Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


MURCİYƏ KİMLƏRDİR VƏ ONLARIN ƏLAMƏTLƏRİ



Yüklə 5,74 Mb.
səhifə74/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   70   71   72   73   74   75   76   77   ...   218
MURCİYƏ KİMLƏRDİR VƏ ONLARIN ƏLAMƏTLƏRİ
Murciyə Kimlərdir? 750 - Bu doğru yoldan azmış bir qrupdur. Sələflər daima onlara qarşı mübarizə aparmış və insanları onların batil etiqadlarından çəkindirmişlər. İrca əhli hesab edir ki, İman – bütöv, ayrılmaz, tam bir şeydir, onlara görə İman artmaz və azalmaz. Onun barəsində danışıldıqda qeyd ilə: İnşəallah Mən Möminəm - demək olmaz. Əməllər isə iman məfhumunun içərisinə daxil olmaz. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Ümmətimdən iki qrup vardır ki, onlar mənim Hovuzuma yaxın buraxılmayacaqlar və Cənnətə daxil olmayacaqlar! Qədərilər və Murciyə”751.

1) İman – yalnız İqrardır. İmam Əhməddən - rahmətullahi aleyhi –: “İrca əhli kimlərdir?” deyə soruşdular. İmam: “İrca əhli iman – yalnız sözdür – deyən kimsələrdir”752. 2) İman – artıb, azalmaz. Sufyan əs-Sovri - rahmətullahi aleyhi – deyir ki: “Biz İrca əhlindən üç şeylə fərqlənirik: Biz deyirik İman – söz və əmllərdir. Onlar deyirlər ki, İman – Sözdür, əməllər ora aid deyildir. Biz deyirik İman – Artar və azalar, onlar deyirlər İman – artmaz və azalmaz. Biz deyirik – Qiblə əhli bizim üçün mömindir, Allah dərgahında necə olmalarını isə yalnız Allah bilir. Onlar deyirlər – Biz Allah dərgahında möminik”753. 3) Əməlləri imana aid etməmək. Vaki İbn Cərrah - rahmətullahi aleyhi – deyir ki: “İrca əhli – qəlbin etiqadı olduğu təqdirdə zahiri əməllərə lüzum yoxdur deyən kəslərdir”754. 4) Hər bir müsəlmanın imanının kamil olduğunu iddia etmək. İrca əhli deyir ki: “Əməllər insanı kafir edə bilməz və Allaha asilik təmiz olan imanı ləkələyə bilməz”. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “İrca əhlinin bütün qolları deyirlər ki: Böyük günahların edilməsi və Dini əhkamların tərk edilməsi insanın imanına təsir etməz, bununla iman nə azalar, nə də artar. Çünki imanın bir hissəsinin getməsi bütöv imanın getməsi deməkdir. Yəni, saleh ilə günahkarın imanı eynidir və dəyişməzdir. Lakin Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hədisləri isə bunun əksinə dəlildir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Lə İləhə İlləllah deyib qəlbində arpa (buğda) dənəsi qədər iman (xeyir) olarsa Cəhənnəmdən çıxacaqdır»755. Əhli Sünnə deyir ki: “İman – bütöv, ayrılmaz, bir cür, tam və s. bir şey deyildir. Ona görə də ondan danışdığımız zaman qeyd ilə: İnşəallah Mən möminəm demək lazımdır. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Murciyə, Xəvariclər, Mötəzilə, Cəhmilər və s. İman mövzusunda Əhli Sünnətdən əsas fərqi onlar hesab edirlər ki, İman – bütöv, tam, ayrılmaz bir şeydir. Əgər ondan bir hissə itərsə iman bütövlüklə itər, əgər ondan nə isə varsa bütöv iman da vardır. Onlar imanın bir hissəsinin getməsilə digərinin qalmasına inanmırlar. Murciyə, Cəhmilər deyirlər ki: “İman – bütöv, ayrılmaz, tam bir şeydir. Əgər əməlləri ona qatsaq bütöv bir şey əmələ gələcəkdir. Biri getdiyi təqdirdə bütöv iman da gedər. Bundan da aydın olur ki, böyük günah edən kafir olur”756. Şəkk yoxdur ki zahiri əməllərsiz, iman kamil ola bilməz. Kim zahiri əməllərsiz, İmanın kamil olduğunu iddia edərsə, artıq murciyələrə müvafiq olmuşdur. Murciyələrə görə, zahiri əməllərin olub olmaması, imana heç bir təsir etmir. Lakin Əhli Sünnəyə görə, zahiri əməllər olmasa, iman naqisləşir, Əhli Sünnə əməlləri imana daxil ediblər deyə, məhs bu səbəbdən də əməllərin olmaması ilə, imanın zəifləməsini, naqisləşməsini deyiblər. Əgər Onlar, (Əhli Sünnə) əməlləri imana daxil etməsə idi, əmələrin olmaması ilə, İmanın zəifləməsini deməzdirlər. Onlar (Əhli Sünnə) əməlləri İmandan gördükləri üçün, əməllərin yoxluğu ilə imana təsir etdiyini demişlər. Bu fərq olduqca mühümdür. 5) Günahların imana heç bir təsiri yoxdur. Günahkar müsəlman Cəhənnəmə girməyəcəkdir. İmam Əvzai - rahmətullahi aleyhi – deyir ki: “İrca əhli deyir ki, iman mövzusunda insanlar bir-birilərindən fərqlənmirlər. Onlara görə günahkar ilə saleh eyni iman dərəcəsindədir”757. İrca əhli iddia edir ki, kim şəhadəti söyləsə və bütün günahlarla gəlsə belə Cəhənnəm atəşinə girməyəcəkdir. Çünki onlar Quranda gələn bütün hədə, təhdid ayələrini kafirlərə, mükafat olan ayələri isə müsəlmanlara aid etmişlər. Günahların iman gətirənə heç bir təsiri olmayacaqdır. Onlara görə Həccacın imanı Cəbrailin - əleyhissəlam - və Peyğəmbərin – sallallahu aleyhi və səlləm – imanı kimidir758. Nəinki kiçik günahlara, həmçinin böyük günahlara da etinasız yanaşmaq və günahların imana xələl gətirmədiyini (təsir etmədiyini) iddia etmək. Məhz bu səbəbdən, murciələr müsəlman bir kəsin, Cəhənnəmə girməyəcəyini iddia edirlər. 6) İmanda istisna etmək olmaz. AbdurRahman İbn Mehdi - rahmətullahi aleyhi – deyir ki: “İrca əhlinin ilk əlaməti qeyd ilə İnşəallah mən möminəm deməməkdi”759. Əhli Sünnətin qeyd ilə İnşəallah mən möminəm deməsi – şübhə ilə deyil, Allah qorxusuna görədir. İmam əl-Acurri - rahmətullahi aleyhi – deyir ki: “Alimlərdən bizə çatmışdır ki, Sünnə əhlinin xüsusiyyətlərindən biri də, İman məsələlərində olan “İstisna”dır. Əlbəttə ki, bu istisna şübhədən doğan bir istisna deyildir. Allah bizləri iman məsələlərində olan şübhələrdən qorusun! Beləki bu istisna, insanın özünü kamil iman sahibi adlandıraraq tərifləmək qorxusundandır!”760. 7) Küfr yalnız etiqaddadır. “Etiqadda olan küfrdən başqa küfr yoxdur” cümləsinə gəldikdə bunu həm səhv, həm də düz olaraq iki cür başa düşmək olar: 1. Səhv başa düşməyə gəldikdə: Heç bir əməl insanı Dindən çıxartmır və onu kafir etmir. Hər bir şey insanın öz istəyindən aslıdır. Yəni, nə etməsindən aslı olmayaraq o, kafir olmur, əgər onun məqsədi (niyyəti) küfr deyildirsə. Bu zaman belə çıxır ki, İblis kafir deyildir. Çünki niyyəti (qəsdi) küfr deyildir. Uca Allah buyurur: Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: "Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!" De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. (ət-Tövbə 65-66). Allahın dini ilə istehza edənlər kafir oldular, lakin onlar özləri etiraf etdilər ki, biz yalnız zarafat edirdik, qəlbimizdə isə belə bir etiqad yoxdur. Zarafat xatirinə dilləri bunu deyirdi. Lakin Allah onların bu sözlərini rədd edərək onlara bəyan etdi ki: Allahın dini ilə yalnız qəlbini küfrə açmış bir kimsə istehza edə bilər. Belə bir kimsənin qəlbində iman olsaydı bu cür sözləri söyləməkdən onları saxlayardı”761. Əhli Sünnətə görə Küfr – həm etiqadi, həm əməli, həm də sözdə olur. 8) Münafiqlik yoxdur. Sufyan əs-Sovri - rahmətullahi aleyhi – deyir ki: “Bizimlə İrca əhli arasında ixtilaf üç şeydədir: 1. Biz deyirik: İman – söz və əməldir, onlar deyirlər: İman – yalnız sözlərdir, əməl deyildir. 2. Biz deyirik: İman – Atar və azalar, Onlar deyirlər: İman – artmaz və azalmaz. 3. Biz deyirik: “İman – münafiqlik var, onlar deyirlər: Münafiqlik yoxdur”762. Bir gün İrca əhlindən bir nəfər məşhur Tabiin olan Əyyub əs-Saxtiyaninin - rahmətullahi aleyhi – yanna gəlir və: “Yalnız, İman və Küfr vardır” deyir (İrca əhli hesab edirdi ki: Münafiqlik yalnız Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dövründə olmuşdur). Əyyub: “Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir. (ət-Tövbə 106). Bunlar möminlərdir yoxsa kafirlər? Bu vaxt həmin insan susur. Əyyub: “Get, Quranı çox oxu! Quranın hər bir ayəsində münafiqlik barədə xatırlama vardır, sənə görə də ehtiyat edirəm”763. 9) Bizləri İrcalıqda ittiham edən Təkfirçilər özləri İrca fikrinə düşüblər. Bu da – müsəlmanların başçısına qarşı çıxmaqdır! Murciələr təkfir məsələsində xavariclərə müxalif olsalar da, müsəlmanların başçısına qarşı çıxmaq məsələsində onlarla həmrəydirlər! Murciələrin nə üçün insanları hakimə qarşı çıxmağa çağırmasını Allah bilir, lakin biz bilirik ki, sələfilər bu xüsusiyyəti murciələrə mənsub edərək, müsəlmanların başçısına qarşı çıxanlara murciə deyirdilər! Sufyan İbn Uyeynə və əl-Avzai - rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən də İrca əhli əmirlərə qarşı çıxmağı icazli görürlər və buna dəvət edirlər”764. İbn Mubarakdan - rahmətullahi aleyhi –: “Qoca yaşında deyəsən Murciyə olmusan” deyə soruşurlar. O: “Mən necə İrca əhli ola bilərəm ki, müsəlman Əmirlərə qarşı çıxmağı icazəli görmürəm”765. Subhənəllah! Görün bu Tabiini nə qədər İrcalıqda ittiham ediblər. İmam Əhməd - rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər – İrca əhlidir”766. 10) Şeyx Fovzan “Şərh Bərbəhari” Şeyx əl-Bərbəhari – rahmətullahi aleyhi – öz kitabında Xəvariclərin sifətindən danışır və bu zaman Əqidə kitabında Ərəblərdə Əbanın altından geyinilən şalvardan danışır. Namaz ondan qılınar və batil deyildir. Bunu ilk dəfə demişdir Bəkr AbdulVahid. Dərsdən sonra Şeyx Fovzana – hafizahullah - sual verilər. Şeyx, əqidə kitabında bu məsələyə nə ehtiyac (nə əlaqəsi var)? Cavab: Alimlər hərdən bəzi Fiqhi məsələləri əqidə kitabının içərisində qeyd ediblər. (Məs: İmam Əbu Hənifə – rahmətullahi aleyhi – “Fiqhul Əkbər” kitabında Məst etmək barəsində danışır). Qəsd: Çünki həmən məsələlər müəyyən mənhəc sahiblərinin əqidələrinə xasdır, onları fərqləndirən bir xüsusiyyətdir. Xəvariclər də namazı Cələbiyyədən (əbadan) başqa paltarda qılmağı batil görürlər. Bunu da ilk dəfə Xəvaric olan Bəkr AbdulVahid, İmam Əhmədin – rahmətullahi aleyhi – zamanında demişidir. Allahu Əkbər!

Əhli Sünnə alimlərinin İrca əhli barəsində gətirdikləri ən böyük əlamətlərdir. Günümüzdə isə bəzi cahillər bu əlamətlərə iki əlaməti də əlavə etmişlər: 1. Allahın hökmü ilə hökm verməyi böyük küfr saymayanlar - Murciyədir. 2. Namazı tərk edəni kafir görməyənlər - Murciyədir. Əgər sən bu iki əməli edəni kafir görsən artıq İrcalıqdan uzaqsan, əksi təqdirdə sən Murciyəsən. Şeyx Muhəmməd Səid Raslan – hafizahullah - öz xütbəsində buyurur: “Əgər sən bu iki şeyə görə insanı təkfir etsən, o zaman Əhli Sünnənin düşmənləri səni Murciə saymayacaqlar!”767. Allahu Əkbər! Onlar deyirlər ki: Əgər bir kimsə İman – qəlb ilə təsdiq, dil ilə İqrar və bədən üzvlərinin əməlidir deyib, sonra da zahiri əməlləri tərk edəni kafir görmürsə artıq öz sözünə müxalif olmuşdur. İddia edir ki: Əzaların əməlləri imanın Sıhhati (Ruknu) üçün şərtdir. Məs: Namaz əməllərin ruknudur (İmanın Sıhhəti) üçün şərtdir, digər əməllər isə kamilliyi üçün şərtdir. Əgər bir kimsə İman – qəlb ilə təsdiq, dil ilə İqrar və bədən üzvlərinin əməlidir deyib, sonra da əməli tərk edəni kafir görürsə belə kimsə əməlləri imanın Sıhhəti üçün şərt görür. Sən ondan soruşduqda ki, hansı əməli tərk etməlidir ki, kafir olsun? Cavab: “Namaz”. Namaz məsələsinə gəldikdə isə: Bu əhli sünnət arasında ixtilaflıdır. Sən namazı tərk edəni kafir saydığın üçün, sənin üçün əməllər imanın Sıhhati üçün şərtdir, mən namazı tərk edəni kafir saymadığım üçün əməlləri imanın kamilliyi üçün şərt sayıram. Buna görə mən Murciyə olmalıyam! Namazın tərkini hətta tənbəllik səbəbilə də olsa belə tərk edənin kafir olur görüşündə olan bir çox Səudiyyə Ərəbistanı alimlərindən soruşsan ki: “İnsan İslamda bütün zahiri əməlləri edir, lakin bunlarla yanaşı namaz qılmır. Belə bir kimsə kafirdir yoxsa müsəlman?”. Cavab: “Kafirdir”. Əgər sən ondan soruşsan: İnsan heç bir zahiri əməli yoxdur namazdan başqa? Belə bir kimsənin hökmü nədir? Cavab: “Müsəlmandır”. Ubeyd əl-Cabiri – hafizahullah – deyir ki: “Namazın fərziyyətini təsdiq edərək tənbəllikdən tərk edən kafirdir yoxsa Fasiq? Bu məsələdə alimlər arasında iki rəy vardır. İmam Əbu Hənifə, Zuhri, İmm Məlik, Şəfii, İmam Əhməddən – Allah onlardan razı olsun - gələn iki rəydən biri, Hənbəli alimlərinin və s. bir çox alimlərin rəyidir ki, belə bir kimsə Fasiqdir. İmam Əhməddən - rahmətullahi aleyhi – gələn ikinci rəydə isə belə bir kimsə kafirdir. Hər iki qrup bu barədə Sünnədən dəlillər zikr edirlər. Mən isə bir neçə mühüm faydanı zikr edəcəm: Birinci Hər iki rəydən birini özünə seçən kimsəyə digər tərəfi pisləməsinə icazə yoxdur. Eşitdiyiniz kimi hər iki tərəfində dəlilləri və sübutları vardır Sələflərdən. Əksinə kiminsə öz rəyinə dəlilləri varsa qoy zikr etsin, lakin kimisə məcbur etməsin. Lakin bu məsələdə həddi aşarq insanları ittiham edən kimsələr bidətə yol vermişdir, bunu hiss etsədə etməsə də belə. İkinci - Sonuncu suala gəldikdə isə: Bir dənə də olsun Sünnə əhlindən olub, İslam şəriətini bilən alim bu məsələdə heç zaman həddi aşmamışdır. Namazı tənbəllikdən tərk edənləri Fasiq sayan alimlər, namazın tərkini böyük küfr görən alimlərdən heç kimi – Xəvaric adlandırmamışdır. Əksini söyləyənlər də digər tərəfi İrcalıqda ittiham etməmişlər. Bu cür ittiham son zamanlarda bəzi kimsələrdə çıxmışdır. (Həddadilər – Mahmud əl-Həddadın tərəfindən, Qutubilər - Muhəmməd Qutubun tələbəsi Səfər Həvali etmişdir). Onlar deyir ki: “Sən Murciyəsən? Nə üçün sən namzı tənbəllikdən tərk edəni kafir görmürsən? Nə üçün onu küfrdə ittiham etmirsən? Şeyx deyir: Başa düşmədim, mən sənin nəfsi-istəyinə tabe olmalıyam? Bir də ki, mən böyük (çoxluq) alimlərin məzhəbinə qayıtmışam bu məsələdə. Bilin və agah olun ki, mənə çatan dəlillərə əsasən namazı tənbəllikdən tərk edənin Fasiq olması rəyini qəbul edirəm. Heç kəs məni köhnə rəyimə dönməyə məcbur edə bilməz. Nə üçün? Çünki mənim üzərimdə hakim deyildir ki: “Nə üçün sən bu rəyi götürmüsən?” desin. Bu onun işi deyildir. Çünki mənim əlimdə ilk Sələf imamlarının dəlilləri vardır. Əgər məni İrcalıqda ittiham etsən, onları da ittiham etmiş olacaqsan. Əgər desə ki: “Yox, mən onları ittiham etmirəm” desə. Nə üçün məni ittiham edir, onları isə ittiham etmisən? Nə üçün? Çünki indi sənin boynundan heç qılıncın iti tərəfilə vurmayacaqdır. İkili standartlarla oynayırsan. Sən nə Sünnəni başa düşmüsən nə də dərk etmisən”768. Kimisə İrcalıqda, küfrdə ittiham etməkdə müsəlmanlar ehtiyatlı olmalıdırlar. İstənilən bir məsələni hər iki tərəfin dəlillərini oxumadan qərar verməməlidir. Bizim bədbəxtçiliyimiz yalnız özümüzə sərf edəni oxumağımızdır. Digər (qarşı) tərəfin isə dəlillərini oxumuruq. Buna görə də görürsən ki, qardaşlar arasında mübahisələr, küskünlüklər yaranır. Tələbələr İrcalıqda ittiham olunur. Bir o birindən heç nə götürmür. Bu Allahın dinidir, Allahın dini ilə oynamaq olmaz. Buna görə nə qədər alimlər, tələbələr İrcalıqla ittiham olunub. Allah qorusun! İbn Cərir ət-Təbəri - rahmətullahi aleyhi – deyir ki: “Kim demədiyim bir şeyi mənə isnad edərsə və ya demədiyim bir şeyi mənim adımdan söləyərsə onun üzərinə Allahın, mələklərinin və bütün lənət edənlərin lənəti olsun”769. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir mömin haqqında onda olmayan bir şeyi deyərsə Allah onu Rağbatul Habala – yerləşdirər (Rağbatl Habal – Cəhənnəm əhlinin bədənindən axan irindir)”770. Qoy nifrət və həsədiniz sizləri haqqı qəbul etməkdən uzaq etməsin! İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Uca Allah haqqı qəbul etmək istəməyən kimsələri sərt olaraq məzəmmət etmişdir. Onlara nifrət (kin, ədavət) bəslədikləri kimsələrdən haqq gəldiyi zaman onu qəbul etməz, lakin sevdikləri kimsələrdən bunu qəbul edərlər. Bu (Allahın) qəzəbi altında olan bir qövmün sifətidir. Bəzi səhabələr demişlər: Kin (ədavət) bəslədiyin kimsə olsa da belə haqqı ondan qəbul et, yalanı isə sevdiyin bir kimsə olsa da belə inkar et!”771. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “(Bir kimsənin) sözlərini, adətini və niyyətini yozmaqdan həzər et! Adiyyatı olmadığı bir şeyi ona isnad eməkdən qorx!”772. Malik İbn Dinar - rahmətullahi aleyhi – deyir ki: “İnsana pislik olaraq kifayət edər – özü saleh olmadığı halda, saleh olan kimsələr haqqında pis danışar”773.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin