Üçüncü - Qurani Kərimdə küfrə fasiqlik deyilməsi. Allah fasiqi də kafir deyə isimləndirmişdir. Allah ayədə buyurur: Allah İblis haqqında buyurur: «O, öz Rəbbinin əmrindən çıxdı (fasiq oldu)» (əl-Kəhf 50). İmam Mərvazi – rahmətullahi aleyhi – deyir ki: «İblisin bu fisqi küfrə gətirib çıxartdı. İblisin etdiyi fisq küfr oldu. Ayə onu göstərdi ki, Qurani Kərimdə küfr kimi itlaq olunan sözlər çoxdur». «Allah bu məsəllə bir çoxlarını (fasiqləri) düz yoldan azdırır, bir çoxlarını isə doğru yola aparır. O, kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozarlar» (əl-Bəqərə 26-27). «(Ya Muhəmməd!) Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər» (əl-Bəqərə 99).
Bu kimi ayələr Qurani Kərimdə çoxdur. Allah mömini də fasiq olaraq isimləndirir. Allah ayədə buyurur: «Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız» (əl-Hucurat 4). Bu ayə əl-Həkəm b. Əbil As haqqında nazil olmuşdur223. Burada olan fasiq (kafir) mənasında olan fasiq kimi deyildir. Allah buyurur: «İsmətli qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir» (ən-Nur 4). Burada fasiq asilik kimi itlaq olundu. Fisq sözü Qurani Kərimdə həm asilik kimi, həm də küfr kimidə gələ bilər. «Həmin aylarda həcc ziyarəti vacib olan şəxsə həcdə olarkən qadınla yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq (fasiqlik etmək), dava-dalaş etmək yaraşmaz» (əl-Bəqərə 197). Bu ayədə fasiqlik (küfr mənasında) olan fasiqlik kimi deyildir.
Dördüncü - Cəhalət (bilməməzlik) də iki növlüdür. Bunlardan birisi küfr cəhalətdir ki, ayədə Allah bu haqda buyurur: «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər» (əl-Əraf 199). Digəri isə küfr olmayan cəhalətdir ki, bu haqda Allah buyurur: «Allah yanında yalnız o, kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan (bilmədən) pis bir iş gördükdən sonra dərhal tövbə edərlər» (ən-Nisa 17).
Şirk Və Küfr Arasında Olan Fərq - Allah bəzi şirkə küfr və küfrə şirk deyirsə, onların arasında olan fərqlərə görə alimlər ixtilaf etmişdilər. Bəziləri qeyd edirlər ki, onlar arasında heç bir fərq yoxdur. Şirk küfrdür, küfr də şirk. Əbu Bəkr əl-Asan – rahmətullahi aleyhi – şirkin küfr olduğunu deyən alimlərdəndir. O, deyir ki: «Kim ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in risaləsini inkar etsə, ondan üz döndərsə artıq müşrikdir: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar…» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). Əgər Yəhudi və Nəsranilərin küfrü şirk olmasaydı, onda gərək Allah onları bağışlayardı. Ayə buna dəlalət edir: «Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». Əbu Hələlə – rahmətullahi aleyhi – deyir ki: «Küfr günhaların bir hissəsinə aid edilən sözdür. Qurani Kərimdə və Sünnədə Allah və Peyğəmbər - sallallahu aleyhi və səlləm – bəzi günahları küfr kimi adlandırıb. Allaha şərik qoşmaq, Peyğəmbər - sallallahu aleyhi və səlləm – i inkar etmək, Allahın hansısa halalını haram, haramını da halal etmək bunlar hamısı küfrdür. Bu baxımdanda şirk bunun içərisinə daxil olur. Küfr və şirk arasında olan fərq - küfrün şöbələri çoxdur və onun şöbələrindən biri də, şirkdir». Küfr ümumidir, şirk isə xüsusi. Hər bir günah küfr adlandığı kimi, şirk də küfrün şöbələrndən biridir. Bu baxımdan da, küfr ümumidir, şirk isə xüsusi. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Şirk və küfr hərdən bir şeyə dəlalət edə bilər. O da Allaha küfür etməkdir. Həm şirk, həm də küfr buna aiddir. Hərdən də onlar arasında ayrılıq olur. Əgər şirk və küfr ayrı-ayrı gələrsə onda küfr küfrdü, şirk isə Allahdan başqasına ibadət etmək və yaxud Allahdan başqasına ibadətin haqq olduğunu etiraf etməkdir». İbrahim Ruheyli – Allah onu qorusun - bu məsələdə Racih olan görüşü gətirir: «Küfr ümumidir, şirk isə xüsusi. Hər bir müşrik kafirdir, hər bir kafir isə şərt deyil ki, müşrik olsun. O ki, qaldı Əbu Bəkr əl-Asan – rahmətullahi aleyhi – nin dəlilinə - İbrahim Ruheyli – Allah onu qorusun - deyir ki: «Bu o, demək deyil ki, onların küfrü mütləq şirk olmalıdır. Çünki Allah: Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar - lakin küfür şirkdən yuxarıdır. Yəhudi və Nəsranilərin küfrləri şirk idi”. Küfr və şirk yuxarıdır.
Dostları ilə paylaş: |