Transformerlər: "Kamaro" brendini ulduza çevirən film Transformerlər filmində eşşəkarısının təkamülü prosesinə ümumi bir baxış



Yüklə 18,95 Kb.
tarix04.01.2022
ölçüsü18,95 Kb.
#56001





2014-06-19

Transformerlər: "Kamaro" brendini ulduza çevirən film

Transformerlər filmində eşşəkarısının təkamülü prosesinə ümumi bir baxış

DETROYT - Simvolik eşşəkarısına çevrilən Chevrolet Kamaro modeli böyük ekrana Maykl Beyin çəkdiyi geniş formatlı "Transformerlər" filmində geri qayıdır: "Nəsli Kəsilməkdə olanların yaşı", kinoteatrlarda iyunun 27-dən.

"Transformerlərin bir hissəsi olmaq üçün inanılmaz bir üsulla layihə işini nümayiş etdirmək qabiliyyətinə malik olmaq lazımdır ki, buna da GM Şirkətlər Qrupu qadirdir", GM Qlobal Dizayn Şirkətlər Qrupunun Vitse-Prezidenti Ed Welburn bildirmişdir. "Daha çox sayda potensial müştərilərin qarşısında, qlobal şirkətlər bizim ənənəvi üsullar vasitəsilə əldə edəcəyimiz layihələrdən çox, ən müasir layihələrimizə üstünlük verirlər".

Bu Kamaronun Transformerlər filmində dördüncü təzahürüdür. İlk üç film Kamaro avtomobilinə son dörd il ərzində öz seqmentində ən çox satılan avtomobil olmasına xeyli kömək etmişdir.

"Transformerlərin bütün filmlərində, Chevrolet avtomobilləri filmin qəhrəmanları ilə birgə görüntüyə gəlir." Qlobal Chevrolet şirkətinin Marketinq üzrə Direktoru, Tim Mahoni bildirmişdir. "Bu filmlər bizə öz avtomobillərimizi bütün dünyanin gənc nəslinin auditoriyası qarşısında nümayiş etdirməyə kömək etmişdir".

Transformerlər (2007)

Serialın ilk filmdə, eşşəkarısı özünün bəlkə də ən böyük dəyişikliyini keçirir. Avtomobil Kamaronun 1977-ci il buraxılışının ikinci nəsil modeli kimi görüntüyə gəlir. Avtomobil o qədər də dəbdəbəli deyil, onun səthində pas və ləkələr görsənir, ərplə örtrülmüş metal təbəqə ənənəvi sarı rənglə rənglənmişdir.

Sonda eşşəkarısı Kamaronun beşinci nəsil avtomobilinə çevrilir. Lakin bu, 2007-ci ilin iyulunda, Kamaronun satışa getməsindən iki il əvvəl baş vermişdi, buna görə də Chevrolet şirkəti film üçün birdəfəlik istifadə olunan bir konsept yaratmalı idi.

Nəqliyyat vasitəsinin kuzovunun panellərində bir iləvvəl il 2006-cı il avtoşouda nümayiş etdirilən Kamaro konsepsiyasında istifadə olunan eyni formalardan istifadə olunmuşdur. Avtomobilin gövdə hissəsi onun filmdə ifaçılıq qabiliyyətini artırılması üçün Holden Monaro-nun şassisinə görə uyğunlaşdırılmışdır.

Avtomobilin Transformerlər filmində baş rolda ön planda çəkilməsi onun sonrakı illərdə meydana gələn beşinci nəsil Kamaro modelinin dünya bazarında bir təvazökar avtomobil kimi irəliləməsinə kömək etmişdir.

Transformerlər: Məhv olmuşların (2009) və Transformerlərin qisası: Ayın görünməyən hissəsi (2011)

"Məhv olmuşların Qisası" filmi yalnız son model Kamaronun satışa çıxarılmasından bir neçə ay sonra ekranlara gəlir, bu film Kamaro-nun modifikasiya edilmiş versiyasını mümayiş etdirir. Sarı rəngli Kamaronun kuzovu, gövdəsi, bamperi və ön hissəsi qara zolaqla rənglənmişdir.

"Ayın görünməyən hissəsi" filmində isə, "eşşəkarısı" SS modelinin incə rəngi tonu yenilənmiş və təkmilləşdirilmışdir, əvvəlki modeldə olan təmiz sarı kəhrəba çaları daha çox idman stili ilə uzlaşdırılmışdır. Avtomobil tünd rəngli təkərlərlə təchiz olunmuş və yeni rəng konsepsiyasında zolaqlar daha genişdir və qara yan güzgüləri onun daha da mükəmməl bir görünüş verir.

Transformerlər: Nəsli kəsilməkdə olanların yaşı (2014)

Sonuncu çəkiliş üçün, Maykl Bey "eşşəkarısına" yenilənmiş bir görkəm vermək üçün yenidən GM-in dizayner komandasıdan avtomobilin dizaynnını yenilənməsini təklif edir. Avtomobilə daha da aqressiv və əzəmətli görünüş vermək üçün bu tapşırığın yerinə yetrilməsi zamanı Şimali Hollivud Dizayn Mərkəzi ilə birgə iş görülür.

Bu mərkəz, "Paramount Pictures" studiyasında yerləşdiyi küçənin aşağısandadır və GM-in qabaqcıl dizayn mərkəzi kimi, ən perspektivli layihələrə imza atmış və məşhur bir komanda kimi tanınmasına nail olmuşdur.

Komanda bu film üçün konkret olaraq yeni bir panelə malik olan avtomobil dizaynı yaratmış və "eşşəkarısı" üçün daha yığcam, acıqlı bir model fikirləşərək onun gələcək illərdə də tanınması üçün mükəmməl bir dizayna nail olmuşdur.

Amma bir Transformer təkbaşına mübarizə apara bilmir, ona görə də komandaya Crosshairs-i və Chevrolet Sonic ralli avtomobilini ifa etmək üçün Allspark Green Tint Corvette Stingray modelinin layihələndirilməsi tapşırılır. Bu avtomobillər bu yaxınlarda Çində satışda olan və gələn ilin əvvəlində ABŞ-da satışa çıxarılacaq Trax modeli ilə birgə iestehsal olunmağa başlayır.

Bu filmin çəkilişi zamanı GM avadanlıqlarından və texnologiyasından geniş istifadə olunur. Səhnələr Milfordda və Miçiqanda çəkilmişdir. Sınaq poliqonu Lansinq və Velbern ofisləri də daxil olmaqla GM-in Miçiqan ştatında Uorrendəki Dizayn Mərkəzində, Delta şəhərciyinin Quraşdırma zavodunda yerləşir.

Məsələn, Uorren Texniki Mərkəzində istehsalat zamanı 200 mütəxəssis və 50 yarım-qoşqu avadanlıqları cəlb olunmuşdur və gün ərzində işlərin yerinə yetirilməsi zamanı pozuntuların miqdarı minimuma endirilmişdir.

Chevrolet haqqında

Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatı www.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçün, www.ChevroletFC.com saytına daxil ola bilərsiniz.

###
Əlaqə:
Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650

Mobile: +36 30 247 1765



beata.novak@gm.com


Yüklə 18,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin