C 11. Hökumət qeyri-leqal kapitala amnistiya elan etməsinə ehtiyac varmı? Yəni, bütün vətəndaşlara müəyyən vaxt üzrə mülkiyyətlərini leqallaşdırmaq təklifini vermək, müvafiq vergiləri ödəmək və əvvəl edilən bütün səhvlərə görə üzr istəməsi.
Maraqlıdır ki, hər iki iş adamından biri qeyri rəsmi gəlirlərin leqallaşdırılması məqsədilə amnistiya keçirilməsinin lehinədirlər. Təxminən 30 % respondent bu ideyanı dəstəkləmir. Bu sualı cavablandırmaq bəzi respondentlər üçün çətinlik yaradıb və onların bir hissəsi sualı cavablandırmaqda çətinlik çəkdiklərini bildirib və ya sualı cavablandırmaqdan imtina ediblər.
Suala cavablar regionlar üzrə qeyri bərabər şəkildə bölünüb. Bakıdan olan respondentlər (respondentlərin əksəriyyəti məhz buradan olub-107 nəfər) ümumi cavablarla təxmini olaraq eynilik təşkil edən cavablar veriblər. 40 % amnistiyanın lehinə, 35% isə amnistiyanın əleyhinə cavab verib.
с 12. Hökumətin iqtisadi fəaliyyətinin neçə faizi “Kölgə iqtisadiyyatının”, yəni qanunla icazə verilmiş, lakin qeydiyyata düşməyən iqtisadiyyatın payına düşür?
Göründüyü kimi bu sualı cavablandırmaq respondentlər üçün bir o qədər də asan olmayıb və hər 3 nəfərdən biri sualı cavablandırmaqdan imtina edib. Çox az qisim respondent kölgə iqtisadiyyatının zəif olduğunu bildirir.
С 13. Şirkətlər aylıq mənfəətlərinin neçə faizini vəzifədə olan insanların qeyri formal ödəmələrinə xərcləyirlər?
Korrupsiya axınlarının qiymətləndirilməsi ilə bağlı olan əvvəlki sual kimi çətin olmuşdur və hər üç nəfərdən biri bu sualı cavablandırmaq istəməyib. Qeyri-formal ödəmələrin həcmi barədə fikir söyləyənlərin əksəriyyəti onları aylıq mənfəətin 10-30% intervalında nəzərdə tuturdular. Bununla belə, bu ödəmələrin gəlirin üçdə birini təşkil etməsini fikirləşənlər də çox olub. Bu da onu göstərir ki, iqtisadiyyatın müxtəlif sahələrində korrupsiyaya uğramış məmurların istəklərində fərqlilikdən və ölkənin müxtəlif iqtisadi regionlarından irəli gəlir. Maksimal plan mənfəətin yarısını təşkil edir. 75%-dən çox rəqəmi heç kim söyləməyib.
Şəxsi (fərdi) korrupsiya təcrübəsi
С 3. Siz və ya şirkətiniz hansısa nümayəndəsi rüşvət verməyə məcbur edilibmi?
Sualların bölüşdürülməsindən görünür ki, respondentlərin çoxu öz şirkətlərinin problemlərinin həllində korrupsiya ilə üzləşmişlər, ya da korrupsiyaya onların əməkdaşları üzləşiblər. Suala cavab verməyənlərin çoxu belə hesab edir ki, bu cür sual iş adamları üçün çətin olub. Azərbaycanın vəziyyətində bəzən açıq qanun pozuntusu və ya gözlənilən “təşəkkür” arasında bölgü aparmaq çətin olur. Bununla belə, ölkənin demək olar ki əksər biznes cəmiyyətinin korrupsiyaya uğraması təsdiq olunmur.
C 14. Son üç ildə şirkətinizin əvvəlki illərlə müqayisədə ödədiyi rüşvətin məbləğində dəyişiklik olubmu, olubsa hansı istiqamətdə?
Son üç ildə verdikləri rüşvətin məbləğin artdığını söyləyən respondetlərə, heç bir dəyişiklik olmayıb deyən respondetlərin sayı təxmini olaraq eynidir. Çox az bir qisim cəmi 14,8 % respondent rüşvət ödəmələrinin azaldığı qənaətindədir. Bu suala verilən cavablarla C10 və B7-də verilən cavablar təzad təşkil edir. Belə ki, həmin suallarda respondentlərin bir çoxu özəl sektorda işləməyin daha da asanlaşdığını və korrupsiya hallarının azaldığını qeyd etmişdilər. .
Cavabların bu şəkildə ortaya çıxmasını bir səbəbdə axtarmaq lazımdır ki, əvvəlki illərlə müqayisədə iqtisadiyyatda müşahidə edilən müəyyən qədər irəliləmələr özəl sahənin də gəlirlərini artırıb və dolayısı ilə rüşvətin və korrupsiyanın səviyyəsi də yüksəlib.
Bakı və Gəncə-Qazax iqtisadi rayonlarından olan iş adamlarının əksəriyyəti rüşvət hallarının artdığını bildirir. Bu isə həmin regionun iqisadi aktivliyinin daha yüksək olması ilə əlaqədardır. Cavablar Cədvəl 6-da göstərilib
Cədvəl 6
İqtisadi rayonlar
|
Bakı
|
Gəncə-Qazax
|
Hiss ediləcək dərəcədə artıb
|
10,53
|
11,11
|
Bir qədər artıb
|
38,60
|
44,44
|
Dəyişməyib
|
42,11
|
22,22
|
Bir qədər azalıb
|
8,77
|
11,11
|
Hiss ediləcək dərəcə azalıb
|
0
|
0
|
Cavablandırmağa çətinlik çəkib/ cavablandırmayıb
|
0
|
11,11
|
Bu rayonlardan olan iş adamlarının əksəriyyəti tendesiyanın yüksəldiyi qənaətindədirlər. Təxminən 40% qədəri korrupsiyanın yüksəldiyini, bir o qədər isə heç bir dəyişiklik baş vermədiyini bildirir. Cəmi 15% respondent korrupsiyanın azalmasından danışır. 5 % respondet sualı cavablandırmayıb
с 15. Deyə bilərsinizmi, aylıq mənfəətinizin təxminən nə qədər hissəsi qeyri rəsmi ödəmələrə sərf olunur?
Bu sualın hər bir respondentə verilməsinə baxmayaraq, respondentlərin 57,5%-dən başqa sözlə 115 respondentdən 20-si və ya hər 5 respondetdən biri öz kompaniyalarının qeyri rəsmi ödəmələrinin həcmi barədə sualı cavablandırmaqda çətinlik çəkib və ya başqa yolla bunu açıqlamağı lazım bilməyiblər. Suala bir çox respondetin cavab verməməsinə baxmayaraq ümumi tendensiyanın C13-də olduğu kimi yüksək olduğu sezilir. Bir çox respondetlər aylıq mənfəətin 10%-dən 30%-ə qədərini qeyri rəsmi ödəmələrə getdiyini bildirir. Burada isə daha çox hansı dairədən və ya regiondan olmaq böyük rol oynayır.
III. Respondentlərin demoqrafik məlumatları
D 1. Respondentlərin cinsi
Respondentlərin tərkibində qadınların iştirak faizi 12% olub. Qadınlar kişilərə münasibətdə biznes, siyasət və dövlət idarə olunmasında daha az təmsil olunublar. Bununla belə, qadınların təhsil səviyyəsi kişilərinkindən demək olmaz ki azdır. Qadınların əksəriyyəti kommunal və fərdi xidmətlər, habelə səhiyyə sahəsində (38.89%) və sosial xidmətlər sektorunda təmsil olunublar (25%). Müəssisələr nə qədər böyüyürsə, orada rəhbər vəzifədə olan qadınların təmsilçilik nisbəti o qədər də azalır. Belə ki, iri müəssisəyə rəhbərlik edən qadınlar 7,14%; kiçik müəssisələrə 11,76% və nəhayət fərdi sahibkarlar sırasında 18,75% təşkil edir.
D 2. Respondentlərin yaşı
Diaqramdan göründüyü kimi, hər dörd soruşulan menecer vəzifəsində olan iş adamından biri, yaşı 35-dən aşağıdır. Bununla belə, demək olar ki, hər on nəfərdən biri 25 yaşdan aşağıdır.
D 7. Təhsil səviyyəsi
İş adamlarının orta təhsil səviyyəsi yuxarıdır – demək olar ki, bütün soruşulanlar (91.5%) orta xüsusi və ya ali təhsilə malikdirlər.
D 8. Respondentlərin statusu
Respondentlər sırasında ancaq iş adamları cəlb edilirdi ki, onların çoxu müəssisə rəhbəri olub. Ümumilikdə, sorğu zamanı aşağıda göstərilən miqdarda respondent iştirak etmişdir:
IV. TƏDQİQATIN METODOLOQİYASI VƏ SEÇİMİN TƏMSİLÇİLİYİ
Seçim metodu
Sorğu iştirakçılarının seçimini müəyyənləşdirən zaman İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsi tərəfindən verilən məlumatlardan istifadə olunmuşdur. Bu seçim ilk növbədə ölkə iqtisadiyyatının aşağıdakı qollara bölünməsinə əsaslanır:
-
Kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı
-
Balıqçılıq və balıq yetişdirmə
-
Mədən sənayesi
-
Emal sənayesi
-
Elektrik enerjisi, qaz və suyun istehsalı və çatdırılması
-
Tikinti
-
Topdan və pərakəndə satış; avtomobil, məişət və şəxsi əşyaların təmiri.
-
Qonaq evləri və restoranlar tərəfindən göstərilən xidmət
-
Nəqliyyat, anbar təsərrüfatı və rabitə
-
Maliyyə işləri
-
Daşınmaz əmlakla bağlı aparılan əməliyyatlar, icarə və müştərilərə göstərilən xidmət
-
Təhsil
-
Səhiyyə və sosial xidmət göstərilməsi
-
Elmi-texniki və konsaltinq xidməti
-
Digər kommunal, sosial və fərdi xidmətlər
-
Qeyri-hökümət təşkilatları
Verilən tədqiqatın spesifikliyini nəzərə alaraq, bəzi sahələr nəzərə alınmamışdır:
-
Dövlət idarəetməsi və müdafiə; sosial təminat (L)
-
Xarici təşkilatlar və orqanlar (Q)
Aşağıda verilən 7-ci cədvəldə müəyyən sahələr üzrə bölünən tədqiq olunmuş müəssisələr verilib.
Cədvəl 7
|
Sahənin adı
|
Tədqiqat obyektləri
|
Müsahibələrin sayı
|
A
|
Kənd təsərrüfatı, ovçuluq vvə meşəçilik
|
Fermer təsərrüfatı (heyvandarlıq və quşçuluq fermaları, buğda, tütün, sitrus, tərəvəz, meyvə, arıçılıq üzrə fermer təsərrüfatları)
|
28
|
B
|
Balıqçılıq
|
Balıqçılıq təsərrüfatı
|
1
|
C
|
Sənaye
|
Daş karyeri
|
1
|
D
|
Emal sənayesi
|
Neft məhsulları, dəri materiallarının emalı üzrə, mebel, plastik, taxta, çörək məmulatları, süd məhsulları və paltar tikişi istehsalı üzrə müəssisələr
|
18
|
F
|
Tikinti
|
Tikinti şirkətləri, təmir, bərpa və mənzillərin tikintisi üzrə ixtisaslaşan müəssisələr
|
15
|
G
|
Topdan və pərakəndə satış, maşın və məişət avadanlıqlarının təmiri
|
Qadın, kişi və uşaq paltarlarının, ayaqqabılarının, maşınların, yeyinti məhsullarının, tikinti materiallarının, komputer texnikasının, tibbi avadanlıqların, kanselyar malların satışı üzrə ticarət müəssisələri, energetika avadanlıqları, məişət xidmətləri mallarıç mebel üçün elektrik avadanlıqlar, maşınların təmiri və texniki baxışı üzrə müəssisələr
|
83
|
H
|
Restoran və mehmanxana xidmətləri
|
Kafe və restoranlar
|
4
|
İ
|
Nəqliyyat və rabitə
|
Turizm agentliyi, mikroavtobus taksilərində sərnişin daşıma nəqliyyatı üzrə müəssisələr
|
4
|
J
|
Maliyyə fəaliyyəti
|
Bank, sığorta kampaniyası
|
2
|
K
|
Daşınmaz əmlak ilə bağlı əməliyyatlar, arenda və alıcılara xidmətlərin göstərilməsi
|
Alqı-satqı və mülkiyyətin arendaya verilməsi, komputerlər üçün texniki təminat və proqram təminatının hazırlanması, reklam, şəkil, işçilərin cəlb olunması, təhlükəsizlik agentlikləri, İnternet Klub, tərcümə mərkəzi və mətnlərin çapı xidmətləri üzrə müəssisələr.
|
21
|
M
|
Təhsil
|
Universitetlərə hazırlaşanlar üçün hazırlıq kursları
|
1
|
N
|
Səhiyyə və Sosial xidmətlərin göstərilməsi
|
Stomatoloji kabinetlər, аpteklər, veterinar təsərrüfat
|
4
|
O
Р
V
|
Digər kommunal, sosial və fərdi xidmətlər
Qeyri-hökumət təşkilatları
Elmi-texniki və məsləhətxana xidmətləri
|
Ticarət-Sənaye Palatası, Sahibkarlar Aasosiasiyası Şəki Zaqatala rayonu
Əhaliyə xidmət göstərən müəssisələr –kişi və qadın bərbərxanalarıı, gözəllik salonları, kimyəvi təmizləmə, idman sağlamlıq mərkəzləri
|
18
|
|
Cəmi
|
|
200
|
Dostları ilə paylaş: |