Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


CƏHALƏTİN ÜZR OLMASINA SÜNNƏDƏN DƏLİLLƏR



Yüklə 5,74 Mb.
səhifə34/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   30   31   32   33   34   35   36   37   ...   218
CƏHALƏTİN ÜZR OLMASINA SÜNNƏDƏN DƏLİLLƏR
Həmçinin Sünnədən gələn səhih hədislər də buna dəlalət etmişdir: Hər küfr edən kimsə kafir olmur. Allah və Rəsulu bəzən müəyyən şəxsi üzürlü saymışdır. Nə üçün? Onun barəsində şərtlərin cəm olunmadığına və maneələrin aradan qalxmadığına görə. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, istər Yəhudi, İstər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman gətirməzsə, öldüyü halda mütləq Cəhənnəm atəşini dadacaqdır»313. Bu sözlərdən sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Əgər istəyirsinizsə, bu ayələri oxuyun”. «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15)314. Qadi İyad – rahmətullahi aleyhi – deyir ki: “Bu hədis dəlildir ki, bir kimsə yer üzünün müəyyən bir ərazisində yaşayar və ona İslam dəvəti və Peyğəmbərin əmirləri çatmayıbsa bu kimsə üzürlüdür”315. İmam Abul Abbas əl-Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Bu hədis dəlildir ki, Peyğəmbərin dəvəti çatmayan bir kimsə bu barədə soruşulmaz və cəzalanmaz”316. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “İslam dəvəti çatmayan bir kimsə bəraət qazanmağa haqlıdır”317. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: «Bu hədis dəlildir ki, Peyğəmbərin göndərilməsi ilə başqa dinlər nəsx olunmuşdur. Hədisin əksi də ona dəlalət edir ki, kimə İslam çatmayıbsa, o kimsə üzürlüdür. Bu da o qaydalar üzrədir ki, şəriət gəlməzdən əvvəl hökm yoxdur»318. Peyğəmbər - səllallahu aleyhi və səlləm – hədisdə bəzi Yəhudi və Xristianları üzürlü saymışdır. Nə üçün? Onlar eşitmədiklərinə və onlara çatdırılmadığına görə. Onlar da Cəhənnəmi qazanmamışlar. Eşidib iman gətirməyənlər isə Cəhənnəmlikdirlər. Bu da dəlalət edir ki, müəyyəni təkfir etmək caiz deyildir. Nə vaxt olar? Əgər onun barəsində şərtlər cəmləşərsə və maneələr aradan qalxarsa. Bu da necə olur? Dəlilin çatıb başa düşülməsindən sonra.

Həmçinin bəzi fərdlər Peyğəmbər - sallallahu aleyhi və səlləm – in qarşısında küfr əməli etmiş, lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları kafir saymamış, əksinə onları üzürlü qəbul etmişdir. Ya onların bilməməzliklərinə görə, ya da təvil etdiklərinə görə. Abdullah b. Əbi Əfva – radıyallahu anhu – rəvayət edir ki, Muaz – radıyallahu anhu – Şamdan gəldiyi zaman Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə səcdə etdi. Allah Rəsulu: «Bu nədir, ey Muaz!» deyə buyurdu. Muaz: «Mən Şamda olarkən onların Rahiblərinə və Patriklərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sizin üçün də etmək fikrinə düşdüm» deyə cavab verdi. Peyğəmbər: «Əgər mən Allahdan başqa səcdə etməyi hər hansı bir kimsəyə əmr verməli olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim. Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, qadın ərinin haqqını ödəyincəyə qədər Rəbbinin haqqını ödəmiş olmaz. Hətta qadın dəvənin belindəki palanın üstündə oturmuş olsa belə, əri onu istədikdə ərinin istəyinə mane olmamalıdır»319. Səcdə ibadətdən sayıldığı üçün yalnız Allaha edilməlidir. Lakin kimsə bilmədən Allahdan qeyrisinə səcdə edərsə, bu əməlinə görə təkfir edilməz. İmam Şəukani – rahmətullahi aleyhi – belə demişdir: «Bilmədən Allahdan qeyrisinə səcdə edən kimsə təkfir edilməz»320. Muavviz qızı Rubeyyi deyir ki, evləndiyimdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – toyuma gəldi və yatağımın üzərinə oturdu. Cariyələrimiz həm dəf çalır, həm də Bədr savaşında öldürülən əcdadlarımızın vəsflərini söyləyirdilər. Bu vaxt onlardan biri: «İçimizdə sabah nə olacağını bilən Peyğəmbər də var (Başqa rəvayətdə: Sabah nə olacağını sadəcə Allah bilir321)» dedikdə Peyğəmbər: «Belə sözlərdən çəkin, əvvəl söylədiklərinə isə davam et» deyə buyurdu322.



Bu iki hədisə nəzər Diqqət et! Hər ikisi də İslamdan çıxardan əməl etmişlər. Lakin Peyğəmbər - səllallahu aleyhi və səlləm – onların heç birinə kafir demədi. Muaz – radıyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə səcdə etdi. Allahdan qeyrisinə səcdə etmək böyük şirkdir. Lakin bu səcdə Muaz – radıyallahu anhu – tərəfdən təvil olaraq ortaya çıxdı. O, elə zənn etmişdir ki, bu səcdə təzim, hörmət mənasındadır. Hansı ki, bunu da məxluqa etmək olar. Buna görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm – ona kafir hökmünü vermədi. Heç onu günahkar da saymadı. Onu çəkindirməklə kifayətləndi. Bəyan etdi ki, səcdə yalnız Allahadır. Həmçinin kölə də Peyğəmbər - sallallahu aleyhi və səlləm – barəsində qeyb elmini bildiyini iddia etmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onu cahilliyinə görə kafir saymadı. Sadəcə onu çəkindirməklə kifayətləndi. Halbuki, qeyb elmini iddia etmək Allahdan qeyrisi üçün küfrdür. Bu da dəlalət edir ki, müəyyən şəxs küfr etdiyinə görə təkfir edilmir. O, vaxt etmək olar ki, əgər şərtlər cəmləşərsə və manelər aradan qalxarsa. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Yerə səcdə etmək ibadət olduğu üçün Allahdan qeyrisinə edilərsə bu küfrdür. Lakin hörmət mənasında edilərsə böyük günahdır, lakin küfr deyildir”323. İbn Nəcim əl-Hənəfi – rahmətullahi aleyhi - deyir ki: “İstənilən Allah üçün olmayan səcdə küfrdür”324.

Əbu Vaqid əl-Leysi – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o, vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və o, ağacı «Zətu Ənvat» deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: «Ey Allahın Rəsulu! Onların «Zətu Ənvat» olduğu kimi bizim üçün də «Zətu Ənvat» düzəlt dedik. Peyğəmbər - sallallahu aleyhi və səlləm –: «Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: «Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!» (əl-Əraf 138) Həqiqətən siz əvvəlkilərin adət ən-ənəsi ilə gedəcəksiniz325. Bu səhabələr İslamda yeni olduqları üçün bir çox tövhid məsələrini bilmirdilər. Məhz buna görə də Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən müşriklərin uğur gətirmək üçün dilədikləri bir büt kimi, onlar üçün də uğur diləmək üçün bir büt düzəltmələrini istəmişlər. Buna baxmayaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları bəzi kimsələr kimi ayrı-ayrı təkfir etməmiş, bu hərəkətlərinə görə onların İslamdan çıxdıqlarını, tövbə edib ikinci dəfə İslama yenidən dönmələrini söyləməmişdir. Əksinə Peyğəmbər - sallallahu aleyhi və səlləm – onlara tələb etdikləri şeyin şirk olduğunu, sözlərinin küfr olduğunu söyləsə də özlərini kafirlikdə günahlandır-mamışdır. Yaxşı niyyət haramı halal etmir. Onlar Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – bərəkət üçün belə bir ağac istədilər. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – onların bu əməlini Musanın - əleyhissəlam - qövmünün ibadət üçün büt istədiklərinə bənzətdi. Halbuki, onlar ibadət üçün büt istəməmişdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu əməlin nə qədər təhlükəli oluduğunu və Zətul Ənvatın arxasında nəyin gizləndiyini onlara bəyan etdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bunun nə ilə nəticələndiyini bildiyi üçün onlara qadağan etdi. “Allahu Əkbər” deməklə onların bu sözlərinin nə qədər təhlükəli olduğunu bildirdi. Çünki onlar ağaca silahlarını asmaqla ümidlərini və qəlblərini o ağaca bağlamış olurdular. Müşriklər bu ağaca etiqad edirdilər. Etiqadları da üç şeylə bağlı idi: 1. Onlar bu ağacı əzəmətləndirirdilər. 2. Ona yaxınlaşmaq üçün etiqaf edirdilər. Etiqaf da ibadətdir. 3. O ağacdan bərəkət umurdular ki, ağac onların qılınclarına bərəkət verəcəkdir. Bu da böyük şirkdir. Onlarda üç şey birləşdiyi üçün şirkləri də əzəmətli idi. Düşünmək lazımdır ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları nə üçün qınadı? Çünki ağacdan bərəkət ummaq haramdır. Səhabələr belə bu məsələdə cahillik üzündən xəta etdilər. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları gözəl bir şəkildə başa saldı. Şeyx Useymin – rahmətullahi aleyhi - “Kəşfu Şubuhə” şərhində deyir ki: “İsrail Oğulları bu əməli etmədilər. Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – bu şeyi istəyənlərin də halı bu idi. Onlar da belə bir şeyi etmədilər (əməl tərəfdən). İsrail oğullarının bu əməli etmiş olsaydılar kafir olacaqlarında heç bir şübhə olmadığı kimi Peyğəmbərin - sallallahu aleyhi və səlləm – belə bir şeyi qadağan etdiyi kimsələr də əgər ona itaət etməyib qadağan etdikdən sonra belə bir Zətul Ənvat etsəydilər kafir olardılar. (Lakin onların bu istəkləri yalnız istək tərəfdən sözlə olduğu üçün kiçik şirkdir, lakin əməl tərəfdən olsaydı bu böyük şirk olardı. Çünki müşrikləri həmin ağacdan bərəkət diləmələri, etiqaf etmələri, ağacı əzəmətləşdirmələri böyük şirk idi). Buna görə də hətta müsəlman – elm sahibi olsa da belə - özü də bilmədən şirkin bəzi növlərinə düşə bilməsi mümkündür. (Buna görə də heç kəs “Mən artıq tövhidi bilərəm” deməklə işin bitdiyini zənn etməsin. Bilmədiyi halda “mən şirki bilirəm” deməsi böyük təhlükələrdən olduğunu göstərir). Bu cahillik digər cahillikdən daha şidətlidir. Çünki digəri olan cahil öyrənir və öyrəndikləri ilə faydalanır, lakin cahilliyin bu növü insan cahil olduğu halda özünün bilikli olduğunu və şəriətə zidd olan işləri etməyə davam edər. Həmçinin müsəlman bir kimsə bilmədən küfr bir sözü söyləyər və sonra bu sözün küfr olduğunu bilər və dərhal tövbə edərsə bunun ona bir zərəri olmaz”.

Bu da Sələfi dəvətinin üslubudur. Aişə – radıyallahu anhə – rəvayət edir ki: Sizə Peyğəmbər - sallallahu aleyhi və səlləm – və özümdən danışımmı? Biz: “Bəli!” – dedik. Aişə: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənim növbəm olan gecə yanıma gəldi. Gələn kimi də ridasını yerə qoydu, ayaqqabılarını çıxarıb ayaqlarının yanın da qoydu. İzarının bir tərəfini açıb döşəyin üstünə sərərək uzandı. Sonra mənim yuxuya gedəcəyimi zənn etdiyi ana qədər gözləyərək sakitcə Libasını götürdü. Qapını yavaşca açaraq evdən çıxdı və onu sakitcə örtdü. Paltarımı başımdan keçirərək büründüm, izarımı da geyinib onun ardınca getdim. Nəhayət Peyğəmbər - sallallahu aleyhi və səlləm – Bəqi qəbristanlığına çataraq, ayaq üstə bir xeyli duraraq əllərini üç dəfə yuxarı qaldırdı. Sonra geriyə döndü və mən də döndüm. O, sürətlə gedirdi, mən də surəti artırdım. O, qaçmağa başladı, mən də qaçdım. Axırda mən Ondan irəli keçib evə girdim. Mən yatana yaxın o, da evə daxil oldu və: «Ey Aişə, nə olub tənginəfəssən? – deyə soruşdu. Mən: «Bir şey olmayıb» dedim. O: «Ya nə olduğunu mənə deyəcəksən, ya da Lütfkar, Xəbər verən Allah mənə onsuz da xəbər verəcəkdir» deyə buyurdu. Mən: «Ey Allahın Rəsulu! Ata-anam sənə fəda olsun, dedim və əhvalatı ona danışdım. O: «Önümdə gördüyüm insan qaraltısı sən idinmi?» deyə soruşdu. Bəli, dedim. Buna görə də məni köksümdən bir dəfə itələdi və bu hərəkəti ilə məni sarsıtdı. Sonra: Allah və Peyğəmbərinin sənə zülm edəcəyinimi zənn etdin? deyə soruşdu. Bəli, dedim. Aişə: «İnsanların gizlətdiyi hər şeyi Allah bilirmi?» deyə soruşdum. O: «Bəli» dedi326. Aişə – radıyallahu anhə – Allah – subhənəhu və təalə – nin hər bir şeydən xəbərdar olduğunu Peyğəmbər - sallallahu aleyhi və səlləm – ona söyləyənə qədər bilmirdi. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis dəlildir ki, Aişə – radıyallahu anhə – insanların gizlətdiklərindən Allahın xəbərdar olmasını bilmirdi. Bu haqda elmi olmadığı üçün kafir olmamışdır. Dəlil ortaya qoyulduqdan sonra bunu qəbul etmək imanın göstəricisi olduğu kimi, dəlildən sonra bunu inkar etmək Allahın hər bir şey üzərində mütləq hakim olduğunu inkar etməkdir. Heç şübhə yox ki, bu sözlər küfrdür. Lakin bu sözləri söyləyən barəsində küfr hökmünü ona dəlillər ortaya qoyulduqdan sonra verilir. Artıq bundan sonra bilməməzlik ondan qalxar”327. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in zamanında bir qrup insanlar: «Ya Rəsululah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Yanında bulud olmayan açıq bir havada günəşi görməyə çətinlik çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü günündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?» Xeyr, Ya Rəsulullah! O, buyurdu: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı görməkdə də əziyyət çəkməyəcəksiniz»328. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Allahın və sənin istədiyin…» dedi. Peyğəmbər: «Məni Allaha taymı etdin? Təkcə Allah istəsə de…» deyə buyurdu329. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in Mədinəyə hicrəti zamanı namazların rükətlərinin sayı artırılmışdır. Lakin bu xəbər Məkkə və Həbəşistanda yaşayan müsəlmanlara çatmadığı üçün onlar namazlarını iki rükət qılardılar. Həmçinin hicrətin ikinci ilində Ramazan orucu fərz olmuşdur və Həbəşistandakı müsəlmanlara isə bu xəbər çatdırılmamışdır. Məhz bu səbəbdən də müsəlmanlar o, ili oruc tutmamışdılar. Buna baxmayaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm – onlara namazlarını və oruclarını təkrar etmələrini əmr etməmişdir. Cahilliyin üzürlü olmasına dəlil: Zeynəb, İbn Məsudun - radıyallahu anhu – yoldaşı rəvayət edir ki: Abdullah İbn Məsud - radıyallahu anhu – mənim qapıma yaxınlaşdığı zaman öskürərdi. Səbəbi isə daxil olduğu zaman bizdən xoşagəlmədiyi şeyləri görməməkdən ötrü idi. Həmişəki kimi bir gün gəldiyi zaman daxil olmamışdan öncə öskürür. Bu vaxt yanımda xəstəliyə qarşı mənə Ruqyə oxuyan qoca bir qadın vardı. Mən ona çarpayının altına girməyi xahiş etdim. İbn Məsud - radıyallahu anhu – mənə yaxınlaşaraq boynumda ip olduğunu gördü. O: “Bu nədir?”. Mən: “Bu üzərinə Ruqyə oxunmuş ipdir” dedim. O, ipi qıraraq tulladı və dedi: “Abdulahın ailəsinin şirkə ehtiyacı yoxdur! Mən Peyğəmbərin - sallallahu aleyhi və səlləm – belə dediyini eşitdim: “Həmayil, gözmuncuğu, ovsun – şirkdir”. Mən: “Nə üçün sən belə deyirsən? Allaha and olsun, mənim gözüm ağradığı zaman bir Yəhudi qadın mənə ruqyə oxudu və ağrım keçdi” dedim. İbn Məsud: “Bu şeytan əməlidir! Sən Allaha asilik etdiyin zaman şeytan barmağını sənin gözünə soxurdu, nə zaman ki, sən Yəhudi qadının yanına getdin o da səndən əl çəkdi (elə zənn edəsən ki, səbəb bu qadın oldu)”. Əgər sən Peyğəmbərin - sallallahu aleyhi və səlləm – əmr etdiyi şəkildə etsəydin bu sənin üçün daha yaxşı olardı: Gözünə su çiləyib bu duanı oxu: Əzhibil Bəs Rəbbən Nəs, İşfi Əntəş Şəfi, Lə Şifəə İllə Şifəukə, Şifəən Lə Yuğadiru Səqamən - Ey insanların Rəbbi, xəstəliyi apar, şəfa ver, həqiqətən Sən şəfa verənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Hansı ki ondan sonra xəstəlik qalmaz”330. Əli - radıyallahu anhu – deyir ki: “Elm olmayan bir ibadətdə xeyir olmadığı kimi, düzgün başa düşülməyən elmdə də xeyr yoxdur”331. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Kitab əhli ayrılıqların və müsəlmanlar arasında 73 firqənin meydana gəlməsinə səbəb düzgün olmayan təfsir etmək olmuşdur”332. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bir çox sələflər hələ də bu kimi məsələlərdə fikir ayrılığındadırlar. Amma onlardan heç kəs bu fikir ayrılığına görə bir-birlərinə kafir, fasiq və ya asi deməmişlər. Buna misal olaraq: Şüreyh – rahmətullahi aleyhi – bir ayənin oxunuşunu: «Bəli, mən onlara təəccüb edirəm, onlar isə istehza edirlər» (əs-Saffat 12). Allah təəccüblənmir deməklə inkar edir (yəni ayənin oxunuşu: Bəl Acibtu «Mən təəccüblənirəm» deyil, Bəl Acibtə «Sən təəccüblənirsən»). Bu xəbər İbrahim ən-Nəhaiyə – rahmətullahi aleyhi – çatdıqda belə buyurur: Şüreyh bir şairdir və elmi onu çaşdırır. İbn Abbas – radıyallahu anhu – ondan da elmli idi və o: «Bəli, mən onlara təəccüb edirəm...» kimi oxuyardı. Həmçinin Aişə – radıyallahu anhə – və digər səhabələr Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allahı görməsi haqda fikir ayrılığı etmişlər. Aişə: «Muhəmməd öz Rəbbini görmüşdür» deyərsə, artıq Allaha qarşı böyük bir iftira atmış sayılır. Amma buna baxmayaraq İbn Abbas və digər səhabələrin – Allah onlardan razı olsun - belə demələrinə görə onlara: «Allaha qarşı iftira atan» demirik. Həmçinin Aişə – radıyallahu anhə – digər səhabələrlə ölünün dirilərin səsini eşitməsi, ölən adamın ailəsinin ağlaması ilə ona əzab verilməsi və s. bu kimi məsələlərdə də fikir ayrılığı olmuşdur. Həmçinin sələflər arasında (yəni, Əli ilə Müaviyə – Allah onlardan razı olsun - arasında olan məsələlər) hətta döyüşlə nəticələnmişdir. Amma bütün Əhli Sünnə və Camaat hər iki tərəfin mömin olması haqda yekdildirlər. Onların bir-birlərinə qarşı döyüşmələri onların ədalətlərinə heç bir ləkə salmır. Çünki döyüşən adam həddini aşsa da o bunu yozumlu edir. Yozmaq bir adama fasiq deməyə mane olan amillərdəndir»333.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin