Torpağın strukturu


Torpağın su, hava, istilik xassələri və rejimləri



Yüklə 494,91 Kb.
səhifə4/7
tarix20.05.2022
ölçüsü494,91 Kb.
#116085
1   2   3   4   5   6   7
111a -5,6,7,8

Torpağın su, hava, istilik xassələri və rejimləri
Plan:

  1. Torpaqda suyun növləri

  2. Torpağın su xassələri

  3. Torpaq nəmliyinin bitki tərəfindən mənimsənilməsi

  4. Torpaq havası və onun tərkibi

  5. Torpaqda qaz mübadiləsi və hava xassələri

  6. Torpağın istilik mənbələri və xassəsi

  7. Torpağın su, hava və istilik rejimləri və onların nizamlanması

Torpaq münbitliyi, bitkilərin və mikroorqanizlərin normal həyatı müvafiq miqdarda sudan asılıdır. Bitkilər 1q. quru maddə yaratmaq üçün 200-1000q su sərf edir. Su torpaqda buxarlanma və bitkidə transpirasiya yolu ilə temperaturu nizamlayır.


Torpaqda rütubətin olmaması və ya artıq olması, mədəni bitkilərin inkişafına və məhsuldarlığına, qida elementlərinin çatışmaması kimi pis təsir göstərir. Buna görə də torpaqda əlverişli su rejiminin yaradıması, aqronomiyanın ən mühüm vəzifələrindən biridir.
Torpaq çox fazalı bir sistemdir. Onun maye fazası sudan ibarətdir və torpaqda məsamələr olduğu üçün qalır. Su torpağın bərk fazasına həm mexaniki olaraq, həm də mürəkkəb qarşılıqlı münasibətdə olur.
Suyun əsas mənbəyi - torpağın səthinə düşən atmosfer çöküntüləridir, buda yağıntının miqdarı və iqlimlə sıx əlaqədardır. Torpağa hopan və orada qalan suyun miqdarı isə üst qatların strukturundan və qranulometrik tərkibindən asılıdır. Torpağın relyefi və bitki örtüyü suyun ona hopmasına böyük təsir göstərir.
Torpaqda suyun 2-ci mənbəyi atmosferin torpağa yaxın qatlarındaki buxar halında olan su və suvarma sularıdır. Bünlardan başqa, torpaq səthindən nisbətən az dərinlikdə yerləşən yeraltı sularda mənbə hesab olunur.
Torpağa su hopduqda müəyyən növlərə ayrılr və bitkilər tərəfindən müxtəlif dərəcədə mənimsənilə bilən hala düşür. Torpaqda su müxtəlif formalarda olur:

  • Buxar halında olan su

  • Hiqroskopik su

  • Kapillyar su

  • Sərbəst su

Torpağın əsas su xassələri aşağıdakılardı :

  • Rütubət tutumu

  • Su sızdırma qabiliyyəti

  • Su qaldırma qabiliyyəti

Torpağın özündə saxlaya bildiyi suyun miqdarına onun rütubət tutumu deyilir və onun bir neçə növü var. Torpaqda olan bütün rütubət formalarının ən çox miqdarına tam və ya maksimum rütubət tutumu deyilir və aşağıdaki düsturla hesablanır:
P
W = ---- %
V
Burada:
W – rütubət tutumu, %-lə
P - həcmə nisbətən məsaməliyi, %-lə
V - 1 sm3 –də həcm çəkisi,q-la

Torpağın bütün məsamələri su ilə tam dolduş olduqda, onun rütubətlik dərəcəsinə tam rütubət tutumu deyilir. Torpağın yalnız kapillyar aralıqları rütubətlə doymuş olduqda onun rütubətlilik halına tarla rütubət tutumu, yaxud kapilyar rütubət tutumu deyilir. Bunun miqdarı birləşmiş, kapillyar, asılı, pərdə rütubətlərdən təşkil olunur. Bu formalara strukturlu torpaqlarda aqreqat daxili rütubət də əlavə olunur.


Torpağın üst qatlarının su-fiziki xassələri
( S.İ.Dolqova görə)



torpaqlar

Su tutumu

Soluxma nəmliyi

Nəmlik,%-lə

Sorma təzyiqi, atmosferlə

PH

Nəmlik,%-lə

Sorma təzyiqi, atmosferlə

PH

Gillicəli-podzol



22,0

0,55

2,74

8,6

9,1

3,96

Gilli qırmızı torpaq



40,7

0,50

2,60

23,8

21,6

4,33

Qırmızı torpaq



49,5

0,14

2,15

23,1

34,6

4,54

Rütubət tutumunun bütün növlərinin kəmiyəti torpağın tərkibindən, strukturundan, humusun miqdarından asılıdır. Rütubətlilik kəmiyyəti bitkilər mənimsəyə biləcək suyun miqdarını əks etdirmir, çünki bu həm yararlı həm də yararsız su ehtiyatından təşkil olunur. Bitkilər yalnız məhsuldar su ehtiyatından istifadə edirlər.


Torpaq nəmliyinə müxtəlif bitkilərin münasibəti
(D.V.Fedorovskiyə görə )



Bitkilərin adları

Sabit soluxma nəmliyi Torpağın çəkisinə görə, %-lə

Adi qaratorpaq, gillicəli

Podzol-qumsal torpaq

Xiyar

16,50

3,87

buğda

14,20

4,08

Bitkilərdə soluxma əlamətləri müşahidə edildikdə həmin sahənin torpaq rütubətliyinə soluxma rütubəti deyilir. Müxtəlif bitkilər üçün bu kəmiyyət müxtəlifdir və orta hesabla torpağın maksimum hiqroskopikliyinin 1,5 - 2 mislinə bərabərdir. Soluxma rütubətindən məhsuldar su ehtiyatı hesablandıqda istifadə edilir.


Torpağın su və hava rejimini təyin edən mühüm amillər su-fiziki xassələri, onun su sızdırmaq və suqaldırma qabiliyyətidir. Torpağın su sızdırma qabiliyyətin. Uducu kompleksdə Na+ olması pis təsir göstərir. Suyun torpağa süzülmə sürəti aşağıdakı düsturla təyin edilir:

Q
V = ------------


S t
Burada:
V – suyun süzülmə surəti mm/dəq vəya sm/dəq
Q – sərf olunan su, sm3
S – suyun axdığı sahə,sm2
t – zaman, dəq
Torpağın kapillyarlar ilə rütubəti qaldırma qabiliyyətinə onun su qaldırma qabiliyyəti deyilir, buda ki ilk növbədə torpağın qranulometrik tərkibindən asılıdır.
Torpağın su rejimi rütubət balansı ilə təyin edilir və suyum mədaxili və məxarici nisbətindən asılıdır. Su balansı aşağıdakı kimi müəyyən edilir (Kauricevə görə,1969 )
B0 +O0 +Bq+Bk + Bn +Bh = Ebux +Et + Bi +Bn +Bs + B
Mədaxil Məxaric
Burada:
B0 – müşahidə başlananda su ehtiyatı
O0 – atmosfer şöküntüləri
Bq – su buxarlarının sıxlaşmasından yaranan nəmlik
Bk – qrunt suyundan daxil olan nəmlik
Bn – yer səthinə müxtəlif yollarla düşən rütubət
Bb -torpaq daxilində yanlara axan su
Ebux – torpaq səthindən buxarlanan nəmlik
Et – transpirasiyaya sərf olunan rütubət
Bi –dərin qatlara süzülən rütubət
Bn – torpaq səthindən axma yolu ilə itən su
Bs –torpaq daxili yanlardan itən su
B müşahidənin sonunda qalan su
Rütubət balansından asılı olaraq 3 tip su rejimi müəyyən edilir:

  • Yuyucu

  • Yuyucu olmayan

  • Buxarlanma

Yuyucu su rejimində yağıntının miqdarı buxarlanma və transpirasiyadan xeyli çox olur.Yuyucu olmayan su rejimində qrunt sularınadək torpağın rütubətlənmə halı olur. Buxarlanma su rejimində torpağın səthindən buxarlanma və transpirasiya yolu ilə sərf olunan rütubət yağıntıların miqdarından xeyli çox olur.
Su olmayan torpaq məsamələri dolduran qazlar qarışığına torpaq havası deyilir. Akademik V.Vernadski demişdir - “ qazsız götürülən torpaq, torpaq deyildir”. Torpaq havasının əhəmiyyəti böyükdür. Hava ( O2, CO2) nəinki torpağın mineral hissəsinin mühüm aşınma amilidir, eyni zamanda bioloji proseslərin inkişafı üçün də zəruridir.

Atmosfer və torpaq havasının tərkibi, həcmə görə %-lə


( Kauriçevə görə )

Qazların adı

Atmosfer havası

Torpaq havası

Azot

78,08

78,08-80,24

Oksigen

20,95

20,90-0,0

Arqon

0,93

-

Karbon qazı

0,03

0,03-20,0

Qalanlari

0,04

-

Torpağın hava xassələrinə hava tutumu və hava keçirmə aiddir. Torpağın özündə hər hansı bir miqdarda hava saxlaması qabiliyyətinə hava tutumu deyilir. Torpağın hava tutumunun miqdarı torpağın məsaməliyi və rütubətliliyindən asılıdır. Torpağın hava keçirməsi onun qranulometrik tərkibindən və strukturundan asılıdır. Ümumiyyətlə torpaqlarda havanın miqdarı torpağın həcminin 8-10 35-40 % arasında dəyişə bilər.


Torpaq havasının tərkibi və torpaqda qaz mübadiləsi öz tərkibi etibarı ilə atmosfer havasından oksigenin az, karbon qazının çox olması ilə fərqlənir. Torpaq və atmosfer havasında azotun miqdarı təqribən eyni olur. N2, O2, CO2 əlavə torpaq havasında cüzi miqdarda CH4, H2 və başqa qazlar da olur, lakin bu nisbət dinamik olduğu üçün onun miqdarı bitkilərin vegetasiya müddətində arasıkəsilmədən dəyişir. Bunun əsas səbəbi mikroorqanizmlərin fəaliyyəti, bitki köklərinin tənəffüsü və atmosfer ilə qaz mübadiləsidir. Torpaq ilə atmosfer arasında qaz mübadiləsinə təsir göstərən əsas amillər yağıntılar, gün ərzində temperaturun və barometrik təzyiqin dəyişməsidir.
Diffuziya dərəcəsi torpağın hava xassələrindən, hava tutumu və hava keçirmə qabiliyyətindən,küləyin sürətindən, qrunt sularının səviyyəsindən və s. asılıdır . Aqronomiyada qaz mübadiləsinə təsir edən əsas amil, torpağın becərilməsi sayəsində onda yaranan torpağın fiziki xassəsi hesab edilir.
Karbon qazının diffuziya əmsalı
( N.P. Poyasova görə )

Torpaq tipləri

Aerasiya məsaməliyi, %-lə

D0 havanın CO2

D torpağın CO2

D
D0

Adi qaratorpaq

61,6

0,161

0,0473

0,294

Adi qaratorpaq

37,3

0.160

0,0239

0,149

Adi qaratorpaq

21,7

0,160

0,0160

0,100

Çəmən-podzol

26,9

0,157

0,0123

0,078

Çəmən-podzol

21,7

0.159

0,0106

0,067

Çəmən-podzol

6,7

0,158

0,0009

0,006

Torpaqda hava müxtəlif vəziyyətdə olur: onun bir hissəsi tamamilə sərbəst, digər hissəsi suda həll olmuş və cüzi miqdarı torpağın narın hissəciklərinin səthi ilə adsorbsiya olunmuşdur. Adsorbsiya ilə adətən C, NH3 qazları və su buxarları udulur. Məlumdur ki, bitkilər öz üzvi kütləsinin xeyli hissəsinin havadakı CO2 hesabına qurur. Torpaq havası bitkilərin CO2 qidalanmasının tükənməz mənbəyidir.
Torpaqda qaz mübadiəsinə təsir edən amillər aşağıdakılardı:
1. torpaq temperaturunun dəyişməsi nəticəsində torpaq havası genişlənir və ya sıxılır ki, bu proses də atmosfer havası ilə mübadilə gedir.
2. torpağın üst hissəsində küləyin sürətinin dəyişməsi
3. barometrik təzyigin dəyişməsi
4. yağıntılar və buxarlanmanın təsiri
5. diffuziya prosesi ( qazların çox sıx toplanmış sahədən az toplanmış sahəyə hərəkəti)
K/t-ı bitkilərinin böyümə və inkişaf şəraiti və torpaqda müntəzəm cərayan edən bioloji proseslər onun istilik xassələrindən çox asılıdır. Torpaq temperaturu mineral birləşmələrin suda həll olmasına,O2, CO2 toplanmasına, qida maddələrinin və suyun bitkilərə daxilolma sürətinə bilavasitə təsir göstərən amildir. Torpaq temperaturu mikroorqanizmlərin həyat fəaliyyətinə biinci dərəcəli təsir göstərir. Əksər mikroorqanizmlərin fəaliyyəti üçün torpaq temperaturunun 25-300 olması tələb olunur.
Torpaqda müxtəlif bitki toxumlarının cücərməsinə lazım olan temperatur



Bitkilər

miimum

optimum

maksimum

Buğda, arpa,vələmir, çovdar

0-5

25-31

31-37

Qarabaşaq

0-5

25-31

37-44

Günəbaxan

5-10

31-37

37-44

Qarğıdalı

5-10

37-44

44-50

Pambıq, çəltik, qabaq

12-24

37-44

44-50




15-18

31-31

44-50

Torpağın əsas istilik mənbəyi günəş şuasının enerjisidir ki, bunun kəmiyyəti yerin coğrafi vəziyyətilə müəyyən edilir. Əlavə mənbə üzvi qalıqların ekzometrik parçalanma proseslərində şıxan istilikdir. Günəş şuasının yer səthinə düşən istiliyi orta hesabla 1 dəqiqədə 1sm2 - 1,946 kal.olur. müxtəlif torpaqlarda temperaturun artması və onun nə qədər dərinliyi isitməsi müxtəlif olur.


Günəş enerjisi torpaq səthinə düşdükdən sonra onun müxtəlif qatlarında udularaq istilik enerjisinə çevrilir və torpaqda akkumulyasiys olunur. Torpağın günəş enerjisini əks etdirməsinə onun əks etdirmə qabiliyyəti deyilir və Albedo ilə ifadə olunur. Bu şua enerjisinin əks olunmuş miqdarının onun ümumi miqdarına olan nisbəti deyilir.Müxtəlif torpaqlar 15-45%-dək günəş enerjisini əks etdirir və albedo kəmiyyəti geniş dairədə dəyişir. Torpağın şuanı əksetdirmə qabiliyyəti əsasən torpağın rəngindən və onun səthinin formasından asıldır. Burada xüsusilə torpağın rütubətlik dərəcəsinidə nəzərə almaq lazımdır. Humusla zəngin torpaqlar, humusu az olan torpaqlara nisbətən daha isti olur. Ona görədə torpağın istiliyi itirməsini zəiflədən mühüm amil canlı və məhv olmuş bitki, qış dövründə isə bunlardan başqa qar örtüyüdür. Suvarılan torpaqların temperaturu xam torpaqlara nisbətən 2-40 aşağı olur.

Müxtəlif torpaq və bitki örtüyündə Albedo faizi


( A.F.Çudkovskiyə görə )



Torpaqlar



A, %-lə

Bitki növləri

A, %-lə

Quru qaratorpaq



14

Yazlıq buğda

10-25

Nəmli qaratorpaq



8

Payızlıq buğda

16-23

Quru boz torpaq



25-30

Yaşıl ot

26

Nəmli boz torpaq



10-12

Quru ot

19

Quru gil



23

Pambıq

20-22

Nəmli gil



16

Çəltik

12

Ağ və sarı qum



34-40

kartof

19

Torpağın çəki və ya həcm vahidini ( 1 q və ya 1sm3 ) 10C qızdırmaq üçün sərf olunan istiliyin miqdarına onun istilik tutumu deyilir və kolori ilə göstərilir. Əksər mineral torpaqların mütləq quru vəziyyətdə istiliyi 0,17-0,20 kal arasında dəyişir. Torpağın nəmliyi artdıqca onun istilik tutumu aşağıdakı kimi artır: qumsal torpaqlarda - 0,7 kal,gillicəli torpaqlarda - 0,8 kal, torflu torpaqlarda 0,9 kal istilik tutumu.


Torpaq temperaturu ( A.M.Şulginə görə )

Torpaq tipləri

Yay aylarında
orta tem. 0-lə

Yayda ən isti ayın tem, t0-lə

Soyuq ayların orta tem. t0-lə

Ən soyuq ayın tem. t0-lə

Illik tempera-tur, t0-lə

Podzol



6,0-10,0

15-18,5

-2 - 0

-3 -0,6

17-20

Qaratorpaq



11-15

18-22

-5 -1,0

-6,7 -1

20-27

Boz-qəhvəyi
( şabalıdı)

14-16

23-26

-2_+0,5



-3,5 -1,5

25-26

Qonur-meçə



18-20

25,5-27

-+5,5 _+7



+_ 4 _+5

21-22

Kəsiyi 1 sm2 olan, 1sm qalınlığında torpaqdan 10 C temperaturda 1 saniyədə keçəni stiliyin kalorilə miqdarına onun istilik keçirməsi deyilir. İstilik keçirmə rütubətlilikdən və torpağın aerasiyasından asılıdır. Torpağın bərk faasının istilik keçirməsi qaz fazasından 100 dəfə çoxdur. əsaməlik 30-70 %-dək artdıqda torpağın istilik keçirməsi 6 dəfə azalır.


Torpağa istiliyin daxil olması və itirilməsi birlikdə torpağın istilik rejimi təyin edir. O, şua enerjisinin düşməsi dinamikasından və torpağın özünün istilik xassələrindən asılıdır. Torpağın istilik rejimində yerin hansı en dairəsində olması, yamacın ekspozisiyası, torpağın qranulometrik tərkibi və strukturluluğu və sə böyük rol oynayır.
İstilik rejiminin kəmiyyətcə xarakterizə edilməsinə torpağın istilik balansı deyilir. A.F.Çudovskinin nəzəriyyəsinə görə istilik balansının öyrənilməsi üçün aşağıdakı göstəriciləri hesablamaq lazımdır:
Tb – radiasiya balansı, yəni günəş şuasının torpaq səthinə mədaxil və məxarici
Tk – torpaq səthi və atmosfer arasındakı istilik mübadiləsi
Tt - transpirasiya nəmliyinin buxarlanmasına sərf olan istilik
Tp – torpaq qatları arasında istilik mübadiləsi
Torpaqların istilik balansı, enerjinin saxlanma və bir formadan digər formaya keçmə qanununa tabe olmaqla, onun mədaxilinin və məxaricinin cəmi sıfrs bərsbər olur.
Tb + Tk + Tt + Tp = 0
Torpağın istilik rejiminə təsir göstərən tədbirlər: aqrotexnki, aqromeliorativ və aqrometeoroloji qruplara bölünür.
1.Aqrotexniki tədbirlər kompleksinə - torpaqların müxtəlif üsullarla becərilməsi, mulçalama və s. tədbirlər aiddir.
2.Aqromeliorativ tədbirlər kompleksinə - suvarma, qurutmqa, meşə zolaqlarının salınması, quraqlığa qarşı mübarizə tədbirləri aiddir.
3.Aqrometeoroloji tədbirlərə - torpağın şua qaytarmasını azaltmaq, torpağın donmasına qarşı aparılan tədbirlər və s. aiddir.



Yüklə 494,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin