Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


) Əhli Ktab olan Yəhudi və Nəsranilər. 2)



Yüklə 5,74 Mb.
səhifə10/50
tarix22.10.2017
ölçüsü5,74 Mb.
#11518
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

1) Əhli Ktab olan Yəhudi və Nəsranilər. 2) Əsli kafirlərdir ki, onların Əhli kitab olub-olmamasında ixtilaf vardır. Onlardan birincisi Əshabiyunlardır. Qurani Kərimdə onların adı zikr olunur. Əhməd rahmətullahi aleyhi rəvayət edir ki: «Onlar Nəsranilərin cinsindədir». İmam Şafii rahmətullahi aleyhi bu rəyi götrmüşdü ki, onlar Nəsranilərə aiddilər. Əhməd rahmətullahi aleyhi başqa rəvayətdə: «Mənə çatdı ki, onlar 6-cı günü qeyd edirlər və onlar Yəhudilərə oxşayırlar». İbn Qudamə rahmətullahi aleyhi deyir ki: «Düzgün rəy odur ki, onlar Kitab əhli deyil. Baxmayaraq ki, onlar dinlərində birləşirlər». Bəzi alimlər qeyd edirlər ki: «Onlar Bəni Tələq qövmünün Nəsraniləridir ki, onlarında Əhli kitab olub-olmaması barəsində ixtilaf var». İbn Abbas radıyallahu anhu və onunla həmrəy olan insanlar deyirlər ki: «Onlar Əhli kitabdandırlar. Onların kəsdiyini yemək caizdir». Bunu həmçinin İmam Şabi və İmam Şafii rahmətullahi aleyhi də bu rəydədirlər. Əli, İbn Ömər, Aişə Allah onlardan razı olsun - və s. səhabələr onları Nəsranilərə aid etməmişlər. Çünki onların əsilləri ərəbdir. Onlarda olan hallar da Nəsranilərdə olan hal deyil. Bu baxımdan da onlar Əhli kitabdan sayılmırlar. İbrahim əleyhissəlam - ın sühüflarında, Davud əleyhissəlam - a nazil olan Zəbura ittiba edənlər. Bu barədə İmam Şafii rahmətullahi aleyhi deyir ki: «Onlar Əhli kitabdan deyillər». Həmçinin Hənbəlilərdən bəziləri bu rəydədirlər. Məcusilər: Məcusilər arasında ixtilaf var. Onlar Əhli kitabdır, yoxsa Əhli kitab deyil. Ən səhih rəy onlar Əhli kitab deyillər. Çünki bu haqda Əhməd rahmətullahi aleyhi nas gətirib. Həmçinin çoxlu alimlər bu rəydədirlər ki, Məcusilər Əhli kitabdan sayılmırlar. 3) Əhli kitab barəsində olan 3-cü qisimdə isə kitab olmayan kafirlərdir. Onlarada Bütpərəstlər, ateistlər, fəlsəfəçilər və s. Bu firqələr kitab olmayan kafirlərdir ki, əsli olan kafirlərdir.

3) Əsli müsəlman olub, hansısa səbəbdən kafir olanlar. Onlara hüccət qalxandan və şübhələr qaldırılandan sonra bu qismə aid edilirlər. Buna həmçinin Kufrun Riddə də deyirlər. İnsanın müsəlman olandan sonra mürtəd olması. Riddə irtidattan törədilmiş bir isimdir. Dəyişmək, bir şeydən başqa bir şeyə dönmək deməkdir. İslamdan dönmək də buradan törənmişdir. Bir şeyin halını dəyişdirmək, bir haldan başqa hala çevirmək deməkdir. Mən onu çevirdim, o da döndü mənasında – Radəttuhu Fərtəddə deyilir. İrtidad və Riddə gəldiyi yoldan geri dönmək deməkdir. Lakin riddə küfrə məxsusdur. Küfrə geri dönməyi ifadə edər. «Ey qövmümgeriyə dönməyin». (əl-Maidə 21). Mürtəd geri dönən deməkdir. O, dinindən dönən, İslamı qəbul etdikdən sonra kafir olan kimsədir273. İstilahi Mənası İslamı qəbul etdikdən sonra istəyərək kafir olmaq. Küfrə dönmək İslama zidd bir inancla, bir davranışla və ya bir sözlə və ya bir şübhə ilə gerçəkləşir. İmam İbn Muflih rahmətullahi aleyhi deyir ki: “Bu İslam dinindən küfrə qayıtmaqdır. Bu da sözlə, etiqadla, şübhə və ya əməllə ola bilər”274. İmam Subki rahmətullahi aleyhi deyir ki: “Təkfir – şəriət hökmlərindəndir. Səbəbi isə - Allahı, Peyğəmbərliyi inkar və Allahın (Rəsulunun) küfr adlandırdığı söz və əməli etməkdir. Hətta bu küfrün Cühüd küfrü ilə əlaqəsi olmasa da belə”275. İmam Buxti rahmətullahi aleyhi deyir ki: “Bu o kəsdir ki, İslamdan sonra böyük küfrə düşmüşdür – söz, etiqad, şübhə və ya əməllə”276. İmam Şəfii rahmətullahi aleyhi deyir ki: “Əgər həddi buluğa çatmış kişi və ya qadın şirkdən İmana, sonra isə imandan şirkə keçərsə, onlar tövbəyə dəvət edilir. Tövbə etdikləri zaman tövbələri qəbul edilir, əgər tövbə etməzlərsə, onları öldürmək lazımdır”277. İmam Məvradi rahmətullahi aleyhi deyir ki: “Əhli Riddə - müsəlman olmuş, lakin dindən dönərək küfrə girmiş kimsədir. İstər müsəlman kimi doğulmuş olsun, istərsə də İslamı qəbul etmiş olsun. Hər iki qism də dindən dönmüş sayılır. Fərq etməz – istər Xristianlığı, Yəhudiliyi, bütpərəstlərin dinini və ya müşriklərin dinini qəbul etsin”278. İmam Nənəvi rahmətullahi aleyhi Peyğəmbərin sallallahu aleyhi və səlləm hədisi barsində deyir ki: “Öz dinini dəyişdirəni öldürün”279. Söz və əməl ilə İslam dinini dəyişərək başqa dinə keçmiş və bunda inadkarlıq etmişdir”280.

Mürtədin Hökmü - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: «Kim öz dinini dəyişərsə onu öldürün». Alimlər mürtəd kişilərin öldürülməsində ittifaq ediblər. Əgər qadınlar mürtəd olarsa cumhura görə onun da hökmü mürtəd olaraq öldürülür. Əbu Hənifə rahmətullahi aleyhi deyir ki: «O, həbs olunur, lakin öldürülmür». Həmçinin ixtilaf ediblər ki, mürtədin ölümdən qabaq tövbə etməsində. Bəziləri deyir ki: «Ölüm hökmü verilməmişdən qabaq 3 dəfə tövbə olunmalıdır və bu da bir çox alimlərin rəyidir». Onlardan Ömər, Əli, Məlik, İshaqın, Şəffinin və İmam Əhməd Allah onlardan razı olsun rəyidir ki, ölümdən qabaq tövbə etməlidir. Bəziləri isə qeyd edirlər ki, onlar tövbə etdirilmirlər. Tövbə etmədən öldürülürlər. Muaz b. Cəbəl, İmam Həsən, Tavus Allah onlardan razı olsun bu rəydədirlər ki, bir başa öldürülürlər. Daha səhih odur ki, tövbə etdirilirlər. Həmçinin ixtilaf edilib tövbənin müddətində: Bəziləri qeyd edirlər ki: Bir dəfə etməlidir, bəziləri üç dəfə, bəziləri üç gün, bəziləri bir ay və s. Bu rəylərin hər birini İbn Həzm öz «Muhəlləq» kitabında gətirir.

Mürtəd Olmağın Şərtləri: İnsan ağıl sahibi olmalı, həddi-buluğa çatmış olmalıdır. Ancaq uşaqdan, məcnundan, ağlını itirən şəxsdən mürtədlik qəbul olunmur. Əgər uşaq, dəli Quranı tullayarsa, Peyğəmbəri sallallahu aleyhi və səlləm söyərsə, Allahı söyərsə onun bu küfrü qəbul olunmur. Mürtədin kəsdiyi heyvanın ətini yemək haramdır. Hətta Əhli kitab olsa da belə. Məs: Bir insan müsəlman olduqdan sonra dini dəyişib Nəsrani olur. Baxmayaraq ki, Əhli kitabın əti bizə halaldır, ancaq bu mürtədin əti bizə haramdır. Bu barədə Malik, Şəffii və başqa alimlər Allah onlardan razı olsun - bu rəydədirlər. Bəzi alimlərin rəyinə görə isə: Əgər Əhli kitaba keçibsə, onun kəsdiyi əti yemək olar. Səhih rəy odur ki, yeyilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm onun mürtəd olması ilə ona ölüm hökmünü verdi.

Mürtədlərin Övladları Barəsində Hökm: Əgər onların övladları mürtəd olmamışdan qabaq doğulublarsa, o zaman onlar müsəlman kimi sayılır. Əgər onlar mürtəd olandan sonra doğulublarsa və onların valideyinlərindən biri müsəlmandırsa, onlar İslama nisbət olunurlar, yox əgər ikisidə mürtəddirlərsə, o barədə ixtilaf var. Onların uşaqları mürtəddir, yoxsa Əsli küfr sayılırlar. Bəziləri deyir ki: Onlar kafirdirlər. Onları qul etmək olar. İbn Qudamə və Əhməd rahmətullahi aleyhi deyir ki: «Onları qul etmək olar».

Mürtədin Malı Barəsində: Əgər bir insan mürtəd olarsa, onun malı mürtəd olmaqla qalır, yoxsa itir? Bu barədə alimlər ixtilaf etmişlər. Bəziləri deyir ki: İnsan mürtəd olmaqla onun malının isməti də itir. Əgər bir insan müsəlmandırsa, mal-dövlət sahibidirsə, əgər o mürtəd olsa artıq mürtədliklə onun malının isməti qurtarır. Bu insanın hökmü öldürülməkdir. Onun malı ona qalmır. Alimlərin çoxu bu rəydədir. Bəzilərinin rəyinə görə: Onun malına əl dəyilmir, hətta hakim hökm verənə qədər. Bəziləri də deyir ki: Əgər insan mürtəd olarsa, mürtədlikdən sonra yenidən İslama qayıdarsa, o zaman onun malı özünə qaytarılar. Əgər mürtəd olan zaman ölərsə, onun malı onun hakimiyyətliyindən çıxar. Bunu İmam Nəvəvi rahmətullahi aleyhi deyir. Öləndən sonra onun malı kimə sərf olunur? Əli, Həsən, Şabi, Leys, Əbu Hanifə, İshaq Allah onlardan razı olsun deyirlər ki: “Onun malı müsəlman olan varislərinə çatmalıdır”. Bu ən güclü rəylərdən biridir. Rabiyə, Malikin, İbn Əbi Leylənin, Şəffinin, Əhməd Allah onlardan razı qalsın - rəyinə görə: “Onun malı varislərinə deyil, Beytul mala çatmalıdır”.

Kafirlərin Cəhənnəm Əzabı: Kafirlər arasında bu qədər fərq olsa da belə axirət hömündə onlar eynidirlər. Əbədi Cəhənnəm. Oradan çıxmayacaq və ölməyəcəklər. Əzabda isə eyni dərəcədə deyillər. Cəhənnəmdə əzablarına görə kafirlər bir-birindən fərqlənəcəklər. Cənnət əhli Cənnətdə fərqləndiyi kimi kafirlər də Cəhənnəmdə dərəcələrinə görə fəqlənəcəklər. Məs: Döyüşən kafir ilə döyüşməyən eyni deyildir. Həmçinin salehləri, Peyğəmbərləri, müsəlmanları öldürən kafir ilə, heç kəsdə işi olmayıb öz dinini yaşıyan kafirin əzabı eyni olmayacaqdır. İmanın şöbələri bir-birindən fərqləndiyi kimi, küfr də bir-birindən fərlənir. Möminlər dərəcələrinə görə fərqləndiyi kimi, kafirlər də dərəcələrinə görə fərqlənirlər. Axirətdə kafirlərin əzabları fərqlənəcəkdir. Münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar.

Sələflər ixtilaf ediblər ki, onların dünyada etdikləri yaxşı əməlləri onların əzablarını yüngülləşdirəcəkmi? Bu haqda iki rəy vardır: Birinci Rəy - İbn Rəcəb rahmətullahi aleyhi deyir ki: «Yaxşı əməllərinə görə onların əzabları yüngülləşdiriləcəkdir». Dəlilləri: Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmisinin cəzası Cəhənnəmdə yüngülləşdiriləcəkdir. Abbas b. AbdulMuttalib – radıyallahu anhu deyir ki: «Ya Rəsulallah! Şübhə yox ki, Əbu Talib daima səni düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?» Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır»281. İkinci Rəy Kafirlər dünyada etdikləri yaxşı əməllərinə görə Qiyamət günü heç bir yüngüllük görməyəcəklər. «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq». (İbrahim 18). Ənəs b. Məlik – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun lehinə saxlayar. Dünyada olan itaətinə görə onun ruzisini verər»282. Səhih rəy də budur ki, onların əzabları yüngülləşdirilməyəcəkdir dünyada etdikləri yaxşı əməllərinə görə. O, ki qaldı Qiyamət günü Əbu Talibin əzabının yüngülləşdirilməsinə – onun əzabı yaxşı əməllərinə görə deyil məhz Peyğəmbər - sallallahu aleyhi və səlləm – in şəfaətinə görə olacaqdır. Qurani Kərimdə bir çox ayələrdə Allah buyurur: «Onların heç bir şəfaətçiləri olmaz». Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmisinə şəfaət etməsi bunların arasını necə cəm etmək olar? İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Qadağa olunan şəfaət onların cəhənnəmdən çıxmalarıdır. Lakin Əbu Talib üçün olan şəfaət isə əzabın yüngülləşməsi üçündür». İbn Kəsir, Qurtubi rahmətullahi aleyhi və s. bu rəyi dəstəkləmişlər. Bəziləri də qeyd edilər ki, bu şəfaət yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – xasdır.




ƏHLİ SÜNNƏTƏ GÖRƏ TƏKFİR






ÜMUMİ VƏ XÜSUSİ TƏKFİR


Tətbiq Olunan Küfrün İki Qismi: 1. Təkfirul Mutləq - Mütləq - ümumi küfr. 2. Təkfirul Muəyyən - Müəyyən - hər hansısa bir şəxsə küfr tətbiq etmək.

1) Mütləq küfrün iki mərtəbəsi vardır: Birinci_Mərtəbə'>Birinci Mərtəbə Hər hansı bir vəsfə görə küfr tətbiq etmək. Məs: Hər hansı bir söz, əməl, etiqada görə demək ki: Filan əməli edən kafirdir, filan sözü deyən kafirdir. «Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər kafir oldular». (əl-Maidə 72). «Allah üçdür deyənlər kafir oldular». Yəni kim etiqad edirsə (ümumi olaraq), istər əsli kafir olsun, istər əsli müsəlman olsun o, kimsə Quran ayəsi ilə kafir olur. «Allah və Peyğəmbərini inkar edənlər, Allahı Peyğəmbərindən ayırmaq istəyənlər: Biz Peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər bütün bunlar həqiqətən kafirlərdir». (ən-Nisa 150). Artıq kim bu vəsflə vəsflənəcəksə (ümumi) küfr ona da tətbiq olunacaqdır. İkinci Mərtəbə xüsusi vəsflərə görə kafir demək. Məs: Hər hansı bir firqənin, cəmaatın kafir olduğunu söyləmək. Yəhudilər, Nəsranilər, Cəhmilər kafirdilər sözü kimi. Ümumi olaraq küfr sözünü işlətmək. «Süleyman kafir olmadı, lakin şeytanlar kafir oldular». (əl-Bəqərə 102). «Səmudun qövmü öz Rəbbinə küfür etdilər» Allah bu ayədə müəyyən bir qrupun kafir olduğunu söylədi.

2) Müəyyən bir şəxsi təkfir etmək – müəyyən bir şəxsin adını çəkərək təkfir etməkdir. Məs: «Biz mələklərə: «Adəmə səcdə edin! Dedikdə İblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34). Allah bu ayədə kafiri adı ilə çəkir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Bu məsələnin araşdırılmasının nəticəsi ondadır ki, hər hansısa bir söz küfr ola bilər. Cəhmilərin dedikləri kimi: Allah danışmır, Allah axirətdə görünməyəcək. Lakin bəzi insanlara bu sözün küfr olub-olmaması gizli qala bilər. Hər bir küfrü deyən insan dərhal kafir olmur. Artıq bu zaman söz ilə deyilən təkfir məsələsi (kafir) ümumi tətbiq oluna bilər. Kim desə ki Quran məxluqdur o, kafirdir, kim desə ki Allahı axirətdə görməyəcəyik o, kafirdir. İnsanları xüsusi təkfir etməkdən ötəri onlara hüccət qaldırmaq lazımdır ki, onlara məlum olsun ki, etdikləri əməl (söz) küfür əməldir»283.284.

Cahil və müəyyən kimsələrin təkfir edilməsi onlara dəlil ortaya qoyulmadıqca caiz deyildir. Ortaya qoyulacaq dəlilin də onların başa düşəcəkləri bir səviyyədə olmalıdır. İcma ilə küfr olduğu qəbul edilən bir söz haqqında mütləq olaraq bu küfrdür deyilir. Lakin bu sözü söyləyən hər kəsin kafir olduğuna dəlalət etməz. Çünki bilməməzlik, cəhalət üzürdür. Alimlər deyirlər ki, əgər bir şəxs küfr əməliylə qadağan olunmuş bir işi görərsə və ya özü də bilmədən nadanlığından etiqadla bağlı küfrə yol verərsə, o, kimsə savadsızlığına görə üzürlü hesab olunur. Günahkar sayılmaz, cəzaya məruz qalmaz, İslam dinindən çıxmaz. Digərləri isə həmin şəxsin bilməməzliyinə görə üzürlü sayırlar. Bu o deməkdir ki, belə bir adama kafir deyilməz. Əhli Sünnə vəl Cəmaat təkfir məsələsində belə bir ifadə söyləyirlər: Belə-belə söyləyən və ya belə-belə edən bir kimsə kafirdir. Lakin iş o, sözü söyləyən və ya o, əməli edən bir kimsəyə gəldikdə şübhələr və maneələr aradan götürülmədikcə o, kimsənin küfrünə hökm verilməz. Bu da Əhli Sünnəti digərlərindən ayıran ən önəmli bir məsələdir. Çünki təkfir hər kəsin dilədiyi kimsəyə qarşı öz arzu və kefi istədiyinə görə işlədiləcək bir haqq deyildir. Bu mövzuda mütləq şəriətin bizə göstərdiyi şərtlərə müraciət etmək lazımdır. Şovkani rahmətullahi aleyhi deyir ki: «Allaha və Axirət gününə iman gətirən insanın hər hansı müsəlmana onun İslam dinindən çıxması və küfrə batması ilə bağlı əlində Günəşdən daha aydın dəlil olmadan, hökm verməsi haramdır. Səhabələrdən olan camaatın vasitəs ilə rəvayət edilən səhih hədislərdə Peyğəmbərin - sallallahu aleyhi və səlləm – bu ifadələri oz təsdiqini tapmısdır: "Kim bir qardaşına "Ey kafir!" deyərsə, ikisindən biri bu sifətlə sifətlənər. Dgər bir ləfzdə isə bu: "Kim ki, bir nəfəri "kafir" deyə cağırsa və yaxud: “belə olmadığı halda (ona) "Allahın dusməni" deyərsə, o söz onun ozunə qayıdar". yəni geri ona dönər. Digər bir ləfzində: “artıq iksindən biri kafir olar”. Bu hədislər və eyni mənada varid olad hədislər Təkfir etməyə tələsməmək haqda ən əzəmətli çəkindirən, ən böyük moizə edənir” 285.

Qurtubi rahmətullahi aleyhi deyir ki: «Kafir imanı küfrdən üstün tutması ilə mömin olduğu kimi, mömin də küfrü özünə məqsəd edib onu seçincəyə qədər icma ilə kafir sayılmaz»286. İmam əl-Bakliyani rahmətullahi aleyhi deyir ki: “İnsan kiminsə fikir və sözlərinə görə kafir olmur. Yalnız müsəlmanların ittifaq etdiyi şeydən başqa”287.

Mütləq Təkfir, Müəyyən Şəxsi Təkfir Etməyi Tələb Edirmi? Əhli Sünnə vəl Cəmaənin əqidəsindən məlum olan və qəbul edilən budur ki, bir etiqadın, sözün, felin küfr və ya şirk olması hökmü ilə küfr etiqad edən, küfr olan bir əməli edən yaxud deyən müəyyən bir şəxsə bu hökmü vermək arasınada fərq vardır. Çünki bir sözün və ya felin küfr olması şəriətin verdiyi mütləq hökmdən aslıdır. Amma Müəyyən bir şəxs İslam dairəsindən çıxaran, dində məlum olması zəruri olan, Allahı və ya İslam dinini söymək kimi küfr olan bir şeyi etiqad edərsə, onu deyər, ona əməl edərsə, həmin şəxsə hökm vermək üçün onun halını bilmək labüddür. Onun haqqında küfr hökmü vermək üçün: “Bütün şərtlər yerinə yetib ya yetməyib? Maneələr aradan qalxıb ya yox?” bunlara baxmaqla mümkündür. Əgər onun haqqında Təkfirin şərtləri yerinə yetibsə və manəelər aradan qalxıbsa ona küfr hökmü verilir. Yox əgər Təkfir etmək üçün bir və ya daha artıq şərt yoxdursa və ya Təkfirə maneə olan bir və ya artıq maneələr varsa ona küfr hökmü verilməz. Bunun əks müqabilində hər kim qeyd etdiyimiz Təkfir ediləcək bir şeyi məsələn Allahı və ya İslam dinini bilərəkdən (qəsdən), dilinin səhvi ucbatından və ya buna oxşar bir şeyə görə deyil, bu sözün (ləfzin) söyüş, təhqirəramiz ifadə olmasını bilirsə, buna məcbur edilməyibsə, yəni haqqında Təkfirin bütün şərtləri yerinə yetib və maneələri aradan qalxıbsa bu (müəyyən) şəxsə küfr hökmü verilir. Lakin ona bu hökmü yalnız Elm əhli verə bilər. İrəlidə bunun açıqlamsı gələcək İnşəallah.

Müəyyən barəsində: Filan sözü deyən, filan əməli edən barəsində (kafir) hökmünü ona vermək üçün o, kimsə barəsində təkfir şərtlərinin cəmləşməsi və maneələrin aradan qalxması lazımdır. Birinci - Müəyyən şəxs barəsində kafir hökmü verilmir, onun barəsində şərtlər cəmləşmədikcə və maneələr aradan qalxmadıqca. İkinci - Təkfirin şərtləri və kafir deməyə mane olan amillər.



Təkfir Mütləq (ümumi təkfir), müəyyən şəxsi təkfir etməyi tələb etmir. Təkfir mutləq nədir? Məs: Kim belə etsə kafirdir? Kim belə desə kafirdir? Ümumi (mütləq) təkfir o demək deyil ki, fərd olaraq kimsə bunu etsə kafir olur. Müəyyəni (xüsusini) müəyyənləşdirmək üçün şərtlərin cəmləşməsi və maneələrin qalxması lazımdır. Müəyyənə kafir hökmünü vermək üçün hüccət (dəlil çatdırmaq) qaldırmaq lazımdır. Buna da Quran, Sünnə və alimlərin sözləri sübutdur. Artıq Quran ayələri dəlalət etmişdir ki, Allah yaratdıqların-dan heç birinə əzab verməz, əgər onlara hüccət (dəlil) çatmayıbsa. Bu da dəlildir ki, kimə hüccət çatmayıbsa, onlar Allah qatında kafir deyillər. Əgər onlar kafir olsaydılar, Allah onlara əzab verərdi. Bu təfsilatdan aydın olan Mütləq hökm ilə müəyyən bir şəxsə verilən hökm arasındakı fərq şəriət əhkamlarının çoxunda mövcuddur. Məs: “Oğrunun əlinin kəsilməsi şəriətdə mütləq hökm olaraq gəlmişdir. Allah: Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. (əl-Maidə 38) Lakin müəyyən bir şəsxin əlini yalnız əli kəsmək üçün lazım olan şərtlər yerinə yetdikdə və maneələr aradan qalxdıqda mümkündür. Bu oğrunun həddi buluğa çatan və ağlı başında olması lazımdır. Oğurladığı mal bağlı olan bir yerdə olmalıdır. Oğurlanan mal əli kəsmək üçün lazım olam məbləğdə olmalıdr. Bu malda oğru üçün şübhə sayılacaq və ya buna oxşar bir şey olamamalıdır. Əgər əl kəsmək üçün bütün şərtlər yerinə yetər və manelər aradan qalxarsa o zaman bu müəyyən oğrunun əlinin kəsilməsinə hökm verilər. Həmçinin övladın atasındam miras alma hökmü mütləq şəkildə gəlmişdir. Allah: Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. (ən-Nisa 11) Lakin övlada atasının mirasından pay yalnız mirasın bütün şərtləri yerinə yetdikdə və bütün maneələr aradan qalxdıqda verilir. Atanın ölümündən sonra övladın həyatda olması, övladın atasi ilə eyni dində olması, atasını qətl etmədiyi, qul olmadığı və buna oxşar şeylərin dəqiqləşdirilməsi lazımdır. Əgər mirasın bütün şərtləri yerinə yetərsə və bütün manelər aradan qalxarsa atasının varisi olduğuna dair hökm verilər.Həmçinin bakirəliyini itirmiş bir kəsi zina etdikdə daşqalaq edilməsi hökmü ümümən gəlmişdir. Lakin bakirəliyini itirmiş müəyyən bir şəxsi zina etdikdə daşqalaq etmək üçün bütün şərtlər yerinə yetməzsə və bütün manelər aradan qalxmazsa daşqalaq etmək olamaz. Zinanın haram olduğunu bilməlidir. Ola bilsin İslamı yeni qəbul etmiş olsun və zinanın haramlığını bilməsin. Həmçinin bakirəliyini itirmiş olamalıdır. Şübhələr və buna oxşar şeylər aradan qalxmalıdır. Daşqalaq etmək üçün bütün şərtlər yerinə yetərsə və bütün manelər aradan qalxarsa daşqalaq edilməsi üçün hökm verilər. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu kimsəni lənətləməyi qadağan etdi. Çünki o, Allah və Rəsulunu sevirdi. Buna baxmayaraq o, spirtli içki içməyə davam edirdi. Baxmayaraq ki, içkiyə görə hədisdə on nəfər lənətlənmişdir. Lakin ümumi lənət xüsusi lənət etməyi gərəkdirmir. Maneələrin olması onu bu lənətin altından çıxardır.....”288. Ətirlənib çölə çıxan qadın lənətlənmişdir hədisinə gəldikdə isə: Bu hədisə əsasən müəyyən bir insanı ətirlənib çölə çıxdığı üçün zinakar adlandırmaq olmaz. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Küfrdə ittiham etmək müəyyən şəxsə gəldikdə fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər azanda kafir, fasiq və ya günahkar olmur”289. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Vacib deyil ki, küfr ittiham etmək barəsində olan ümumi hökmlər müəyyən insana hökm çıxarmaq üçün tətbiq edilsin. Elə olur ki, bəzi alimlər müsəyyən məsələdə ictihad etdikləri zaman xətaya yol verirlər. Lakin bununla kafir olmurlar....”290. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Quran və Sünnə, özündə hədə daşıyan aylər, kürdə ittiham edən alimlərin sözləri, fasiqlikdə, və s. Müəyyən şəxsə bir başa tətbiq edilmir, müəyyən qaydalara riayət edildikdən sonra. Fərq etməz bu istər dinin əsasında olsun, istərsə də şöbələrində olsun”291. Elmin Və Təqvanın Olmaması: Ömər İbn AbdulƏziz rahmətullahi aleyhi deyir ki: “Kim Allaha elmi olmadan ibadət edərsə xeyirdən çox zərər gətirər”292. Sələflər deyirlər ki: “Cahillər sussaydı ayrılıqlar itərdi”293. “Təkfir etməkdə tələskənlik cahilliyin əsarətində olanların sifətidir”294. Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyx rahmətullahi aleyhi deyir ki: “Zahiri İslam olan bir kimsəni heç bir şəri dəlilə əsaslanmadan küfrdə ittiham etməyə cürət göstərən kimsə bununla Əhli Sünnədən olan elm əhlinin yoluna müxalif olmuşlar. Bu da öz söz və əməllərindən ixlas və təqvadan uzaq olan zəlalət əhlini və azmışların yoludur”295. Şeyx doktor Əbduləziz Əbdüllətif rahmətullahi aleyhi “Nəvaqidil İman əl-Qovliyyə vəl əməliyyə” səh 52, 54 də demişdir: “Əhli Sünnə Mütləq Təkfir ilə müəyyən şəxsin Təkfirini ayırır. Birincidə küfrə qarışmış kəsi mütləq şəkildə (bunu deyən və ya bunu eədn kafirdir deyərək) Təkfir edirlər. Lakin müəyyən şəxsə yəni bu sözü və ya feli edən gəldikdə isə şərtlər cəm edilib, maneələr aradan qalxmamış mütləq şəkildə Təkfir edilmir. Bu zaman ona hüccətin qalxması ilə küfr hökmü verilir. Elə bir hüccət ki, onu tərk edən kafir olar. Mütləq Təkfir ilə müəyyən şəxsin Təkfiri arasındakı fərq bizə aydın oldusa, bilməliyik ki, insanlardan iki dəstə bu məsələdə xəta edib. Bir dəstə insan bu məsəldə həddi aşıb. Müəyyən şəxsi şərtlər və maneələrə baxmadan mütləq olaraq Təkfir edildiyini iddia edir. Digər dəstə isə Riddə qapsını bağlayaraq müəyyən şəxsi Təkfir etməkdən imtina edir”. Şeyx Abdullah İbn Əbdullətif, qardaşı Şeyx İbrahim İbn Əbdullətif və Şeyx Suleyman İbn Sahman rahmətullahi aleyhi demişdir: “Küfr olan bir sözü deyən müəyyən bir kəsin Təkfir məsələsi məlumdur. Deyilir: “Kim bu sözü desə kafir olar. Lakin müəyyən bir şəxs bu sözü dedikdə ona, hüccətin qalxması ilə küfr hökmü verilir. Elə bir hüccət ki, onu tərk edən kafir olur”296.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin