Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ƏHLİ SÜNNƏTƏ GÖRƏ İMAN VƏ İSLAM MƏFHUMU



Yüklə 5,74 Mb.
səhifə82/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   78   79   80   81   82   83   84   85   ...   218

ƏHLİ SÜNNƏTƏ GÖRƏ İMAN VƏ İSLAM MƏFHUMU



İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsə desə ki: Məgər imanın əksi – küfr deyildirmi?”. Ona cavabımız: “Bu cür etiqad səhvdir. İman – müxtəlif hissələrdən (şöbələrdən) olan addır. İmanın elə şöbəsi vardır ki, onun ziddi küfrdü, İmanın elə şöbələri vardır ki, fasiqlik sayılır. Elə şöbələri də vardır ki, nə küfrdü, nə də Fısq. O, imanın şöbələri hansı ki, ziddi küfrdü onlar qəlbin təsdiqi və dilin iqrarıdır. Ziddi küfr deyil, fasiqlik olan imanın şöbələrinə gəldikdə isə bunlar vacib əməllərdir. Əgər insan hansısa bir əməli tərk edərsə bu küfr deyil, fasiqlik sayılar. Küfr və fasiqlik olmayan əməllərə gəldikdə isə onlar müstəhəblərdir....”844. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bizim dinimiz üç mərhələdən ibarətdir: Muslim, Mumin, Muhsin. Allah buyurdu: «Sonra Kitabı bəndələrimizdən seçdiklərmizə miras qoyduq. Onlardan kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını qabaqlayıb) irəli keçər. (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür. Onlar Ədn Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-33). Özlərinə zülm edənlərdən fərqli olaraq Mötədil olanlar və Yaxşı işlərdə irəli keçənlər Cənnətə cəza çəkmədən girəcəklər. Belə kimsə zahiri İslam (şəhadət) və qəlbin təsdiqi ilə gələn, lakin üzərinə vacib olan imanın zahiri göstəricilərini yernə yetirməyən kimsədir. Belə bir kimsə üçün cəza hazırlanmışdır”845. İmam İbn Həmid əl-Hənbəli – rahmətullahi aleyhi – “Usulu Din” kiabında deyir ki: “Biz artıq danışmışıq ki, İman - əməllər və sözlərdi, İslam – sözlərdir. İmam Əhməddən – rahmətullahi aleyhi – bu barədə iki rəy vardır: Birinci rəy: İslam iman kimidir. İkinci rəy: İslam - əməlsiz sözlərdir! Bu rəyi ondan İsmail İbn Said – rahmətullahi aleyhi – rəvayət edir.... Və İmamdan rəvayət edirlir ki, o namazı tərk edəni kafir görməzdi”846. İmam əz-Zuhri – rahmətullahi aleyhi – deyir ki: “Sələflər hesab edirdilər ki, İslam – sözlərdir, İman - əməllərdir”. İmam Huccə AbulQasım əl-Əsbəhani – rahmətullahi aleyhi – deyir ki: “İman və İslam – iki ayrı addır. Şəriətdə İslam qəlbin təsdiqi və iki şəhadəti söyləməkdir. İman isə – bütün vacibləri özündə əhatə edir”847. İmam Əbu Cəfərr Muhəmməd İbn Əlidən – rahmətullahi aleyhi –: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»848 hədisi barəsində soruşurlar Əbu Cəfər – rahmətullahi aleyhi – yerdə böyük bir dairə çəkir və deyir: “Bu İslamdır, sonra böyük dairənin içrisində kiçik bir dairə çəkir və deyir: “Bu İmandır. İnsan zina və ya oğurluq etdiyi zaman imandan çıxaraq İslama girir. Lakin onu İslam dairəsindən Allaha qarşı küfr etməsindən başqa heç bir şey çıxarmır”849. İbn Batta – rahmətullahi aleyhi – deyir ki: “İslam İman kimi deyildir. İslamın mənası – Din, doğru yoldur. İmanın mənası isə - iman etməkdir. İnsan günahları səbəbilə iman dairəsindən çıxaraq İslam dairəsinə girir. İslam dairəsindən onu Allaha şərik qoşmaqdan və Allahın fərz etdiklərindən hər hansısa birini inkar etməkdən başqa bir şey çıxarmaz. Əgər o, vacibləri tənbəllik səbəbilə tərk edərsə o zaman Allahın istəyi altındadır. Allah istəsə onu cəzalandırar, istəsə bağışlayar”850. Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Bütün Din – Lə İləhə İlləllah kəliməsində toplanmışdır. Heç şübhə yoxdur ki, bu kəlimə qəlbində zərrə qədər iman olan bir kimsəni Cəhənnəm atəşindən çıxaracaqdır. İman hissələrdən ibarətdir. Bir hissəsi itdiyi zaman, bütün iman itməz. Bu Xəvariclərin məzhəbidir. Onlar deyirlər ki: “Bütün əməllər – Lə İləhə İlləlahdır. Bəli, bu haqdır. Həmçinin Cəhənnəm atəşindən qəlbində zərrə qədər iman olan bir kimsənin çıxacağı da haqdır. Bu məsələnin onlara qaranlıq qalması imanın hissələrə bölünməsinə görədir. Məhz buna görə də Murciyə Fuqaha və tərəfdarları bu məsələdə xəta edərək əməlləri imandan ayırmışlar (əməllər imandan deyildir) demişlər”851. İmam Əhmdəin – rahmətullahi aleyhi – oğlu Saleh deyir ki, atamdan: “İman artır və azalırmı” deyə soruşdum. O: “İmanın artması - əməllərin edilməsidir, imanın azalması - əməllərin tərkidir. Məs: Namaz, zəkat, Həcc və s. fərzlər. Bu imanı artırır və azaldır”852. İman – bütöv bir şey deyildir. Sözlər, əməllər və etiqad imandandır. Lakin bunlar eyni deyillər. Məs: Bədən üzvlərinin əməlləri qəlbin etiqadından üstün deyildir. Çünki qəlbin etiqadı İmanın əslidir. Heç kəs deyə bilməz ki, əməllər, sözlər və etiqadlar eyni dərəcədədir. Belə deyən Sələflərə zidd olmuş olar. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Qəlbin əməllərini iman məfhumuna aid etmək daha vacibdir, nəinki bədən üzvlərinin əməllərini. Bunda hamı ittifaq etmişlər”853. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Qəlbin vacibləri bədənin vaciblərindən daha mühümdür”854.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin