«Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. Peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı. Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın». (ən-Nisa 163-165). «Biz Peyğəmbər göndərməmiş əzab vermərik». (əl-İsra 15). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Canım əlində olana and olsun ki, bu ümmətdən olan hər hansı bir Yəhudi və Xaçpərəst mənim haqqında eşidib və iman gətirməzsə Cəhənnəm əhlindən olar»367. Bu mənanı ifadə edən hədislər çoxdur. Kim cahil olarsa öz cəhalətinə görə dinə aid bütün məsələlərdə üzürlü hesab olunar. Lakin bir şeyi də bilmək lazımdır ki, bəzi cahillər inadkarlıq nümayiş etdirirlər. Yəni haqq ona çatdırılır o, isə haqqı araşdırmır, itaət etmir. Əksinə şeyxlərinin yoluna o, cümlədən onları təzim edənlərin və onlara tabe olanların yoluna uyur. Əslinə baxdıqda həmin şəxs üzürlü hesab edilə bilməz. Çünki ən azından belə insana bir şübhə şəkilində olsa da belə haqq gəlib çatmışdır. O, bunu araşdırıb haqqa nail ola bilər. İtaət etdiyi insanları təzim edənlər, Allahın haqlarında buyurduğu kəslərə bənzəyirlər: «Biz atalarımızı bir din üzərində gördük və biz onların ardınca getdik. Biz atalarımızı bir din üzərində gördük». (əz-Zuxruf 22-23). Ən mühüm odur ki, haqq barədə eşitməyən, bundan bixəbər olan insan, cahilliklə üzürlüdür və bu cəhalətə görə ona günah yazılmır. Cəhalət üzrə əməl edən insana etdiyi əmələ görə hökm kəsilir. Əgər bu qism insan özünü müsəlmanlardan hesab edib Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah kəlməsinə şahidlik edirsə o, kimsə müsəlmanlardan sayılır. Özünü müsəlman-lardan hesab etməyən şəxs isə dünyada mənsub olduğu dinin hökmündədir. Axirətə gəldikdə isə onun məsələsi fitrət əhlinin məsələsi kimi olacaq. Yəni İzzət və Cəlal sahibi Allaha həvalə olunacaq. Ən doğru fikrə əsasən onlar Allahın istədiyi şeylərlə imtahan olunacaqlar. Bu imtahanda Allahın dediyinə itaət edənlər Cənnətə, asi olanlar isə Cəhənnəmə daxil olacaqlar. Bir şeyi də bildirmək lazımdır ki, bu gün yaşadığımız dövürdə yer üzərində ayaq basılan az torpaq tapılar ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dəvəti ora çatdırılmasın. Kütləvi informasiya vasitələrinin çoxluğu və insanların bir-birinə qarışaraq sıx münasibət qurmaları bunu deməyə bizə əsas verir. Deməli əksər hallarda insanların küfrə getmələri onların inadkarlıqları səbəbilə yaranır»368. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: «Düşmənlərimiz bir neçə cürdür deyirik: 1 – Tövhidin Allahın və Rəsulunun bizə açıqladığı din olduğunu bilib, eyni şəkildə insanların çoxunun halı olan daşlar, ağaclar və bəşər haqqında olan bu batil inancların Allaha şirk olduğunu, Allahın Rəsulunun bunu qadağan etdiyini, bu etiqadda olanlarla savaşmaq üçün göndərildiyini və dinin bütünlüklə Allahın olması üçün göndərildiyini qəbul etməklə birlikdə Tövhidə heç iltifat etməyib, tövhidi öyrənməz, tövhidə girməz və şirki tərk etməzsə belə bir kimsə kafirdir. Küfrü səbəbilə onunla döyüşürük, çünkü o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dinini bilməklə birlikdə ona tabe olmamış, şirki bilməklə birlikdə onu tərk etməmişdir. Bununla birlikdə o, nə Rəsulunun dininə, nə də bu dinə girənə nifrət etməz, şirki tərifləməz və bunu insanlara dəvət etməz. Belə olsa da belə onun halı dəyişməz. 2 – Bütün bunları (Tövhidi) bilməklə bərabər, Rəsulun dininə əməl etməkdə olduğunu iddia etməklə bərabər onun dininə söyməyə cəhd göstərmiş, Yusufa ibadət edənləri əl-Əşkara, Əbu Aliyə, Kuveyt əhalisindən əl-Xıdıra ibadət edənləri tərif etməklə tanınmışdır. Bunlar birincidən daha pisdirlər. «Bildikləri (Peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin». (əl-Bəqərə 89). «Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr onların başçıları ilə vuruşun. Onların həqiqətdə andları, əhdləri yoxdur. Bəlkə əl çəkərlər». (ət-Tövbə 12). 3 – Tövhidi bilmək, onu sevmək, ona uymaq, şirki bilib tanımaq və tərk etməklə birlikdə tövhidə girən kimsələrdən xoşlanmamaq, şirk edən kimsələri sevən kimsələr. «Bu ona görədir ki, kafirlər Allşahın nazil etdiyini bəyənmədilər, Allah da onların əməllərini puç etdi». (Muhəmməd 9). 4 – Şirkdən uzaq olmaqla birlikdə yaşadığı ölkənin əhalisi açıq-aşkar tövhid əhlinə qarşı düşmənlik etməkdə və şirkə uymaqdadırlar. Tövhid əhli ilə döyüşməyə səy göstərirlər. Lakin bu kimsə öz vətənini tərk etmir. Bunun üçün çətinliklərlə qarşılaşır. Sonda isə öz ölkəsinin əhalisi ilə bərabər tövhid əhlinə qarşı döyüşür, malıyla, canıyla köməklik göstərir. Bu da kafirdir»369. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: «Fiqhi məsələlərdə ixtilafın olduğu kimi, cahilliyin üzrlü olması da ixtilaflıdır. Bəzən bu ixtilaf sözdə, bəzən də müəyyən bir insana təkfir hökmünün verilməsi ilə olur. Hər bir kəs bilir ki, əməllər, sözlər və ya onların tərki küfrdü. Müəyyən bir insana bu hökm necə verilir? Hökmün verilməsi və ya verilməməsi üçün Ona dəlillər göstərilmişdirmi, şübhələri ardan qaldırılmışdırmı? Küfrə götürən cahillik iki cürdür: 1 – Bu cahillik İslamdan başqa bir dinə mənsub olan (Yəhudi, Xaçpərəst) və ya heç bir dinə mənsub olmayan (Ateist) bir kimsənin halıdır. Belə bir kimsəyə dünyada zahirinə görə hökm olunur. Zahiri hökmü kafirdir. Axirətdə isə işi Allaha qalmışdır. Daha doğru olan axirətdə Allahın istədiyi bir şəkildə imtahan olunacaqdır.... Bu barədə İbn Qeyyim – rahmətullahi aleyhi – “Tariqul Hicreteyn” kitabında geniş danışır. 2 – Bu cahillik İslam dinində olan bir kimsə tərəfindən olmaqla bərabər o, kimsə küfrə aparan bu halı üzərə yaşamaqla bərabər bunun İslama müxalif olduğunu ağlına belə gətirməz, heç bir kimsə də bu haqda ona xəbər verməmiş ki, (bu əməl və ya söz küfrdü) belə birisinə zahirən İslamına görə hökm olunur. Zahirən hökmü müsəlmandır. Axirətdə isə işi Allaha qalmışdır. Kitab, Sünnə və elm əhlinin görüşləri də buna dəlil təşkil etməkdədir. «Biz Peyğəmbər göndərməmiş əzab vermərik». (əl-İsra 15)». “Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik”. (əl-Qəsəs 59). Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın». (ən-Nisa 163-165). “Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir”. (ət-Tövbə 115). “Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir”. (İbrahim 4). “Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna. Biz bunu ona görə nazil etdik ki, siz: "Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik"– deməyəsiniz. və ya: "Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq"– deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq”. (əl-Ənam 155-157). Və s. dəlillər. Sünnəyə gəldikdə isə: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, istər Yəhudi, İstər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman gətirməzsə, öldüyü halda mütləq Cəhənnəm atəşini dadacaqdır»370. Alimlərin sözlərinə gəldikdə isə: İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: “İslamda yeni olduğu üçün hər hansısa bir məsələnin vacibliyini bilmirsə, Daril İslam olmayan yerlərdə böyüyüb başa çatmışsa və ya müsəlmanlardan və alimlərdən uzaq bir yerlərdə yaşayırsa belə bir kimsəyə dair hökmü verilmir”371. Sonra Şeyx Useymin - rahmətullahi aleyhi – İbn Teymiyyə və Muhəmməd İbn AbdulVahhabın - rahmətullahi aleyhi – “Cahilliyin Üzrlü olması” barəsində olan sözlərini qeyd edir. Əgər bunlar Quran, Sünnə və alimlərin sözlərinin mənasıdırsa deməli bu Allahın hikmətidir. Onun rəhməti və lütfüdür. Allah üzr olduğu müddətdə cəzalandırmaz. Çünki insanın ağlı Allahın vaciblərini və əmrlərini dərk etmək iqtidarında deyildir. Əks halda Peyğəmbərlərin göndərilməsində məna olmazdı. Özünü İslama nisbət etməkdə qəsdi nədir? Bir kimsənin İslamına hökm verilir ta ki, şəriət dəlillərilə onun əksi sübut olunana qədər.... Kiməsə kafir hökmü vermədən öncə iki əsasa diqqət etmək lazımdır. 1) İslam dairəsində çıxaran (söz və əməl) barəsində Quran və Sünnədən dəlilin olmasıdır, Allahın adından yalan danışmamaq üçün. 2) Hökmün müəyyən insana uyğun gəlməsi lazımdır. Yəni onun barəsində təkfirin şərtləri uyğun gəlməli və buna mane olan amillər olmamalıdır. Mühüm şərtlərdən biridə - kafir olmasına səbəb olan əməlin ona bildirilməsi (və ya bilməsidir). “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir”. (ən-Nisa 115). Allah Cəhənnəm əzabını cəzalanan kimsənin Peyğəmbərinə müxalif olmasını bilməsi ilə bağlamışdır. Kifayətdirmi insanın bilməsi ki, onun müxalif olması küfrə gətirir, yoxsa hansı cəzanın (kəffarənin) olduğunu bilmədiyi halda Peyğəmbərinə – sallallahu aleyhi və səlləm – müxalif olmasını bilməsi kifayətdir? Peyğəmbərinə – sallallahu aleyhi və səlləm – müxalif olmasını bilməsi daha doğru olan rəydir. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ramazan ayında orucunu pozaraq yaxınlıq edən insana kəffarə ödəməsini əmr etmişdir, belə ki, orucunu pozaraq yaxınlıq edən kimsə Ramazan ayında yaxınlığın qadağan olunmasını bilməsinə baxmayaraq kəffarənin olmasını bilmirdi. Evli kişi zina edərsə cəzası daşqalaq olunaraq öldürülməkdir. Hətta zinaya görə cəzanın olmasını bilməsə də belə, zinanın qadağan olunduğunu bilirdi. Bəlkədə cəzanın olduğunu bilsəydi günah etməzdi. Buna görə də cahil dili və əməlinə görə etdiyi küfrünə görə bağışlanır, eynilə söz və əməllə etdiyi fasiqliyinə görə də bağışlanır. Bu da Quran, sünnə, ağıl və alimlərin sözləri üzərində qurulur”372.373. Şeyx Useymin - rahmətullahi aleyhi – deyir ki: «Bu məsələdə xülasə odur ki: Cahil insan dediyi və ya etdiyi fasiqliyə görə üzürlü sayıldığı kimi dediyi və ya etdiyi küfrə görə də üzürlü sayılır. Bu haqda Quran, Sünnə, məntiq və alimlərin sözlərindən dəlillər gətirmək olar»374. Şeyx Useymindən - rahmətullahi aleyhi – soruşurlar: “Mən bilirəm ki, tənbəllik səbəbilə namazı tərk etmək küfrdü, onu edən isə kafirdir, əgər onun cahillik üzrü yoxdursa. Cahillik üzrü yoxdursa – nə deməkdir? Namazın fərz olduğunu bilməməkdir? Yoxsa, namazı bilə-bilə tərk etməyin küfr olduğunu bilməməkdir? Xahiş edirəm bunu Sələf alimlərinin dəlillərilə açıqlayasınız”. Şeyx: “Allaha həmd etdikdən sonra: Cahillik insan üçün üzrdü. Əgər bir kimsə vacibliyini bilmədiyi halda vacibi tərk edərsə və ya qadağanın haram olduğunu bilmədiyi halda haramı edərsə belə bir kimsə cahildir və cahilliyi onun üçün üzrdü. Lakin bir kimsə filan əməlin qadağan olunduğunu bildiyi halda (əmələ görə şəriətdə hansı cəzanın olduğunu) bilməsə də belə bu kimsə üçün cahillik üzr deyildir. Çünki o bilə-bilə günahı etmişdir. Məs: Bir kimsə zina edir və zinanın şəriətdə qadağan olunduğunu bilmir. Belə bir kimsə cahilliyinə görə üzrlüdür və cəzalanmır. Əgər zinanın qadağan olunduğunu bildiyi halda – zinaya görə hansı cəzanın tətbiq olunduğunu bilməsə belə - üzrlü sayılmaz və ona düşən cəzanı almalıdır. Həmçinin bir kimsə namazın fərz olduğunu bilmədiyi üçün namaz qılmır, belə bir kimsə cahilliyinə görə üzrlüdür və kafir saylmaz. Lakin insan namaz qılmır və onun haram olduğunu bilir, lakin küfr olduğunu bilmirsə belə bu kimsə üçün cahillik üzr deyildir. 1) Peyğəmbər – sallallahu aleyhi və səlləm – zina etdiyini etiraf edən kimsəyə: “Sən bilirsənmi zina nədir?” deyə soruşdu. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “İnsanın cəzadan xəbərsiz olması onu cəzadan azad etmir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – ondan zinanın hökmü barəsində soruşdu o isə: “Ərlə arvadın bir-birilə halal yolla yaxınlıq etdikləri kimi deyil, haram yolla etdim”375. 2) Əməlin qadağan olunduğunu bilir, lakin hansı cəza gözlədiyini bilmir. Belə bir kimsə üzrlü deyildir və cəzaya layiqdir. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında Maiz adlı biri zina edir və bunu etraf edir376. Bu səhabə zinanın qadağan olunduğunu bilirdi, lakin nə cəza gözlədiyini bilmirdi. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Maiz cəzanın olduğunu bilmirdi, lakin bu bilməməzik onu cəzadan xilas etmədi”377. Həmçinin Ramazan günörtası qadağan olunduğunu bildiyi halda zövcəsilə yaxınlıq edən kimsə kimi? Ya Rəsulullah! Mən məhv oldum! Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona kəffarə verməsini əmr etdi və cahilliyinə görə onu üzrlü saymadı”378. Sonra Şeyx deyir: “Əgər bir kimsə soruşsa ki: “Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gələn o, kişi cahil deyildimi?”. Cavab: “Çünki o, kişi Ramazan ayında zövcə ilə yaxınlıq etməyin qadağan olmasını bilirdi? Ona görə də: “Mən Məhv oldum!” dedi. Lakin Ramazan ayında yaxınlığa görə hansı kəffarənin olmasını bilmirdi. Biz: “Cahillik üzrdü” – dediyimiz zaman qadağan olunan əməlin aqibətini (kəffarə, cəza) nəzərdə tutmuruq, cahillik üzrdü – dediyimiz zaman əməlin özünü nəzərdə tuturuq. İslam diyarında yaşamadığı üçün, İslamı yeni qəbul etdiyi və (müsəlmanlardan) kənarda yaşadığı üçün zinanın haram olduğunu bilməyən kimsə cahildir və cəzaya layiq deyildir. Lakin zinanın haram olduğunu bilir, lakin daş-qalaq olunduğunu, şallaxlandığını bilmirsə belə bir kimsə üzrlü deyildir və cəzaya layiqdir. Cahillik üzrdü deyildiyi zaman - əməlin özü nəzərdə tutulr”379. AbdulVahhabın – rahmətullahi aleyhi – nəvələri hesab edirdilər ki: “Şeyx Abdullah və Şeyx Huseyn – rahmətullahi aleyhi – cahillik üzündən küfr və şirkə düşən kimsə üzürlüdür” demişlər380. Şeyx AbdulLətif İbn AbdurRahman – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən (AbdulVahhab) dəlil ortaya qoyulmadıqca bir kimsəni küfrdə ittiham etməmişdir. Həmçinin – Allah ona rəhm etsin – cahil olan bir kimsəni təkfir etməz, hətta qəbirlərə ibadət edənləri də əgər onlara bunun qadağan olunması bilməmişlərsə”381. Hətta Şeyx Useymin – rahmətullahi aleyhi – “Şərhu Kəşfu Şubuhə” Muhəmməd İbn AbdulVahhabın – rahmətullahi aleyhi – “Cahilliyi Üzürlü” görməsini söyləyir382. Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşurlar ki: “Allahdan qeyrisinə dua etməyin şirk olmasını bilməyən kimsə barəsində sözünüz?”. Şeyx: “İnsanı kafir edən belə bir haldan bir kimsənin xəbərdar olmaması eynilə insanın bilmədən etdiyi halda fasiq olması məsələsilə eynidir. Fasiqliyi bilmədən edən kimsə üzürlü olduğu kimi, küfrü də bilmədən edən kimsə üzürlüdür. Bunlar arasında heç bir fərq yoxdur. Allah buyurdu: “Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik”. (əl-Qəsəs 59). «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15). “Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir”. (ət-Tövbə 115). Hansısa küfr əməli icazəli olduğunu bilərək etdikləri üçün də üzürlü sayıla bilərlər. Lakin mütləqdir belə kimsələri haqqa dəvət etmək. Bu zaman inadkarlıq göstərərlərsə inadkarlıq göstərdikləri məsələdə onlara hökm çıxarmaq lazımdır. Əgər insan bilərsə ki, bu qadağandır və şirkə aparır, lakin buna əhəmiyyət verməz və bunda təkəbbürlük göstərərsə bu zaman cahilliyinə görə üzürlü sayılmaz”383. Şeyx Useymin – rahmətullahi aleyhi – soruşurlar: “Cahilliyi üzr görənləri ircalığa aid edənlərin halı nədir?”. Şeyx: “Cahilliyin bağışlanması (üzrlü olması) – ümumi olaraq (Quran və Sünnə) ilə sabitdir. Heç bir kəs cahilliyin bağışlanmaması barəsində bir dənə də belə dəlil gətirə bilməz. «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15). Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın». (ən-Nisa 163-165). Əgər cahillik üzrlü olmasaydı, Peyğəmbərlərin göndərilməsində də fayda olmazdı... Cahilliyin üzrlü olması Quran və Sünnə ilə sabitdir, bu barədə Əhli Sünnə imamları olan İbn Teymiyyə, Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – xəbər vermişlər. Lakin bəzən insan Dini öyrənməkdə səhlənkarlıq edir, bununla da günaha batmış olur. Onun üçün dini öyrənməkdə heç bir çətinlik olmadığı halda, buna lazımı qədər əhəmiyyət vermir. Ona deyilir ki: “Bu qadağandır (haram)!”. Lakin buna əhəmiyyət verməyərək edir və günah qazanır. Lakin ola bilər ki, insan günahkar bir qövmün içərisində yaşasın və bu günahın qadağan olunduğunu bilməsin. Ona şəriətin bu barədə olan hökmü çatmadı halda Fasiqdir demək doğru deyildir. Ey mənim qardaşlarım! Biz hisslərimizə qapanaraq insanları mühakimə etmirik, biz mühakiməni Şəriətin əsaslarına görə edirik. Allah: “Rəhmətim qəzəbimi üstələmişdir”. Necə biz bir kimsəni (əməl və ya sözün) qadağan olunduğunu bilmədiyi halda cahilliyindən dolayı cəzalandıra bilərik? Əksinə Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Biz insanları AbdulQadir Ceylani və Əhməd Bədəvinin qəbrini büt etdikləri üçün cahilliklərindən dolayı kafir saymırıq”384. Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşurlar: “Küfr edən Cahil bir kimsəni təkfir etməkdə dayanan barədə Şəriətin hökmü nədir? Nəzərə alsaq ki, onun küfrü barəsində bəzi alimlər fətva vermiş bəziləri isə onu cahilliyindən dolayı üzrlü saymışlar. Belə bir kimsə azmış sayılmazki?”. Şeyx: “Allahu Mustəan! Belə bir kimsə doğru yolda olandır! Bir kimsə dəlillərə əsasən ixtilafın (ziddiyətin) olduğunu, Muctəhid dəlillərə nəzər saldıqda onlar arasında ziddiyətin olduğunu və ya sıravi bir müsəlmanın alimlər arasında ixtilafın olduğunu gördüyü halda (hökm) verməkdə dayanarsa belə bir kimsə haqq üzərədir və bu əsl İmandır. Allah: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır”. (əl-İsra 36). Əgər bir kimsə küfr hökmü verdiyi məsələ barəsində dəlilini bilmədiyi halda hökm verərəsə haqqında məlumatı olmadığı şey barəsində elmsiz danışmışdır. Eynilə dəlilini bildiyi halda küfr etmədiyni söyləyərsə haqqında məlumatı olmadığı şey barəsində elmsiz danışmış olar. Lakin ixtilaf olan məsələdə hökm necə olmalıdır? (bir kimsə necə hərəkət etməlidir?). Həmin müsəlmanın islamna hökm verilir, yoxsa onun küfrünə? Bu çox təhlükəli sualdır? Bir kimsəyə kafir demək yüngül bir məslə deyil. Bu hər hansısa bir sözü dillə söyləmək deyildir. Bu hökmün ardıyca bir çox məsələlərin durmasıdır. Əgər sən onun küfrü barəsində hökm verdinsə deməli onu qanının, malının halal olmasına, qadınının ona haram olmasına, əgər belə bir kimsə Əmirdirsə ona itaətin vacib olmamasına və s. digər Riddə əhlinə olan əhkamlar tətbiq edilir. Belədə ki, sən kimsən Allahın hökm vermədiyi bir qulu barəsində - Kafirdir hökmünü verirsən? Sən kimsən axı? Allahın halal etdiyi bir şey barəsində kimsə - bu haramdır deyə bilərmi? Belə bir kimsə Allaha qarşı yalan danışmışdır. Bu küfrdü, bu küfr deyil? Filankəs kafirdir, lakin Allahın dərgahında o kafir deyildir? Axı sən kimsən? Dəlil olmadan insanları küfrdə ittiham etmək Xəvariclərin məzhəbidir. Onlar barəsində Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: “Oxuduqları Quran boğazlarından aşağı enməz, onlar dindən oxun yaydan çıxdığı kimi çıxmışlar və onların öldürlüməsində böyük mükafat vardır”. Çox təhlükəli bir məsələdir. İlk növbədə insan Allahdan qorxmalıdır, əlində açıq-aydın dəlil olmadan insanları küfrdə ittiham etməməlidir. Təkfirin şərtləri cəm olmadıqca bunu etməməlidir. O ki, qaldı: Kafir, kafir, kafir – deyənlərə bu Xəvariclərin məzhəbidir. O kəslər ki, Əli və Muaviyəyə - radıyallahu anhum - qarşı çıxmışlar. Allaha həmd olsun ki, Əli onları məhv etdi. Allaha dua edirəm ki, bizləri haqq yola yönəltsin, razı qaldığı v sevdiyi şeylərə. Bizləri Onun sərhədlərini və əmrlərini aşmamağa yönəltsin”385. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Ola bilər ki, şirk edən bir kimsəyə etdiyi əməlinin şirk olması və qadağan olması çatsın, lakin o deyir: “Mən öz atamı və şeyxlərimi belə edən görmüşəm və onlar bunu bizlərə qadağan etməzdilər?”. Belə bir kimsə laqeyd münasibət göstərir. Lakin onu heç kəs başa salmamışsa İslamına hökm olunur. Namaz qılır, Oruc tutur, Həcc edir, lakin bunlarla bərabər onda bu xəstəlik (şirk) vardır və etiqad edir ki, bunda problem yoxdur. Onun küfrünə hökm verilmir. Sual: “Əhli Sünnə alimlərinin sözləri və bu barədə olan kitablar kifayət deyilmi ona hücətin çatmasına?”. Cavab: “Bəli (kifayətir), lakin sadəlövh insanlar vardır ki, bu barədə heç nə bilmirlər və heç nə oxumurlar”386. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Şəriətin bir məsələ barəsində hökmünü bilmədiyi halda onu örənməyi tərk edən kimsə üzrlü sayılırmı yoxa yox?”. Cavab: “Ola bilr üzrlü sayılsın, ola bilər ki, üzrlü sayılmasın? Fərz etsək ki, belə bir kimsə küfrün yayıldığı bir cəmiyyətdə yaşayır və o yerdə olan alimlər bundan çəkindirmir-lərsə və ya öz alimləri bunun küfr olduğunu söyləmirlərsə, necə ki, bir çox sadəlövh, qəbirpərəstlərin halıdır, belə kimsələr üzrlüdürlər çünki şirkin açıq-aydın yayıldığı və şirk olduğunu bilmədikləri bir ölkədə yaşadıqları üçün. Lakin haqqın yayıydığı bir ölkədə yaşayarsa və şirkin nə olduğu açıqlanırsa, bundan sonra belə bir kimsə desə ki: Mən öz şeyximin dedikləri ilə gedirəm, heç kəsi qəbul etmirəm – belə bir kimsə üzrlü deyildir”387. Şeyx – rahmətullahi aleyhi – deyir ki: “Tövhidin yayıldığı və əmin-amanlığın olduğu bir diyarda yaşayaraq cahilliyini irəli sürsə belə kimsə yalançıdır”. Həmçinin Şeyx – rahmətullahi aleyhi – deyir ki: “Zahiri küfrün olmadığı, Tövhidin açıq-aydın yayıldığı İslam ölkələrindən birində müsəlmanların içərisində yaşayarsa belə bir kimsə üzrlü sayılmaz, çümki onun şirk etməsinə heç bir səbəb yoxdur”388. Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşurlar: “Əgər kafir İslamı qəbul edirsə və sonra cahilliyi üzündən İslamdan çıxaran bir əməli edirsə bu halda nə etməlidir? İslamını yenidən təzələməlidirmi?”. Cavab: “Onunla ən gözəl tərzdə rəftar edilməlidir və etdiyi əməlin İslam dairəsində çıxardığı ona başa salınmalıdır. Cahilliyi üzündən etdiyi üçün İslamının təzələməsinə ehtiyac yoxdur. Allah buyurdu: «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15). “Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik”. (əl-Qəsəs 59). Bilməyən cahil günahkar sayılmaz, çünki o günah etməyə cəhd etməmişdir, ələxüsus İslamda yenidirsə”389.
Şeyx AbdulMuhsin əl-Abbaddan – hafizahullah - soruşurlar: “Allah sizi qorusun! Dünən cahilliyin üzr olması məsələsi qeyd olunmuşdu. Cahilliyi üzr görən kimsələr ircia (murciəlik) ilə vəsf oluna bilərlərmi?”. Şeyx: İndiki dövrümüzdə cahiliyin üzr olması məsələsi ilə məşğul olmaq geniş yayılmışdır. Bəzi kimsələr bununla özlərini məşğul edirlər və bu məsələdə çoxları cahillik edirlər, yəni bu məsələ ilə məşğul olanların çoxunun özləri cahildirlər və xəbərləri yoxdur. Beləcə boş-boş danışaraq "Filankəs belə dedi, bəhmənkəs belə dedi" deməklə özlərini məşğul edirlər. Əksinə, insan elm ilə məşğul olmalıdır və nəfsini belə məsələlər ilə məşğul etməməlidir,yəni insanların arasında bunu yaymaq ki, o belə dedi, bu elə dedi.Gərək insan ona xeyir gətirəcək şey ilə məşğul olsun, yoxsa insanların bu məsələ (cahilliyin üzrlü olub olmaması) ilə məşğul olması və bu səbəbdən dolayı insanların bəzilərinin bəzilərə dedikləri sözlərə gəlincə isə, bu lazım deyil”. Sual: “Bəziləri bu məsələdə icma olduğunu nəql edirlər. Bu doğrudur?”. Şeyx: “Bu məsələdə İcma olduğunu bilmirəm, xəbərim yoxdur”.
Şeyx Fovzandan – hafizahullah - soruşurlar: “İslamı pozan əməllərdən birini edən kimsə cahilliyinə görə üzrlü sayılırmı?”. Cavab: “Cahillik fərqlidir. Əgər o, öyənmək iqtidarında olmayan cahildirsə, onu öyrədən bir kimsə tapılana qədər cahilliyinə görə üzrlüdür. Həmçinin müsəlmanların diyarlarından kənarda yaşayan, ətrafda kafirlərin çox olduğu bir yerlərdə öyrənmək üçün imkanlar olmadığı halda belə bir kimsə üzrlüdür. Lakin müsəlman diyarlarında yaşayan, müsəlmanların arasında yaşayan, Quranı eşidən, hədis və alimlərin sözlərini dinləyən kimsə cahilliyinə görə üzrlü ola bilməz. Çünki ona dəlil çatmışdır”390. Allah xatirinə deyin? Məgər bizim məmləkətdə alimlər var, və ya Quran və hədislər radio və Tv vasitəsilə yayımlanır? Həmçinin Şeyxdən – hafizahullah - soruşurlar: “İslamı pozan əməllərdən edən bir kimsəni küfrdə (bu əməli) görən və bilən istənilən bir müsəlman ittiham edə bilər yoxsa bunun üçün yalnız alim olmalıdır?”. Cavab: “İslamı pozan əməllərdən edən bir kimsənin halı öyrənilməlidir. Ola bilər ki, bunu cahilliyindən və məcburiyyədən etsin. Lakin aydın olsa ki, onun heç bir üzrü yoxdur və bu əməli cahilliyindən dolayı etmir bu zaman hökm ondan zahir olunana görə verilir”391. Başqa yerdə: Alimlər deyirlər: “Müəyyən şəxs küfrə düşərsə onun təkfir edilməsi ancaq şərtlərin mövcud olması, maneələrin aradan götürülməsi və hüccətin qalxmasından sonra mümkündür. Bu deyilənlər doğrudurmu?”. Cavab: “Bəli, doğrudur. Lakin hüccətin qalxması, insanın anlayacağı surətdə Quranın ona çatmasıya hasil olur”. Bir kimsəyə çatdırılan Dəlil (burhan, hüccət) onun qəlbində (sinəsində) olan şübhələri üstələməlidir (aşmalıdır)”392. Sual: “Küfrlə vəsf etməklə hər hansısa bir insanın kafir olmasını söyləmək və ya onun kafir olmasına etiqad etmək arasında bir fərq vardırmı?”. Şeyx Fovzan – hafizahullah – deyir ki: “Allahdan qeyrisinə dua etmək, qurban kəsmək, (Ondan qeyrisindən) kömək istəmək, dini məsxərəyə qoymaq, (dini) söymək kimi əməllər - alimlərin yekdil rəyinə əsasən heç bir şəkksiz - küfrdür. Lakin bu cür əməlləri edən fərdi insana gəldikdə isə baxmaq lazimdir, əgər o cahildirsə, və ya təvil edibsə, və ya təqlid edibsə, ona izah edənə qədər küfr hökmü verilmir! Çünki onun bu haqda bir şübhəsi və ya Cahilliyi ola bilər. Hüccət qaldırmadan ona Küfr Hökmü Verməyə Tələsmək Olmaz. Ona hüccət çatdıqdan sonra isə yenə də davam edərsə, bundan sonra onun küfrünə hökm verilər. Çünki bundan sonra (ona hüccət çatdırıldıqdan sonra) artıq onun üzrü qalmamışdır”393. Sual: “Möhtərəm Şeyx sualda deyilir ki, bir nəfərə Quran və Sünnədən olan dəlillər ilə Uca Allahın Ərşə istiva etməsini izah etdim. O isə öz zəlalətində qalmağa davam etdi. Buna görə, yəni Allaha yalan nisbət edib, iftira atdığı üçün həmin kəs təkfir edilirmi?”. Şeyx Fovzan – hafizahullah – deyir ki: “Nə üçün sən bunu mühüm sayırsan? Ona bu məsələni təkrar olaraq bəyan etmək lazımdır. Əgər qəbul etsə, Əlhəmdulilləh. Əgər qəbul etməzsə, üzərindən hüccət qaldırılar. Lakin onu təkfir etmək və ya təkfir etməmək sənlik deyildir!”. Sual: “Möhtərəm Şeyx, Əşarilər - hansı ki, Allahın "əl-Uluv" (Ucalıq) sifətini isbat etmirlər (inkar edirlər). Onların hökmü nədir? Onlar təkfir edilirlərmi?”. Şeyx Fovzan – hafizahullah – deyir ki: “Onlarla "inkar edənlərin" və ya "bəzilərini qəbul edib, bəzilərini inkar edənlərin" hökmü ilə hökm edilir! Siz sanki təkfir etməyə hərissiniz! Bu kimi şeyləri tərk edin. Sadəcə sələfin söylədiyini deyin! Bu sizə kifayətdir!”. Şeyx Fovzan – hafizahullah – deyir ki: “Alimlər qəbiri təvaf edən kəsi birbaşa təkfir etmir! Əksinə, burada təfsilata varır və deyirlər: "Əgər bu əməli Allaha yaxınlıq qəsdi ilə edirsə və qəbiri təvaf etməyi caiz görürsə, bu kəs azmışdır, Lakin Kafir Deyil, Kafir Deyil, Xətakardir!". Möhtərəm şeyx Allah sizi müvəffəq etsin. Bu həftə Azərbaycanda qəzetlərdən biri İsa - əleyhissəlam - və anası Məryəmi - əleyhissəlam - çox iyrənc təsvirlərlə təsvir etmişlər. Onlar bunu bəzi Danimarka qəzetlərinin Peyğəmbərimiz Muhəmmədə - sallallahu aleyhi və səlləm – qarşı etdiklərinə cavab olaraq ediblər. İsa və anasına qarşı bu addımı atanlar bununla kafir olurlarmı? İslam dinindən mürtəd olurlarmı? Onu da deyim ki, bunu edənlər özlərini İslama nisbət edirlər”. Şeyx Fovzan – hafizahullah – deyir ki: “Heç şübhə yoxdur ki, cahillik insanı bundan da pis işlərə aparır. Bu cahillikdir. Allaha sığınırıq. İsa Məsihin - əleyhissəlam - günahı nədir?! Anasının günahı nədir?! Allah onlardan razı olsun. Biz bütün peyğəmbərlərə iman gətirir və hamısına hörmətlə yanaşırıq. Hətta bütün ümmətlərdən olan möminlərə hörmətlə yanaşırıq. Biz mömin qardaşlarımız üçün Allahdan bağışlanma diləyirik. "Ey Rəbbimiz bizi və bizdən öncə yaşamış iman sahibi qardaşlarımızı bağışla." (əl-Həşr: 10). Biz möminləri hansı nəsildən, hansı əsrdə yaşamasından asılı olmayaraq: Adəmdən Qiyamətə qədər - dost tuturuq, onlar bizim qardaşlarımızdır. Biz onlara rəhmət oxuyur, onları alçaltmırıq. Peyğəmbərləri alçaltmaq küfrdür. İsanı - əleyhissəlam - alçaldanlar küfr ediblər. Küfrü küfr ilə qarşılamaq olmaz. Allaha qorusun. Bu icazəli deyildir. Amma bunu edənlərə kafir hökmünün verilməsinə gəlincə biz bilmirik onlar bəlkə cahildirlər, yaxud yozumlu düşünürlər və s. Yəni onlar cahildirlər və cahillik üzr sayilir. Onların hökmünü deyə bilmərik, dayanırıq. Amma bu əməl pis əməldir, etmək olmaz. Bu Peyğəmbərləri bir-birindən ayırmaqdır. Uca Allah möminlərin dilində belə buyurur: "Onlardan heç birini digərindən ayırmırıq...." (əl-Bəqərə: 136. ) Biz həm İsaya, həm də bütün peyğəmbərlərə hörmət edirik. Etiqad edirik ki, kim onlardan birini alçaldarsa o kafirdir. Amma müəyyən insana cahillik və digər bilinməyən səbəblərə görə kafir hökmü verə bilmərik”.
Şeyx əs-Suheymi – hafizahullah - bu fətvanın əvvəlində Fatimilər dövlətindən danışır. Onların yaranmasından və necə yayılmasından danışır. Uzun müddət hakimiyyətdə olmalarına rəğmən şirk və küfrü yayırdılar. Qəbirlərin üzərində Qübbələr, ziyarətgahlar tikməyi onlar əmr etmişlər. Cahiliyə bayramları və mövlidlərin qeyd olunmasına şərait yaratmışlar. Bundan sonra insanlar qəbirləri ziyarət edir, salehlərin qəbirləri üzərində Ziyarətgahlar tikməyə başladılar. Artıq ölülərdən, qəbr sahiblərindən kömək istənilməyə, qəbir sahiblərinə qurbanlar kəsiləməyə və nəzir verməyə başladılar. Hətta şirk və küfr elə bir yerə çatmışdır ki, onlardan biri: “Məni və məni görəni görən Cənnətə girər” deyərdi. Və ya: “Əgər səni qəm-qüssə basarsa məni çağır səni bu bəladan xilas edərəm” deyərdilər. Şirk və Küfrə dəvət edən kitablar da yazılmışdır. Bu kitablardan özündə şirk və küfrü əhatə edən “Kəşf əl-Əsrar” əsəridir. Firon və Əbu Cəhlin şirkindən də betər şirki özündə əhatə edir. Subhənəllah! Görün nə yazır: “Həqiqətən Xristian Cənnətə daxil olmuşdur”. Sizcə hansı səbəbə görə? Çünki o, Sufi təriqətində olan bir qadınla zina etmişdir. Ona görə Cənnətə daxil olacaq. Zinaya görə yox, zina etdiyi qadın Sufi təriqətindən olduğu üçün. Onların Şeyxlərindən biri deyir: “İndi şeyx qəbirdə ölən kimsə ilə sorğu suala gələn Munkər və Nəkir mələklərinin arasında dayanıb onun yerinə suallara cavab verir”. Küfrün dərəcəsinə baxın. O ki, qaldı bu cür tağut Şeyxlərin ardıyca gedən, onların sözlərini dinləyən, əməl edən cahil təqlidçi kimsələrə onların üzrlü olması barəsində Sələf alimləri ixtilaf etmişlər. Onlardan eləsi olmuşdur ki, cahilliyi üzrlü görmüş, eləsi də var ki, cahilliyi üzr görməmişdir. Çünki kim Quran və Sünnəni oxuyursa ona hüccət çatmışdır. Lakin bəzi alimlər ehtiyat edərək demişlər: Quran və Sünnə açıqlanmasına (şərh) olunmasına ehtiyac vardır. Əgər Quran və Sünnəni ona şərh edəcək bir kimsə olmazsa bu zaman o, üzrlü sayılırmı yoxsa sayılmırmı? Bəzi alimlər üzrlü saymış, bəziləri isə çəkinmişlər. Lakin sizlər bir-birinizi imtahan etməyəsiniz deyə mənim bu məsələ ilə bağlı nəsihətim vardır. Buraxın bu məsələni böyük alimlərin öhdəliyinə. Hər birinin bu məsələdə öz dəlili vardır. O ki, qaldı mənə mən bu məsələdə cahilliyin üzrlü olması görüşündəyəm. Lakin bununla mən əks rəydə olan qardaşlarımın və şeyxlərin görüşlərini də inkar etmirəm. Bu məsələdə bir-birinizlə mübahisə etməyin, öz yerini bilən müsəlmana Allah rəhm etsin!... Bu məsələdə bizim Sələflər ixtilaf etmiş, lakin bir-biriləri ilə mübahisə etməmişlər. Biz bu məsələni əməlləri ilə birlikdə Allaha buraxırıq, mən burada haqqı bilməkdə aciz olanlardan danışıram. O ki, qaldı Tağutlara (bu məzhəb və təriqətləri başçılarına) heç şübhə yoxdur ki, onlar kafir və müşrikdirlər. İndi isə digər məsələyə keçək. Bəzi insanlar alimlərin sözlərilə kifayətlənmirlər. Onlar Mutəallim (özlərini alim sayanlardır). Fətva verirlər ki, müsəlman ölkələrində kəsilən heyvanların ətlərini yalnız onu kəsənin qəbirlərə ibdən edənlərdən olmadığı məlum olduqdan sonra yeyilə bilər. Əvvəllər heyvan kəsənləri bu cür imtahan etmirdilər. Bu xətadır, elm tələb edənə belə şeyləri söyləmək yaraşmaz. Heç bir sələf alimi (heyvan kəsən) kimsə üçün belə bir imtahan təyin etməmişdir, müsəlman bir kimsədə əsl onun təmizliyidir. Məs: Mərakeş, Türkiyə, Suriyə və ya Misirdən ət məhsulları gətrilir. Mən bilirəm ki, bu ölkədə qəbirlərə ibadət edən müsəlmanlar vardır. Məgər biz bu ət məhsullarını Çin, Fransa, İngiltərədən gətrilən ət məhsulları ilə müqayisə edə bilərikmi? Əslən isə Kitab əhlinin kəsdiyi heyvanların ətləri bizim üçün halaldır, əgər özüm (heç bir vasitə olmadan) bilsəm ki, heyvan kəsilməyib, başqa yolla kəsilib və ya onun üzərində İsanın - əleyhissəlam -, Allahdan qeyrisinin adı zikr olunub bu zaman yemək olmaz. Çin, Vietnam, Kareya kimi ölkələrdən gətrilən ət məhsulları bütpərəst olduqları üçün istifadə etmək olmaz. Kitab əhli olan ölkələrdən gətrilən ət məhsullarının necə kəsildiyini bilmədiyimiz təqdirdə (yəqin olmadığımız müddətdə) onların yeyilməsində heç bir problem yoxdur. “Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır….”. (əl-Maidə 5). O ki, qaldı müsəlmanlar tərəfindən kəsilmiş Mərakeş, Sudan, Türkiyə, Suriyə, Pakistan və s – mən isə yəqin bilirəm ki, bu ölkələrdə qəbirlərə ibadət edilir, Allahdan qeyrisinə ibadət edilir, bununla bərabər ey mənim qardaşlarım müsəlmanda əsl olan onun təmizliyidir. Əgər sənin müsəlman qardaşın qarşına ət qoyubsa onun haradan kəlməsini (necə kəsilməsini) soruşmağa ehtiyac yoxdur. Bir Sələf göstərə bilərsinizmi belə davransın? Heç vaxt belə olmayıb. Ət məhsullarında 3 hal vardır: 1. Əsli müşrik olanlar tərəfindən kəsilmiş ət məhsulları. Çin, Vietnam və s. Bu haramdır. 2. Kitab əhlinin kəsdiyi heyvanlar. Bu ət məhsulları halaldır, əksi sübut olunana qədər. 3. Müsəlmanlar tərəfində kəsilmiş ət məhsulları. Əsli halaldır. Bu cür fətvaları verənlər tövbə etməlidirlər. Çünki onlar bu məsələləri qaldırmaqla müsəlmanlar arasında fitnə salırlar. Belə məsələlərdə böyük alimlərə qayıdmaq lazımdır, bu fətva verənlərə yox”394.
Şeyx Muhəmməd əl-Əqil – hafizahullah - “Uzr Bil Cahl” kitabında deyir ki: “Mən deyirəm ki, bu məsələləri Əhli Sünnə arasında ayrılıq salmaq üçün istifadə edirlər. Ondan başqa İlah olmayan Allaha and olsun “Cahilliyin üzrlü olması”, “Əməllər İmanın kamilliyi üçündür”, “Əməllər İmanın Sıhhəti üçündür” və s. məsələlər Sələfləri bir-birinə vurmaq üçün ortaya atılmışdır. Əslən onlar buna nail olmuşlar, onlar Sələflərin arasını elə bir tərzdə vurmuşlar ki, artıq bir-birilərini bidətdə və küfrdə ittihama gətirmişdir”395.
Şeyx Rabil əl-Mədxəli – hafizahullah - “Cahilliyin üzrlü olması” barəsində deyir: “Cahilliyin üzrlü olub və ya Üzrlü olmaması məsələsini ortaya atıb bu barədə mübahisələr edənlər fitnə əhlidir. Onlar Sələfi dəvətini dağıtmaq üçün müsəlmanları bir birilə düşmən edirlər. Mədinədə olduğum zaman mənə əs-Səid adlı biri zəng etdi. Həmən adam indi ər-Riyad şəhərində məşhurdur. O, dedi: “Taif şəhərində 50 yaxın cavanlar varır ki, Şeyx əl-Albanini – rahmətullahi aleyhi – təkfir edirlər. Nə üçün? Çünki Şeyx qəbirlərə ibadət edən müsəlmanları cahillikləri üzündən təkfir etməmişdir”. Şeyx Rabi: “Yaxşı, onlar İbn Teymiyyə, İbn Qeyyim – rahmətullahi aleyhi – və digər sələfləri də təkfir edirlərmi? Çünki onlar da cahilliyi üzr görərdilər və onların bunu söyləməkdə dəlilləri vardır! Mən yaşlı bir Şeyx tanıyırdım, Cahilliyi üzrlü görmürdü. Buna baxmayaraq bu barədə mübahisə etməz, fitnə salmaz və əks rəydə olanları da zəlalətlə ittiham etməzdi. Biz onunla 40 il dostluq etmişdik. Bu yaxında o, dünyasını dəyişdi. Bir dəfə biz məclislərin birində oturmuşduq. Orada bir nəfər vardı ki, cahilliyi üzr görmürdü. Mən ona dəlillər gətirdim və xatırlatdım ki, Nəcd alimləri içərisində cahilliyi üzrlü görənlərdə vardı, cahlliyi üzrlü görməyənlərdə. Lakin bununla belə onlar arasında daima qardaşlıq olmuşdur. Mübahisə və fitnəkarlıqdan uzaq olmuşlar. Bu sözlərdən sonra o, kimsə susdu, fitnə salmadı. Biz bilirik ki, Nəcd alimləri arasında bu məsələdə ixtilaf olmuşdur, lakin onlar bir-birilə heç vaxt buna görə düşmənçilik etməmişlər. Bu yol Həddadilərin yoludur”. Sonra Şeyx Rabi sözünə davam edərək deyir: “Doğru mənhəc bu məsələdə - hüccətin çatdırılmasıdır. Əgər kimsə bunu doğru görməzsə qoy sussun və digər rəydə olan qardaşlarına hörmət edib onları ittiham etməsin. Çünki onların da dəlilləri Quran və Sünnədir. Əgər kimsə (cahilliyin üzrlü olmasını) söyləyənləri təkfir etmək istəyirsə onda Sələfləri təkfir etsin, təkfir etsin İbn Teymiyyəni – rahmətullahi aleyhi –, təkfir etsin Muhəmməd İbn AbdulVahhabı – rahmətullahi aleyhi – hansı ki, deyərdi: “Biz Əhməd Bədəvinin qəbrinə ibadət edənlər cahilliklərində dolayı təkfir etmirik”396.
Şeyx Abdullah əl-Buxaridən – hafizahullah - soruşurlar: “Möhtərəm Şeyx “Cahillik üzrlüdür” məsələsini şişirdərək gündəmə gətirən Tunis cavanlarına nəsihətiniz nə olar? Bununla onlar Əhli Sünnə arasında ayrılıq edirlər”. Cavab: “Bu problem tək Tunisdə deyil, digər ölkələrdə də baş qaldırmışdır. Əzizim bil ki, alimlər artıq böyük şirkin və kiçik şirkin nə olduğunu kitab və dərslərində açıqlamışlar. Yəni, alimlər böyük şirk üçün – bu böyük şirkdir, kiçik şirk üçün – bu kiçik şirkdir demişlər. Onlar bu məsələdə ixtilaf etməyiblər. Lakin bəzi Əhli Sünnə alimləri arasında ixtilaf olmuşdur, mən bidət əhlini nəzərdə tutmurama hansıki, ümmətləri təkfir edirlər? Lakin bəzi Əhli Sünnə alimləri arasında “Cahilliyin üzr” olub olmaması barəsində ixtilaf olmuşdur. Onlar əməlin (sözün) şirk olub olmamasında ixtilaf etməmyiblər. Diqqətli olun! Bu çox incə bir məsələdir. Heç bir ixtilaf yoxdur ki: Təvaf, ölüyə dua etmək böyük şirkdir. Bunda hamı ittifaq edib: Cahilliyi üzr görəndə, görməyəndə. Hamı ittifaq edib ki, bu şirkdir. İxtilaf belə bir kimsəyə hökm verilir yoxsa üzrlüdür ona bu izah olunana qədər? Onda bu mübahisələr nə üçündür? Hər iki rəydə Əhli Sünnənin rəyidir. Lakin araşdırmalar onu göstərir ki, cahillik üzrdü. Bu zaman insanları ittiham etmək nəyə lazımdır? Onlar istəyirlər ki, sən onların dediyini deyəsən, öz bildiyini yox? Bir gün yanıma Qafqazdan olan bir gənc gəlmişdir. Bu barədə sizə danışmışam. İnsanları təkfirdə, şirkdə, küfrdə ittiham etməklə aşıb-daşırdı. Mənim suallarıma cavab ver. Doğru yolla gedirsən? Bəli, necə bəyəm? Nə vaxtdır Allah səni bu mənhəcə yönəldib? Dörd il olar – dedi. Özünün 23-25 yaşı olardı. Yaxşı, Allah sənə dörd ildir hidayət verib, bəs bu illərdən öncə nə idin? Kafir yoxsa müsəlman? Yazıq susdu və cavab vermədi. Öz valideynlərin barəsində nə düşünürsən? Susdu, onların İslamına yəqin deyildi. “....Haqdan sonra zəlalətdən başqa nə ola bilər?...”. (Yunus 32). Əvəllər Sovet İttifaqının nəzdnində olan kommunist ölkələrində insanları: “Mən müsəlmanam!” dediyinə görə öldürərdilər. Bir sözünə görə: Mən müsəlmanam!” dediyi üçün öldürərdilər. Ola bilər ki, belə insan İslam barəsində onun adından başqa heç bir şey bilmirdi. Lakin o, kimsə öz İslamından ölənə kimi yapışardı. İndi isə sən gəlmisən və var gücünlə çalışırsan ki, İslama görə öldürülən bir kimsəni İslam dairəsindən çıxardasan. Bu nə istəkdir, məgər vacib bir əmr gəlib kimisə İslamdan çıxarmağa, yoxsa onu doğruya yönəltməyə? İnsanları islah olmasına çalışmaq, yoxsa Cəhənnəmin dibinə sürükləmək? Məgə Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dəvəti bu olub? Ey oğlum! Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dəvəti İbn Qeyyimin – rahmətullahi aleyhi - dediyi kimi iki hissədən ibarətdir: 1) Kafirləri İslama dəvət etmək, buna görə də Muazı - radıyallahu anhu – və digər səhabələri digər ölkələrə göndərirdi.... Kafirlərin İslamı qəbul etmələri üçün. 2) Möminlərin dində sabit olmaqları üçün. Möminləri Dindən çıxarmaq yoxsa? Bunlar arasında fərq aydındır. O ki, qaldı İslamı qəbul edib, müsəlman olduqdan sonra bidətlərə yol verən kimsələrə onlara başa salmaq vacibdir. Əgər inadkarlıq etsə bidət əhlindən sayılar. Bu isə başqa bir məsələdir. Aydındır? Özünüzü belə şeylərlə məşğul etməyin, elm öyrənin, elmdə müəyyən bir səviyəyə çatdıqda artıq biləcəksiniz kim üzrlüdür, kim isə üzrlü deyil”397.
Tələbə İlə Şeyx Useyminin – Rahmətullahi Aleyhi – Cahillik Üzürlüdür Məsələsində Sual Cavabı - Tələbə, Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşur: “Əssələmu aleykum va rahmatullah”. Cavab: “Aleykuma salam va rahmatullah”. Möhtərəm Şeyx, sizin “Lə İləhə İlləllah Muhammədun Rəsulullah deyib, sonradan Allahdan başqası üçün qurban kəsən” haqqında mövqeyiniz nədir? Belə birisi müsəlman sayılırmı? Bilə bilə ki O insan İslam ölkəsində böyüyüb başa çatıb, yəni İslam ölkəsində olan biri “Lə İləhə İlləllah Muhammədun Rəsulullah deyir və Allahdan qeyrisi üçün qurban kəsir” yəni şirk edir, belə biri müsəlman sayılırmı?”. Şeyx: “Necə yəni Allahdan qeyrisinə qurban kəsir?”. Tələbə: “Bəli Allahdan qeyrisinə qurban kəsir və: “Əgər mən bunu tərk etsəm mənə zərər olacaq, yəni mən bunu etməsəm əhlim mənə zərər vuracaq”. Şeyx: “Xeyir, mən soruşuram ki, Allahdan qeyrisinə qurban kəsir, necə kəsir?”. Tələbə: “Allahdan qeyrisinə qurban kəsir”. Şeyx: “Yəni bunu kəsməklə o başqası üçün kəsdiyinə yaxınlaşır? Yəni bunu kəsməkdə məqsəd onun üçün kəsib ona yaxınlaşmağıdır?”. Tələbə: “Bəli”. Şeyx: “Bunu eliyən, yəni Allahdan qerisinə qurban kəsən və bunda qəsdi ona yaxınlaşmaqdırsa muşrikdi və böyük şirk edib. Dediyi “Lə İləhə İlləllah Muhammədun Rəsulullah” kəliməsi, nə namazı, nə də ki etdiyi qeyri əməlləri fayda vermiyəcək. İstisna odur ki, o insan uzaq bir ölkədə yaşasın, bu hökümü bilməsin. Belə birisi cahilliyinə görə üzrlüdür. Ve belə birisi oyrədilir. Yəni belə əməli etmək olmaz, bunu etmək şirkdir və.s Tələbə: “Ya Şeyx! İnsan uzaq ölkədə necə olur? Yəni uzaq ölkə anlayışını necə başa düşək?”. Şeyx: Məs: Fərz eliyək ki, uzaq bir ölkədə yaşıyır, o ölkədə ki, orda Allahdan qeyrisinə qurban kəsilir, qəbirlərə qurban kəsilir, övliyalara qurban kəsilir və bu əməllər onlara görə heç bir problem deyil. O, ölkə ki onlar bunun şirk və ya haram olmasını bilmirlər. Belə bir insan cahilliyinə görə üzrlüdür. Şeyx: “Amma O insan ki, ona deyilir ki: “Bu etdiyin əməl küfürdür, yəni bunu etmək olmaz, və o cavabında desə ki, “Yox, mənim bunu tərk etməyim mümkün deyil”. Şeyx: Buna artıq hüccət qalxmış olur və O insan kafir sayılır”. Tələbə: Əgər ona nəsihət olunsa və başa salınsa ki, bu etdiyin əməl şirkdir, yəni ona hüccət qalxsa ona muşrik demək olarmı?”. Şeyx: “Bəli olar. O, artıq muşrikdi tövbəyə çağırılır, tövbə etməsə öldürülür”. Tələbə: “Məsələlər arasında gizli və zahir olan məsələlərdə fərq varmı? (Yəni zahir olan məsələ islə gizli olan məsələnin arasında fərqi soruşur. Yəni üzr hər ikisində var yoxsa birində var digərində yoxdur?). Şeyx: “Gizli məsələlər bəyan olunur”. Tələbə: “Misal üçün necə?”. Şeyx: Məs elə bu məsələ kimi. Fərz etsək ki, bir insan deyir ki, “Mən elə bir insanlar arasında yaşıyıram ki, Onlar övliyalara qurban kəsirlər, mən isə bunun haram olmasını bilmirəm. Və Şeyx sual verənə deyir Başa düşdün? (Yəni, məlum olan məsələdir ki, “Allahdan qeyrisinə qurban kəsmək olmaz” Belə baxanda bu məsələ zahirdi. Yəni məlum olan məsələdir ki, Qurban Allah üçün olmalıdır. Lakin necə ki Şeyx bildirdi ki, əgər bir insan desə ki, “Mən elə bir insanlar arasında yaşıyıram ki, Onlar övliyalara qurban kəsirlər, mən isə bunun haram olmasını bilmirəm. Yəni gözünü açıb bunu görüb. Deməli, baxmayaraq məsələ zahirdi, yəni açıq aydın olan bir məsələdir ama kiməsə gizli qala bilər. Aydın oldu?). Zahir və Gizli məsələ nisbi məsələdir. Bu elə bir şeydi ki, mənə görə zahir ola bilər, ama sənə görə gizli ola bilər. Və yaxud əksi, sənə görə zahir ola bilər, ama mənə gizlin qala bilər. Yəni bu məsələ nisbi məsələdir”. Tələbə: “Bəziləri bunu fərqləndirmişdir və fərqləndirərək demişdir ki, zahiri məsələlərdə üzr var, ama gizli məsələlərdə ixtilaf vardır”. Şeyx: “Sən bilirsən, hansı məsələ zahir və hansı məsələ gizlidi, məgər bu insanların hamsında belədi?”. Tələbə: “Xeyir, eyni deyillər”. Şeyx: “Bəli, bərabər deyillər, elə ola bilər ki mənə görə zahir olsun, yəni mənə görə məsələdə heç bir işkəl olmasın, ama digərində isə, məsələ qaranlıq qala bilər”. Tələbə: Mən ona qarşı hansı dəlili gətirməliyəm?. Şeyx: “De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm". (əl-Ənam 162-163). “Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!”. (əl-Kövsər 2). Bu ayələr dəlildir ki, qurbanlıq ibadətdir və Allahdan qeyrisinə kəsilərsə şirkdir və bunu edən kimsə müşrikdir. Əgər ona dəlil çatdırılsa və deyilsə ki: “Sənin etdiyin bu əməl şirkdir”, lakin buna əhəmiyyət vermyib yenə edərsə bu zaman ona üzr yoxdur. Tələbə: “Deməli bu barədə ona xəbərdarlıq edilməlidir?”. Şeyx: “Bəli, mütləq şəkildə”. Tələbə: “Bu məsələ aydın oldu, lakin burda başqa bir məsələ var. Bəziləri deyir ki, müsəlman şirk edirsə, ona deyilir ki, “Onun etdiyi əməl şirkdir, lakin özü muşrik deyildir. Buna necə cavab verək?”. Şeyx: “Bu doğru sözdü. Hüccət qalxmamış o muşrik deyil”. Tələbə: “Bəs O, insana Quran və Peyğəmbər çatıbsa necə?”. Şeyx: “(Quranın) Çatması kifayət etmir”. Tələbə: “Necə yəni kifayət eləmir? Yəni bu necə olur?”. Şeyx: “Necə ki: “Ey Rəbbim! Sən mənim qulumsan, mən Sənin Rəbbin” deyən kimsənin halı kimi? Belə bir kimsə şiddətli sevinc halında küfr etmişdir, lakin kafir olmamışdır. Həmçinin məcur edilən bir kimsə də açıq küfrünə görə bağışlanmışdır, qəlbi isə imanla sabitdir. Alimlərin: “Sözlər küfrə dəlalət edə bilər, lakin onu söyləyən isə kafir deyildir” sözlərindən qəsd – dəlil çatmayan və halı bizə bəlli olmayan kimsələr barəsindədir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Əgər ona dəlil çatarsa – bu zaman dəlil çatdırılanlardan olar”. Lakin dəlilin çatması da kifayət deyildr, onu dərk edənə qədər. Fərz elə ki, insan əcəmidir, yəni ərəb deyil və Quranın mənasını başa düşmür. Bilmir mənası nədir”. Tələbə: “Sual verən israr edir və: “Yəni deyirsiniz ki, Ona çatmıyıb?”. Şeyx: “Xeyir, bunu demirəm, bəli çatıb və Quranı eşidir, lakin mənasını başa düşmək lazımdı axı?”. Tələbə: “Bu necə olur Şeyx?”. Şeyx: “Yəni deyirəm ki, mənasını başa düşməlidi. Aydın oldu?”. Tələbə: “Bəs İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki, kafirə başa salınmır”. Şeyx: “Xeyir, O belə deməyib”. Tələbə: “Bu İshaq İbn AbdurRahmanın risaləsində var”. Şeyx: “Mühüm budur ki, Şeyxulİslamın kitabları mərufdu və O insanları təkfir etməkdən ən uzaq olan biri idi”. Tələbə: “Bəs başa salmaq lazım deyil”. Şeyx: “Tək Quranın çatması kifayət etmir, hətta onu başa düşməyincə. Fərz edək ki, bir insan ərəb deyil və gecə gündüz Ona Quran oxuyuruq, lakin mənasını bilmir məgər Ona hüccət çatıb? Əlbəttə yox. Allah buyurur: “Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin”. (İbrahim 4)398.
Dostları ilə paylaş: |