Üçüncü Və Dördüncü Şərtlərə - gəldikdə isə bunları bir az təfsilatı ilə qeyd etmək lazımdır. Nə üçün? Bu məsələnin öyrəndiyimiz məsələ ilə əlaqəsi olduğu üçün. Əhli Sünnə bir çox bidət əhlini küfr etdiklərinə görə kafir saymamışlar. Ya onlara hüccət çatmadığına görə, ya da onların təvilçi olduqlarına görə. Həmçinin də küfr hökmünün düzgün sayılması üçün bu iki şərtin etibarlı olması Sələf minhəcinin (yolunun) seçdiyi bir mövqedir. Sələflər bu iki şərti etibarlı saymaqla bidət əhlindən seçiliblər. O, bidət əhli ki, sadəcə küfr əməlinə görə insanları kafir sayıblar. Bir məsələ də vardır ki, bidət əhlinin çoxu sadəcə onlara müxalif olduğuna görə də təkfir edirlər. Onların əlamətlərindəndir ki, özlərinə müxalif olanları dəlilsiz təkfir edirlər. İbn Teymiyyə – rahmətullahi aleyhi – kitabının bir çox yerlərində təvil edənləri təkfir edənlərə rədd olaraq qeyd etmişdir ki: «Təvil edənləri təkfir etmək haqda nə səhabədən, nə də tabiindən heç bir məlumat yoxdur. Nə də müsəlman imamlarından belə bir şey eşidilməmişdir. Bu əslində bidət əhlinin sözləridir. O, bidət əhli ki, dində olmayan bir şeyi ortaya atırlar və sonra bu məsələdə onlara müxalif olanları təkfir edirlər. Xəvariclər, Cəhmilər və Mötəzilə əqidəsində olanlar kimi»424. Həmçinin demişdir ki: «Xəvariclər Əhli Sünnəni təkfir edirlər, həmçinin Mötəzilə əqidəsində olanlar da özlərinə müxalif olanları təkfir edirlər. (Onların sözlərini desən, sən bizim qardaşımızsan, yox əgər onlara müxalif olsan, onda kafirsən. Artıq belə bir bidət ortaya çıxmışdır: Bir cəmaata görə sevmək, cəmaata görə nifrət etmək, bir şəxsə görə sevmək və nifrət etmək. Əgər sən bizim cəmaatdansansa, sən bizdənsən və ya bizə müxalifsənsə bizim cəmaatdan deyilsən. Hansısa bir təkfirçinin ideya və fikrinə görə hərəkət edirlər. Sən yaxşı insansan əgər bizim sözümüzü deyirsənsə: Saqqalını qırxa da bilərsən, siqaret və s. fasiqliklər edə də bilərsən. Heç kəs sənə bir söz deyə bilməz. Əgər bizə zidd getsən, onda sənin kitabın bağlandı. Haqqı dedikləri üçün Sələfləri sevən azdır. Təəccüblü orasıdır ki, təkfirçinin ətrafında olanların əksəriyyəti fasiq kimsələrdir. Saqqal yox, balaq uzun, yernən sürünür ona heç kəs heç nə demir. Nə üçün? Onların sözlərini təsdiqlədiyi üçün. Lakin müxalif olanları isə təkfir edirlər. Artıq bu din deyildir bir partiyaçılıqdır) Şeyxin sözləri davam edir: Hər bir bidət əhli bir rəy ortaya çıxardırlar və bu rəydə kim onlara müxalif olarsa, kafir sayırlar. Əhli Sünnə vəl Cəmaat Rəbbi tərəfdən gələn haqqa tabe olurlar. Çünki onu Peyğəmbər – sallallahu aleyhi və səlləm – gətirmişdir. Lakin Əhli Sünnə vəl Cəmaat özlərinə müxalif olanları təkfir etmirlər. Çünki onlar haqqı hamıdan yaxşı bilən və insanlara qarşı ən rəhimli olanlardırlar». Həmçinin AbdulLatif b. AbdurRahman Əli Şeyx – rahmətullahi aleyhi – bu haqda soruşulduqda: «O, şəxslər ki, özlərinə müxalif olanları təkfir edirlər?» bu barədə fikriniz o: «Mən bu barədə heç bir şəri istinad bilmirəm. Zahiri İslam olan bir kimsənin heç bir dəlil olmadan təkfir olunmasına cəsarət edən bir şəxs bilmirəm və tanımıram. Belə bir üslub bidət əhlinin üslubudur ki, özlərinə müxalif olanları təkfir edirlər».
Nə üçün mən belə dedim? Bu iki şərtin olması ilə Əhli Sünnə başqalarından seçiliblər. Çünkü Birinci Və İkinci Şərti - bidət əhli də qəbul edir, lakin Üçüncü Və Dördüncü Şərti - isə bidət əhli qəbul etməmişlər. Bu iki şərt barəsində təfsilatı ilə danışacağıq.
Üçüncü Şərt - Hüccətin qaldırılması olmalıdır. Elə bir hüccət ki, ona müxalif olan kafir olur. Buna dair artıq Kitab və Sünnədən dəlillər keçmişdir. Muaz, Zətul Ənvat və s. hədislər. İndi isə elm əhlinin sözlərini gətirəcəyik ki, müəyyəni təkfir etmək üçün hüccət qaldırmaq lazımdırmı? İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Allahın İsim və Sifətləri vardır. Heç kəs bu sifətləri inkar edə bilməz. Kim ona hüccət qaldırıldıqdan sonra ona qarşı çıxarsa, artıq kafir olur. Hüccət qaldırılmazdan əvvəl bilməməzliyinə görə o, kimsə üzürlü sayılır»425. İmam Nəvəvi – rahmətullahi aleyhi – zəkatı inkar edənin küfr hökmünü bildirdikdən sonra deyir ki: «Cəmaat arasında elmi yayılmış və ümmətin icma etdiyi hər hansı bir məsələni inkar edərsə, beş namaz, oruc, zinanın, içkinin, məhrəmlərlə evlənməyin haramlığı müsəlmanlar arasında yayılıbsa, bunları inkar edərsə, onda küfr edir. İstisna vardır, əgər o, İslamda təzədirsə və İslamın hədlərini bilmirsə. Əgər o, insan bilməməzliyinə görə hər hansı bir şeyi inkar edərsə o, kimsə kafir olmur»426. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: «Kim Allah və Rəsuluna mütləq şəkildə iman gətiribsə və ona doğrunu bəyan edəcək bir elm çatmayıbsa, onun küfr etməsi və kafir olması barədə hökm verilmir, ona hüccət qaldırılmadıqca. Elə bir hüccət ki, ona müxalif olan kafir olur. Çünki insanların bir çoxu xəta edirlər. Quran və Sünnədən gələn ayələrin mənalarını bilmirlər. Xətadır, unutmaqdır, yanılmaqdır bu ümmətdən qaldırılıb və günah yazılmır. Küfr də yalnız bəyandan sonra olur». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Allah hüccət qaldırılmadıqca heç kəsə əzab verməyəcəkdir. «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15). «Biz Peyğəmbərləri (möminlərə) müjdə verən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın» (ən-Nisa 165). Quranda belə ayələr çoxdur. Allah əzab verir o, kəsə ki, ona Rəsul gəlib, hüccət qalxıb və o, günahkar ki, öz günahını etiraf edir. Əzab iki səbəbə görə insana verilir: 1 – Dəlildən üz çevirmək, onu istəməmək və onun tələblərinə lazimi qaydada əməl etməməkdir. Bu üz döndərmək – Küfrü İrad. 2 – Dəlil gətirildikdən sonra ona qarşı inad göstərmək, onun tələb etdiyini istəməməkdir. Bu da inadkarlıq küfrüdür. Lakin Allah, Peyğəmbərləri tərəfindən göndərdiyi dəlilləri çatdırılana qədər və dəlili öyrənməyə imkanı olmadan cahillik küfrünə görə Allah əzab verməz»427.
Dostları ilə paylaş: |