Sələflərin Etiqadı - 1) İman artar və azalar. Kim buna iman edərsə artıq İrca əhlindən uzaq olmuşdur. İsmail İbn Sad - rahmətullahi aleyhi – deyir ki: “İmam Əhməddən - rahmətullahi aleyhi –: İman artar və azalar deyən bir kimsə barəsində soruşdum?”. Şeyx dedi: “O, kimsə İrca əhli deyildir”774. İmam əl-Bərbəhari - rahmətullahi aleyhi – deyir ki: “Kim desə ki, İman – söz və əməldir, artar və azalar belə bir kimsə Murciyəlikdən uzaqdır”775. İbnu Mubarak – rahmətullahi aleyhi – dan: “Sən Murciələrin rəyindən tutunursan?” – deyə soruşduqda, o dedi: «Mən, Sözün və Əməllərin imana daxil olmasını iddia etdiyim halda, necə murciə ola bilərəm?!”776. İbnu Mubarak – rahmətullahi aleyhi – deyir ki: “İmanın söz və əməl olduğunu və həmçinin imanın artıb azaldığını deyən birisi Murciyəlikdən qurtulmuşdur!”777. 2) Kim İman məsələsində Qeyd ilə: İnşəallah Mən Möminəm - deyərsə - İrca əhlinin əsas etiqadlarından birini rədd etmiş olar. Beləliklə də İrcalıqdan uzaq olmuşdur. İsmail İbn Sad - rahmətullahi aleyhi – deyir ki: “İmam Əhməddən - rahmətullahi aleyhi –: “Mən əhkamlara görə, möminəm, lakin Allah yanındakı məqamımdan xəbərsizəm” deyən bir kəsin halı barəsində soruşduqda o mənə “Belə insan Murciyə deyil” – deyə cavab verdi!778. 3) İnsanın əməlləri onu küfr həddinə çatdıra bilər. Kim buna iman edərsə İrca əhlinin - əməllər imandan deyildir – etiqadına zidd olmuş və İrcalıqdan uzaq olmuşdur. 4) İnsanın etdiyi günahları onun imanına təsir edərək azaldır. İmam Əhməddən - rahmətullahi aleyhi – İrca əhli barəsində soruşdular O: “Biz deyirik İman: “söz və əməldir, artar və azalar. Mömin zina etdikdə, içki içdikdə onun imanı azalar”779. İbnu Mubarak – rahmətullahi aleyhi – deyir ki: “Murciələr saleh əməllərinin qəbul olunduqlarını iddia edirlər. Lakin mən bilmirəm, mənim saleh əməllərim qəbul olunur, yoxsa yox”780. 5) İman – Söz və əməldir. Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “O (Səfər Həvəli “Zahiratul İrca”), məni ittiham edir, halbuki mən ən kiçik bir məsələdə belə İrca əhlinə müxalifəm. Mən deyirəm ki: İman – artır və azalır, saleh əməllər imandandır. Deyirəm ki, icazəlidir demək: İnşəallah mən möminəm!”. Baxmayaraq ki, bütün bu deyilənlər İrca əhlinə ziddir, lakin o məni İrcalıqda ittiham etmişdir. Mən deyirəm: Necə də dünənki gün bu günə bənzəyir. Bir dəfə bir nəfər İbn Mubaraka – rahmətullahi aleyhi – dedi: İçki içən və zina edən kimsə barəsində nə deyə bilərsən? O, mömindirmi?”. İbn Mubarak: “Mən onu iman dairəsindən çıxarmıram”. Adam: “Qoca yaşında deyəsən Murciyə olmusan”. İbn Mubarak: “Həqiqətən İrca əhli mənim dediyimi demir: Mən deyirəm ki, iman artar və azalar. İrca əhli isə: Belə demə deyirlər. Onlar deyirlər ki, onların saleh əməlləri qəbuldur. Lakin mən saleh əməllərimin qəbul olub olmadığını bilmirəm. Sənin isə əlinə qələm kağız götürüb alimlərin yanında oturmağına ehtiyacın vardır”781.