NƏTİCƏ VƏ TƏKLİFLƏR
1. Toxuculuq sənayesi yüngül sənayenin ən mühüm sahələrindən biridir. Bu sahə xalqın istehlak səviyyəsini yüksəltmək sahəsində mühüm əhəmiyyəti vardır. Toxuculuq materillarından məişətdə dəyişək, paltar, tikiş sapı, dekorativ parça, xalça və s. kimi istifadə olunur Bundan başqa onlar texniki məqsədlərə görə də istifadə olunur.
2.Toxuculuq prosesində, əsas iplər strukturundan asılı olaraq müəyyən bir gərginlik altında olmalıdır. Sıx kostyum parçalarını, yüksək dartınma ilə istehsal edirlər, biraz az sıx olanları isə zəif. Maşının işləməsi zamanı, ərişin dartılması daimi olmalıdır. STB maşınında əriş avtomatik olaraq verilir.
3. Toxuculuğun inkişafi onun əsas xammalterial bazasının inkişafindan asılıdır. Toxuculuqda kimyəvi və təbii liflər onun xam material bazasnı təşkil edir. Toxunan parçanın istitifadə prosesini zamanı onun xammaterialının keyfıyyətindən asılıdır. Eyni zamanda, parçanın istehsalına sərf olunan ilk xammalın çeşidlərindən də asılıdır. Parça istehsalı fəaliyyətində süni, sintetik və təbii liflərdən çox geniş istifadə olunur.
4. Toxucu maşınlarında elastik yükləmə sisteminin dinamik modelinin işlənməsi məsələsinə baxılmış və əriş saplarının gərginliyinin dəyişməsinin qanunauyğunluqları tədqiq olunmuşdur. Elastik yükləmə sisteminin xüsusiyyətləri araşdırılmış və bu sistemə hərəkət və gərginlik verən mexanizmlərin konstruksiyaları analiz edilmişdir.
5. Əriş əyləcləri və əriş tənzimləyicilərinin xarakteristikalarının müqayisəsi aparmışdır. Parça əmələ gətirici mexanizmin əsas parametrlərinin təyin olunması üçün yeni metodika işlənmişdir. Çox əsnəkli toxucu maşınlarında parça əmələ gətirici mexanizmin yeni konstruksiyasını yaradılması üçün əsaslandırılmış təkliflər verilmişdir.
Dostları ilə paylaş: |