanı izhar etmək, küfrü isə gizlətməkdir. Bu da Peyğəmbər - sallallahu aleyhi və səlləm – in vaxtında münafiqlərin sifəti idi. Onlar imanı izhar edir, ancaq qəlbində isə küfrü gizlədirdilər. «Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). Kiçik nifaq: Hansı ki, insanı kafir etmir, millətdən çıxartmır. Bu da əməldə insanın yalan danışması, vədinə xilaf çıxması, xəyanət etməsi və s. münafiqlərin əlamətləridir.

Küfrün Şirk, Zülm, Fisq Kimi İşlədilməsi - Əgər küfr, zülm, fasiqlik iki qismə ayrılırsa Qurani Kərimdə küfr sözü həm şirk, həm zülm, həm fasiqlik kimi də gələ bilər. Burada olan küfr həm İslamdan çıxardan şirk, zülm, fisq ola bilər, həm də İslamdan çıxartmayan şirk, zülm, fisq ola bilər.

Birinci - Qurani Kərimdə küfrə şirk deyilməsi. Bu şirk dindən çıxaran şirkdir. Allah Kəhf surəsinin 32-42 ayərində biri mömin, digəri kafir kimsə barəsində danışır. «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm Onunla söhbət edən (mömin) yoldaşı belə dedi: Əvvəlcə səni (atan Adəm) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə salmış Allaha küfr (inkar) edirsən Beləliklə (gecə göydən gələn bir ildırım vasitəsilə) onun (bağının) meyvəsi (bütün var-dövləti) tələf edildi. (Səhər o, kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb) bağa qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!» deyirdi. (əl-Kəhf 32-42). Bu kimsə inanmırdı ki, onun bağı dağıla, yerlə yeksan ola, Qiyamət nə vaxtsa qopa. Bütün bunlarda şəkk edirdi. Allah onun bu küfrünü şirk olaraq adlandırdı. Təbəri, Qurtubi – rahmətullahi aleyhi – bu ayənin təfsirində deyirlər ki: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!» deyirdi. Lakin dostu ona küfür etdin demişdi». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onların arasında (vuruşmağımıza mane olan) əhd (saziş) namazdır. Kim namazı tərk edərsə kafir olar»220. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi (qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul namazı buraxdığı zaman heç şübhəsiz ki, şirkə (küfrə) düşmüş olur»221. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Küfr ilə iman arasında namazı buraxmaq vardır»222. İmam Nəvəvi – rahmətullahi aleyhi – bu hədislərin şərhində deyir ki: «Hərdən şirk və küfr bir mənaya itlaq oluna bilər. Həmçinin onların arasında fərq də olur».

İkinci - Qurani Kərimdə küfrə zülm deyilməsi. Bu zülm dindən çıxaran zülmdür. «O, gün zalım (küfrə düşməklə özünə zülm edən) əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım». (əl-Furqan 27). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Şəkk yoxdur ki, burada olan zalım kafirdir. O, Peyğəmbərə - sallallahu aleyhi və səlləm – iman gətirmədi». Təbəri – rahmətullahi aleyhi – öz təfsirində deyir ki: «Ayə Uqbə b. Əbu Muayti haqqında nazil olmuşdur. Bu kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – iman gətirdikdən sonra dostu Ubey b. Xələf (müşrik idi) ona deyir ki, əgər sən Peyğəmbər - sallallahu aleyhi və səlləm – iman gətirsən mənim üzüm sənə haramdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dinindən dönərək dostu Ubey b. Xələfin yoluna düşür». «(Sən Quran oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalimlərin öz aralarında gizli-gizli danışıb: Siz ancaq ovsunlanmış bir adama uydunuz! Dediklərini də bilirik». (əl-İsra 47). Bu ayədə olan zülm küfr mənasındadır. «Kafirlər zalimlərdir» (əl-Bəqərə 254). Ayəsində olduğu kimi kafirləri zalım deyə isimləndirmişdir.

Başqa ayələrdə Allah ona asi olanları zalım adlandırır. Lakin burada zalımlıq dindən çıxaran zülm deyildir. Kiçik zülmdür. Allahın Peyğəmbəri Yunus əleyhissəlam - belə deyir: «Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalimlərdən olmuşam» deyib dua etmişdi» (əl-Ənbiya 87). Allah dostu Adəm – əleyhissəlam - belə dedi: «Adəm və Həvva: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik» (əl-Əraf 23). Allahın kəlimi Musa – əleyhissəlam - belə dedi: «Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim» (əl-Qəsəs 16). Bu zülm küfr mənasında olan zülm deyildir. Mərvəzi – rahmətullahi aleyhi – deyir ki: «Burada olan zülm, kafirə də zalım kimi itlaq olunur, asi müsəlmanlara da zalım kimi itlaq olunur. Kafirlərə nisbət olunan zülm, İslamdan çıxaran zülmdür. Lakin müsəlmanlara itlaq olunan zülm isə, İslamdan çıxartmayan zülmdür. Burada zülmün küfrə aid olduğu və zülmün müsəlman asilərə aid olduğu bilinir».




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin