Kufrun Riddə də deyirlər. İnsan müsəlman olandan sonra mürtəd olması. Riddə – bir şeyin halını dəyişdirmək, bir haldan başqa hala çevirmək deməkdir. Mən onu çevirdim, o da döndü mənasında – Radəttuhu Fərtəddədeyilir. İrtidad və Riddə gəldiyi yoldan geri dönmək deməkdir. Lakin riddə küfrə məxsusdur. Küfrə geri dönməyi ifadə edər. «Ey qövmüm… geriyə dönməyin». (əl-Maidə 21). Riddə – irtidattan törədilmiş bir isimdir. Dəyişmək, bir şeydən başqa bir şeyə dönmək deməkdir. İslamdan dönmək də buradan törənmişdir. Mürtəd geri dönən deməkdir. O, dinindən dönən, İslamı qəbul etdikdən sonra kafir olan kimsədir.