1.Sabiqunlar – sabiqunlar özləri də üç yerə bölünürlər. 1) Peyğəmbərlərə yaxın olanlar, 2) Ortada olanlar, 3) Muxtasidlərə yaxın olanlar. Xeyir işlərdə irəli keçənlər fərz692 və müstəhəbləri693 edənlər, haram və məkruhları694tərk edənlər, şübhəli şeylərdən uzaq olanlar. Bu sanki Allahı görür kimi ibadət edən ehsan mərtəbəsindəki quldur. O, müstəhəb və kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır. Onlar sorğu-sualsız Cənnətə girəcəklər. Çünki onlar artıq vacib əməlləri aşaraq (edib), müstəhəb əməllərə keçmişlər. Onlar müstəhəb imandadırlar. İmanın müstəhəb dərəcəsindədirlər ki, bu da onların vəsfləridir. «Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər». (əz-Zariyat 17,18). Muhsinun, Muqarrabun, Siddiqun, Sabiqunvə s. onların gözəl isimləri vardır. Bu ayədə zikr olunanlar isə Muhsinlərbarəsindədir.