Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Bu Hədisi Sələflər Necə Başa Düşüblər



Yüklə 5,74 Mb.
səhifə85/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   81   82   83   84   85   86   87   88   ...   218
Bu Hədisi Sələflər Necə Başa Düşüblər İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözündən qəsd İki Şəhadətdən başqa deməkdir. Necə ki, buna hədisin digər ləfzləri də dəlalət edir”923. Hafiz İb Rəcəb – rahmətullahi aleyhi – deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözündən qəsd – bədən üzvlərinin əməllərindən heç bir şey etməmişdir. Baxmayaraq ki, Tövhidin əsli (Lə İləhə İlləllah) onlarda vardı. Necə ki, bu barədə öldükdən sonra özünün yandırıb külünü dənizə sovurmağı əmr edən kimsə barəsində hədisdə keçmişdir: “Onun Tövhiddən başqa heç bir xeyir əməli yox idi”. Həmçinin Şəfaət hədisi: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. Allah: «Bu sənin üçün deyil (və ya bu sənə aid deyil) deyə buyurdu. İzzətimə, Cəlalıma, Kibriyəyə və Əzəmətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən kimsəni Cəhənnəmdən çıxardacağam!»924. Bunlar hamısı dəlildir ki, Allahın rəhmətilə şəfaət səbəbilə atəşdən çıxan kimsələr Tövhid kəliməsini İqrar etmiş, lakin bununla yanaşı bədən üzvlərilə heç bir xeyir əməl etməmişlər”925. Şeyx AbdurRahman İbn Həsən – rahmətullahi aleyhi –, İmam Qurtubinin – rahmətullahi aleyhi – sözlərini şərh edərkən deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – atəşdən çıxacaqlar, yəni: Tövhid olmaqla yanaşı heç bir əməl yoxdur - deməkdir”926. Bu da “Kitabu Tovhidə” ən gözəl şərh verənlərdən birinin açıqlamasıdır. Muhəmməd İbn İbrahim Əli Şeyx – rahmətullahi aleyhi – onun barəsində deyir ki: “AbdurRahman İbn Həsən Hicrətin 12-ci ilinin Mucəddidir”927. İmam əs-Sanani – rahmətullahi aleyhi – deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözünü şərh edərkən deyir ki: “Bu hədisdə söhbət əməllərin inkar edilməsindən gedir, təsdiqin inkar edilmsindən deyildir. Şəfaət hədisi dəlildir ki, atəşdən heç bir xeyir əməl etməyən kimsələr çıxacaqdır! Fayda odur ki, xeyir bu kəslərin qəlbində idi. Buna da hədisin özü dəlildir. Çünki hədisdə söhbət Tövhid əhlindən gedir”928. İmamların bu sözləri barəsində yaxşıca düşünün! Muhəmməd Xəlil əl-Hərras – hafizahullah - deyir ki: “Hədisin zahiri mənası dəlildir ki, bu insanlar imandan başqa heç bir xeyir əməl etməmişlər”929. Şeyx Abdullah Ğuneyman, Səhih Buxari kitabının “Kitabu Tovhid” babını şərh edərkən deyir ki: “Heç bir əməl etməmiş və heç bir xeyir də qazanmamış” sözlərinin mənası – Onlar bu dünyada heç bir xeyir iş görməmişlər, lakin onlarda imanın əsli – Lə İləhə İlləllah və Peyğəmbərə iman vardır”930. Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Bu hədis dəlildir ki, Cəhənnəm atəşindən namaz qılmayan və digər bədən üzvlərinin vaciblərini yerinə yetirməyən müsəlmanlar çıxacaqlar”931. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Uca Allah (namaz qılmayan) kimsəni Cəhənnəm atəşindən götürəcəkdir. Çünki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözü ümumilikdə namaz qılmayanlara da aiddir....”932. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Kim etiqad etsə ki, insana öz əməllərindən başqa heç bir şeyin xeyiri olmayacaqdır İcmaya qarşı çıxmış və bir çox səbəblərdən bu (söz) yalandır”. Sonra: Şeyx 21-ə yaxın dəlil gətirir ki, insan mükafatı yalnız əməllərinə görə almayacaqdır. Bu dəlillərdən birində deyir: “Beşinci – Uca Allah Cəhənnəm atəşindən öz əhmətiylə heç bir xeyir etməmiş kimsələri çıxaracaqdır. Bunda əməlsiz də xeyirin olmasına dəlil vardır”933. İbn Teymiyyənin – rahmətullahi aleyhi – yaxın tələbələrindənn olan əl-Məqdisi – rahmətullahi aleyhi – deyir ki: “Bizim Şeyximiz (İbn Teymiyyə) demişdir: Bu hədisdə söhbət imanın (əslinin) inkar edilməsindən getmir, bu hədisdə söhbət saleh əməllərin inkarından gedir. Çünki digər hədisdə deyilir ki: “Cəhənnəm atəşindən qəlbində zərrə qədər iman olan kimsələr çıxacaqdır”. Ola bilər ki, Allah qulunun qəlbində iman olsun, hətta xeyir bir iş etməsə də belə”. Əməllərin inkar edilməsi də İqrarın inkar edilməsi demək deyildir. Çünki deyilir ki: Kim Lə İləhə illəllah Muhammadən Rasulullah deyib bədən üzvlərinin əməllərini etməzsə onun üçün: Heç bir xeyir etməmişdir – deyilir. Çünki əməllərə sözlər daxil deyildir. Allah buyurdu: ...Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir.... (əl-Fatir 10). Deməli hədisdə əməllərin inkar edilməsiyə İmanın əsli və İqrar inkar edilmir və bunda Qurana zidd heç bir şey yoxdur”934.







Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin