Azərbaycan Respublikası Şirvan şəhər
Mədəniyyət və Turizm Nazirliyi MKS-nin metodika və biblioqrafiya şöbəsi
Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi
Tövsiyə biblioqrafiyası
2015
Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi
2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976–1987-ci illərin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsərdir.
Azərbaycan Sovet Ensiklopediyası
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (Kiril əlifbası: Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. 1976—1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Azərbaycan dilində "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib.
1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini sonradan isə 1988 ci ildən ömrünün axrına qədər yəni 1990–cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmış əməkdar elm xadimi Araz Dadaşzadənin əməyi böyük və danılmazdır.
"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.
Mündəricat
Cildlərin çap olunması xronologiyasıAdı
|
Cild
|
Nəşr tarixi
|
Əlifba sırası
|
Nəşr yeri
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
1
|
1976
|
А-БАЛЗАК
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
2
|
1978
|
БАЛЗАМ-ГАЈДАР
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
3
|
1979
|
ГАЈБІБОВ-ЕЛДАРОВ
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
4
|
1980
|
ЕЛДӘҜӘЗ-ИТАВИРА
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
5
|
1981
|
ИТАЛИЈА-КУБА
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
6
|
1982
|
КУБА-МИСИР
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
7
|
1983
|
МИСИР-ПРАДО
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
8
|
1984
|
ПРАДО-СПРИНТ
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
9
|
1986
|
СПУТНИК-ФРОНТОН
|
Bakı
|
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
|
10
|
1987
|
ФРОСТ-ШҮШТӘР
|
Bakı
|
|
Ümumi (1—10)
|
1976—1987
|
А-ШҮШТӘР
|
|
Kitabxanalarda Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyinin təbliği.
2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. Buna görə də Mərkəzi Kitabxanada və filiallarda Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illik yubileyi yüksək səviyyədə qeyd olunmalıdır. Kitabxanalarda sərgilər hazırlanmalı, müxtəlif tədbirlər həyata keçirilməlidir. Belə ki, söhbətlər, sual-cavab gecələri və s. keçirmək olar.
Tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar:
Ədəbiyyat
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild I.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1976.- 600s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild II.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1978.- 600s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild III.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1979.- 600s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild IV.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1980.- 600s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild V.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1981.- 592s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild VI.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1979.- 607s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild VII.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1979.- 627s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild VIII.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1979.- 600s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild IX.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1979.- 600s.
-
Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Cild X.- Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1979.- 600s.
Internetdə
https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Sovet_Ensiklopediyas%C4%B1
http://kitabevim.az/index.php?route=product/product&product_id=3498
http://modern.az/articles/13489/1/
http://musavat.com/news/gundem/azerbaycan-sovet-ensiklopediyasinda-anti-turk-iddialari_99652.html?welcome=1
Tərtib etdi Alma Cəfərova
Dostları ilə paylaş: |