2. Qurbanlıq Allahın adı ilə, lakin Allah üçün kəsilmir. Bu Uluhiyyətdə şirkdir. Bismilləhdeyir və lakin Allah üçün deyil, qəbr sahibinə, peyğəmbərə, salehə yaxınlaşmaq və s. məqsədlərlə. Bəzən də bu halları hansısa bir mərasimlərdə möhtəşəm bir qonağın, dövlət və idarə başçılarının qarşısında təzim olaraq kəsirlər. Bu da dinimiz tərəfindən qadağan edilmişdir; “(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!”– dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!” (əl-Ənam 136).