ƏHLİ SÜNNƏTƏ GÖRƏ TƏKFİR
ÜMUMİ VƏ XÜSUSİ TƏKFİR
Tətbiq Olunan Küfrün İki Qismi: 1. Təkfirul Mutləq - Mütləq - ümumi küfr. 2. Təkfirul Muəyyən - Müəyyən - hər hansısa bir şəxsə küfr tətbiq etmək.
1) Mütləq küfrün iki mərtəbəsi vardır: Birinci Mərtəbə – Hər hansı bir vəsfə görə küfr tətbiq etmək. Məs: Hər hansı bir söz, əməl, etiqada görə demək ki: Filan əməli edən kafirdir, filan sözü deyən kafirdir. «Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər kafir oldular». (əl-Maidə 72). «Allah üçdür deyənlər kafir oldular». Yəni kim etiqad edirsə (ümumi olaraq), istər əsli kafir olsun, istər əsli müsəlman olsun o, kimsə Quran ayəsi ilə kafir olur. «Allah və Peyğəmbərini inkar edənlər, Allahı Peyğəmbərindən ayırmaq istəyənlər: Biz Peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq – deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər bütün bunlar həqiqətən kafirlərdir…». (ən-Nisa 150). Artıq kim bu vəsflə vəsflənəcəksə (ümumi) küfr ona da tətbiq olunacaqdır. İkinci Mərtəbə – xüsusi vəsflərə görə kafir demək. Məs: Hər hansı bir firqənin, cəmaatın kafir olduğunu söyləmək. Yəhudilər, Nəsranilər, Cəhmilər kafirdilər sözü kimi. Ümumi olaraq küfr sözünü işlətmək. «Süleyman kafir olmadı, lakin şeytanlar… kafir oldular». (əl-Bəqərə 102). «Səmudun qövmü öz Rəbbinə küfür etdilər» Allah bu ayədə müəyyən bir qrupun kafir olduğunu söylədi.
2) Müəyyən bir şəxsi təkfir etmək – müəyyən bir şəxsin adını çəkərək təkfir etməkdir. Məs: «Biz mələklərə: «Adəmə səcdə edin! Dedikdə İblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34). Allah bu ayədə kafiri adı ilə çəkir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bu məsələnin araşdırılmasının nəticəsi ondadır ki, hər hansısa bir söz küfr ola bilər. Cəhmilərin dedikləri kimi: Allah danışmır, Allah axirətdə görünməyəcək. Lakin bəzi insanlara bu sözün küfr olub-olmaması gizli qala bilər. Hər bir küfrü deyən insan dərhal kafir olmur. Artıq bu zaman söz ilə deyilən təkfir məsələsi (kafir) ümumi tətbiq oluna bilər. Kim desə ki Quran məxluqdur o, kafirdir, kim desə ki Allahı axirətdə görməyəcəyik o, kafirdir. İnsanları xüsusi təkfir etməkdən ötəri onlara hüccət qaldırmaq lazımdır ki, onlara məlum olsun ki, etdikləri əməl (söz) küfür əməldir»283.284.
Cahil və müəyyən kimsələrin təkfir edilməsi onlara dəlil ortaya qoyulmadıqca caiz deyildir. Ortaya qoyulacaq dəlilin də onların başa düşəcəkləri bir səviyyədə olmalıdır. İcma ilə küfr olduğu qəbul edilən bir söz haqqında mütləq olaraq bu küfrdür deyilir. Lakin bu sözü söyləyən hər kəsin kafir olduğuna dəlalət etməz. Çünki bilməməzlik, cəhalət üzürdür. Alimlər deyirlər ki, əgər bir şəxs küfr əməliylə qadağan olunmuş bir işi görərsə və ya özü də bilmədən nadanlığından etiqadla bağlı küfrə yol verərsə, o, kimsə savadsızlığına görə üzürlü hesab olunur. Günahkar sayılmaz, cəzaya məruz qalmaz, İslam dinindən çıxmaz. Digərləri isə həmin şəxsin bilməməzliyinə görə üzürlü sayırlar. Bu o deməkdir ki, belə bir adama kafir deyilməz. Əhli Sünnə vəl Cəmaat təkfir məsələsində belə bir ifadə söyləyirlər: Belə-belə söyləyən və ya belə-belə edən bir kimsə kafirdir. Lakin iş o, sözü söyləyən və ya o, əməli edən bir kimsəyə gəldikdə şübhələr və maneələr aradan götürülmədikcə o, kimsənin küfrünə hökm verilməz. Bu da Əhli Sünnəti digərlərindən ayıran ən önəmli bir məsələdir. Çünki təkfir hər kəsin dilədiyi kimsəyə qarşı öz arzu və kefi istədiyinə görə işlədiləcək bir haqq deyildir. Bu mövzuda mütləq şəriətin bizə göstərdiyi şərtlərə müraciət etmək lazımdır. Şovkani – rahmətullahi aleyhi – deyir ki: «Allaha və Axirət gününə iman gətirən insanın hər hansı müsəlmana onun İslam dinindən çıxması və küfrə batması ilə bağlı əlində Günəşdən daha aydın dəlil olmadan, hökm verməsi haramdır. Səhabələrdən olan camaatın vasitəs ilə rəvayət edilən səhih hədislərdə Peyğəmbərin - sallallahu aleyhi və səlləm – bu ifadələri oz təsdiqini tapmısdır: "Kim bir qardaşına "Ey kafir!" deyərsə, ikisindən biri bu sifətlə sifətlənər. Dgər bir ləfzdə isə bu: "Kim ki, bir nəfəri "kafir" deyə cağırsa və yaxud: “belə olmadığı halda (ona) "Allahın dusməni" deyərsə, o söz onun ozunə qayıdar". yəni geri ona dönər. Digər bir ləfzində: “artıq iksindən biri kafir olar”. Bu hədislər və eyni mənada varid olad hədislər Təkfir etməyə tələsməmək haqda ən əzəmətli çəkindirən, ən böyük moizə edənir” 285.
Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «Kafir imanı küfrdən üstün tutması ilə mömin olduğu kimi, mömin də küfrü özünə məqsəd edib onu seçincəyə qədər icma ilə kafir sayılmaz»286. İmam əl-Bakliyani – rahmətullahi aleyhi – deyir ki: “İnsan kiminsə fikir və sözlərinə görə kafir olmur. Yalnız müsəlmanların ittifaq etdiyi şeydən başqa”287.
Dostları ilə paylaş: |