Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə68/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   64   65   66   67   68   69   70   71   ...   218
2. MuxtasidlərMuxtasidlər özləri də üç yerə bölünürlər. 1) Sabiqunlara yaxın olanlar, 2) Ortada olanlar, 3) Zalimunlara yaxın olanlar. Orta yolda olanlar. Bunlar imanın əsaslarını düzgün yerinə yetirənlərdir. Vacibləri yerinə yetirər, haramlardan695 çəkinərlər və günah etdikləri zaman dərhal tövbəyə tələsənlərdi. Lakin bu qism müstəhəb əməlləri yerinə yetirmir və bəzən də məkruhları edirlər. Lakin onlar günah etdikləri zaman tövbəyə tələsərlər. Bular vacib iman sahibləridir. Muxtasidlərlə zalimunlar arasında fərq – zalimunlar böyük günahlara davam edirlər, muxtasidlər isə dərhal tövbəyə tələsərlər. «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər». (Ali İmaran 135). «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa, Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir». (əl-Furqan 70). Onlar bilə-bilə günah üstündə davam etməzlər. Nəyə görə? Çünki onlarda elm vardır. Bu da ikinci fərqdir. Özlərinə zülm edənlərdə ümumi iman vardır. Lakin təfsilatı ilə deyildir. Onlar imanı xırdalıqla öyrənməyiblər. Amma muxtasidlər isə Allahı tanımaq bilgisində, elə bir bilgi ki, onların dərəcələri qalxır və imanları kamilləşməyə doğru yönəlir. Onların Allahı tanımaqları onların günahlarının bağışlanmasına səbəbdir. Çünki onlar bilirlər ki, Allaha qarşı çıxmaq böyük günahdır və buna görə də şiddətli əzab vardır. Həmçinin də onlar bilirlər ki, Allah tövbə edənləri sevir. «Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə nicat tapasınız». (ən-Nur 31). «Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin». (ət-Təhrim ). «Tövbə etməyənlər zalimlərdir». (əl-Hucurat 11). Onlar əməllərini sünnə üzərində qururlar, bidət-lərdən uzaqdırlar və buna görə də bu mərtəbə Muxtasidlər mərtəbəsi adlanır.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin