Transparency International Korrupsiya Qavrama İndeksi (KQİ) 2015 suallar və cavablar korrupsiya Qavrama İndeksi (KQİ) nədir?



Yüklə 76,94 Kb.
tarix30.06.2018
ölçüsü76,94 Kb.
#55377

27 yanvar 2015-ci il

Transparency International
Korrupsiya Qavrama İndeksi (KQİ) 2015
SUALLAR VƏ CAVABLAR
Korrupsiya Qavrama İndeksi (KQİ) nədir?

Transparency International təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir, bu bütövlükdə dövlətin və ya cəmiyyətin korrupsiyaya uğraması kimi qiymətləndirilməməlidir.


Ötən il hazırlanan İndeks ilə bu ilki İndeks arasında fərqlər nədən ibarətdir?

KQİ Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. 2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. 2012-ci ilə qədər qiymətləndirmə 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilirdi. 2015-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.




  1. World Economic Forum Executive Opinion Survey (EOS) 2015

  2. Bertelsmann Foundation Transformation Index 2016

  3. Political Risk Services International Country Risk Guide 2015

  4. Economist Intelligence Unit Country Risk Ratings 2015

  5. Global Insight Country Risk Ratings 2014

  6. Freedom House Nations in Transit 2015


Ölkənin topladığı bal nədir?

Xallar 100 bal (korrupsiyanın olmaması) 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.


Ölkənin tutduğu mövqe, yoxsa topladığı bal daha əsasdır?

TI indeksi məhz sırayla formalaşdırır, amma ölkələrin sıralaması sadə şəkildə dəyişə bilər çünki, hər il indeksə yeni ölkə daxil edilə və çıxa bilər ki, buda nəticə etibarı ilə sıralamaya təsir göstərir. Odur ki, ölkədə korrupsiyanın vəziyyətini öyrənmək və ya illər üzrə müqayisə apara bilmək üçün xallar daha vacib əhəmiyyət kəsb edir.


KQİ nə üçün yalnız təsəvvürlərə əsaslanır?

Korrupsiya, qeyri qanuni fəaliyyət olduğundan onun aşkara çıxarılması, yalnız hansısa qalmaqal, xüsusi araşdırmalar və aparılan istintaq fəaliyyəti nəticəsində mümkün olur. Mövcud materiallar, məsələn, cinayət işləri və ya məhkəmə qərarlarının miqdarı əsasında müxtəlif ölkələr üzrə korrupsiya səviyyəsinin müqayisəli təhlilini aparmaq çox çətin, hətta bəzi hallarda mümkünsüzdür. Odur ki, təsəvvürlərə əsaslanma bu mənada ən müvafiq üsuldur.


Tİ-nin tərtib etdiyi KQİ-də «korrupsiya» anlayışı necə müəyyən olunur?

Tİ təşkilatı öz diqqətini dövlət sektorunda mövcud olan korrupsiyaya cəmləşdirir və korrupsiyanı şəxsi mənafe məqsədi ilə vəzifədən sui-istifadə kimi müəyyən edir.


KQİ-ni kim tərtib edir?

KQİ Transparency İnternational təşkilatının Berlində yerləşən katibliyi tərəfindən hazırlanır. TI məlumatları toplayıb, ekspertlərlə metodologiya üzrə dəqiqləşdirmələr aparıb və indeksi tərtib edib.


KQİ-nə neçə ölkə daxil edilib?

KQİ-nə 2015-ci ildə 168 ölkə daxil edilmişdir, ötən il isə 175. Ölkənin KQİ-də nəzərə alınması üçün, ölkə ilə bağlı son iki ilin qiymətləndirməsini həyata keçirən ən azı üç mənbənin olması vacibdir. Əgər hansısa ölkə ilə bağlı bundan az mənbə mövcuddursa, o zaman ölkə İndeksə daxil edilmir.


2015-də Azərbaycanın KQİ-də topladığı bal və tutduğu yer necədir?

Bu il İndeksdə Azərbaycan 29 balla, 168 ölkə arasında 119-cu sırada yer alıb. Ötən il Azərbaycan 29 balla, 175 ölkə arasında 126-ci sırada göstərilmişdi.


KQİ-2015-də Azərbaycanın mövqeyinin yüksəlməsi nə ilə izah oluna bilər?

Azərbaycanın göstəricisi bu il KQİ-də balından da göründüyü kimi keçən ilki nəticəsi ilə eynidir. Ümumilikdə, son illərdə ölkənin reytinqindəki cüzi irəliləyiş bir pəncərə sistemi əsasında səmərəli dövlət xidmətləri göstərən ASAN Xidmət mərkəzlərinin uğurlu idarəçiliyi və məmur-vətəndaş arasında birbaşa ünsiyyəti azaldan elektron hökumətin təkmilləşdirilməsi nəticəsində əldə edilmişdir. Bütün bu dəyişikliklər dolayısı ilə ölkəmizin KQİ-dəki mövqeyində qeyd olunan artıma gətirib çıxarmışdır. Digər tərəfdən, KQİ-nin istinad etdiyi mənbələrdən biri olan və Freedom House tərəfindən hazırlanmış 2015-ci il üzrə Nations in Transit (Keçid dövrü Ölkələri) hesabatında Azərbaycanın mövqeyi geriləmişdir. Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadi göstəricilərinə mənfi təsir etmiş və nəticədə iqtisadi bərabərsizliyi dərinləşdirmişdir. Manatın devalvasiyasının düzgün idarə olunmaması və bank sektorunda şəffaflıqla bağlı problemlər iqtisadi rifaha xələl gətirmişdir. Bütün bu hadisələr Azərbaycanın KQİ-dəki mövqeyinin dəyişməz olaraq qalmasına gətirib çıxarmışdır.


Region ölkələrinin KQİ-də göstəriciləri necədir?

Regionda ən yaxşı göstərici Gürcüstana və Türkiyəyə məxsusdur. Digər ölkələrin göstəriciləri isə aşağıdakı kimidir.




Sıra

Ölkə

Bal

49

Gürcüstan

52

66

Türkiyə

42

103

Moldova

33

95

Ermənistan

35

107

Belarus

32

119

Rusiya

29

123

Qazaxıstan

28

123

Qırğısan

28

130

Ukrayna

27

136

Tacikistan

26

153

Özbəkistan

19

154

Türkmənistan

18


Azərbaycanın, ötən illərdə Korrupsiya Qavrama İndeksində

tutduğu yer və topladığı ballar

İl

Ölkələr arasında tutduğu yer

İndeksdə yer alan ölkələrin sayı

Topladığı bal

0-dan (çox zəif) 10-a dək (çox yaxşı)



2000

87

90

1.5

2001

84

91

2.0

2002

95

102

2.0

2003

124

133

1.8

2004

140

146

1.9

2005

137

159

2.2

2006

130

163

2.4

2007

148

179

2.1

2008

159

180

1.9

2009

143

180

2.3

2010

134

178

2.4

2011

143

183

2.4

2012-ci ildən etibarən İndeks yeni metodologiya əsasında hazırlanır.



Topladığı bal

0-dan (çox zəif) 100-a dək (çox yaxşı



2012

139

176

27

2013

127

177

28

2014

126

175

29

2015

119

168

29

Yüklə 76,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin