Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İman Dillə Deyilən Sözdür



Yüklə 5,74 Mb.
səhifə60/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   56   57   58   59   60   61   62   63   ...   218
İman Dillə Deyilən Sözdür deyildikdə sələflərin qəsdi dillə olan bütün itaətlərin hamısı imandandır deməkdir. Onları yerinə yetirmək insanın imanını artırır və bütün bunlar iman adlanır. Məs: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmir olundum. Bunu etdilərmi, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir»642. Bu mövzuda hədislər olduqca çoxdur. İnsan Şəhadət Kəliməsini dillə söyləyərsə artıq onun malı, qanı qorunur. İnsanın İslama girməsi üçün yetərli olan iman nitqlə söyləməsi ilə olmalıdır. Bu kəlimə də imandan bir hissədir və iman üçün bir şərtdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Lə İləhə İlləllah deyib qəlbində arpa (buğda) dənəsi qədər iman (xeyir) olarsa Cəhənnəmdən çıxacaqdır»643. Bu hədislər onu göstərir ki, insanın İslama girməsi və Cəhənnəmdən qurtulması üçün mənfəət verən iman üçün nitq lazımdır. Bu da dilin əməlidir. Bundan başqa zikr etmək, Quran oxumaq, dua etmək, elm öyrənmək və öyrətmək, Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə salavat gətirmək, yaxşılığı əmr edib, pisdən çəkindirmək və s. dillə deyilən hər bir söz itaət adlanır. İtaət də iman adlanır.

İman Qəlblə Etiqaddır deyildikdə Sələflərin qəsdi qəlbdə olan bütün etiqadların hamısı imandır və iman adlanır. Qəlbdə olan itaətlərin möhkəmlənməsi ilə insanın imanı artır. Bu etiqadları insan nə qədər çox yerinə yetirərsə və kamilləşdirərsə iman da bir o, qədər artar və möhkəmlənər. Çünki qəlb imanın əsasıdır. Qəlbdə olan əməllər imanın əsası sayılır. Məs: Qəlbi iman – «(Ya Muhəmməd!) Ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə) inandıq deyənlərin Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab gözləyir». (əl-Maidə 41). «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar» (ən-Nəhl 106). Birinci ayə dilləri ilə iman gətirib qəlbləri ilə iman gətirməyənlər barəsindədir. İkinci ayə isə qəlbi ilə iman gətirdiyi halda dili ilə məcbur edilərək küfr kəliməsini söyləyənlər barəsindədir. Lakin qəlbləri imanla rahatlıq tapır, imanla sabitləşir. Onlar möminlərdir. Sadəcə bu küfr sözünü söyləməkdə məcbur edilmişlər. Bu iki ayə ona dəlalət edir ki, qəlblər iman gətirir. İbrət də elə qəlbdədir. İnsanın əməllərinin ölçülməsi də qəlbdə olan imana görədir. İmanı tələffüz etmək iman sayılmır, əgər qəlblə iman gətirməyibsə. Qəlbdə iman odur ki, insan qəlbi ilə etiraf edə, qəlbi ilə bilə, təsdiq edə və etiqad edə. İmanın əsası da qəlbdə olur.

Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin. Hələ iman qəlblərinizə daxil olmamışdır. Əgər Allah və Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi əskiltməz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). Bədəvi ərəblər Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına İslamı qəbul etmək üçün gəlmişdilər. Özlərinin təslim olduqlarını bildirmək üçün. Onlar da imanda təzə idilər. Lakin buna baxmayaraq kamillik iddia etdilər. İslamı addıyaraq: «Biz iman gətirdik» dedilər. Lakin Allah onların bu iddialarını inkar etdi. Allah onları onların hallarına uyğun bir vəsfə, sifətə yönəltdi. Deyin ki, biz təslim olduq. Yəni Allaha təslim olmaqla İslama daxil olduq. Çünki siz imanın həqiqətinə, yüksək dərəcəsinə çatmamısınız. Lakin sizdə imandan bir pay vardır ki, onunla da siz müsəlman oldunuz. Bəziləri qeyd edirlər ki, bu ayədə qəsd olunanlar münafiqlər idi. Lakin bu səhv fikirdir. Çünki Allah özü onlara buyurur ki, deyin ki, təslim olduq. Heç vaxt zənn oluna bilməz ki, Allah onlara desin ki, deyin biz müsəlman olduq sonra da onlar müsəlman olmasınlar. Onlar da iman vardır. Hansı ki, onunla müsəlman olublar. Lakin imanın həqiqəti, kamilliyi yoxdur. Yəni onlar saleh əməl işləsələr bu onlardan qəbul olunar. Onlarda imanın əsası olduğu üçün. «Əgər Allah və Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi əskiltməz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». Yəni yol sizin qarşınızda açıqdır ki, siz imanınızda daha da tərəqqiyə doğru gedəsiniz. Bundan sonra Allah onlara imanın həqiqətini bəyan edir. «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Bunlardan başqa imanın qəlbdə olmasına dəlil: «Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və öz dərgahından onlara güc vermişdir (iman, hidayət nuru əta etmişdir). Allah onları (ağacları) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb əbədi səadətə qovuşanlardır». (əl-Mücadələ 22). «Onlar ancaq öz Rəblərinə təvəkkül edərlər (Təvəkkül də qəlbin əməlidir)». (əl-Ənfal 3). Bu dəlillər bəyan edir ki, iman qəlbdə olur. İman sayəsində möminin qəlbi sakitləşir və sabit olur. Bu da onu bildirir ki, insanın ölçülməsi də elə qəlbinə görədir. Əbu Abdullah ən-Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «…Bunu da bilin ki, insan bədənində elə bir ət parçası var ki, əgər o, sağlam olarsa bütün bədən sağlam olar, yox əgər o, xəstə olarsa onda bütün bədən xəstə olar. Bilin ki, bu qəlbdir»644. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah sizin bədənlərinizə və görkəminizə baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar»645.

İbn Rəcəb - rahmətullahi aleyhi - deyir ki: «Qulun əzalarıyla etdiyi hərəkətlərin düzgünlüyü, haramlardan uzaq durması və şübhəli şeylərdən uzaqlaşması, qəlbinin hərəkətinin bir sonudur. Əgər onun qəlbi sağlam və düzgündürsə onda Allahın sevgisindən, onun sevdiklərinin sevgisindən, Allah qorxusundan və Onun xoşlanmadığı şeylərə düşmə qorxusundan başqa bir şey yoxdursa bütün əzaları sağlam və düzgün olur və bunun sonu da hər cür haramlardan uzaq durur və haramlara düşməkdən şübhəli şeylərdən də çəkinir. Əgər qəlbi pozulmuşsa ağlına tabe olma duyğusu və Allahın xoşuna getməsə də belə nəfsi istədiyini etmə arzusu qəlbini zəbt edər, bütün əzalarının hərəkəti pozular. Bu səbəblə də qəlb orqanların hökmüdarıdır, digər orqanlar da onun əsgərləridir deyilmişdir. Onlar qəlbə itaət edən əskərlərdir. Ona itaət və onun əmrlərini yerinə yetirməklə məsuluyyətlidirlər. Heç bir şeydə ona müxalif olmazlar. Əgər hökmüdar yaxşı olarsa əskərlər də yaxşı olarlar. Əgər hökmüdar pis olarsa bu səbəblə də əskərləri də pis olarlar. Allah qatında ancaq səlim bir qəlb fayda verər. Orqanların əməlləri ancaq qəlbin istiqaməti ilə istiqamət taparlar. Qəlbin istiqaməti, onun Allah sevgisi ilə, Allaha itaət sevgisi ilə dolu olması və Allaha qarşı gəlməkdən nifrət etməsi deməkdir. Vücudun hərəkətləri qəlbin hərəkətinə və iradəsinə tabedir. Qəlb sadəcə Allah üçün hərəkət edər və iradəsini istifadə edərsə özü də sağlam olar. Bütün vücudun hərəkətləri də sağlam və düzgün olar. Qəlb Allahdan başqası üçün hərəkət edər və iradəsini başqasına tərəf yönəldərsə qəlbin hərəkəti pozular və bununla da bərabər vücudun hərəkətləri də pozular. Qəlbdə Allahın iradəsi hakim olunca orqanlar ancaq Allahın iradəsinə uyğun olaraq hərəkətə keçər. İbn Teymiyyə - rahmətullahi aleyhi - deyir ki: «İmanın əsli qəlbdədir. O, qəlbin sözü və əməlidir. İqrar, təsdiq, sevgi və bağlılıqdır. Qəlbdə nə varsa onun əlamətlərinin əzalar üzərində görünməsi labüddür. Bunlar qəlbdə olanın təsdiqi, dəlili və şahididir. Bunlar mütləq imanın kamilliyinin bir şöbəsi və bir qismidir». Qəlbin də sağlam olması üçün düzgün, səhih əqidə və mübarək qəlb əməlləri lazımdır. Qəlb əməlləri də əqidədən doğur. Qəlbdə olan əməlləri Peyğəmbər - sallallahu aleyhi və səlləm – ümumi olaraq altı işdə cəm etmişdir. Bunlar da qəlb imanının dayaqlarıdır. Qəlb imanının dayaqlarından bu altı şey qəlbdə elm tərəfdən cəm olarsa bu artıq sağlam qəlb sayılır və bu qəlb də bu kimi şeylərin əksindən sağlam qalar.

Sələfi Salihin, yəni Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər - sallallahu aleyhi və səlləm - in məşhur Cəbrail – əleyhissəlam – ın hədisində xəbər verdiyi kimi - altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara öyrətmək və İman haqqında sual vermək üçün gələn Cəbrail – əleyhissəlam – a belə cavab vermişdi: «İman, Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə, Axirət gününə, Xeyir və Şərrin qədərdən olduğuna iman etməkdir…»646. Amr b. Əbəsə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə dedi: «İslam nədir?». Peyğəmbər: «Qəlbinin Allaha təslim olması və müsəlmanların sənin dilindən və əlindən salamat olmalarıdır» deyə cavab verdi. Adam: «Hansı İslam fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «İman etmək» deyə cavab verdi. Adam: «Bəs iman nədir?» deyə soruşdu. Peyğəmbər: «Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə və öldükdən sonra dirilməyə inanmaqdır» deyə cavab verdi. Adam: «Hansı iman daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Hicrət etmək» deyə cavab verdi. Adam: «Hicrət nədir?» - deyə soruşdu. Peyğəmbər: «Pisliyi tərk etmək!» deyə cavab verdi. Adam: «Hansı hicrət daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Cihad» deyə cavab verdi. Adam: «Cihad nədir?» deyə soruşdu.: «Onlarla qarşılaşdığın zaman kafirləri öldürmək» deyə cavab verdi. Adam: «Hansı cihad fəzilətlidir?» deyə soruşdu. «Atının ayaqları kəsilib yerə yıxılaraq öldürüldüyü və qanının axıdıldığı cihad…»647. Bu altı xüsus imanın əsaslarıdır. Həmçinin Qurani Kərimdə də Allah bu haqda bir çox ayələr nazil etmişdi. «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə (qədər) ilə yaratdıq». (əl-Qəmər 49).

Hər kim bu altı əsasa iman etməzsə onun imanı tamam olmaz. Bunlardan birini inkar edən kimsə kafir olur. O, halda iman bu altı əsas üzərində yüksəlir. Bu əsaslardan birini itirən kimsə, əlbəttdə ki, mömin olmaz. Çünki o, imanın əsaslarından birini itirmiş olur. Necə ki, bir bina ancaq təməl əsasları üzərində yüksələ bilir. Bu əsaslar imanın rükunlarıdır və imanın səhihliyi üçün şərtdir. Əgər insanın imanı olmazsa başqa şeylərdə ibrət və fayda da yoxdur. Kitab və Sünnətə uyğun olaraq bunlara əməl edilmədikcə iman da tamamlanmaz.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin